Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-928/2023 01.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyəəsasən əsas borcuna görə 5092,55 (beş min doxsan ikimanat 55 qəpik) manat, faiz borcuna görə 376,13 (üç yüz yetmişaltımanat 13 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5468,68 (beş min dörd yüzaltmış səkkiz manat 68 qəpik) manat məbləğində pulun və 74,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinətutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Osmanov Mansur iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdir ki, İddiaçı ASC-nin Yasamal filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 1 Mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən illik 25% faiz dərəcəsi olmaqla 48 ay müddətinə 10000 (on min) manat məbləği limitində cavabdehə kredit xətti açılmışdır (kredit müqaviləsinin 2.1, 2.3, 2.4 bəndləri). 1 Mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqavilənin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 1 Mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 1-dən gec olmayaraq hər ay 545,76 (beş yüz qırx beş manat 76 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 1 Mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən borcunun məbləği əsas borcuna görə 5092,55 (beş min doxsan iki manat 55 qəpik) manat, faiz borcuna görə 376,13 (üç yüz yetmiş altı manat 13 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5468,68 (beş min dörd yüz altmış səkkiz manat 68 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 1 Mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 5092,55 (beş min doxsan iki manat 55 qəpik) manat, faiz borcuna görə 376,13 (üç yüz yetmiş altı manat 13 qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5468,68 (beş min dörd yüz altmış səkkiz manat 68 qəpik) manat pul tutulmalıdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini qəbul etməyərək, bildirmişdir ki, iddiaçının tələbin iş materialları ilə sübut olunmur, iddia əsassız və qanunsuzdur. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən bank tərəfindən Cavabdeh adına illik 25% dərəcəsi olmaqla 48 ay müddətinə 10.000 mnat məbləğində kredit xətti açılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, borclu Cavabdeh 01 mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən 26 dekabr 2022-ci il tarixinə olan borcu aşağıdakı kimidir: əsas borc-5092,55 manat, faiz borcu-376,13 manat, cərimə borcu-0 manat, tələblərin cəmi 5468,68 manat. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 15 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, borclu borcun olması barədə qabaqcadan xəbərdar edilmişdir. Mülki işin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2122 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən X3 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 01 mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2022-ci il tarixə (maliyyə arayışında göstərilən tarix) banka olan əsas və faiz borcu 25.734,34 manat məbləğində müəyyən edilir. O cümlədən, xx.xx.2022ci il tarixə-əsas borc üzrə 23.910,91 manat, faiz borcu üzrə 1.823,43 manat. Aparılmış ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmə belə bir nəticəyə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə borcun müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə İddiaçı ASC-nin xəbərdarlığına baxmayaraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borcuna münasibətdə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə təqdim edilən ekspert rəyinə münasibətdə qeyd edir ki, həmin rəy məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilə bilməz. Belə ki, həmin rəyə əsasən borclunun maliyyə arayışında qeyd edilən vaxta, yəni xx.xx.2022-ci il tarixə 25.734,34 manat məbləğində borcun olduğu müəyyən edilmişdir. Lakin, iddia tələbində borcludan cəmi 5468,68 manat məbləğində pulun tutulması tələb edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmamaqla, Cavabdeh 1 Mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borcuna görə 5092,55 manat, faiz borcuna görə 376,13 manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5468,68 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 74,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi təşkil edir. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 74,69 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 01 mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borca görə 5092,55 (beş min doxsan iki manat əlli beş qəpik) manat, faiz borcuna görə 376,13 (üç yüz yetmiş altı manat on üç qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5468,68 (beş min dörd yüz altmış səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində pul və 74,69 (yetmiş dörd manat altmış doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 01 mart 2022-ci il tarixli, YSKRK-01953 saylı kartmane xidməti üzrə müqaviləyə əsasən əsas borca görə 5092,55 (beş min doxsan iki manat əlli beş qəpik) manat, faiz borcuna görə 376,13 (üç yüz yetmiş altı manat on üç qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat, cəmi 5468,68 (beş min dörd yüz altmış səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində pul və 74,69 (yetmiş dörd manat altmış doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-928/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-928/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver