Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1075/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və əlavə xərclərə görə pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və əlavə xərclərə görə pulun tutulması” tələbi üzrə mülki işin icraatına “əlavə xərclərə görə pulun tutulması” hissəsində xitam verilməsi, iddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” hissəsinə mahiyyəti üzrə iddia icraatında baxılmasının davam etdirilməsi, işin icraatına xitam verildiyindən, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsinin tərəflərə izah edilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı xx.xx.2024-cü il tarixdə ərizə verərək mülki iş üzrə ölkə xaricində olacağına görə iddiaçı qismində iştirak edə bilməyəcəyini qeyd edərək, iclasın tarixinin bir həftə təxirə salınmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mediasiya təşkilatında iştirak edilməsi barədə arayış iş materiallarına əlavə edilsə də, həmin arayış məhkəmənin icraatında olmuş e-2(007)-1332/2023 saylı mülki iş üzrə iddia ərizəsinə əlavə edilmiş arayış ilə eynidir. Yəni, iddiaçı hazırda aliment məbləğinin həcminin artırılması barədə məhkəməyə müraciət edərkən qanunvericiliyin tələbinə riayət etməmiş və ilkin mediasiya sesiyasında iştirak etməmişdir. Belə ki, məhkəmənin icraatında olmuş e-2(007)-1332/2023 saylı mülki iş üzrə iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq mediasiya təşkilatına müraciət etmiş və Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən ona xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00189 saylı arayış verilmiş, bundan sonra o, xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e- 2(007)-1332/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait iddiaçıya aid edilmişdir. Göründüyü kimi, hazırda iddiaçı yenidən elektron qaydada xx.xx.2024-cü il tarixdə iddia ilə məhkəməyə müraciət etsə də, əvvəlki iş üzrə istifadə edilmiş mediasiya arayışından istifadə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq mübahisənin məhkəmədənkənar həlli məqsədilə iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən öncə Mediasiya Şurasına müraciət edilməsi barədə mediasiya arayışı məhkəməyə təqdim edilmədiyindən iddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bəylərlı̇ Kəklı̇ k Məhəmməd qızının Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1075/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1075/2024
06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver