Məhkəmə qərarları › İş №e-2(006)-973/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-973/2023

28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-973/2023 28.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 3094,75 (üç min doxsan dörd manat yetmiş beş qəpik) manat - bundan 3048,43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat əsas, 46,32 (qırx altı manat otuz iki qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 52,09 (əlli iki manat doqquz qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Salyan filialı ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2019-cu il tarixli, 122.LN.1676.300719.00002 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 3048,43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında 30 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrə əsasən zamin durmuş şəxslər kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyırlar. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 3094,75 (üç min doxsan dörd manat yetmiş beş qəpik) manat təşkil edir. Bundan 3048,43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat əsas, 46,32 (qırx altı manat otuz iki qəpik) manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin 8.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul edib bildirdi ki, iddia tələbinə etiraz etmir, iddianı tam qəbul edir, lakin bank tərəfindən tələb edilən borcu ödəməyə maddi imkanı yoxdur, imkanı olduqca ödəyəcək. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə gəlməyən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan 30 iyul 2019-cu il tarixli, 122.LN.1676.300719.00002 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 30 iyul 2024-cü il tarixinə kimi illik 1 (bir) faiz dərəcəsi ilə 3048,43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində kredit ayırmağı, Cavabdeh2 kreditdən yalnız kredit və k/x ödənilməsi məqsədilə istifadə edəcəyini, kredit müqaviləsi üzrə verilmiş kredit və hesablanmış faizləri bu Müqavilənin 1.1-ci bəndində göstərilmiş valyutada kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 30 iyul 2019-cu il tarixli, 122.CL.300719.00002/a nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 bu müqaviləyə əsasən İddiaçı ASC qarşısında 30 iyul 2019-cu il tarixli, 122.LN.1676.300719.00002 nömrəli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalan Cavabdeh2 3048,43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqaviləyə görə zamin borcalanın öhdəliklərini icra etməyi, borcalan bu Müqavilə ilə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalan ilə bank qarşısında birgə məsuliyyət daşımağı, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və bu Müqavilə ilə təmin edilmiş öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan 30 iyul 2019-cu il tarixli, 122.CL.300719.00002/b nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 bu müqaviləyə əsasən İddiaçı ASC qarşısında 30 iyul 2019-cu il tarixli, 122.LN.1676.300719.00002 nömrəli kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin,o cümlədən borcalan Cavabdeh2 3048,43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Müqaviləyə görə zamin borcalanın öhdəliklərini icra etməyi, borcalan bu Müqavilə ilə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə borcalan ilə bank qarşısında birgə məsuliyyət daşımağı, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və bu Müqavilə ilə təmin edilmiş öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində banka dəyən digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında tam həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 30 iyul 2019-cu il tarixli, 122.LN.1676.300719.00002 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə 3048,43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat əsas, 46,32 (qırx altı manat otuz iki qəpik) manat faiz borcu, cəmi 3094,75 (üç min doxsan dörd manat yetmiş beş qəpik) manat borcu vardır. Mülki işin materiallarında olan LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, onlar yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişlər. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 51.69 (əlli bir manat altmış doqquz qəpik) manat rüsum ödənilmiş, 0,40 (qırx qəpik) manat bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında 30 iyul 2019-cu il tarixdə 122.LN.1676.300719.00002 nömrəli kredit müqaviləsi bağlanaraq, bank tərəfindən Cavabdeh2 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 3048,43 məbləğində kredit verilmiş, Cavabdeh2 kreditdən təyinatına uyğun istifadə etməyi və krediti və ona hesablanmış faizləri müqavilədə müəyyənləşdirilmiş müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi 30 iyul 2019cu il tarixdə Cavabdeh1 ilə 122.CL.300719.00002/a nömrəli, Cavabdeh3 ilə isə 122.CL.300719.00002/b nömrəli zaminlik müqavilələri imzalanmış, zamin qismində çıxış edən cavabdehlər borclu qismində çıxış edən Cavabdeh2 30 iyul 2019-cu il tarixli, 122.LN.1676.300719.00002 nömrəli kredit müqaviləsi üzrə olan 3048,43 manat məbləğinə dair onunla birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Cavabdehlər müqavilələrin şərtlərini pozmuş və edilən xəbərdarlıqlara baxmayaraq, müqavilələrin icrasını yerinə yetirməmişlər. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, tələb əsaslıdır. Belə ki, göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi və həmin müqavilənin təminatı olan zaminlik müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, bank kredit müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə göstərilmiş məbləğdə krediti Cavabdeh2 vermiş, lakin Cavabdeh2 həmin müqavilədən irəli gələn öhdəliyini pozmuş, bu səbəblə də özü ilə birgə digər cavabdehlər də öhdəliyi yerinə yetirmədiklərindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehlərin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir və buna görə də onlar hərəkətsizliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdırlar. Zamin qismində çıxış edən digər cavabdehlərlə bağlanmış zaminlik müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onlar zaminlik müqavilələri ilə təmin edilmiş öhdəliyin miqdarı barədə xəbərdar edilmiş, borclu ilə birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər, hazırda müqavilənin müddəti bitməyib. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli və kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Məhkəmə ilk öncə Cavabdeh2 iddianı etiraf etməsinə münasibətdə qeyd edir ki, Cavabdeh2 iddianı etiraf etməsində qanunazidd hal yoxdur, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, buna görə də məhkəmə tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Mülki Prosessual Məcəllənin 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddia tələbinin bütün cavabdehlərə münasibətdə təmin edilməli olması qənaətini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məcəllənin 741-ci maddəsinə müvafiq olaraq, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 460.1-ci maddəsinə görə, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1, 471-472-ci maddələrində qeyd edilmişdir ki, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3048.43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat əsas, 46.32 (qırx altı manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3094.75 (üç min doxsan dörd manat yetmiş beş qəpik) manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin dövlət rüsumunun və bank xidmət haqqının ödənilməsi hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən ödənilmiş 51.69 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı, cəmi 52.09 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 3048.43 (üç min qırx səkkiz manat qırx üç qəpik) manat əsas, 46.32 (qırx altı manat otuz iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3094.75 (üç min doxsan dörd manat yetmiş beş qəpik) manat və iş üzrə ödənilmiş 51.69 (əlli bir manat altmış doqquz qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat bank xidmət haqqı tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar