Məhkəmə qərarları › İş №e-2(007)-1088/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1088/2022

10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1088/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun tutulması,tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia həcminin artırılması barədə ərizə vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanan 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilib.Kredit Müqaviləsi üzrə bağlanan 01 saylı 14 fevral 2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 21820.50 AZN təşkil etmiş,keditin müddəti isə 24 ayadək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilən müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməyib.xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 47160.45 manat təşkil edir. Bundan 16335.73 manat əsas, 13823.97 manat faiz, 14664.92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2335.83 manat faiz borcu təşkil edir.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********317 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməyib və kredit borcunun Banka qaytarılmasını təmin etməyib.Bank, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilən borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Bundan əlavə,mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil xx.xx.2015-ci il tarixli İP 116/0-USD saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilib.Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, cavabdehin mülkiyyətində olan mənzil üçüncü şəxs tərəfindən sökülərək onun yerində yeni binada yeni mənzil inşa edilib və həmin mənzilə dair cavabdehlə müqavilə bağlanıb. Odur ki, göstərilənlərə əsasən Cavabdeh 16335.73 manat əsas, 13823.97 manat faiz, 14664.92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2335.83 manat faiz borcu olmaqla, ümumilikdə 47160.45 manat məbləğində borcun və 231 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin yerinə inşa edilmiş yeni mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması,satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması,ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qismən qəbul edərək göstərdi ki, tərəflər arasında kredit müqaviləsi bağlanıb və cavabdeh sözü gedən vəsaiti bankdan götürüb. Lakin məbləğ iddia ərizəsində göstərilən məbləğ deyil, həmin vəsitddən azdır. Bu da ekspertin rəyi ilə müəyyən edilmişdir. Qaldı ki, iddiaçı tərəfin bildirdiyi kimi yeni köhnə binanın sökülüb yerində yenisinin inşa olunması ilə bağlı tələb əsassız olduğu üçün həmin hissədə idsdianı qəbul etmir. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki, ekspert rəyində göstərilən vəsaitin cavabdehdən tutularaq banka ödənilməsi və iddia ərizəsinin qalan hissədə rədd olunması barədə qətnamə çıxarılsın. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilib. Kredit Müqaviləsi üzrə bağlanan 01 saylı 14 fevral 2017-ci il tarixli Əlavə Sazişdən gğrünür ki,borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 21820.50 AZN təşkil edilmiş,keditin müddəti isə 24 ayadək uzadılmışdır. xx.xx.2015-ci il tarixli İP 116/0-USD saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 14 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsi üzrə cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 16335.73 manat əsas, 13823.97 manat faiz, 14664.92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2335.83 manat faiz borcu olmaqla, ümumilikdə 47160.45 manat məbləğində borcu borcu vardır. Ödəniş tapşırığından görünür ki, bank məhkəməyə müraciət etmək üçün 231.48 manat manat dövlət rüsumu ödəmişdir. Xəbərdarlıq məktubundan görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 .05.2022-ci il tarixli 9/2949 saylı ekspert rəyindən görünür ki, 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsi üzrəmüqavilənin bitdiyi xx.xx.2019-cu il tarixədək olan dövr ərzində cavabdehin əsas borc üzrə 16.297.39 manat,faiz borcu üzrə 4.082.17 manat,5%-lik faiz borcu üzrə 2299.74 manat borcu vardır. Məhkəmə araşdırması zamanı ipoteka predmetinin qiymətləndirilməsi üçün qiymətləndirmə ekspertizası təyin olunmuş və ekspertizanın aparılması "xxxx" MMC-nin ekspertlərinə həvalə olunmuşdur. Həmin qiymətləndirmə təşkilatından məhkəməyə daxil olomuş 16 may 2022-ci il tarixli məktubda qeyd olunur ki, “qeyd olunan ünvana baxış keçirilən zaman müəyyən olunmuşdur ki, "xxxx" MMC tərəfindən mənzilin yerləşdiyi bina sökülərək yerində hündür mərtəbəli bina inşa edilmişdir” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında qanunla müəyyən olunan qaydada kredit və ipoteka müqavilələri bağlanmış,iddiaçı həmin müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə əməl etsə də, cavabdeh öhdəliklərini tam və layiqincə icra etməmişdir. Cavabdehin əsas borc üzrə 16.297.39 manat,faiz borcu üzrə 4.082.17 manat,5%-lik faiz borcu üzrə 2299.74 manat borcu vardır. Bundan başqa, iddiaçı ödənişlərin gecikdirilməsi ilə əlaqədar cavabdehdən 14664.92 manat cərimə tələb edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borc və faizlərin tələb olunması hissəsində iddia qismən təmin olunmalı, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 16.297.39 manat, faiz borcu üzrə 4082.17 manat, 5%-lik faiz borcu üzrə 2299.74 manat tutulmalıdır. Cərimə hissəsində iddia tələbinə qiymət verərkən məhkəmə cərimə məbləğinin azaldılmasını məqsədəuyğun hesab edir. Belə ki,əsas borca nisbətdə tələb olunan 14664.92 manat manat cərimə məbləği tənasübsüz olaraq yüksəkdir.Ona görə də cəriməni azaldaraq 1400 manat müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 16.297.39 manat,faiz borcu üzrə 4.082.17 manat,5%-lik faiz borcu üzrə 2299.74 manat,cərimə üzrə 1400 manat,cəmi 24079,3 kredit borcu və 231.48 manat ödənilmiş dövlət rüsumu tutulmalıdır. Tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində iddia təmin olunmamalıdır. Belə ki, işdə olan ekspert məktubundan görünür ki, ipoteka predmeti olan mənzilin yerləşdiyi bina sökülmüş və onun yerində yeni bina tikilmişdir.Bunu iddiaçının özü də iddia ərizəsində etiraf etmişdir. İddiaçı tutmanın yeni tikilmiş binada cavabdehə verilmiş yeni mənzilə yönəldilməsini tələb etsə də,cavabdehə həmin binada yeni mənzil verilməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır.Məhkəmə sökülmüş mənzilin əvəzinə Cavabdeh kompensasiya ehtimalının olmasını da nəzərə alır. Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 16.297.39 manat,faiz borcu üzrə 4082.17 manat, 5%-lik faiz borcu üzrə 2299.74 manat, cərimə üzrə 1400 manat, cəmi 24079,3 kredit borcu və 231.48 manat ödənilmiş dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 150 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar