Məhkəmə qərarları › İş №e-2(007)-101/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-101/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-101/2023 15.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə qalıq borc məbləğinin tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X9 Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC "xxxx" Bankı qarşısında hesablanmış və ödənilməmiş 13569.12 manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 227.26 manat məbləğində penya, cəmi 13796.39 manat məbləğində pul vəsaiti, iddia ərizəsinin verilməsinə görə 131.39 manat məbləğində dövlət rüsumunun və 0.40 manat xidmət haqqının ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********25514 №-li Kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən iddiaçı tərəfindən borc alana 300 (üç yüz) ay müddətinə, illik 10 % (on faiz) ödənilmək şərti ilə 56.000 (əlli altı min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC "xxxx" Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********25514/1 №-li Alqı-satqı və İpoteka müqaviləsi (bundan sonra birlikdə “İpoteka müqaviləsi”) bağlanmışdır. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsinə görə iddiaçı ASC "xxxx" Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2018-ci il tarixli 2(009)-794/2018 №-li qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 nömrəli kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 77500 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56908.04 manat borcun ASC "xxxx" Bankına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X5 və X3 həmin mənzildən çıxarılmaları, ASC "xxxx" Bankına borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)-6101/2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)-794/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2019-cu il tarixli, 2(103)-6101/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qəbul edildikdən sonra Cavabdeh tərəfindən qətnamə üzrə Bankın xeyrinə tutulması qət edilmiş borc məbləği tam şəkildə ödənilmişdir. Buna baxmayaraq, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında borcu qalmışdır. Belə ki, cavabdehin Kredit müqaviləsi üzrə iddiaçı qarşısında 13.569.12 (on üç min beş yüz altmış doqquz manat 12 qəpik) manat məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə ödənişlərin həyata keçirilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanan penya ödəməlidir ki, əsas borcun tam şəkildə qaytarıldığı xx.xx.2021-ci il tarixinə bu məbləğ 227.26 (iki yüz iyirmi yeddi manat 26 qəpik) manat təşkil etmişdir. İpoteka predmeti hesabına iddiaçının tələbi ödənilmədiyinə görə «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 47.5-ci maddəsinə əsasən iddiaçının tələbinin ödənilməyən hissəsini borc alanın başqa əmlakından almaq hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər hər hansı əməli addım atılmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Əvvəlki borclarını ödəmişdir. Banka 56900 manat ödəməli olduğu halda 60000 manat ödəniş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 300 ay müddətinə, illik 10 % olmaqla 56000 manat məbləğində kredit vermişdir. - Ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 04-dən gec olmayaraq 300 ay müddətində hər ay 508.87 manat, sonuncu ay 527.01 manat ödəniş etməlidir. - hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesablanmış adi faiz borcu qalığı 13569.12 manat, cərimə borcu 227.26 manatdır. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6101/2019 saylı qətnaməsinin surətindən görünür ki, “Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(009)-794/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 nömrəli kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 77500 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56908.04 manat borcun ASC "xxxx" Bankına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X5 və X3 həmin mənzildən çıxarılmaları, ASC "xxxx" Bankına borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir”. - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6101/2019 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-794/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni kredit borcunun məbləği, tutmanın ipoteka predmetinə yönəldilməsi və Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh faiz borcu 14879.53 manat müəyyən edilir. xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 131.39 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsinə əsasən bank cavabdehə 300 ay müddətinə, illik 10 % olmaqla 56000 manat məbləğində kredit vermişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(009)- 794/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 nömrəli kredit müqaviləsi üzrə 53584.18 manat əsas, 3241.31 manat faiz və 0.55 manat cərimə borcu, ödənilmiş 60 manat dövlət rüsumu, 22 manat xidmət haqqı olmaqla cəmi 56908.04 manat məbləğində borcun ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 16.0 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı, 47 saylı mənzilinə yönəldilməsi, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 77500 manat müəyyən edilməklə həmin mənzilin açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına Cavabdeh 56908.04 manat borcun ASC "xxxx" Bankına ödənilməsi, Bakı şəhəri, Səbail rayonu, M.Ə.Rəsulzadə küçəsi, 2 saylı evin 47 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay müddətində Cavabdeh, X5 və X3 həmin mənzildən çıxarılmaları, ASC "xxxx" Bankına borc ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-6101/2019 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-794/2018 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni kredit borcunun məbləği, tutmanın ipoteka predmetinə yönəldilməsi və Cavabdeh aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehdən ödənilməmiş 13569.12 manat məbləğində adi faizlər üzrə borc məbləğini, xx.xx.2021-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 227.26 manat məbləğində penya, cəmi 13796.39 manat məbləğində pul vəsaitini tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Müraciətdə o da göstərilir ki, mübahisəyə səbəb olan məsələlərdən biri də məhz məhkəmə qərarının qəbul olunmasından sonra bankın borcalana qarşı tələblərinin qərarın qəbul olunmasından sonrakı dövr üçün də müqavilə öhdəliklərinin icrası, yəni müqavilədə müəyyən edilmiş faiz və dəbbə pulunun tələb edilməsi şəklində və ya həmin dövr üçün yalnız zərər (o cümlədən əldən çıxmış fayda) şəklində irəli sürülə bilməsi ilə bağlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iddia tələbinin faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 13569.12 manat kimi göstərilmişdir. Məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 sentyabr 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehin faiz borcu üzrə 14879.53 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı faiz borcunun məbləği iddia ərizəsində göstərilmiş 13569.12 manat faiz müəyyən edilməli, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, cavabdehə xx.xx.2014-cü il tarixli **********25514 kredi tmüqaviləsi üzrə 40121.87 manat faiz borcu hesablanmışdır. Həmin faiz borcundan cavabdeh 26552.75 manat ödəniş etmişdir. Qalan faiz borcu isə ödənilməmiş qalmışdır. Bu səbəbdən həmin faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, 14 sentyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən cərimə borcu hesablanmamışdır. Məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 131,39 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərinə aid olan ödənilmiş 131.39 manat dövlət rüsumunun 129.22 manatı Cavabdeh, 2.17 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilməlidir. Bununla yanaşı iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 98.35 manatı Cavabdeh və 1.65 manatı iddiaçı "xxxx" ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsi üzrə 13569.12 manat məbləğində faiz borcu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli **********25514 saylı kredit müqaviləsi üzrə 13569.12 manat məbləğində faiz borcu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 131.39 manat dövlət rüsumunun 129.22 manatı Cavabdeh, 2.17 manatı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 98.35 manatı Cavabdeh və 1.65 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar