Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-94/2023 07.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər X1 oğluna və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC cavabdehlər X1 oğluna və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə 10458.94 manat əsas, 2127.37 manat faiz, cəmi 12586.31 manat pul vəsaitinin, cavabdeh X1 oğlundan xx.xx.2020-ci il tarixli BBLK3280204A208 saylı kredit kart müaviləsi üzrə 6000 manat əsas, 1229.39 manat faiz, cəmi 7229.39 manat və 149.44 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh X1 oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 210GTKİR3306851AA saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 26.34 faiz dərəcəsi ilə X1 oğluna kredit verilərkən Cavabdeh2 Bank arasında xx.xx.2019-cu il tarixli, Z-210GTKR3306851AA saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənməsi üçün bank qarşısında borcalanla birikdə cavabdehlik daşıyır. İddiaçı "Kapital Bank” ASC ilə cavabdeh X1 oğlu arasında bağlanmış xx.xx.2020-cu tarixli BBLK3280204A208 saylı kredit müqaviləsinə əsasən ona 58 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6000 Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri - barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsədə, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmərmişdir. Nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-nə xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə 10458.94 manat əsas, 2127.37 manat faiz, cəmi 12588.31 manat və xx.xx.2020-cu il tarixli BBLK32802044A208 saylı kredit kart müqaviləsi üzrə 6000 manat əsas, 1229.39 manat faiz, cəmi 7229.39 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həl olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbinin borcun zamin Cavabdeh2 tutulması hissəsində rədd edilməsini xahiş etdilər. Cavabdeh X1 oğluna məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Badamdar filialı ilə X1 oğlu arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 48 ay müddətinə, illik 26.34 % hesabı ilə 20000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin Badamdar filialı ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixdə bağlanmış Z-210GTKR3306851AA saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu həmin müqavilə üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sahil filialı ilə X1 oğlu arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank müştəriyə Birkart ödəniş kartı vermişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X1 oğlunun xx.xx.2022-ci il tarixə xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə 10458.94 manat əsas, 2127.37 manat faiz, cəmi 12586.31 manat, xx.xx.2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1229.39 manat faiz borcu, cəmi 7229.39 manat borcu vardır. İş materiallarında olan "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, bank onlara borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 149.44 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3269 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə X1 oğlunun İddiaçı ASC-yə olan əsas borcu 10465.91 manat, faiz borcu 2121.14 manat, xx.xx.2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1229.39 manat faiz borcu təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh X1 oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqavilələri üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Digər Cavabdeh2 (zamin) mülki məsuliyyətini araşdıraraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında görünür ki, zamin xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə üzrə borcalan tərəfindən öhdəliklərin icrasının pozulacağı təqdirdə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə cavabdehlərdən xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, bu müqavilə üzrə hesablanmış əsas borc tələb edilən borcdan yüksək olduğundan iddiaçı tərəfindən tələb edilən miqdarda, faiz borcu ekspert rəyində göstərildiyi kimi tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, cavabdehlərdən xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə əsas borca görə 10 458.94 manat, faiz borcuna görə 2121.14 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdeh X1 oğlunun xx.xx.2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə tələb edilən borcla ekspert rəyində hesablanmış borcun eynilik təşkil etməsini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia tam təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər X1 oğlundan və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə əsas borca görə 10 458.94 manat, faiz borcuna görə 2121.14 manat, cavabdeh X1 oğlundan xx.xx.2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1229.39 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 149.44 manat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat cavabdeh X1 oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər X1 oğlundan və Cavabdeh2 xx.xx.2019-cu il tarixli 210GTKR3306851AA saylı kredit müqaviləsi üzrə əsas borca görə 10 458.94 manat, faiz borcuna görə 2121.14 manat, cavabdeh X1 oğlundan xx.xx.2020-ci il tarixli BBLK3280204A208 saylı kredit müqaviləsi üzrə 6000 manat əsas, 1229.39 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 149.44 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X1 oğlundan iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-94/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-94/2023
07.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver