Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1089/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və X8 qarşı “icarə müqavilələrinin ləğv olunması və icarə haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və X8 qarşı “icarə müqavilələrinin ləğv olunması və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və X5 hər iki müqavilə üzrə ödənilməmiş icarə haqqı məbləği olaraq 1220 AZN, 276 AZN dəbbə pulu və mopedləri qaytarmadıqlarına görə 4000 AZN olmaqla, ümumilikdə 5496 AZN tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 24 sentyabr 2021-ci il tarixdə E04/21 və E05/21 saylı 2 ədəd “Mopedin” icarə müqavilələri bağlanmışdır. Müqavilələrin 2-ci bəndinə əsasən müqavilə müddəti 2 ay təşkil edir. Həmin müqavilələrin 3-cü bəndinə uyğun olaraq iddiaçı öz mülkiyyətində olan mopedi cavabdehə günlük 10 AZN icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Cavabdeh mopedin icarə müqaviləsi əsasında istifadəsi əvəzində icarə haqqını İddiaçı MMC müəssəsinə ödəməyi öhdəsinə götürmüşdür. Qeyd etməlidir ki, cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini icra etməyərək 2 aylıq icarə haqqını iddiaçıya ödəməmişdir. 2 ay üzrə icarə haqqı hər biri üzrə 61 manat olmaqla, ümumilikdə 1220 manat təşkil edir. Qeyd olunanlardan əlavə cavabdeh iddiaçının mülkiyytəində olan hər iki mopedi iddiaçıya qaytarmamışdır. Müqavilə şərtlərinə əsasən moped oğurlanarsa iddiaçıya 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. Hər iki moped cavabdeh tərəfindən qaytarılmadığına görə hər biri 2000 manat olmaqla 4000 manat pulu iddiaçıya ödəməlidir. Müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, “icarəçi” icarə haqqını ödəməli tarixdən gecikdirmə baş verərsə, gecikdirilmiş hər günə görə 2 % cərimə ödəməlidir. Hər iki müqavilə üzrə dəbbə pulu hər biri 333 AZN olmaqla 660 AZN təşkil edir. Qeyd olunan müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə X11 ilə İddiaçı MMC arasında 24 sentyabr 2021-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh2 öz öhdəliklərini tam şəkildə yerinə yetirənədək X11 İddiaçı MMC birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür ona görə də onun daa cavabdeh qismində məhkəmədə iştirak etməsi zərurəti meydana gəlmişdir. İddiaçı MMC-nin direktoru Nəriman Şahbazovun müraciəti əsasında Sabunçu RPİ-nin 11 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçıya vurulmuş maddi ziyan öz əksini tapmışdır. Bu da iş iddiaçıya vurulmuş maddi ziyanı sübut edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında 24 sentyabr 2021-ci il tarixdə E04/21 və E05/21 saylı 2 ədəd “Mopedin” icarə müqavilələrinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və X5 hər iki müqavilə üzrə ödənilməmiş icarə haqqı məbləği olaraq 1220 AZN, 276 AZN dəbbə pulu və mopedləri qaytarmadıqlarına görə 4000 AZN və dövlət rüsumu olaraq ödənilən 75 manat olmaqla, ümumilikdə 5571 AZN pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia tələbinin dəqiqləşdiriləməsinə dair ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İcarə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh2 arasında 24.09.2021-ci il tarixli E04/21 X13ndən görünür ki, icarəçi özünə məxsus olan mopedi kuryerlik məqsədi ilə 24.09.2021-ci il tarixdən 24.10.2021-ci il tarixədək hər gün 10 manat ödənilmək şərti ilə icarəçiyə icarəyə vermişdir. Müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarə haqqını müəyyən edilmiş vaxtda vermədikdə gecikdirilmiş hər günə görə 2% cərimə ödəməlidir. Müqavilənin 12-ci bəndinə əsasən müvafiq icazə olmadan mopedin başqa şəxə verilməsi qadağandır. - İcarə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh2 arasında 24.09.2021-ci il tarixli E05/21 X13ndən görünür ki, icarəçi özünə məxsus olan mopedi kuryerlik məqsədi ilə 24.09.2021-ci il tarixdən 24.10.2021-ci il tarixədək hər gün 10 manat ödənilmək şərti ilə icarəçiyə icarəyə vermişdir. Müqalənin 9-cu bəndinə əsasən icarəçi icarə haqqını müəyyən edilmiş vaxtda vermədikdə gecikdirilmiş hər günə görə 2% cərimə ödəməlidir. Müqavilənin 12-ci bəndinə əsasən müvafiq icazə olmadan mopedin başqa şəxə verilməsi qadağandır. - İcarə verən İddiaçı MMC ilə zamin X11 arasında bağlanmış 24.09.2021-ci il tarixli № N04/21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin İcarəçinin İcarəyə verən qarşısında 24.09.2021-ci il tarixdə bağlanmış E04 X13 üzrə İcarəyə verənə ödənilməli olan xərclərinin və İcarəçinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İcarəyə verənə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün İcarəçiylə eyni həcmdə məsuliyyət daşıyır. - İcarə verən İddiaçı MMC ilə zamin X11 arasında bağlanmış 24.09.2021-ci il tarixli № N05/21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin İcarəçinin İcarəyə verən qarşısında 24.09.2021-ci il tarixdə bağlanmış E05 X13 üzrə İcarəyə verənə ödənilməli olan xərclərinin və İcarəçinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İcarəyə verənə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün İcarəçiylə eyni həcmdə məsuliyyət daşıyır. - 24.09.2021-ci il tarixli E04/21 X13nə edilmiş əlavədən görünür ki, Cavabdeh2 “Moon” markalı mopedi götürmüşdür. O, günlük 10 AZN ödəyəcəkdir. Moped oğurlanarsa 2000 AZN ödəyəcəkdir. İcarəyə götürdüyü mopedi satmayacaqdır, icarəyə verməyəcəkdir. Qeyd olunanların hüquqi müstəvidə qiymətləndirilməsindən ötrü öz imzası ilə təsdiq edir. - 24.09.2021-ci il tarixli E05/21 X13nə edilmiş əlavədən görünür ki, Cavabdeh2 “Moon” markalı mopedi götürmüşdür. O, günlük 10 AZN ödəyəcəkdir. Moped oğurlanarsa 2000 AZN ödəyəcəkdir. İcarəyə götürdüyü mopedi satmayacaqdır, icarəyə verməyəcəkdir. Qeyd olunanların hüquqi müstəvidə qiymətləndirilməsindən ötrü öz imzası ilə təsdiq edir. - İddiaçı MMC-nin məlumatından görünür ki, Cavabdeh2 610 manat icarə haqqı borcu, 138 manat cərimə borcu, moped oğurlandığı üçün 2000 manat borcu vardır. 1 mopedə dəymiş zərər 2748 manatdır. - Bakı şəhəri Sabunçu RPİ-in İŞ-nin 11 dekabr 2021-ci il tarixli qərarından görünür ki, X3 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 11.02.2022-ci il tarixdə 75 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 24.09.2021-ci il tarixdə iki ədəd “Moon” markalı mopedin icarəyə verilməsinə dair ayrıayrılıqda E04/21 və E05/21 saylı müqavilələr bağlanmışdır. Hər iki müqavilədə icarə müddəti 24.10.2021-ci il tarixinədək göstərilmişdir. Tərəflər arasında olan razılaşmaya əsasən Cavabdeh2 icarə müddəti ərzində İddiaçı MMC-yə hər gün üçün 10 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırda tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında 24 sentyabr 2021-ci il tarixdə E04/21 və E05/21 saylı 2 ədəd “Mopedin” icarə müqavilələrinin ləğv edilməsini, cavabdehlər Cavabdeh2 və X5 hər iki müqavilə üzrə ödənilməmiş icarə haqqı məbləği olaraq 1220 AZN, 276 AZN dəbbə pulu və mopedləri qaytarmadıqlarına görə 4000 AZN və dövlət rüsumu olaraq ödənilən 75 manat olmaqla, ümumilikdə 5571 AZN pulun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinə münasibətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələbləri tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə qeyd edir ki, yuxarıda da göstərildiyi kimi hər iki müqavilə 24.09.2021-ci il tarixdə bağlanmış və müqavilənin qüvvədə olma müddəti 24.10.2021-ci il tarixinədək göstərilmişdir. Yəni hazırda qeyd edilən icarə müqavilələrinin qüvvədə olma müddəti bitdiyindən və müqavilələr qüvvədən düşdüyündən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı MMC ilə Cavabdeh2 arasında 24 sentyabr 2021-ci il tarixdə bağlanmış E04/21 və E05/21 saylı 2 ədəd “Mopedin” icarə müqavilələrinin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “ödənilməmiş icarə haqqı məbləğinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia iddia tələbində göstərmişdir ki, icarəçi hər iki müqavilə üzrə iki aylıq icarə haqqını iddiaçıya ödəməmişdir. Bu səbəbdən də, iki ay üzrə, hər biri 610 manat olmaqla, ümumilikdə 1220 manat icarə haqqının ödənilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC ilə Cavabdeh2 arasında 24 sentyabr 2021-ci il tarixdə bağlanmış E04/21 və E05/21 saylı icarə müqavilələrindən də görünür ki, müqavilə üzrə icarə müddəti 1 ay, yəni 24.09.2021-ci ildən 24.10.2021-ci il tarixinədək göstərilmişdir. İddiaçı tərəf icarə müddətinin 2 ay olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, 1 aylıq icarə haqqı məbləği iddiaçının xeyrinə tutulmalıdır. Qeyd edilməlidir ki, cavabdehlər məhkəmə iclaslarında iştirak etməyərək, icarə müqavilələri üzrə edilmiş ödənişlərə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı MMC ilə bağladığı 24.09.2021-cu tarixli icarə müqavilələri üzrə götürdüyü öhdəliyə əməl etməyib, icarə haqqını ödəməməklə və icarədarın bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 700.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, cavabdeh X1 Cavid Məhəmməd oğlunun 24.09.2021-ci il tarixli icarə müqavilələrindən irəli gələn öhdəliklərinin icrasını təmin etmək məqsədilə icarədar qarşısında zamin duraraq, öhdəlik icra edilmədiyi təqdirdə borclu ilə birgə məsuliyyəti öz üzərlərinə götürmüşdür. MM-in: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh2 iddiaçı qarşısında olan öhdəliyini icra etmədiyinə görə cavabdeh X11 icarə müqavilələri üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün icarədar qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 24 sentyabr 2021-ci il tarixli E04/21 X13 üzrə 24.09.2021-ci ildən 24.10.2021-ci il tarixinədək hər gün üçün 10 manat olmaqla, cəmi 300 manat, 24 sentyabr 2021-ci il tarixli E05/21 X13 üzrə 24.09.2021-ci ildən 24.10.2021-ci il tarixinədək hər gün üçün 10 manat olmaqla, cəmi 300 manat, ümumilikdə isə 600 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və X6 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, icarə müqavilələrinin 9-cu bəndlərinə əsasən icarə haqqı müəyyən edilmiş vaxtda ödənilmədikdə icarəçi gecikdirilmiş hər günə görə 2% cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, 276 manat cərimə borcu əsas borc məbləğinə münasibətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “mopedləri qaytarmadıqlarına görə 4000 manat məbləğində pulun iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia tələbində göstərmişdir ki, müqavilə şərtlərinə əsasən cavabdeh moped oğurlanarsa, iddiaçıya 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. Hər iki moped cavabdeh tərəfindən qaytarılmadığına görə hər biri 2000 manat olmaqla, 4000 manat pulu iddiaçıya ödəməlidir. İş materiallarında olan icarə müqavilələrinə əlavədən görünür ki, Cavabdeh2 mopedi götürmüşdür. O, günlük 10 AZN ödəyəcəkdir. Moped oğurlanarsa 2000 AZN ödəyəcəkdir. Göründüyü kimi X9 mopedlərin oğurlanması halında 2000 manat ödənişi edəcəyinə dair öhdəlik götürmüşdür. Onu da qeyd etmək lazımdır ki, göstərilən tələb hər iki cavabdehə qarşı yönəlsə də, bu tələblə bağlı cavabdeh X11 heç bir öhdəlik götürməmiş və buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Hazırda isə iddiaçı mopedlərin oğurlandığını iddia edərək, ümumilikdə 4000 manat pulun ödənilməsini tələb edir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, iş materiallarına olan Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin 11 dekabr 2021-ci il tarixli qərarından görünür ki, araşdırma X3 müraciəti əsasında başlanılmış və X7 öz izahatında bildirmişdir ki, o, “Moon” markalı qara və boz rəngli mopedləri Cavid adlı şəxsə gündəlik 10 manat ödəmək şərti ilə vermişdir. Bir neçə gün sonra əlavə moped almaq üçün “Tap.az” saytına baxan zama 1250 manat moped satıldığını görmüş və Sərxan adlı şəxsdən həmin mopedi 1200 manata almışdır. Mopedi aldıqdan sonra həmin mopedin özünə məxsus olduğunu görmüşdür. Cavabdeh isə izahatında X2 aldığı mopedləri Vüsal adlı şəxsə icarəyə verdiyini, sonradan Vüsal adlı şəxs tərəfindən ödəniş edilmədiyini və onunla əlaqə saxlaya bilmədiyini bildirmişdir. Bu barədə X4 məlumat vermiş, X12 isə özünə məxsus mopedi Sərxan adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra X3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, hazırda iddiaçı mopedlərin oğurlanması halında Cavabdeh2 götürdüyü öhdəliyə uyğun olaraq ümumilikdə 4000 manatın ödənilməsini xahiş etsə də, məhkəmə araşdırması zaman, həmçinin iş materiallarına əlavə edilmiş sübutlarla oğurluq faktı təsdiq edilməmişdir. İddiaçı isə məhz oğurluq olması halına əsaslanaraq (əmlakları və ya onların dəyərini tələb etmir) 4000 manatın ödənilməsini istəyir. Hazırkı halda isə oğurluq halı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18.03.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır”. Məhkəmə Plenumun qərarındakı hüquqi mövqeyi rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddiaçının təqdim etdiyi sübutlar əsasında onun iddia tələbinin mühahisələndirilən hissədə əsaslı olması qənaətinə gəlmək kifayət deyildir. İddiaçı icarə müqavilələrinin predmeti olan iki ədəd mopedin oğurlanması halını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, qeyd edilməlidir ki, əgər müqavilələrdə mopedlərin oğurlanması halında ödənilməli olan pulun mopedin dəyəri kimi göstərildiyini və iddiaçının mopedlərin dəyərinin ödənilməsini istədiyini fərz etsək belə, yuxarıda da qeyd edildiyi kimi iddiaçı mopedlərdən birini məhz 1200 manat ödəməklə geri qaytardığını etiraf etmişdir. MPM-in: 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və X5 600 manat məbləğində icarə haqqı, 50 manat məbləğində cərimə pulu müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı MMC tərəfindən 75 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi qismən təmin edildiyi üçün məhkəmə hesab edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməli, ödənilmiş dövlət rüsumunun 8,9 manatı cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməli, qalan 66,1 manatı isə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdehlər Cavabdeh2 və X5 600 manat məbləğində icarə haqqı pulu, 50 manat məbləğində cərimə pulu və dövlət rüsumu kimi ödənilmiş 8,9 manat məbləğində pulun əvəzi müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 66,1 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1089/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1089/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver