Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1066/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin (KATV1) nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011- ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında, həmçinin Nizami rayonunda kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Qeyd edirlər ki, Nizami rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə müqavilələr imzalanmışdır. Tərəflərindən iddia ərizəsinə əlavə edilmiş 03.05.2021-ci il tarixli arayışdan müəyyən olur ki, ünvan 1 ünvanında yaşamış X4 ilə İddiaçı MMC arasında 28.10.2012-ci il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01.08.2013-cü il tarixinədək etmiş və həmin ünvan 21.11.2013-cü il tarixdə 33 manat 30 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Qeyd edilən ünvana 2417 N saylı akt tərtib edilənə kimi sonuncu dəfə 29.03.2014-cü il tarixdə baxış keçirilmişdir. Bundan sonra ilk dəfə 27.01.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2417 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra 12.12.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 4826 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə tərtib edilmiş aktlardan görünür ki, cavabdeh “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda qeyd edirlər ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keşirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilə son baxış keçirildiyi 29.03.2014-cü il tarixdən qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 12.12.2015-ci il tarixə qədər olan müddət həriki akt üzrə 623 gün, təşkil edir. Qanunsuz qoşulmanın mövcud olduğu 623 gündən 520 günü həmin dövr üçün yəni 31.08.2015-ci ilə qədər hər gün üçün 30 qəpik olmaqla 156 manat, 103 günü isə hər gün üçün 33 qəpik olmaqla 33,99 manat təşkil edir. Yəni müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər ümumilikdə 189 manat 99 qəpik təşkil edir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMCilə “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilə əsasında xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 (yüz əlli) manat pul ödənilmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilsə də, lakin məktub geri qayıtmışdır. İddia ərizəsinə əlavə edilmiş 125 №-li MTK tərəfindən verilmiş 21.05.2020-ci il tarixli, 21/0017 №-li arayışdan görünür ki, qanunsuz qoşulmanın həyata keçirildiyi Nizami rayonu, Q.Qarayev küçəsi 116 №-li evin, 18 №-li mənzilin sahibi X2r. Bundan sonra tərəflərindən iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilərək cavabdeh X1 MMC-yə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələb edilmişdir. İddia tələbinin Nazim Cəfərliyə yönəldilməsinə əsas yuxarıda qeyd edilmiş və iddia ərizəsinə əlav edilmiş 125 №-li MTK tərəfindən verilmiş 21.05.2020-ci il tarixli, 21/0017 saylı Arayış olmuşdur. Belə ki, həmin arayışda iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz qoşulmuş mənzilin sahibinin X6 olduğu qeyd edilmişdir. Yasamal Rayon Məhkəməsində mülki işə baxılan zaman məhkəmə araşdırması nəticəsində Nizami rayonu, Q.Qarayev küçəsi 116 saylı evin, 18 №-li mənzilinin mülkiyyətçisi qanunsuz qoşulma zamanı X6 yox, Cavabdeh olması müəyyən edilmişdir. Həmçinin, X5 tərəfindən məhkəmənin baxış iclasının təyin edildiyi 01.02.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə yazılı etiraz təqdim edilərək MMC-nin şəbəkəsinə qanunsuz qoşulmuş mənzil 08.09.2006-cı il tarixli, AN – İ №0080995 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh adına özgəninkiləşdirilmişdir. Beləliklə mənzilin ziyan vurulduğu tarixdə Nazim Cəfərlinin yox Cavabdeh mülkiyyətində olmuşdur. Bu hal X6 tərəfindən etirazın əsası kimi Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş 08.09.2006-cı il tarixli, AN – İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə öz təsdiqini tapmışdır. Bu səbəbdən də Yasamal Rayon Məhkəməsinin e-2(004)-765/2022 saylı, 01.02.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddianıın təmin edilməməsinə səbəb Nazim Cəfərlinin mənzilin mülkiyyətçisi olmaması olmuşdur. Göründüyü kimi cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olamaqla yanaşı gələcəkdə qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da sahibkar kimi müəssisənin normal iş fəaliyyəti mümkünsüz olamaqla yanaşı qeyd edilən hal kütləvilik təşkil edə bilər. Cavabdeh,“K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx"MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 189 manat 99 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışızamanı binaların yoxlanılması üçün 150 (yüzəlli) manat, iddiaərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 370 manat 39 qəpik məbləğində pulun iddiaçı "xxxx"MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X6 ilə Cavabdeh arasında 08 sentyabr 2006-cı il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində bağlanaraq reyestrdə 4Ə 4-620 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqısına dair AN-İ seriyalı, ******* saylı müqavilənin surətindən görünür ki, X6 ünvan 2 ünvanında yerləşən mənzilini Cavabdeh sataraq, onun mülkiyyətinə vermişdir; - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(004)-765/2022 saylı 01.02.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC-nin cavabdeh X3 qarşı “pul” tələbinə dair iddiası rədd edilmişdir; - İddiaçı MMC-nin 03 may 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə ünvan 2 ünvanında yaşayan sakinlə arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 28.10.2012-ci il tarixində bu ünvan “KATV1” kabel televiziyasının şəbəkəsinə qoşulmuş, 01.08.2013-cü il tarixinədək son ödəməsini etmiş, 21.11.2013-cü il tarixində 33,30 manat borc ilə şəbəkədən ayrılmışdır; - İddiaçı MMC-nin 03 may 2021-ci il tarixli arayışından görünür ki, Nizami rayonu, Qara Qarayev prospekti, ev 116, mənzil 18 ünvanında 2417N saylı akt tərtib olunana qədər sonuncu dəfə 29.03.2014-cü il tarixdə həmin binaya baxış keçirilmişdir; - “Ədalət-A” hüquq firmasının, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 27 yanvar 2015-ci il tarixli 2417N nömrəli aktdan görünür ki, ünvan 2 ünvanındakı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamışdır; - “Ədalət-A” hüquq firmasının, İddiaçı MMC-nin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş 12 dekabr 2015-ci il tarixli 4826N nömrəli aktdan görünür ki, ünvan 2 ünvanındakı mənzilin sakini tərəfindən “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkar olunmuşdur. Aktın tərtib olunmasında mənzil sahibinin iştirakını təmin və aktı təqdim etmək məqsədi ilə qapı döyülmüş, mənzilin qapısını açan olmamışdır; - Məhkəməyə qonunsuz qoşulmanın movcudluğuna dair akt tərtib edilərkən cəmiyyətin əməkdaşları tərəfindən qeydə alınmış video yazısının əks olunduğu 1 ədəd disk təqdim edilmişdir; - 08 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh işi ilə bağlı İddiaçı MMC tərəfindən “Ədalət-A” hüquq firmasının (VÖEN **********) hesabına 150 manat pul ödənilmişdir; - 03 fevral 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh məxsus ünvan 3 ünvanında “KATV1” brendi ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma olmuş, İddiaçı MMC-nin, həmin MMC-yə hüquqi xidmət göstərən “Ədalət-A” hüquq firmasının və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları tərəfindən 27 yanvar 2015-ci il və 12 dekabr 2015-ci il tarixlərdə həyata keçirilmiş baxış zamanı həmin qanunsuz qoşulma faktı aşkar olunaraq bu barədə müvafiq akt tərtib olunmuşdur. Cavabdeh bununla iddiaçıya abunə haqqı qismində zərər vurmuş, cavabdehin təqsiri üzündən baş vermiş mülki hüquq pozuntusunun aradan qaldırılması məqsədi ilə iddiaçı hüquqi xidmət göstərilməsi üçün hüquq şirkəti ilə müqavilə bağlamalı və bank vasitəsi ilə dövlət rüsumu ödəməli olmuşdur. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 dekabr 2005-ci il tarixli 227 nömrəli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş maddi ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməyi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, cavabdehin Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən iddiaçıya maddi ziyan dəymiş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçının kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma faktı abonentlə iddiaçı arasında müqavilə münasibətlərinə son qoyulduqdan sonra baş verdiyi üçün iddia tələbinin məhz həmin dövrdə mənzilin mülkiyyətçisi olmuş cavabdehə yönəldilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə 189 manat 99 qəpik məbləğində vurulmuş maddi zərərə nisbətdə iddiaçının nümayəndənin göstərdiyi yardıma görə tələb etdiyi 150 manat ağlabatan məbləğ deyil, iddianın həmin hissədə tam təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 189 (yüz səksən doqquz) manat 99 (doxsan doqquz) qəpik abunə haqqı qismində vurulmuş zərər, 30 (otuz) manat nümayəndəyə çəkilən xərc olmaqla, cəmi 219 (iki yüz on doqquz) manat 99 (doxsan doqquz) qəpik pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 189 (yüz səksən doqquz) manat 99 (doxsan doqquz) qəpik abunə haqqı qismində vurulmuş zərər, 30 (otuz) manat nümayəndəyə çəkilən xərc olmaqla, cəmi 219 (iki yüz on doqquz) manat 99 (doxsan doqquz) qəpik pul, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi Cavabdeh tutulub, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1066/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1066/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver