Məhkəmə qərarları › İş №e-2(007)-1046/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1046/2023

27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1046/2023 27.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə qarşı “qızılların qaytarılması, mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560- F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 8378,87 manat, faiz borcu üzrə 3943,65 manat, cərimə borcu üzrə 39,78 olmaqla cəmi 12362,30 məbləğində kredit borcunun və ödənilmiş 128 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh bank olmayan kredit təşkilatı (bundan sonra BOKT) "xxxx" MMC-nə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, “Biznes” məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 (on min) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 1621,13 manat, müqavilənin 6.1-ci bəndinə əsasən hesablanmış faiz borcu üzrə 894,87 manat olmaqla cəmi 2516,00 manat məbləğində pul ödənilmişdir. Hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 8378,87 manat, faiz borcu üzrə 3943,65 manat, cərimə borcu üzrə 39,78 manat olmaqla cəmi 12362,30 məbləğində kredit borcu vardır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə qarşı “qızılların qaytarılması, mümkün olmadıqda dəyərinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək dəyəri 25000 manat olan və cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçındə girov qoyulan qızılların ona qaytarılması, bu mümkün olmadıqda isə onun dəyərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı xx.xx.2019cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə borcunu ondan tələb etsə də iddiasını natamam qoymuş, iddia ərizəsində bütün detalları qeyd etməməklə özünə sərf eləyən qətnamənin çıxarılmasına çalışmışdır. Bu səbəbdən də o, hazırkı qarşılıqlı iddia əridəsi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Belə ki, 2019-cu il tarixdə ona təcili pul lazım olduğu üçün özünə məxsus olan 25000 manat dəyərindəki qızıl-zinət əşyalarını ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh kredit təşkilatına girov qoymaqla 10000 manat borc götürmüşdür. Bundan sonra götürdüyü borc məbləğinin ödənişini hər hansısa problem olmadan vaxtında icra etməyinə baxmayaraq fəaliyyətində baş verən problemlər səbəbindən sonradan kreditin ödənişini həyata keçirə bilmədi. Hətta kredit müqaviləsinin adına və şərtlərinə də nəzər salınsa görülər ki, kredit müqaviləsi təminatlı müqavilə olmuş, lombard krediti formasında girov qızıl qəbul edilməklə ona pul krediti ayrılmışdır. Maraqlıdır ki. ödənişdə çətinlik çəkdiyi üçün o, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehə müraciət edərək qızıl təminatının satışa çıxarılması hesabına borcunun bağlanmasını, geri qalan qızılın isə ona geri qaytarılmasını xahiş etsə də kredit təşkilatı bunu etməmiş, əksinə müqavilə üzrə kreditin faizlərinin artmasını gözləmişdir. Burada kredit təşkilatının əsas məqsədi girov qızılı mənimsəmək olmuşdur. Lakin, icraatda olan iş üzrə iddia ərizəsi ilə tanış olduqdan sonra ona məlum oldu ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nəinki girov qızıllar hesabına borcu silmək niyyətində deyil, əksinə iddia ərizəsini natamam qeyd etməklə qızılları məhkəmədən gizlətmək və bu yolla onun əmlakını mənimsəmək niyyətindədir. Bu səbəbdən də belə hesab edir ki, girov qoyulan qızılların kredit təşkilatı tərəfindən gizlədilməsi ona zərər vurulması və bu yolla kredit təşkilatının əsassız varlanması niyyəti daşıyır. Məhz bunu nəzərə alaraq, düşünür ki, məhkəmə iddiasını təmin etməli və cavabdeh kredit təşkilatında girov saxlanılan qızılları, bu mümkün olmadıqda isə onun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə çıxarmalı və bu yolla ona dəyən zərərin qarşısını almalıdır. İlk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (bundan sonra iddiaçı) müraciətinə müvafiq olaraq onunla BOKT "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1 və 6.1-ci bəndlərinə əsasən, "Biznes" məqsədilə borcluya 16 ay müddətinə, aylıq 3 %, illik 36 % olmaqla 10000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixii, L-BK-0049560-F-1 saylı Girov müqaviləsi bağlanmaqla Cavabdeh tərəfindən ümumi dəyəri 10400 manat olan qızıl-zinət əşyaları saxlanc girovuna qoyulmuşdur. BOKT "xxxx" MMC-nin zərgəri X3 müxtəlif adamların adına qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirib saxlanc girovuna qoyaraq kredit götürülməsini təmin etməsinə dair cinayət əməlləri ifşa olunmuşdur. BOKT "xxxx" MMC-nin yazılı məlumatı əsasında Nəsimi rayon Prokurorluğunda cinayət işi açılmış, cinayət işinin ibtidai istintaqı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə həvalə olunmuşdur. X3 Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Nəsimi Rayon Polis İdarəsi tərəfindən ibtidai istintaq aparılmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15,11.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023 il tarixli, 1(103)-349/2023 nömrəli qərarı ilə onun cəzası 7 il 6 aya endirilmişdir. X3 qızıl olmayan əşyaları qızıl kimi qiymətləndirərək, saxlanc girovuna qoyulmaqla götürülməsini təmin etdiyi kreditlərdən biri də Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsi üzrə götürdüyü 10000 manat məbləğində kreditdir. X1 həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qızıl olmayan əşyaların qızıl kimi qiymətləndirərək, Cavabdeh kredit götürməsini təmin etdiyini etiraf etmişdir (hökm, səhifə 8, 16). Cinayət işinin ibtidai istintaqı zamanı Cavabdeh şahid kimi işə cəlb olunmuşdur. İstintaqa verdiyi ifadəsində kredit götürülən zaman girov kimi qoyulmuş əşyaların özünə məxsus olmadığını, Cəlil adlı tanışının xahişinə əsasən ona məxsus əşyaları girov qoyduğunu bildirmişdir (hökm, səhifə 36). Daha sonra cinayət işinin məhkəmə istintaqı zamanı Cavabdeh ibtidai istintaqda verdiyi ifadənin əksinə olaraq girov qoyulmuş əşyaların yarısının özünə məxsus olduğunu bildirmişdir (hökm, səhifə 35). Məhkəmə şahid qismində dindirilmiş Cavabdeh məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, qeyri-səmimi və işin faktiki hallan ilə təkzib edilən ifadə kimi qiymətləndirərək şahidin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qeyri-mötəbər, ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər hesab etmişdir (hökm, səhifə 36). Yuxanda qeyd olunanlardan göründüyü kimi Cavabdeh girov qoyduğu əşyaların qızıl olmadığı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Qarşılıqlı iddiadan göründüyü kimi iddiaçının girov qoyulmuş əşyaların növü, çəkisi, qiyməti barədə heç bir təsəvvürü yoxdur. Əks halda girov kimi təqdim olunarkən 10400 manat dəyərində qiymətləndirilmiş əşyalar üçün 25000 manat tələb etməzdi. Məhkəmə ilk növbədə məhkəmə baxışı zamanı qarşılıqlı iddianın icraata götürülməsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi ilk iddia tələbində BOKT "xxxx" MMC Cavabdeh borcunun girovla təmin olunmuş olması, yəni “Girov” müqaviləsi bağlanmaqla Cavabdeh tərəfindən ümumi dəyəri 10400 manat olan qızıl-zinət əşyaları saxlanc girovuna qoyulması, MMC-nin zərgəri olan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində hökm çıxarılması barədə heç bir məlumat qeyd olunmaması və yalnız cavabdehin vəkili və nümayəndəsinin məhkəmə baxışı zamanı iştirakından sonra qeyd olunan halları məhkəmənin nəzərinə çatdırdığından məhkəmə qarşılıqlı iddianın məhkəmə baxışı zamanı icraata götürülməsini Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 155.1. Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. 155.2. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi Nümayəndə ilk iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianı qəbul etmədiyini və qarşılıqlı iddiaya etirazın məzmununa uyğun izahat verərək, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh qızılların saxta olduğunu bilmirdi, o da istintaq zamanı bilmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil ilk iddianı qəbul etmədi və təmin edilməməsini, qarşılıqlı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh pretenziya məktubu ünvanlamışdır. Pretenziya məktubuna cavab olaraq Cavabdeh borcun girov predmetinə yönəlməsini, artıq vəsaitin qaytarılmasını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün aylıq 3%, illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. - Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 12-dən gec olmayaraq 16 ay müddətində hər ay 801 manat, sonuncu ay 791.99 manat ödəniş etməlidir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçınə xx.xx.2023-cü il tarixə 8378.87 manat əsas, 3943.65 manat faiz, 39.78 manat cərimə, cəmi 12362.30 manat borcu vardır. - Bank Olmayan Kredit Təşkilatı İddiaçı xx.xx.2022-ci il tarixli xəbədarlığından görünür ki, Bank ilə borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirilmədiyi üçün borclunun banka 12362.30 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini 5 iş günü müddətində ödəməsi borcluya təklif edilmişdir. Əks təqdirdə, bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2023-cü il tarixli, 9/3915 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2019cu il tarixli, L-BK-0049560-F nömrəli kredit müqaviləsi üzrə 8360.06 manat əsas, 3260.42 manat faiz, cəmi 11620,48 manat borcu vardır. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci tarixli, 1(101)-395/2022 nömrəli hökmünün surətindən görünür ki, “məhkəmə istintaqında şahid qismində dindirilmiş Cavabdeh ifadəsində göstərmişdir ki, “Azpetrol” YDM-də inspektor işləyir. Əvvəllər uzun müddət 8-ci km bazarı adlanan ərazidə ticarətlə məşğul olmuşdur. Belə ki, orada müxtəlif mağazalarda satıcı işləmiş, hətta özü də mağaza icarə götürüb işlətmişdir. Uzun müddət tanısa da, anket məlumatlarını xatırlamadığı “Lotos” Ticarət Mərkəzində icarəyə götürdüyü mağazada kişi geyimləri satışı ilə məşğul olan Cəlil adlı tanışı 2019-cu ilin noyabr ayının əvvəllərində ona müraciət edərək əlavə bir mağaza icarəyə götürmək, orada da kişi geyimləri satmaq niyyətində olduğunu, bunun üçün pula ehtiyacı olduğunu, amma kredit götürə bilmədiyini bildirib onun adına kredit götürülməsinə razılıq verməyini xahiş etmişdir. Cəlil ilə şərik olub kredit götürüb mağazada satışı artırmaq qərarına gəlmişdir. Cəlil ilə kredit götürülərkən qızılların yarısını o, yarısını isə Cəlil qoymuşdur. 08 noyabr 2019-cu il tarixdə Cəlillə taksiyə əyləşib Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti 58 D ünvanında yerləşən "xxxx" MMC-nin qarşısına getmiş və içəri daxil olmuşlar. Bankın Emin adlı əməkdaşı onları qarşılayıb ümumi zaldakı masalardan birinin arxasında əyləşdirmişdir. Emin sənədləşdirmə işləri apardıqdan sonra bankdakı digər otağa keçmiş, orada o, qızılları təqdim etmişdir. Bankın zərgəri qızılları tərəzidə çəkib qiymətləndirmiş və qızılların müqabilində ona 10.000 manat kredit ayrılacağını bildirmişdir. Bundan sonra qızıllar zərfə qoyulub möhürlənmiş və ona müqavilənin surəti və qəbz təqdim olunaraq “Kapital bank”a müraciət edib pulu nağdlaşdıra biləcəyi deyilmişdir. Oradan çıxdıqdan sonra Cəlillə birlikdə “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı “Kapital bank” filialına gəlmiş, orada qəbzi təqdim edib 9800 manat pulu kassadan qəbul etmiş və bir hissəsini Cəlilə vermişdir. Aylıq ödənişləri həm Cəlil, həm də o, etmişdir. Lakin 2020-ci ildə pandemiya ilə əlaqədar iş yerləri bağlandığından ödənişləri edə bilməmişlər. Girov qismində banka təqdim etdiyi qızıllar saxta olmamışdır. xx.xx.2019-cu il tarixli L-BK- 0049560-F nömrəli kredit müqaviləsi və həmin tarixli L-BK0049560-F-1 nömrəli girov müqaviləsi ona təqdim olunmuşdur. Göstərilən imzalar və əlyazmalar ona məxsusdur, özü icra etmiş, hər hansı kənar təzyiq olmamışdır. MMC-dən krediti Cəlil və özü üçün götürmüşdür. Mirəhməd Əliyevi yalnız 1 dəfə bankda görmüşdür. Götürdüyü kreditdən Mirəhmədə pul verməmişdir. Banka girov kimi qızıl qoymuşdur. MMC-yə təqdim etdiyi qızılların yarısı ona, yarısı Cəlilə məxsus olmuşdur. Fəridə Ələkbərovanı tanımır. Razılaşmalarına əsasən MMC-yə aylıq ödənişləri həm Cəlil, həm də o ödəməli olmuşdur. MMC-yə aylıq 801 manat olmaqla ümümilikdə təxminən 2.500 manat ödəmişdir. Pandemiya başladıqdan sonra ödəniş edə bilməmişlər. İbtidai istintaq zamanı ifadəsini oxumadan imza etmişdir”. - xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 nömrəli “Girov” müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə dəyəri 10040 manat olan qızıl-zinət əşyaları (kolye+qolbaq 74.40 qr., 750 əyar, sırğa 2 cüt, 20.90 qr, 750 əyar, kolye+qolbaq 19.80 qr, 750 əyar, qolbaq 45.80 qr, 750 əyar, sep 35.70 qr, 750 əyar) girov qoymuşdur. - xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktından görünür ki, kolye+qolbaq 74.40 qr., 750 əyar-3800 manat; sırğa 2 cüt, 20.90 qr, 750 əyar-1070 manat; kolye+qolbaq 19.80 qr, 750 əyar-1010 manat; qolbaq 45.80 qr, 750 əyar-2340 manat; sep 35.70 qr, 750 əyar- 1820 manat olan qızıl-zinət əşyaları 10040 manat dəyərində qiymətləndirilmişdir. - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136.3 faiz təşkil etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, paket 11-də göstərilən əşyalar dəmir əsaslı ərintidir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı məhkəməyə müraciət etmək üçün 128 manat dövlət rüsumu ödənilmişdir. - 098298 nömrəli vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün girov qoyulmaqla aylıq 3%, illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə dəyəri 10040 manat olan qızıl-zinət əşyaları (kolye+qolbaq 74.40 qr., 750 əyar, sırğa 2 cüt, 20.90 qr, 750 əyar, kolye+qolbaq 19.80 qr, 750 əyar, qolbaq 45.80 qr, 750 əyar, sep 35.70 qr, 750 əyar) girov qoymuşdur. MMC-nin zərgəri olan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində hökm çıxarılaraq azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İstintaq zamanı müəyyən olunmuşdur ki, girov qoyulmuş qızıl-zinət əşyaları qızıl deyil dəmir əsaslı ərintidir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 16 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəlikləri qismən yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir. İlk iddiaya münasibətdə qeyd edilənlərdən müəyyən olundu ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə tam əməl etməyərək, krediti və ona hesablanmış faizləri qismən ödəməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İlk iddia üzrə iddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərini tam və layiqincə icra etməmişdir. Belə ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F saylı “kredit” müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün illik 36 % faiz dərəcəsi olmaqla 16 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə Bank Olmayan Kredit Təşkilatı İddiaçı maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixə 8378.87 manat əsas, 3943.65 manat faiz, 39.78 manat cərimə, cəmi 12362.30 manat borcu yarandığı qeyd olunmuşdur. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borc üzrə 8378,87 manat və faiz borcu üzrə 3943,65 manat kimi göstərilmiş, məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyun 2023-cü il tarixli rəyindən isə görünür ki, cavabdehin əsas borc üzrə 8360.06 manat və faiz borcu 3260.42 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı faiz borcunun məbləği məhkəmə-mühasibatlıq ekspertizasının 08 iyun 2023-cü il tarixli rəyində göstərilmiş əsas borc üzrə 8360.06 manat və faiz borcu 3260.42 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 8378,87 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 39,78 manat dəbbə (cərimə) pulunun tutulması əsaslıdır və iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2-ci maddəsinə girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 269.1-ci maddəsinə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.2-ci maddəsinə girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. 269.3-cü maddəsinə girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2019-cu il tarixli, L- BK-0049560-F-1 nömrəli girov müqaviləsinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixli, L- BK-0049560-F saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədilə dəyəri 10040 manat olan qızıl-zinət əşyaları (kolye+qolbaq 74.40 qr., 750 əyar, sırğa 2 cüt, 20.90 qr, 750 əyar, kolye+qolbaq 19.80 qr, 750 əyar, qolbaq 45.80 qr, 750 əyar, sep 35.70 qr, 750 əyar) girov qoymuşdur. xx.xx.2019-cu il tarixli qiymətləndirmə aktı ilə kolye+qolbaq 74.40 qr., 750 əyar-3800 manat; sırğa 2 cüt, 20.90 qr, 750 əyar-1070 manat; kolye+qolbaq 19.80 qr, 750 əyar-1010 manat; qolbaq 45.80 qr, 750 əyar-2340 manat; sep 35.70 qr, 750 əyar-1820 manat olan qızıl-zinət əşyaları 10040 manat dəyərində qiymətləndirilmişdir. Qeyd olunan girov predmetlərinin saxtalaşdırılması barədə Cavabdeh məlumatı olmamışdır. Məhkəmə iclasında bu halı Cəmiyyətin nümayəndəsi də təsdiq etmişdir. Həmçinin Cavabdeh bununla bağlı cinayət məsuliyyətinə cəlb olunmamışdır. Bank Olmayan Kredit Təşkilatı İddiaçı zərgəri X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Mirəhməd Əliyevin təqsirli bilindiyi maddəyə nəzər saldıqda onun yalnız Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirləndirilməsi müəyyən olunur. Beləliklə mülki qanunvericiliyin tələbinə əsasən xx.xx.2019-cu il tarixli, L-BK- 0049560-F saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi məqsədilə girova qoyulan qızıl-zinət əşyaları MMC də saxlanıldığına görə girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi girov saxlayan Bank Olmayan Kredit Təşkilatı İddiaçı üzərinə düşür. Bundan başqa qarşılıqlı iddia tələbini qəbul etməyən ilk idia üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı girovun (qızıl-zinət əşyaların) saxta olduğu müəyyən olunduğu vaxtdan girov müqaviləsinin etibarsızlığı barədə iddia tələbi qaldırmaq hüququ olduğu halda belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 283.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın kimdə olmasından asılı olaraq girov qoyan və ya girov saxlayan, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa: girov qoyulmuş əşyanı itirilmə və zədələnmə risklərindən onun tam dəyərində, əşyanın tam dəyəri girovla təmin edilən tələbin ölçüsündən artıqdırsa, tələbin ölçüsündən az olmayan məbləğdə sığorta etdirməlidir, girov qoyulmuş əşyanın salamatlığının təmin edilməsi, o cümlədən üçüncü şəxslərin qəsdlərindən və tələblərindən müdafiəsi üçün tədbirlər görməlidir. 283.1.3-cü maddəsinə əsasən girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsi yarandıqda digər tərəfi dərhal xəbərdar etməlidir. Məhkəmə həmin qızıl-zinət əşyalarının dəyərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən 750 əyarlı qızıl üzüyün istehlak qiyməti indeksi 2023-cü ilin sentyabr ayında 2019-cu ilin noyabr ayına nisbətən 136.3 faiz təşkil etmişdir. Odur ki, qızıl-zinət əşyalarının hazırki dəyəri 13684.52 manat (10040 x 36.3% istehlak qiyməti indeksi=3644,52+10040=13684.52) məbləğində müəyyənləşdirilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, qızıl-zinət əşyalarının özü, onlar olmadıqda isə dəyəri 13684.52 manat Bank Olmayan Kredit Təşkilatı İddiaçındən Cavabdeh xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 128 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İlk iddia tələbi qismən təmin edildiyindən, məhkəmə xərclərinə aid olan ödənilmiş 128 manat dövlət rüsumunun 120.73 manatı (Əliyev.İ müharibə veteranı olduğu üçün) dövlət büdcəsinə, 7.27 manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 47.16 manatı Cavabdeh, 2.84 manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, ilk iddia tələbi qismən təmin edilməli, Cavabdeh 8360.06 manat əsas, 3260.42 manat faiz, 39.78 manat cərimə, cəmi 11660.26 manat məbləğində pul Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş 128 manat dövlət rüsumunun 120.73 manatı (Əliyev.İ müharibə veteranı olduğu üçün) dövlət büdcəsinə, 7.27 manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə aid edilməli, qarşılıqlı iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0049560-F-1 saylı girov müqaviləsində dəyəri 10040 manat kimi qeyd olunmuş qızıl-zinət əşyaları, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının hazırki dəyəri olan 13684.52 manat (10040 x 36.3% istehlak qiyməti indeksi=3644,52+10040=13684.52) məbləğində pul Bank Olmayan Kredit Təşkilatı İddiaçındən alınıb Cavabdeh verilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, Cavabdeh ödəməkdən azad olunduğu 165 manat dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 47.16 manatı Cavabdeh, 2.84 manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh 8360.06 manat əsas, 3260.42 manat faiz, 39.78 manat cərimə, cəmi 11660.26 manat məbləğində pul Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 128 manat dövlət rüsumunun 120.73 manatı dövlət büdcəsinə, 7.27 manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0049560-F-1 saylı girov müqaviləsində dəyəri 10040 manat kimi qeyd olunmuş qızıl-zinət əşyaları, bu mümkün olmadıqda qızıl-zinət əşyalarının hazırki dəyəri olan 13684.52 manat (10040 x 36.3% istehlak qiyməti indeksi=3644,52+10040=13684.52) məbləğində pul Bank Olmayan Kredit Təşkilatı İddiaçındən alınıb Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödəməkdən azad olunduğu 165 manat dövlət rüsumu Bank Olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 47.16 manatı Cavabdeh, 2.84 manatı Bank Olmayan Kredit Təşkilatı İddiaçındən tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar