Məhkəmə qərarları › İş №e-2(006)-92/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-92/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-92/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil iştirakı ilə, Cavabdeh2̇ Elmar oğlunun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı Məmmədov Alı̇ m Şərafətdı̇ n oğlunun cavabdehlər Yusı̇ f zadə Nərgı̇ z Ramı̇ z qızı və Cavabdeh2̇ Elmar oğluna qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədov Alı̇ m Şərafətdı̇ n oğlu cavabdehlər Yusı̇ f zadə Nərgı̇ z Ramı̇ z qızı və Cavabdeh2̇ Elmar oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini və iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğinin İddiaçınun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini, 1402,50 (bir min dörd yüz iki manat, 50 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçınun xeyrinə ödənilməsi haqqında qərar qəbul edib, qətnamədə əks etdirilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olan Cavabdeh2, Azərbaycan Respublikasının vətəndaşı X7 və Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı arasında 23 may 2018-ci il tarixində Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə, tərəflər Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Nizami 104 və Xəqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin tikintisində iştirak haqqında öz niyyətlərini bildirməklə, tərəflərin həmin layihədə iştirak payları – iş üzrə Cavabdeh2 üçün – 50%, iş üzrə İddiaçı üçün – 25% və X7 üçün – 25 % olmaqla bölüşdürülmüşdür. 23 may 2018-ci il tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsi ilə həmin tərəflər arasında payların rəsmiləşdirilməsi "xxxx" YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Tərəflər arasında 23 may 2018-ci il tarixində bağlanmış həmin Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsinə uyğun olaraq, 25% nominallı səhmlərin satın alınması 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində yazılı formada borc müqaviləsinin bağlanması yolu ilə rəsmiləşdirilmişdir. Rusiya Federasiyanın vətandaşı olan İddiaçı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının vətəndaşı olan Cavabdeh2 arasında 23 may 2018-ci il tarixində X10 bağlanmışdır. Həmin X10nin 1.1-ci maddəsinə əsasən, müqavilə ilə borcverən adlanan Rusiya Federasiyanın vətandaşı olan İddiaçı 44 105 000 (qırx dörd milyon yüz beş min) rubl məbləğində, borc müqaviləsinin tərəflər arasında imzalanması tarixinə Rusiya Federasiyası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1 225 000 (bir milyin iki yüz iyirmi beş min) manat ekvivalentində olan pul vəsaitini müqavilə ilə borcalan adlanan Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 mülkiyyətinə vermiş, borcalan isə həmin məbləğdə olan borc məbləğini borcverəndən qəbul etmiş və müqavilə ilə müəyyən edilmiş qaydada və müddətlərdə borcverən İddiaçına qaytarmağı öz öhdəsinə götürmüşdür. 23 may 2018-ci il tarixli borc müqaviləsinin 1.3-cü maddəsinə əsasən, həmin müqavilə 1 225 000 (bir milyon iki yüziyirmi beş min) manat məbləğində pul vəsaitinin borcalana verildiyi andan bağlanmış hesab edilir. 23 may 2018-ci il tarixli X10nin 2.1.1-ci maddəsinə əasən, borc məbləği borcalan Cavabdeh2 borcverən MəmmədovAlim Şərafətdin oğlu tərəfindən iki şahidin iştirakı ilə nağd şəkildə verilmiş və müqavilənin 2.1.2ci maddəsinə əsasən 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində borcun verilməsi borcverənə təqdim edilən və tərəflər arasında bağlanmış X10nin ayrılmaz tərkib hissəsi sayılan 23 may 2018-ci il tarixli müqaviləyə 1 saylı Əlavə ilə müəyyən edilmiş borcalanın qəbzi ilə iki şahidin – Rusiya Federasiyasının vətəndaşı olan X6 və Azərbaycan Respublikasının vətəndaşı X2 iştirakları ilə verilmişdir. Belə ki, 23 may 2018-ci il tarixli X10nin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı və iş üzrə cavabdeh olan Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olan İddiaçından borc məbləği olan 44 105 000 rubl məbləğində pul vəsaitinin həmin borc müqaviləsinin imzalanması tarixinə Rusiya Federasiyası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat ekvivalentində olan pul vəsaitini mülkiyyətinə qəbul etmişdir və həmin borc məbləğinin 23 may 2018-ci il tarixli X10nin şərtlərinə müvafiq olaraq geri qaytarılması öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh2 tərəflər arasında bağlanmış 23 may 2018-ci il tarixli Əməkdaşlıq haqqında Partnyorluq Müqaviləsinin tələblərini pozmaqla yaşayış kompleksinin tikintisində iştirak payının 25% hissəsini İddiaçınun adına keçirməli olduğu halda keçirməmiş, bundan əlavə 23 may 2018-ci il tarixli X10nin tələbini də pozmaqla iddiaçıdan götürdüyü (aldığı) 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğini də iddiaçıya geri qaytarmamışdır. Cavabdeh2 iddiaçıdan iki şahidin iştirakı ilə 23 may 2018-ci il tarixində tərəflər arasında bağlanmış müqavilə və onun ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavə ilə aldığı (qəbul etdiyi) 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğini iddiaçıya geri qaytaracağına söz versə də, cavabdeh tərəfindən iddiaçıya bugünə kimi sözügedən borc məbləğindən hər hansı bir məbləğ geri qaytarılmamışdır. İddiaçı dəfələrlə Cavabdeh2 ona 23 may 2018-ci il tarixli borc müqaviləsinə əsasən olan borcunu geri qaytarmasını tələb etsə də, sonuncu üzərinə götürdüyü borcun geri qaytarılması öhdəliyini yerinə yetirməkdən imtina etmiş və nəticədə İddiaçına borclu olduğu 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğindən hər hansı bir məbləği geri qaytarmamışdır. Bu hal, Cavabdeh2 tərəfindən İddiaçına olan borcunun ödənilməsindən imtina halı kimi qiymətləndirilməlidir ki, bu da öz növbəsində cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyini yerinə yetirməməsinə (yəni, iddiaçıya geri qaytarmalı olduğu borc məbləğini ona geri qartarmamasına və ya geri qaytarmaqdan müxtəlif bəhanələrlə imtinaetməsinə) əsas təşkil edir. Cavabdeh2 İddiaçından 23 may 2018-ci il tarixli X10nin 1.1-ci maddəsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan 1 saylı Əlavəsi ilə müəyyən edilmiş qaydada borc olaraq aldığı 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləği (pul vəsaitini) İddiaçına geri qaytarmamaqla və ya hər hansı bir formada həmin borc məbləğini geri qaytarmaqdan imtina etməklə, iddiaçının qanuni pul vəsaitlərini heç bir hüquqi əsas olmadan, yəni qanunsuz olaraq özündə saxlamışdır. Dəfələrlə borc məbləğinin geri qaytarılması barədə iş üzrə cavabdeh olan Cavabdeh2 xəbərdarlıq edilməsinə baxmayaraq, o, İddiaçına məxsus olan 1 225 000 (bir milyin iki yüz iyirmi beş min) manat məbləğində pul vəsaitini hal-hazırda özündə qanunsuz saxlayır və həmin məbləği iddiaçıya geri qaytarmaqdan boyun qaçırır. Elektron sistemdən əldə edilmiş məlumata görə iş üzrə Cavabdeh2 iş üzrə digər cavabdeh olan Cavabdeh1 ilə hal-hazırda birgə nikahda olduqları və onlar arasında nikahın Səadət Sarayında (Bakı nikah evində) xx.xx.1996-cı il tarixində qeydiyyata alındığı müəyyən edilmişdir. Cavabdehlər hal-hazrda birgə nikahda olduqlarından İddiaçı Şərafətddin oğlundan götürülmüş və bugünədək iddiaçıya geri qaytarılmamış və ya geri qaytarılmasından müxtəlif bəhanələrlə imtina edilmiş iddiaçının qanuni pul vəsaiti olan 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğindən onlar birlikdə yararlanmış, başqa sözlə iddia predmeti olan həmin pul vəsaitindən birlikdə istifadə etmişlər. Beləliklə də, İddiaçı tərəfindən məhkəməyə verilmiş pul tələbinə dair mülki iş üzrə cavabdeh qismində Cavabdeh2 ilə birlikdə onun rəsmi nikah üzrə həyat yoldaşı olan Cavabdeh1 da iştirak etməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi və iş üzrə cavabdehlər Yusif X14ndan və Cavabdeh1 müştərək qaydada ******* (bir milyon iki yüz iyirmi beş min) manat borc məbləğinin və dəymiş ziyanın əvəzi olaraq 490857,50 (dörd yüz doxsan min səkkiz yüz əlli yeddi manat, 50 qəpik) manat miqdarında pul vəsaitinin İddiaçınun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini, iddia ərizəsinin verilməsi üçün əvvəlcə ödənilmiş 1402,50 manat və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verilən zamanı ödənilmiş 781 manat olmaqla, cəmi 2183,50 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçına ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2̇ Elmar oğlunun nümayəndəsi və vəkili Nümayəndə iddianın rədd edilməsini xahiş etmişdir, iddiaya etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı və Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli Moskva şəhərində imzalanmış, “Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi” və bilavasitə bu sazişə bağlı olan "X10". Əməkdaşlıq müqaviləsinə əsasən tərəflər Bakı şəhəri, Nizami 104 və Xəqani 65 küçələrinin kəsişməsinəd inşa ediləcək çoxmərtəbəli yaşayış binasının inşaasını planlaşdıraraq ona maliyyə vəsaitlərini ayırmışlar. Razılaşmanın 1.3-cü bəndinə əsasən əmkdaşlıq sazişində tərəflər ilkin dövrdə maliyyə investisiyasını müəyyən etmişlər və İddiaçı tərəfindən bu mərhələ üçün 3 500 000 manat müəyyən edilmişdir. Eyni zamanda həmin sazişlər tərəflər hansı mərhələ üçün nə kimi işlərin görülməsi razılaşdırılmışdır ki, Yusifzadə Azəriyə aid olan hissədə o görüləcək öhdəliklərinin həmin mərhələ üçün böyük bir hissəsini yerinə yetirmişdir. Lakin iddiaçı daha sonra öhdəliklərinin icrasından yayınmışdır. Sazişin 1.1-ci bəndində tərəflər "xxxx" MTK-nın paylarını müəyyən etmişlər, yəni iddiaçı müəssisənin 25% payına sahib olacaqdır. İlkin mərhələlərdə iddiaçı 1 225 000 manat investisiya qoyur və həmin payın rəsmiləşdirilməsi onun adına həyata keçirilir. Yəni göstərilən məbləğ 25% qoyulacaq investisiyanın yalnız bir hissəsidir dəqiq qeyd etsək razılaşdırılmış ilkin mərhələ olan 3 500 000 manatın yarısıdır. Müəssisənin payının iddiaçının adına rəsmiləşdirilməsi üçün tərəflərin hər ikisi Azərbaycan Respublikasında yerləşən notariat kontorlarından birinə getməsi lazım idi ki, iddiaçı tərəfin müxtəlif səbəb bəhanələri (pondemiya şəraiti, səhəri, maliyyə vəsaitinin olmaması və. s) səbəbindən baş tutmamışdır. Əməkdaşlıq sazişinin payın rəsmiləşdirilməsi hissəsi razılaşmanın digər öhdəliklərinin icra edilməməsini tərəfin üzərindən götürmür. Bağlanan saziş üç illik dövrü əhatə etməsi və bu dövrdə öhdəlikləri yerinə yetirməməsi mülki qanunvericiliyə əsasən yenədə sazişdən sonra tərəfin üç il ərzində (iddia müddəti) öhdəliklərin icrasını və yaxud dəymiş zərərin tələb edilməsini istisna etmir. Tərəflər arasında bağlanmış "xxxx"nin 4.3-cü bəndinə əsasən hazırkı müqavilə MTK-nın təsis payının 25% iddiaçıya keçənə qədər qüvvədədir. Həmin paylar iddiaçıya onun öz təqsiri səbəbindən keçmədiyi üçün və bu imkanlar hüquqi nöqteyinəzərdən tükənmədiyi üçün borcun tələb edilməsi hazırkı mərhələdə mümkün deyildir. Bundan əlavə, hazırkı mübahisə bilavasitə kommersiya münasibətləri təşkil etdiyi üçün ixtisaslaşmış məhkəmədə araşdırılmalı və bizə qarşılıqlı iddia tələbi ilə çıxış etmək üçün şərait yaradılmalı idi. Hazırkı mübahisə tərəfinizdən hazırlıq iclasında müzakirə olunmalı olan məhkəmə aidiyyəti məsələlərinin müzakirəsindən bilavasitə baxış iclasına keçirilməsi yuxarıda sadalanan halları və iddiaçının verdiyi pul vəsasitini əməkdaşlıq sazişinin məqsədləri üçün xərcləndiyini təsdiq edən sübutların təqdim etmək və qarşılıqlı tələblə çıxış etmək hüququnu ciddi şəkildə pozmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə aidiyyəti ilə bağlı vəsatəti nəzərə alaraq iddia tələbini aidiyyəti üzrə kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişindən görünür ki, tərəflər hazırkı tərəfdaşlıq sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin (sonradan – “Yaşayış kompleksi”) tikintisində iştirak haqqında öz niyyətlərini təsdiq edirlər. Layihədə X1 50%, İddiaçınun 25%, X2 25% payları müəyyən edilmişdir. Payların rəsmiləşdirilməsi "xxxx" YS kooperativinin iştirakçılarının səhmlərinin satın alınması yolu ilə həyata keçirilməli olmaqla, 25% nominallı səhmlərin satın alınması İddiaçı üçün 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində təşkil etmişdir. Müqavilədə göstərilmişdir ki, tikintinin başa çatmasının, binanın istismara verilməsinin ümumi müddəti tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq nəzərdə tutulmuşdur. Tərəf 1 - Cavabdeh2 sakinlərin köçürülməsi, zəruri layihə - smeta və icazə sənədlərinin, mühəndis obyektlərinin (xarici şəbəkələrin) birləşdirilməsinə dair Texniki Şərtlərin alınması, tikinti işlərinin təşkili və idarə edilməsi, kompleksin istismara verilməsi və qəbul komissiyasına təhvil verilməsi, tikintinin maliyyələşdirilməsi üzrə öhdəlikləri öz üzərinə götürür. xx.xx.2018-ci il tarixli X4 görünür ki, İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən bu müqavilə "xxxx" YS kooperativi şirkətində 25% məbləğində payın İddiaçı Şərafəddin oğlu ilə affilə edilmiş şirkətə rəsmiləşdirilməsi anından qüvvəyə minir, bu da notarial təsdiq edilmiş alqı-satqı müqaviləsi ilə təsdiq edilir. xx.xx.2018-ci il tarixli X10nə 1 saylı Əlavə olan borcalanın qəbzindən görünür ki, Cavabdeh2 İddiaçı Şərafəddin oğlundan ******* manat məbləğində borc almışdır. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Yusuf-X3-X13 ilə xx.xx.1996-cı il tarixdə nikah bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. “Beynəlxalq Xüsusi Hüquq haqqında” Qanunun: Maddə 1.1. Bu Qanun xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq normalarını müəyyən edir. Maddə 1.2. Xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. Maddə 1.3. Tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Maddə 2.1. Xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görməyə borcludur. Maddə 2.2. Bu Qanunun 2.1-ci maddəsində nəzərdə tutulmuş hərəkətlər nəticə vermədikdə və ya həddən çox xərc tələb etdikdə və proses iştirakçısı olan tərəflərdən heç biri öz tələb və etirazlarını əsaslandırmaq üçün istinad etdikləri hüquqi normaları təsdiqləyən sənədlər təqdim edə bilmədikdə məhkəmə Azərbaycan Respublikası qanunvericiliyini tətbiq edir. Maddə 24.1. Müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir. Maddə 24.2. Müqavilə tərəfləri həm bütövlükdə müqavilə üçün, həm da onun ayrıayrı hissələri üçün tətbiq olunmalı hüququ seçə bilərlər. Maddə 24.3. Tərəflər tətbiq olunmalı hüququ istənilən vaxtda, o cümlədən müqavilənin imzalandığı vaxt və ya ondan sonra seçə bilərlər. Tərəflər həm də istənilən vaxt müqavilə ilə əlaqədar tətbiq olunan hüququn dəyişilməsi barədə razılığa gələ bilərlər. Maddə 24.4. Müqavilə ilə bağlı ölkənin imperativ normalarının tətbiq edilməməsinə səbəb olan hüququn seçilməsi etibarsızdır. Mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir. Məhkəmənin qənaətinə görə, ilkin iddiaçıların tələblərinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsi nəzərdən keçirilə bilər; belə ki, həmin maddəyə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləğin tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə hazırkı mübahisənin xarici elementli müqavilədən irəli gəldiyini nəzərə alaraq, habelə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin qərardadında qeyd edilmiş tapşırıqlara və “Beynəlxalq Xüsusi Hüquq haqqında” Qanuna uyğun olaraq xarici hüququn tətbiqi zamanı məhkəmə bu hüquq normalarının məzmununu müvafiq ölkədə onların rəsmi təfsirinə və tətbiqi praktikasına uyğun olaraq müəyyən etmək üçün bütün zəruri tədbirləri görmüş, o cümlədən Rusiya Federasiyasının aidiyyəti orqanlarına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə sorğular verilmişdir. Lakin bu tədbirlər nəticə vermədiyindən, prosessual müddətlər də nəzərə alınaraq həmin Qanunun 2-ci maddəsinə əsasən məhkəmə tərəfindən Azərbaycan Respublikası qanunvericiliyinin tətbiq edilməsi qərara alınmışdır. Mübahisənin kommersiya məhkəməsində baxılması olduğuna dair cavabdehin nümayəndəsinin vəsatətinə dair qeyd olunur ki, iş materiallarından göründüyü kimi tərəflər arasında 2 müqavilə imzalanmışdır. İlkin müqavilə əməkdaşlıq sazişi olmaqla tərəflər arasında birgə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini nəzərdə tutsa da, ikinci müqavilə faizsiz kredit (sadə borc) müqaviləsi olmaqla bu niyyətin həyata keçməyəcəyi təqdirdə iddiaçının verdiyi vəsaitin geri qaytarılmasını müəyyən etmişdir. İddia ərizəsindən və iş materiallarından göründüyü tərəflərin birgə sahibkarlıq niyyəti baş tutmamış, ilkin müqavilə icra olunmamış və müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuş üç illik müddət bitdiyindən, ikinci müqavilə üzrə borcun tələb edilməsi hüququ yaranmışdır. Tərəflər arasından hər hansı birgə sahibkarlıq fəaliyyətinin yaranmamasını, eyni zamanda iddiaçının fərdi sahibkar statusunda olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə fiziki şəxslər arasında borc münasibətlərindən irəli gəldiyindən hazırkı mübahisəyə ümumi məhkəmədə baxılmalıdır. Mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh X12 oğlu İddiaçı qarşısında xx.xx.2018-ci il tarixli Əməkdaşlıq haqqında Tərəfdaşlıq Sazişi ilə Azərbaycan, Bakı, Nəsimi rayonu, Nizami 104 və Xaqani 65 küçələrinin kəsişməsi ünvanında yerləşən 1 saylı yaşayış ərazisində, 0,45 ha sahəsi olan torpaq sahəsinin ayrılması haqqında Akta əsasən, reyestrdə 1/19 nömrəsi ilə qeydiyyata alınmış yaşayış kompleksinin, tikinti işlərinin başladığı gündən 30 aydan gec olmayaraq tikintisinin başa çatdırılmasını, binanın istismara verilməsini öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli X10 İddiaçı Şərafəddin oğlu (borcverən) Cavabdeh2 (borcalana) ******* manat məbləğində faizsiz borc vermişdir. Lakin tərəfdaşlıq müqaviləsi icra olunmamış və müddəti bitmiş, belə olan halda borc müqaviləsinə əsasən müəyyən edilmiş məbləğin tələb edilməsi hüququ yaranmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, borc müqaviləsində nəzərdə tutulmuş ******* manat borc Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda qeyd edilən pul vəsaitinin gecikdirilməsi və qanunsuz saxlanması ilə bağlı 490857,50 (dörd yüz doxsan min səkkiz yüz əlli yeddi manat, 50 qəpik) manat miqdarında pul vəsaitinin tutulması ilə bağlı məhkəmə qeyd edir ki, ərizəçi bununla bağlı Mülki Məcəllənin 449.1-ci və 445.7-ci maddələrinə istinad etmişdir. İddiaçı tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009cu il tarixli Qərarına uyğun olaraq iddiaçı tərəfindən özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia qismən təmin edilməli, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə bağlandığı 2018-ci ildən hər il üzrə məbləğin 5%-i olmaqla (61250×5=306250) cəmi 306250 manat Cavabdeh2 tutulmalıdır. Həmçinin qeyd edilməlidir ki, müqavilədə tərəf Cavabdeh2 olduğundan və borcun ailə ehtiyacları üçün götürülməsi müəyyən edilmədiyindən Cavabdeh1 münasibətdə iddia təmin edilməməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi və ona əlavənin təqdim edilməsi üçün 1402 manat 50 qəpik məbləğində və 781 manat məbləğində olmaqla cəmi 2183 manat 50 qəpik dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, təmin nisbəti nəzərə alınaraq 1950 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 1 225 000 manat məbləğində əsas borc, illik 5 faizlə hesablanmış 306250 manat məbləğində pul və ödənilmiş 1950 manat dövlət rüsumu Cavabdeh2̇ Elmar oğlundan tutularaq iddiaçı Məmmədov Alı̇ m Şərafətdı̇ n oğluna ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 1 225 000 (bir milyon iki yüz iyirmi beş min) manat məbləğində əsas borc, illik 5 faizlə hesablanmış 306250 (üç yüz altı min iki yüz əlli) manat məbləğində pul və ödənilmiş 1950 (min doqquz yüz əlli) manat dövlət rüsumu Cavabdeh2̇ Elmar oğlundan tutularaq iddiaçı Məmmədov Alı̇ m Şərafətdı̇ n oğluna ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar