Məhkəmə qərarları › İş №e-2(007)-1125/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1125/2024

06.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1125/2024 06.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli CP/90671/71/13 saylı müqaviləyə əsasən 6032.64 manat əsas, 16.76 manat faiz borcu, cəmi 6049.4 manat borcun və 81 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli CP/90671/71/13 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 10000 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X1 Banka ümumi olaraq 6049.4 manat borcu vardır. X3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3 (oğlu), Cavabdeh1 (arvadı) və Cavabdeh2 (qızı) X1 qanuni vərəsələridirlər. X3 tərəfindən vərəsələrinə qalan miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X1 adına verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 190.9 kv/m, yaşayış sahəsi 52.9 kv/m, yardımçı sahəsi 138 kv/m, 2 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRXnin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X1 adına verilmiş **********80- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan yaşayış məntəqələrinin torpaq sahəsindən ibarətdir.

İş materialları :

3. İddiaçı ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli CP/90671/71/13 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən X2 36 ay müddətinə kreditdən istifadəyə görə illik 25 faiz ödəmək şərti ilə 10000 manat kredit verilmişdir.

4. xx.xx.2019-cu il tarixli CP/90671/71/13 saylı kredit müqaviləsinə əlavə olan Ödəniş cədvəlindən görünür ki, cavabdehə 36 ay müddətinə, xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci ilədək ayda 397.60 manat, illik 25 % dərəcəsi ilə ödəmək şərtilə 10000 manat kredit verilmişdir.

5. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdeh X1 xx.xx.2019-cu il tarixli CP/90671/71/13 saylı kredit müqaviləsi üzrə 6032.64 manat əsas və 16.76 manat faiz borcu vardır.

6. Qanun üzrə Vərəsəlik Hüququ haqqında 09 iyun 2021-ci il tarixli Şəhadətnamədən görünür ki, 23 noyabr 2020-ci il tarixdə vəfat etmiş X1 vərəsələri, qızı Cavabdeh2, arvadı Cavabdeh1 və oğlu Cavabdeh3 miras əmlak olan - ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X1 adına verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 190.9 kv/m, yaşayış sahəsi 52.9 kv/m, yardımçı sahəsi 138 kv/m, 2 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Qəbələ Ərazi İdarəsi tərəfindən xx.xx.2012 tarixdə X1 adına verilmiş **********80-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan yaşayış məntəqələrinin torpaq sahəsindən onların hər biri 1/3 hissədə pay almışdır.

7. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən cavabdeh X2 10000 manat məbləğində kredit verilmişdir.

8. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 81 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

9. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən 2(007)-1125/2024 saylı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər.

11. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

13. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

14. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :

Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

16. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı "xxxx" ASC tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan e-2(007)- 1125/2024 saylı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edilmişdir.

17. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.

18. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.

Nəticə :

19. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə ərizə verildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

20. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumu (ödənişi qəbul edən təşkilat İddiaçı ASC, VÖEN: **********; qəbzin nömrəsi: **********; büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu 1, tarix: xx.xx.2024, saat: 16:57) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170-ci maddəsini və “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 81 (səksən bir) manat məbləğində dövlət rüsumu (ödənişi qəbul edən təşkilat İddiaçı ASC, VÖEN: **********; qəbzin nömrəsi: **********; büdcə təsnifat kodu: 142211; büdcə səviyyə kodu 1, tarix: xx.xx.2024, saat: 16:57) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar