Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1081/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə bakı şəhərində,açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair İddiaçı X2 cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırdı ki, hüquqlarını müdafiə etdiyi şəxs onun əriddir, Cavabdeh2 isə bacısıdır. Cavabdeh1 isə Zülfiyənin keçmiş əridir.X6 Komitəsinin “Azərterminalkompleks” Birliyi Nəqliyyat şöbəsinin inspektoru vəzifəsində işlədiyi müddətdə barəsində Daxili Təhlükəsizlik idarəsində xidməti araşdırma aparılırdı. Həmin müddətdə Aqşin ərizə yazaraq işdən azad olundu və işinin həlli məqsədi ilə başqa-başqa şəxslərdən külli miqdarda borc aldı. Sonradan borc sahibləri Aqşindən pullarını tələb etdiyindən o, 2021-ci ilin fevral ayının əvvəllərində ərindən 15000 manat məbləğində borc aldı və işləri yoluna düşdükdən sonra qaytaracağını bildirdi. Bundan bir neçə ay əvvəl Zülfiyə Aqşinin barəsində olan araşdırma zamanı ona kömək məqsədi ilə özünə məxsus evi satdı. Aqşinin işi həll olunduqdan sonra Zülfiyə özünə yenidən ev almaq istədi. Həmin müddətdə Aqşin işdən azad olunduğundan və başqa-başqa şəxslərdən borca pul aldığından yeni ev almağa pulları olmadı. Ona görə də, ərindən borca pul istədilər. Əri əvvəldən Aqşinə 15000 manat borca pul verdiyindən kifayət qədər pulu olmayıb. Buna görə də, yaxın dostalarından borca pul alaraq Zülfiyəyə Aqşin ilə birlikdə 27000 manat borca pul verdi. Aqşin və Zülfiyə aldıqları borcu qaytarmadığından onun borc aldığı şəxslər ondan pullarını tələb etməyə başladılar. O, Aqşinlə əlaqə saxlasa da, Aqşin işləri düzəldikdən sonra borcunu qaytara biləcəyini dedi. Bundan sonra həmin ilin aprel ayında Zülfiyə özünə məxsus maşını sataraq ona olan borclarından 7000 manat qaytardı.Bundan sonra borc sahibləri Aqşindən borclarını tələb etdiyindən Aqşin ölkədən qaçıb getdi. Hal-hazıradək Zülfiyə və Aqşin iddiaçı olan ərinə borclarını etiraf etmələrinə baxmayaraq qalan 35000 manat borcu qaytarmayıblar. Qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 35000 manat pulun 195 manat dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabedh Cavabdeh2 iddianı etiraf etdi və izahat verərək göstərdi ki, bacısı düz qeyd edir ki, onlar bacısının ərindən borca pul götürmüşlər. Digər cavabdeh olan keçmiş ərinin işində problemləri olduğu üçün o, ölkəni tərk edib.O,borcdan 7000 manat qaytarmışdır. Hal-hazırda onların borcu 35000 manat təşkil edir.O, borcun yarısını ödəməyə hazırdır, lakin qalan yarısını digər cavabdeh ödəməlidir.İddianın təmin olunmasına etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu,məhkəmə tərəfindən təsdiq edildikdə,məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşin araşdırılan hallarından görünür ki,tərəflər arasında şifahi borc müqaviləsi bağlanmış, iddiaçı cavabdehlərə hissə-hissə olmaqla 42000 manat borc pul vermişdir. Cavabdeh2 borcun 7000 manatını qaytarsa da 35000 qalıq borcu qaytarılmamışdır.Cavabdeh iddianı etiraf edir. Qeyd olunanlara əsasən məhkəmə iddianı əsaslı hesab edir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək və cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 35000 manat pul 195 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 35000 manat pul və 195 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1081/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1081/2023
17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver