Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1061/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı olan “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 504,3 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 504,3 (beş yüz dörd (.30)) manat və 30,4 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 31 oktyabr 2017-ci il tariхli, 106892-PC********** nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 1000 (bir min) manat olan kredit xətti ayrılmışdır. X5 27 iyul 2020-ci il tarixdə vəfat etmişdir. X3 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X4 dair Bakı şəhəri 50 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Bakı şəhəri 50 saylı notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X3 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələrə əsasən Cavabdeh miras əmlak olan- “Nissan Pathfinder” markalı, **-TT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə, ünvan 1 ünvanlı mənzilə tam hissədə pay almışdır. Bundan sonra X3 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 31 yanvar 2024-cü il tarixə Borcalanın Banka 504,3 manat əsas borc, 0 manat faiz borcu, 0 manat cərimə borcu olmaqla, cəmi 504,3 (beş yüz dörd (.30)) manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Göründüyü kimi, qanunvericiliyə əsasən vərəsə borcunun kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə tam ödəməyə borcludur Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının çoxluğu ilə əlaqədar olaraq nümayəndə ilə təmsil olunmaqda çətinliklər yarandığı üçün üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, borclu ilə bank arasında borcun güzəşt olunması ilə bağlı razılıq əldə olunmadığını qeyd etmiş və iddia ərizəsinə onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbinə münasibətdə bildirmişdir ki, 2020-ci ilin iyul ayında atası dünyasını dəyişmişdir. Atasının vərəsəsi olaraq anasına ev keçmiş, öz ipotekası üçün həmin evi satmışdır. Bacısı atasının kredit müqaviləsi üzrə zamin durmuş, bacısı evdən getdiyinə görə krediti öz üzərinə götürmiş, 2020-ci ilin noyabr ayına qədər 4-5 ay 582 manat ödəniş etmiş, problem olmamışdır. O, kredit götürən şəxs öldüyü zaman kredit borcu silindiği üçün banka faiz borcunu silmələri üçün müraciət etmişdir. Həmin vaxt da atasının başqa bir kredit kartı olmuş və ondan 504 manat xərclənmişdir. O, banka yeni qrafik vermələri üçün müraciət etmişdir. Buna görə də 3 ay gözləmiş, dekabr ayından mart ayına qədər ödəniş etməmişdir. Bundan sonra borc üzrə 3 ayı bir dəfəyə ödəmişdir. Həmin vaxtdan 4 il keçmiş, bank isə indi məhkəməyə müraciət etmişdir. O, iddiaçının Neftçilərdə filial müdirinin yanına getmiş və demişdir ki, ümumi krediti bağlamışdır. Borc anasının adına olduğu üçün əvvəl-axır borcu ödəməlidir. Anası ağır xəstədir, işləmir, pensiya da almır, hərbçi yoldaşıdır. Atasının kreditinin anasının məsuliyyətinə aidiyyəti yoxdur. O, halhazırda borcu ödəyə bilməyəckdir, öhdəliklərii çoxdur. Bank bilirdi ki, onun kreditlə bağlı problemi yoxdur. Atasının kartını bağladıqları üçün ona kartı işlədə bilməyəcəklərini, ödənişi etməli olduqlarını demişlər. İşin mübahisəsiz halları: İddiaçı ASC ilə X5 arasında bağlanmış 31 oktyabr 2017-ci il tariхli, 106892- PC********** nömrəli smile krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 0% dərəcəsi ilə maksimal limiti 1000 (bir min) manat olan kredit xətti ayrılmışdır. Lakin bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra X5 28 iyul 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı ASC tərəfindən göndərilmiş sorğuya xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisinin cavab məktubu ilə v əxx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə müəyyən edilmişdir ki, X3 vərəsəsi- arvadı Cavabdeh “Nissan Pathfinder” markalı, **-TT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9, 64 nömrəli mənzilə tam hissədə pay almışdır. X1 iddiaçıya olan borcunun cavabdehdən tutulması üçün hüquqi əsas yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən Banka 504,3 manat əsas borcu vardır. Bank tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilən xəbərdarlıqda qeyd edilmişdir ki, X3 vəfat etməsi səbəbindən onun ödəməli olduğu borc ödənilməyərək imzası ilə təsdiq etdiyi müqavilənin şərtləri pozulmuşdur. Halhazırda borclunun hüquqi varisi olduğuna görə 504,3 manat borcun xəbərdarlığı alındığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq banka ödənilməsini tələb etmişlər və borc ödənilmədiyi təqdirdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq ümumi borcun məhkəmə vasitəsilə tələb ediləcəyi bildirilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin nümayəndəsinin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci, 1306.1-ci, 739.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X5 İddiaçı ASC ilə bağladığı 31 oktyabr 2017-ci il tariхli smile krеdit xətti müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X2 vəfat etdiyindən və onun vərəsəsi Cavabdeh olduğundan, ona “Nissan Pathfinder” markalı, **-TT-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə və Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, ev 9, 64 nömrəli mənzilə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr” verildiyindən və vərəsəlik üzrə keçən əmlakların dəyəri kredit borcunun ödənilməsi üçün yetərli olduğundan qeyd olunan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün Cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də mərhum borclu X5 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, Cavabdeh da onun vərəsəsi olduğundan yaranmış borc məbləği və digər xərclər onun tərəfindən ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 504,30 manat əsas borc və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1061/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1061/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver