Məhkəmə qərarları › İş №e-2(006)-95/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-95/2025

13.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-95/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlunun nümayəndəsi X1, cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlunun cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızına qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlu cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızına qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurduğu 3430 (üç min dörd yüz otuz) manat maddi, 1000 manat mənəvi zərər, 66 manat ödənilmiş dövlət rüsumu, vəkilə ödənilmiş 100 manat xərc olmaqla, ümumilikdə 4530 manat pulun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5, mənzil 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Bu barədə ona Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ********** qeydiyyat nömrəli xx.xx.2020 tarixli çıxarış verilmişdir. 24 oktyabr 2023-cü il tarixində ona məxsus göstərilən mənzili su basmışdır. Su onun mənzilinin üstündəki 4 saylı mənzildən axmışdır. Əvvəllər də belə xırda hallar olmuşdu, lakin indiki kimi belə hərtərəfli su basması olmamışdı. O, təcili 102 saylı MKİS-ə müraciət etdi, onların mütəxəssisləri onun mənzilinə baxış keçirtdilər, müvafiq yoxlamalardan sonra bildirdilər ki, su basması onun mənzilinin üstündəki 4 saylı mənzildən olmuşdur. 102 saylı MKİS əməkdaşları xx.xx.2023 tarixində tərtib etdikləri aktda göstərmişlər ki, 4 saylı mənzildən su axıdılması nəticəsində onun mənzilinin əsas zal hissəsinin tamam, yan divarın bir hissəsi və parket yarasız hala düşmüşdür. Döşəmə hissəsində parketlər yerindən çıxmış, tavan hissəsindəki asma tavan sallaq vəziyyətdə qalmışdır. Ümumilıkdə mənzilin 10 kvm hissəsinə ciddi zərərə vurulmuşdur. Vurulmuş zərərlə bağlı yuxarıdakı mənzilin sahibini tapmaq mümkün olmadığından şikayət ərizəsiylə Binəqədi rayonu polis idarəsinin 5-ci polis Bölməsinə müraciət etmişdir. Polis idarəsindən xx.xx.2023-cü ildə ona təqdim edilən 46-2/2-C-14990 saylı məktubda göstərilmişdir ki, onun mənzilinin üstündəki 4 saylı mənzilin sahibi xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh izahatı alınmış və ona mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Vurulmuş ziyanın miqdarının müəyyən edilməsi üçün MBA LTD MMC-yə müraciət etdi və onlar iddiaçıya MB-16/1495 saylı Qiymətləndirmə hesabatı təqdim etdilər. Həmin hesabata görə onun mənzilinə vurulmuş zərərin miqdarı 3430 (üç min dörd yüz otuz) manat təşkil edir. Maddi zərərlə birlikdə ona həm də mənəvi ziyanda vurulmuşdur. Belə ki, mənzilin bu vəziyyətə düşdüyünü gördükdə əsəb, stress, iztirab, mənəvi sarsıntı keçirmişdir. Yenidən mənzilini təmir etmək üçün hədsiz vaxt itkisinə, maddi və mənəvi məhrumiyyətlərə məruz qalmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızının nümayəndəsi və vəkili Vəkil2 məhkəmədən iddianı qəbul etməyərk məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Elmar Səidov məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılaraq məhkəmə baxış iclasına çağırılmış, lakin ekspert məhkəmə iclasına gəlməmişdir. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5, mənzil 1 ünvanında yerləşən mənzil xx.xx.2020-ci il tarixdən Cəfərzadə Amı̇ l Heydər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - 102 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5 ünvanında yerləşən 4 saylı mənzildən 1 saylı mənzilə su axır. Həmin su axıdılması nəticəsində mənzilin əsas zal hissəsinin tamam, yan divarın bir hissəsi və parket yarasız hala düşmüşdür. Döşəmə hissəsində parketlər yerindən çıxmış, tavan hissəsindəki asma tavan sallaq vəziyyətdə qalmışdır. Ümumilikdə mənzilin 10 kv.m hissəsinə ciddi zərərə vurulmuşdur. - "xxxx" MMC Qiymətləndirmə Şirkətinin MB-16/1495 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5 ünvanında yerləşən 1 saylı mənzilə subasma nəticəsində dəymiş zərərin 04 noyabr 2023-cü il tarixinə hesablanmış bazar dəyəri 3430 manat təşkil edir. - Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 46-2/2-C- 14990 saylı məktubdan görünür ki, 4 saylı mənzildə yaşayan xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh izahatı alınmış və omüraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/647 nömrəli, 03 iyul 2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 9/5 saylı evin 4 saylı mənzildən suyun sızması, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 9/5 saylı evin 1 saylı məzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işləri mövcud bazar qiymətlərinə uyğun olaraq 2752,0 manat məbləğində müəyyən edilir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/8140 nömrəli, 07 yanvar 2025-ci il tarixli rəyindən görünür ki, tədqiq olunan 1 saylı mənzilin konstruktiv elementləri üzrə təmir işləri aparıldığından (su sızma hadisəsindən sona ilkin vəziyyət saxlanılmışdır.), Bakı şəhəri, Binəqədi rayonu, X5 prospektində yerləşən, 9/5 saylı yaşayış binasının 1 saylı mənzilinə su sızması nəticəsində dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də ikinci sual üzrə tədqiqat aparılmamışdır. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmətikinti-texniki eksperizasının dəyəri 100 manat təşkil edir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 66 manat məbləğində dövlət rüsumu, 100 manat məbləğində isə hüquqi yardım xərcinə görə pul vəsaiti ödənilmişdir. Mülki iş materiallarına fotoşəkillər və videogörüntülər olan Flaşdisk əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hazırki iddia tələbinə münasibətdə qeyd edir ki, mübahisə üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/647 nömrəli, 03 iyul 2024-cü il tarixli və ekspert rəyi ilə Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 9/5 saylı evin 4 saylı mənzildən suyun sızması, Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, 9/5 saylı evin 1 saylı məzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işləri mövcud bazar qiymətlərinə uyğun olaraq 2752,0 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5 ünvanında yerləşən 4 saylı mənzildən 1 saylı mənzilə suyun sızması 102 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5 ünvanında yerləşən 4 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5 ünvanında yerləşən 1 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Məhkəmə iddia tələbinin “mənzilə dəymiş maddi zərərə görə 3430 manat məbləğində pulun ödənilməsi” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, müvafiq ekspert rəyi ilə təmir işlərinin aparılması üçün iddiaçıya dəymiş maddi ziyanın məbləğinin 2752,0 manat müəyyən edilməsi nəzərə alınmalı, iddiaçı tərəfindən ona iddia edilən məbləğdə maddi ziyan dəyməsi ilə bağlı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC Qiymətləndirmə Şirkətinin MB-16/1495 saylı, xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatı məhkəmə tərəfindən təyin edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə üstüstə düşmədiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilməmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 2752,0 manat cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızından alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə hesab edir ki, cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5 ünvanında yerləşən 4 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, X5 prospekti, ev 9/5 ünvanında yerləşən 1 saylı mənzilə su sızma nəticəsində iddiaçıya maddi ziyan vurulduğundan və bu hal məhkəmə tərəfindən öz təsdiqini tapdığından iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğluna vurulmuş mənəvi ziyanın əvəzi kimi (keçirdiyi sarsıntı və narahatlıq, qorxu hissi) kompensasiya ödənilməlidir. Lakin iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlu mənəvi zərərin məbləğinin hansı səbəbdən 1000 manat təşkil etməsini əsaslandırmadığından və bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddia tələbi bu hissədə qismən təmin edilərək, cavabdehdən mənəvi zərərin əvəzi olaraq 100 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi ağlabatan hesab edilmişdir. Məhkəmə iddia tələbinin hüquqi yardım xərcinə görə vəkilə ödənilmiş 100 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə 100 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 100 manat cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızından Cəfərzadə Amı̇ l Heydər oğlunun xeyrinə tutulmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş 44 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızından vurulmuş maddi zərərin əvəzi kimi 2752 manat, mənəvi zərərin əvəzi kimi 100 manat, iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44 manat, ümumilikdə 2996 (iki min doqquz yüz doxsan altı manat) manat pul vəsaiti iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlunun xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Hazırki iş üzrə iddia tələbi qismən təmin edildiyindən, aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 AZN-nin (iki yüz manat) 133 AZN-i (yüz otuz üç manat) cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızından, qalan 67 AZN-i (altmış yeddi manat) isə iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlundan alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızından vurulmuş maddi zərərin əvəzi kimi 2752 manat, mənəvi zərərin əvəzi kimi 100 manat, iddiaçının göstərilmiş hüquqi yardıma görə ödədiyi 100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44 manat, ümumilikdə 2996 (iki min doqquz yüz doxsan altı manat) manat pul vəsaiti iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlunun xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 AZN-nin (iki yüz manat) 133 AZN-i (yüz otuz üç manat) cavabdeh İbrahı̇ mova Ceyhunə Tapdıq qızından, qalan 67 AZN-i (altmış yeddi manat) isə iddiaçı Cəfərzadə Amı̇ l Heydər oğlundan alınaraq alınaraq Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar