Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1071/2024 07.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15 mart 2021-ci il tarixli, 109804-854973/2 nömrəli kredit müqaviləsi üzrə 10368.36 manat məbləğində əsa borc və 0 manat faiz borcu olmaqla, ümumilikdə 10368.36 (on min üç yüz altmış səkkiz manat, otuz altı qəpik) manat və 121.51 (bir yüz iyirmi bir manat, əlli bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış 15 mart 2021-ci il tarixli, 109804-854973/2 nömrəli kredit müqaviləsinə əsasə cavabdehə 24 ay müddətinə, illik 17% dərəcəsi ilə 20000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. X3 17 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. X1 vərəsələrinin olubolmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair xx.xx.2021-ci tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin Şəhadətnamələrə əsasən Cavabdeh miras əmlak olan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 48A, mənzil 34-dən və “Toyota RAV-4” markalı, **-ZL-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsindən tam hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 09 yanvar 2024cü il tarixinə kredit müqaviləsi üzrə 10368.36 manat məbləğində əsas borc və 0 manat faiz borcu olmaqla, ümumilikdə 10368.36 manat məbləğində kredit borcu yaranmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklə xtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 109804-854973/2 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 20.000 manat kredit verilmişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borclunun xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 10368.36 manat əsas, 0 manat faiz borcu olmaqla, cəmi 10368.36 manat borcu vardır. - AZ-İİ seriyalı 169245 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş Elektron avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışdan görünür ki, miras qoyan X1 əmlaklarına dair vərəsəsi Cavabdeh xx.xx.2022-ci il tarixli, 2V-245, 246 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Şəhadətnamə verilən miras əmlaklara –ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69.9 kv.m olan 3 otaqlı mənzil və 2017-ci il buraxılışlı “Toyota RAV-4 minik” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi daxildir. - xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı ASC ilə xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun 7 təqvim günü ərzində ödənilməsi, əks halda kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş “X5” MMC-nin xx.xx.2024-cü il tarixli LBC-07/2024 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh aid olan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 48A ünvanında yerləşən 3 otaqlı 34 saylı mənzilin xx.xx.2024-cü il tarixinə olan bazar dəyəri 147.000 manat, likvid dəyəri 132.000 manat təşkil edir. Məhkəmənin qiymətləndirilməsi şirkət qarşısında qoyduğu digər sualın icrasıyla bağlı qeyd edilmişdir ki, “Toyota RAV-4” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil satıldığı üçün (Cavabdeh bildirməsinə görə) və avtomobil barədə heç bir məlumat olmadığı üçün avtomobilin orta bazar qiymətinin müəyyən edilməsi mümkün olmamışdır. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 121.11 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə X3 arasında xx.xx.2021-ci il tarixli 109804-854973/2 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank tərəfindən 24 ay müddətinə illik 17 faiz dərəcəsi ilə 20.000 manat kredit verilmişdir. X3 vəfat etmiş və Cavabdeh vərəsə olaraq miras əmlakları qəbul etmişdir. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Cavabdeh mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X1 vərəsəsi olan Cavabdeh miras əmlakı qəbul etdiyindən o, mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidir. Məhkəmə hesab edir ki, mövcud şəraitdə iddianın təmin edilməsinə mane olan hal yoxdur, işdə olan sübutlar əsasında qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 10368.36 manat əsas borc və ödənilmiş dövlət rüsumu 121.51 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, aparılmış qiymətləndirilmənin dəyəri olan 300 manat Cavabdeh tutularaq, VÖEN: **********, HESABLAŞMA HESABİ: AZ77PAHA40060AZNHC**********, Bank: PAŞA BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, KOD: 505141; SWİFT BİK PAHAAZ22 “X5” MMC-nin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10368.36 manat əsas borc və ödənilmiş dövlət rüsumu 121.51 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Aparılmış qiymətləndirilmənin dəyəri olan 300 manat Cavabdeh tutularaq, VÖEN: **********, HESABLAŞMA HESABİ: AZ77PAHA40060AZNHC**********, Bank: PAŞA BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, KOD: 505141; SWİFT BİK PAHAAZ22 “X5” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1071/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1071/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver