Məhkəmə qərarları › İş №e-2(007)-1062/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1062/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1062/2024 25.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "İnternet-2007” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "İnternet-2007” MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1000 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 100 manatın, nəticə etibarı ilə ümumilikdə 1100 ( min yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 31 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "İnternet-2007” MMC-nin təsisçisi Nümayəndə Cavabdeh ilə 30 yanvar 2021-ci il tarixində 212 nömrəli kredit-satış müqaviləsi bağlamışlar. 30 yanvar 2021-ci il tarixində 212 nömrəli kredit-satış müqaviləsinə əsasən Cavabdeh “İphone 12 PRO ”markalı telefonu 10 aylıq kreditlə 2500 manat dəyərində almış və hazırkı vaxtadək onun tərəfindən ilkin ödəniş də daxil olmaqla 1500 manat ödənilmiş, lakin hazırda qalan 1000 manat borcunu ödməkdən imtina etmişdir. Eyni zamanda bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Buna görə də həmin məbləğlər də cavabdehin borcu hesab olunur. Həmçinin o, Nümayəndə telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə edir və qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Yəni vaxtında ödənilməyən ödənişlər onun üçün maddi zərərlərə gətirib çıxarmışdır. Hazırkı vəziyyətdə də cavabdehə satdığı telefonun vaxtında ödənilməyən pulları onun maddi itkilərə məruz qalmağına səbəb olmuşdur. Cavabdehə yox, başqa şəxsə həmin telefon satılsa idi, o, maddi itkilərlə qarşılaşmayacaqdı. Həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmuş və borc pulun ödənilməsi ondan tələb edilmişdir. Lakin o borcun ödənilməsindən imtina etmişdir. o, Naxçıvan şəhərində nüfuza və hörmətə malik olan bir şəxs kimi tanınır. Onun geniş müştəri dairəsi vardır. O, müştərilərinin yanında kifayət qədər inam və etibara, həmçinin nüfuza və hörmətə malikdir. Satıcı-alıcı münasibətlərinin kəskinləşməsi, münasibətlərin pozulması və mübahisənin məhkəməyə daşınması heç də yaxşı hal deyildir. Lakin bu şəraitin yaranmasında cavabdehin yaratdığı səbəb və şərait dayanır. Əgər cavabdeh borcu vaxtında ödəsə idi məsələ də bu səviyyəyə gəlib çıxmaya bilərdi. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, xətşünaslıq ekspertizasının ekspert rəyi ilə razı olduğunu, rəydən də göründüyü kimi müqavilədə olan imzanın onun olmadığını, müqavilədə onun yerinə başqa şəxs tərəfindən imza edildiyini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etdi və əlavə olaraq qeyd etdi ki, Faiq adlı şəxs onun Naxçıvandan qonşusudur və ondan təxminən 2006-2007-ci il tarixlərdə 1000 manat pul götürmüşdür. Həmin borc məbləğini Faiqə ödəmiş, lakin bununla bağlı səhlənkarlıq edərək qəbz və yaxud hər hansı sənəd almamışdır. Faiq ona sələm verməli olduğunu bildirmiş, o da Faiqə uşağı və həyat yoldaşının xəstə olduğunu bildirmişdir. O, Nurlanı tanımır. Onlar Naxçıvan MR-da yaşayırdılar, oğlu universitetə daxil olduğu üçün 2021-ci ildə Bakıya köçmüşlər. Həmçinin, onun şəxsiyyət vəsiqəsi 2019-cu ildə dəyişilmişdir. Belə olanda, 2021-ci il tarixdə necə köhnə vəsiqəsi ilə cavabdehdən telefon götürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron qaydada ərizə verərək bildirmişdir ki, işi ilə bağlı xaricdə olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. İddia ərizəsində və ona qoşma sənədlərdə işin faktiki halları ilə bağlı bütün fikirlərini qeyd etmişdir. Heç bir əlavə və sübutları olmayacaqdır. Qeyd olunanlara əsasən, məhkəmənin hazırlıq və baxış iclaslarını onun iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "İnternet-2007” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 212 sylı malların nisyə “alqısatqı” müqaviləsinə (kredit-satış müqaviləsi) və ona əlavəyə əsasən sonuncuya ümumi dəyəri 2500 manat olan “İphone 12 PRO” markalı telefon satılmışdır. Cavabdeh müqavilədə olan imzanın onun olmadığını bildirmiş və məhkəmə tərəfindən məhkəməxətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/520 saylı ekspert rəyi ilə xx.xx.2021-ci il tarixli, 212 nömrəli malların nisyə “alqı-satqı” müqaviləsinin kserosurətində “Alıcı” qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən olunmuşdur. Bundan əlavə Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə ərizə yazılaraq, xx.xx.20217-ci il tarixdə X2 2500 manat məbləğində borc pul aldığı və həmin məbləği 5 ay müddətinə qaytaracağına söz verdiyi qeyd edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 331.1-ci, 331.4-cü, 337.1-ci, 337.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13.1-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” qərarında formalaşdırdığı mövqeyə görə əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alqı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır və etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (MM 337.1-ci və 37.4-cü maddələr) Mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yazılı və formal hallara qiymət verməklə yanaşı, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Hazırda mülki iş üzrə iddiaçı tərəfindən tələb edilmiş borc məbləğinin tələb edilməsinə əsas olmuş xx.xx.2021-ci il tarixli, 212 saylı malların nisyə “alqı-satqı” müqaviləsinin (kredit-satış müqaviləsi) Cavabdeh tərəfindən imzalanmadığı müəyyən olunmuşdur. İddiaçı tərəfindən isə bu halın əksi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Görünüyü kimi, mübahisəli müqavilə bağlanan zaman qanunvericilikdə müəyyən olunmuş qaydalar və şərtlər pozularaq etibarsız əqd bağlanılmışdır. Belə olan halda, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "İnternet-2007” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci, 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməli və 127 manat məhkəmə-xətşünaslıq ekspertizası ondan tutulmalıdır. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı "İnternet-2007” MMC-nin Cavabdeh qarşı “Cavabdeh 1000 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 100 manatın, nəticə etibarı ilə ümumilikdə 1100 ( min yüz) manat pulun və bundan əlavə iddia qaldırmaq üçün ödənilən 31 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-yə qaytarılması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 127 manat pul "İnternet-2007” MMC-dən alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************, Adı: X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar