Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1106/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 032CASA193450004 №-li kredit müqaviləsinin ləğv olunması, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə həmin kredit müqaviləsi üzrə 12220,41 manat əsas borc, 12,30 manat faiz borcu və iddianın verilməsi üçün dövlət rüsumu kimi 126,70 manat pulun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən cavabdeh (borc alan) Cavabdeh1 bankdan xx.xx.2024-cü ilədək qaytarmaq və illik 1 % ödəmək şərti ilə aldığı 14374,35 manat krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2023 il tarixə olan borcun məbləği əsas borc üzrə 12220,41 manat, faizlər üzrə 12,30 manat, cərimə üzrə 00,00 manat təşkil edir. Mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün borc alana və zaminlik müqaviləsinə əsasən onun öhdəliyinə görə bank qarşısında birgə məsuliyyət daşıyan zamin Cavabdeh2 poçt vasitəsilə pretenziya göndərilib, lakin borc ödənilməyib. Odur ki, borc onlardan məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq hazırki mülki iş üzrə məhkəmənin qeyd olunan tarixdə keçiriləcək məhkəmə iclasını və sonrakı məhkəmə iclaslarını (olduğu təqdirdə) nümayəndələrinin iştirakı olmadan keçirilməsi və iddia ərizəsinə əlavə edilmiş sənədləri (sübutları) nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh1 iddianı qəbul etmədiyini bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, 2015-ci ildə iddiaçıdan kredit götürmüşdür. O, 13000 manat əsas borcu ödədikdən sonra bank onlarla müqavilə bağlamışdır ki, faiz borcu əsas borc kimi yazılsın. Onlar da 2000 manat ödədikdən sonra yerdə 12000 manat borc qalmışdır. O, ayda 100 manat ödəniş etməyə bankla razlaşmışdır. Bank onları aldatmış, bankdan 2015-ci il tarixdə pulu götürən zaman bank onlara dollar ilə müqaviləyə qol çəkdirmiş, lakin manatla pul vermiş, onlar da həmin vaxt müqavilə çox balaca hərflərlə yazıldığı üçün diqqət etməmişdir. Maddi imkanı yoxdur. Digər cavabdeh Hikmət isə yataq xəstəsidir. Məhkəmə iclasalrına gələ bilməyəcəkdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 032CASA193450004 saylı güzəştli krеdit müqaviləsinə əsasən, Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 14374,35 manat məbləğində krеdit vеrilmişdir. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, 032FİZAM48695402 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə Cavabdeh1 iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 12220,41 manat əsas borc, 12,30 manat faiz borcu olmaqla, ümumilikdə 12232,71 manat pul məbləğində borcu vardır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə bağladığı xx.xx.2019-cu il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdürlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdehlər müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 032CASA193450004 saylı tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12220,41 manat əsas borc, 12,30 manat faiz borcu olmaqla, ümumilikdə 12232,71 manat pul məbləği və ödənilmiş 126,70 manat dövlət rüsumunun əvəzi tutularaq Bank Respublika” ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 032CASA193450004 saylı tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12220,41 manat əsas borc, 12,30 manat faiz borcu olmaqla, ümumilikdə 12232,71 manat pul məbləği və ödənilmiş 126,70 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1106/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1106/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver