Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-109/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X4 Mirzəyevin sədrliyi, Qurbanov Ramil Firudin oğlunun katibliyi ilə, İddiaçı və X1 cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı borcun və vurulmuş zərərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəmənin 2(007)- 2214/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan şikayət vermə müddətinin bərpası barədə ərizəyə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçılar İddiaçı və X3 cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı borcun və vurulmuş zərərin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. xx.xx.2022-ci il tarixdə iddiaçı X3 iddiadan imtina barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin 2(007)-2214/2022 saylı iş üzrə qəbul etdiyi 12 xx.xx.2022-ci il tarixli qərardadla ərizə təmin edilmiş, X1 cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı borcun və vurulmuş zərərin aradan qaldırılması tələbinə dair hissədə mülki işin icraatına xitam verilmişdir. Həmin tarixli məhkəmə iclasında qəbul edilmiş digər qərardadla işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 ərizəsi təmin olunmamışdır. Qeyd olunan qərardaddan Cavabdeh2 nümayəndəsi-(vəkili) Vəkil2 ərizəsi təmin edilməmiş,şikayətə baxılması üçün mülki işin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki,Kommersiya və İnzibati Kollegiyalarının 2(102)-6217/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət qeyrimümkün hesab edilmiş və mülki iş Bаkı şəhəri Nizаmi Rаyоn Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi şikayət qeyri mümkün hesab edərkən ona istinad etmişdir ki,şikayət vəkil tərəfindən tərtib olunsa da vəkilin orderi əlavə olunmamışdır. Ona görə də Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Cavabdeh2 nümayəndəsi-(vəkili) Vəkil2 qərardadda göstərilən nöqsanları aradan qaldırmış,orderini işə əlavə etmiş,eyni zamanda məhkəmənin 2(007)-2214/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan şikayət vermə müddətinin bərpası barədə ərizə vermişdir. Tərəflər ərizəyə baxılması ilə əlaqədar təyin olunmuş məhkəmə iclası barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsalar da məhkəməyə gəlməmişlər.Məhkəmə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni iş materiallarını araşdıraraq hesab edir ki,ərizə təmin olunmalıdır. Belə ki, cavabdeh ilk dəfə şikayəti verərkən prosessual müddət ötürülməmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki,Kommersiya və İnzibati Kollegiyalarının 2(102)-6217/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldırmaqla yenidən şikayət vermişdir. Məhkəmə hesab edir ki,müddət üzürlü səbəbdən buraxılmışdır.Ona görə də ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir.Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) Cavabdeh müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda qərardaddan qanunla müəyyən olunan qaydada şikayət vermişdir. Məhkəmə cavabdehin ilkin şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verdiyinin nəzərə alaraq hesab edir ki, müddət üzürlü səbəbdən buraxılmışdır. Ona görə də buraxılmış müddət bərpa olunmalıdır. Eyni zamanda məhkəmə şikayətin dəlillərini araşdıraraq bu nəticəyə gəlir ki,şikayət əsassızdır. Şikayət onunla əsaslandırılmışdır ki,iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh1 sahibkarlıqla məşğul olan fiziki şəxsdir.Tərəfindən verilən vəsatətdə Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə araşdırmaq üçün aidiyyəti orqana müvafiq sorğunun verilməsi xahiş edilsə də,hakim tərəfindən işlə bağlı heç bir sorğu verilməmişdir.Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə(kommersiya mübahisələrinə) məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılır.Qeyd olunanlara əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2214/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi,işin məhkəmə idiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, şikayətin təmin olunması üçün əsaslar mövcud deyil. Belə ki,hazırkı mübahisə hər iki tərəfin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı yaranan mübahisə deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 269.1.Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir Məhkəmə şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli şikayətə baxılması üçün mülki iş kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 133,263-269-cu maddələrini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: İddiaçı və X1 cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı borcun və vurulmuş zərərin aradan qaldırılması tələbinə dair mülki iş üzrə məhkəmənin 2(007)- 2214/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan şikayət vermə müddətinin bərpası barədə ərizə təmin olunsun. Həmin qərardadan şikayət vermə müddəti Cavabdeh2 münasibətdə bərpa edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2214/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardaddan Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Şikayət baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-109/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-109/2023
03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver