Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-970/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təqsiri üzündən ona məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (hibrid) markalı minik avtomobilindən istifadə zamanı yaranmış cərimələrə görə ödədiyi 448 (dörd yüz qırx səkkiz) manat vəsaitin, eləcə də iddia ərizəsinin məhkəməyə təqdim olunması üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan **-GE-*** dövlət qeydiyyat nişanlı (DQN) Toyota Prius (hibrid) markalı minik avtomobilini xx.xx.2024-cü il tarixində (Reyestrdə 7E-3879 nömrə ilə qeyd edilən) nəqliyyat vasitəsindən istifadə hüququnu Bakı şəhəri S.Əsgərova küç. ev 183, mənzil 24-də qeydiyyatda olan Cavabdeh (sürücülük vəsiqəsinin nömrəsi BB043286, verilmə tarixi xx.xx.2023-cü il, verən orqan - Bakı şəhəri 1 saylı ASAN Xidmət Mərkəzi) etibarnamə ilə vermişdir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə Cavabdeh xx.xx.2024-cü il tarixli EQ20900364 nömrəli Protokolla 40 manat (dəbbə pulu ilə yekun məbləğ 64 manat), xx.xx.2024-cü il tarixli EQ20917871 nömrəli Protokolla 80 manat (dəbbə pulu ilə yekun məbləğ 128 manat), xx.xx.2024-cü il tarixli İXP6234661 nömrəli Protokolla 80 manat (dəbbə pulu ilə yekun məbləğ 128 manat), xx.xx.2024-cü il tarixli İXP6229598 nömrəli Protokolla 80 manat (dəbbə pulu ilə yekun məbləğ 128 manat) məbləğində cərimə olunmuş, həmin cərimə məbləği müəyyən olunmuş müddətdə cavabdeh tərəfindən ödənilmədiyi üçün üzərinə dəbbə pulu gələrək yekunda 448 manat təşkil etmişdir. xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək 3 (üç) ay müddətində mülkiyyətində olan nəqliyyat vasitəsinə həbs qoyulduğu üçün avtomobildən istifadə edə bilməmişdir. Barəsində inzibati tənbeh tətbiq edilən şəxs (cavabdeh) qanunla müəyyən edilmiş əsaslar olmadan sözügedən cərimələri ödəməmiş və nəqliyyat vasitəsindən istifadə edilməsi zərurəti ilə bağlı o məcbur qalaraq Cavabdeh İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasına görə səlahiyyətli orqan tərəfindən tətbiq olunmuş cərimələri (cəmi 448 manat) xx.xx.2024-cü il tarixində Azərbaycan Beynəlxalq Bankının mobil tətbiqi vasitəsilə ona məxsus bank kartı ilə dövlət büdcəsinə ödəmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahat verərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - “nəqliyyat vasitəsindən istifadə edilməsinə” dair xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan **-GE-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius (hibrid)” markalı minik avtomobilindən istifadə hüququnu Cavabdeh 1 il 5 ay 13 gün müddətinə etibarnamə ilə vermişdir. - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Prius» minik markalı, **-GE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhər DYPİ YNH inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 20:44-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. - Bakı şəhər DYPİ YNH inspektoru polis baş serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 13:59-da “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. - Bakı şəhər DYPİ polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2024-ci il tarixdə, saat 13:59-da “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir. - Bakı şəhər DYPİ YNH inspektoru polis serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh xx.xx.2024-ci il tarixdə, saat 20:44-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir. - Bakı şəhər DYPİ Polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarar əsasən, Cavabdeh xx.xx.2024-ci il tarixdə, saat 13:59-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.2-ci maddəsi ilə təqsirli bilinmiş və ona 80 manat məbləğində cərimə tətbiq edilmişdir. -Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasıyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20900364 inzibati tənbeh vermə haqqında elektron qərara əsasən, Cavabdeh xx.xx.2024-ci il tarixdə, saat 09:30:57-də “TOYOTA PRİUS (HİBRİD) MİNİK" markalı **-GE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən AR İXM-nın 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 manat məbləğində cərimə tətbiq edilmişdir. -"xxxx" ASC-nin İddiaçı məxsus 438750******2207 nömrəli kart çıxarışından görünür ki, o, xx.xx.2024-cü il tarixində cərimələrə görə 448 manat pul vəsaiti ödəmişdir. Mülki işin materiallarında olan X3 tərəfindən ünvanlanmış e-2(006)-970/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli şahid ifadəsindən görünür ki, 2023-cü ilin sentyabr ayında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal 1 Yaşayış Kompleksi inşa olunduğu vaxtdan tanıdığı Cavabdeh ona müraciət edərək 1000 (min) manat məbləğində nağd pula ehtiyacı olduğunu bildirdi. Onun Cavabdeh ilə həmin dövrdə münasibəti yaxşı olub və ondan aralarında olan etibara xələl gətirə biləcək hər hansı neqativ hərəkət görməmişdir. Həmin vaxt Cavabdeh onun istədiyi vəsaitin onda olmadığını bildirdikdə, cavabdeh, ondan mümkün qısa müddət ərzində yaxın tanışlarından onun üçün borc tapmağını xahiş etdi. O, da öz növbəsində 2019-cu ildən tanıdığı İddiaçı bu barədə xahiş edərək Cavabdeh etibar etdiyini və borcun qaytarılacağı ilə bağlı heç bir problemin olmayacağı barədə onu arxayın etdi. Beləliklə, tanışı İddiaçı ona etibar edərək həmin pulu verməyə razı oldu və onun vasitəçiliyi ilə 2023-cü ilin sentyabr ayında MİDA Yasamal 1 Yaşayış Kompleksində 1000 (min) manat nağd pulu İddiaçı alaraq Cavabdeh verdi. Cavabdeh isə həmin pulu 2 (iki) ay müddətində hissə-hissə qaytaracağına dair onların yanında şifahi öhdəlik götürdü. Lakin 2 (iki) ay keçsə də Cavabdeh borcu ödəmədi, onu qaytarmağa imkanı olmadığını ona bildirdi və bu səbəbdən İddiaçı borcun qaytarılacağına ümidini itirdi. - ödəniş qəbzindən (№**********33) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki iş materiallarına İddiaçı ödənilmiş pul vəsaitləri barədə qəbzlər əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə ilk olaraq onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə yuxarıda sadalanan maddələrə əsasən qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır. Hazırkı iş üzrə İddiaçı mülkiyyətində olan **-GE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (hibrid)” markalı minik avtomobil xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək “nəqliyyat vasitəsindən istifadə edilməsinə” dair etibarnamə üzrə Cavabdeh istifadəsində olmuş və iddiaçı həmin dövrdə törədilmiş inzibati xətalara görə cavabdeh barəsində inzibati tənbeh tədbiri qismində tətbiq edilmiş cərimələrin ümumi məbləğinin tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi təqdim olunmuş sübutlarla əsaslandırılmış və məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materialarından görünür ki, İddiaçı nəqliyyat vasitəsindən istifadə hüququnu etibarnamə əsasında Cavabdeh vermişdir. Cavabdeh həmin etibarnamə əsasında nəqliyyat vasitəsindən istifadə etdiyi dövrdə inzibati xəta törətmiş və barəsində müvafiq inzibati protokollar tərtib olunaraq cərimələr tətbiq edilmişdir. Bu cərimələrin ilkin ümumi məbləği 280 manat təşkil etsə də, cavabdehin onları müəyyən olunmuş müddətdə ödəməməsi səbəbilə üzərinə dəbbə pulu əlavə edilmiş və yekun məbləğ 448 manata çatmışdır. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə olunmuş protokollar və ödəniş qəbzləri göstərir ki, barəsində inzibati tənbeh tədbirləri tətbiq olunmuş şəxs – Cavabdeh – bu cərimələri ödəməkdən yayınmış, nəticədə avtomobilin mülkiyyətçisi olan iddiaçı 448 manat məbləğində cərimələri xx.xx.2024-cü il tarixində öz bank kartı ilə ödəmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya hər hansı borcunun olmadığını bildirsə də, onun tərəfindən törədilmiş inzibati xətalar nəticəsindən yaranmış 448 manat məbləğində cərimələrin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirmişdir ki, o, avtomobildən istifadə etdiyi hər gün üçün iddiaçıya 15 manat xidmət haqqı ilə yanaşı əlavə 10 manat depozit ödəyib və tərəflər arasında əlavə məbləğin gələcəkdə yarana biləcək mümkün cərimələrin əvəzinə istifadə olunacağı barədə razılaşma olub. Məhkəmə cavabdehin göstərdiyi dəlil ilə razılaşmır. Belə ki, cavabdeh bu ödənişləri təsdiqləyən müəyyən pul qəbzlərini məhkəməyə təqdim etsə də, tərəflər arasında bu şərtləri əks etdirən hər hansı yazılı müqavilə, razılaşma və ya hər hansı sübut mövcud deyildir. Məhkəmə qeyd edir ki, yalnız ödənişin həyata keçirilməsini təsdiq edən qəbzlərin mövcudluğu bu vəsaitlərin konkret hansı məqsəd üçün verildiyini və razılaşdırılmış şərtlərə uyğun istifadə olunacağını sübuta yetirmir. Beləliklə, cavabdeh tərəfindən iddia olunan razılaşma – yəni gündəlik ödənilən 10 manatın gələcək cərimələrin qarşılanması məqsədi daşıması – rəsmi şəkildə təsdiqlənmədiyi üçün hüquqi qüvvəyə malik hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Məhkəmə bu halları nəzərə alaraq belə qənaətə gəlir ki, etibarnamə ilə avtomobildən istifadə hüququ əldə etmiş cavabdeh öz hərəkətləri ilə inzibati xətalar törətmiş və bu xətalara görə tətbiq olunmuş sanksiyaları ödəmədiyi üçün onun bu hərəkətləri nəticəsində yaranmış maliyyə öhdəliyinin icrası iddiaçı tərəfindən təmin olunmuşdur. Beləliklə, iddiaçının cavabdehdən həmin məbləğin geri tutulmasına dair tələbi əsaslı olduğundan, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh maddi ziyana görə 448 (dörd yüz qırx səkkiz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh maddi ziyana görə 448 (dörd yüz qırx səkkiz) manat pul və 30 (otuz manat) manat ödənilmiş dövlət rüsumu məbləğində pul tutularaq İddiaçı Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-970/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-970/2025
01.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver