Məhkəmə qərarları › İş №e-2(007)-113/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-113/2022

26.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-113/2022 26.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9939,13 (doquz min doqquz yüz otuz doqquz ABŞ dollar 13 sent) USD, bundan 7126,53 (yeddi min yüz iyirmi altı ABŞ dollar 53 sent) USD əsas, 1906,75 (bir min doqquz yüz altı ABŞ dollar, 75 sent) USD faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respeblikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 (doqquz yüz beş ABŞ dollar 85) USD faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı (bundan sonra “Bank” adlanacaq) ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2016-ci il tarixli 2141NAK nömrəli kredit müqaviləsinə əsasən “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, Ban-JTMHV05JX********) avtomobilinin alınması məqsədi ilə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 39900 (otuz doqquz min doqquz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh oğlunun mülkiyyətində olan “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, Ban- JTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2016-ci il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi olan “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, Ban- JTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********492 saylı xx.xx.2021-ci il tarixli, bildiriş və xx.xx.2021-ci il tarixli teleqram məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixə kredit üzrə cəmi borcu 9939,13 (doquz min doqquz yüz otuz doqquz ABŞ dollar 13 sent) USD təşkil edir. Bundan 7126,53 (yeddi min yüz iyirmi altı ABŞ dollar 53 sent) USD əsas, 1906,75 (bir min doqquz yüz altı ABŞ dollar, 75 sent) USD faiz, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 (doqquz yüz beş ABŞ dollar 85) USD faiz borcu təşkil edir. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən “kredit alan” tərəfindən kredit, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Kredit veren”ə icra olunduğu andan ləğv edilir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddia tələbləri 9939,13 ABŞ dollardır. Birinci ekspert rəyi ilə onların apardıları hesablamalar arasında uyğunluq var. Gecikdirilmiş günə görə 5%-lə borc hesablanmışdır. Hazırda onlar iddia tələbindəki məbləği tələb edirlər. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, ekspert rəyində qeyd edilən məbləği qəbul etmir. İddia tələbindəki məbləği hissə-hissə ödəməyə razıdır. Ekspert rəyində ödəniş etdiyi 3000 manat və 7000 manat məbləğləri nəzərə alınmamışdır. O, iddia tələbini qəbul edir və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında ekspert X2 izahat verərək bildirdi ki, iş üzrə birinici ekspert rəyi Əli Abdullayev tərəfindən verilmiş, Əli Abdullayev rəydə qeyd etmişdir ki, verilmiş rəy təqdim edilmiş sənədlər əsasında tərtib etmişdir. O isə 15 aprel 2022-cil tarixində rəy vermişdir. Kredit müqavləsi üzrə əsas borc 19012,61 ABŞ dolları, faiz borcu isə 162,66 ABŞ dollarıdır. Hesab edir ki, hesablamaları düzgün aparmışdır. Əli Abdullayev hesablamaları maliyyə arayışı əsasında aparmışdır. Məhkəmə, proses iştirakçılarını izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2141NAK nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 14 faiz ödəmək şərti ilə 39900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli 2141NAK saylı ipoteka müqaviləsindən görünür ki, 2014-cü il buraxılışlı, ban nömrəsi JTMHV05JX04131726 olan "TOYOTA LAND-CRUİSER" minik markalı avtomobil bazar dəyəri 60455 manat qiymətləndirilərək xx.xx.2016-cı il tarixli 2141NAK saylı kredit müqaviləsi üzrə və bu müqavilədə göstəriən öhdəliklərin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat imtahan şöbəsinin xx.xx.2016-cı il tarixli AA 136939 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış”ından görünür ki, 90TL107 dövlət qeydiyyat nişanlı “TOYOTA LAND-CRUİSER” markalı avtomobilin İddiaçı ASC-yə ipoteka qoyulması qeydə alınmışdır; - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli, **********435 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixə 7126,53 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 1906,75 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 ABŞ dolları faiz, cəmi 9939,13 ABŞ dolları məbləğində borcu vardır. - Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka olan 12918,54 manat məbləğində borcunu 2 (iki) gün ərzində ödənilməsi tələb olunmuşdur, əks halda Bank tərəfindən borcun qaytarılması üçün məhkəmə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. -"xxxx" ASC-nin Azərbaycan Respublikası DİN BDYPİ-ə şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş aparılmadığına görə ipoteka predmeti olan 90TL107 dövlət qeydiyyat nişanlı “TOYOTA LAND-CRUİSER” minik markalı avtomobilə dair tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması barədə ərizə verilmiş, həmin ərizə qeydə alınmışdır; - Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, “TOYOTA LAND-CRUİSER” markalı, **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı bazar qiyməti 50000 ABŞ dolları, 46000 likvid qiyməti ABŞ dolları təşkil edir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5672 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan hesabdan çıxarış məlumatlarında əsasən xx.xx.2016-cı il tarixli 2141NAK nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2021-ci il tarixə 7126,53 ABŞ dolları əsas, 1986,92 ABŞ dolları, xx.xx.2021-ci il tarixə 7126,53 ABŞ dolları əsas, 2061,16 ABŞ dolları faiz borcu. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/36 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib ounmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2016-cı il tarixli 2141 NAK saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018ci il tarixə 19012,61 ABŞ dolları əsas, 132,66 ABŞ dolları faiz borcu. - xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış 14 iyul 2016-ci il tarixli 2141NAK nömrəli kredit müqaviləsinə əsasən “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, Ban-JTMHV05JX********) avtomobilinin alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 14 faiz dərəcəsi ilə 39900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh oğlunun mülkiyyətində olan “Toyota Land- Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, Ban-JTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2016-ci il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 2141NAK nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 14 faiz ödəmək şərti ilə 39900 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini və digər xərcləri ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC ASC arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 2141NAK saylı “Kredit müqaviləsi” üzrə xx.xx.2021-ci il tarixə 7126,53 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 1906,75 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 ABŞ dolları faiz, cəmi 9939,13 ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə araşdırması zamanı iş üzrə mühasibatlıq ekspertizaları təyin edilmiş və xx.xx.2021-ci il tarixli 9/5672 nömrəli rəydən görünür ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə borcu xx.xx.2021-ci il tarixə 7126,53 ABŞ dolları əsas, 1986,92 ABŞ dolları, xx.xx.2021-ci il tarixə 7126,53 ABŞ dolları əsas, 2061,16 ABŞ dolları faiz borcu məbləğində müəyyən edilmişdir. Lakin ekspert qarşısında qoyulmuş bütün suallar cavablandırılmadığından (3-cü sual üzrə) iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2022-ci il tarixli 9/36 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib ounmuş kredit tarixi, kredit müqaviləsi və s.) xx.xx.2016-cı il tarixli 2141 NAK saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu xx.xx.2018-ci il tarixə 19012,61 ABŞ dolları əsas, 132,66 ABŞ dolları faiz borcu kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Hazırda isə cavabdeh iddia tələbini qəbul edərək, tələb olunan borca etiraz etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin razılığını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/5672 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Cavabdeh 7126,53 ABŞ dolları məbləğində əsas borc və müqavilə müddəti bitən tarixə 1906,75 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 905,85 ABŞ dolları faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, kredit müqaviləsi üzrə yaranan öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh məxsus olan “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil bankın xeyrinə girov (ipoteka) qoymuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü mаddəsinə əsаsən ipоtеkа daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlаşdırılmаsıdır. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1.1-ci və 34.1.3-cü maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır; 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Buna görə də məhkəmə hesab edir ki, hazırki halda ipoteka saxlayanın tələbinin ödənilməsi üçün Cavabdeh oğluna məxsus “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Yenə “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarından görünür ki, əmlakın qiymətləndirilməsi prosesi zamanı Cavabdeh məxsus olan olan “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilin likvid qiyməti 46000 ABŞ dolları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyinə uyğun olaraq Cavabdeh məxsus olan olan “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobil hərraca çıxarıldıqda, ilkin satış qiyməti 46000 ABŞ dolları müəyyən edilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə 7126,53 ABŞ dolları əsas borc, müqavilə müddəti bitən tarixə 1906,75 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 ABŞ dolları faiz borcu, cəmi 9939,13 ABŞ dolları borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, kredit və ipoteka müqaviləsindən irəli gələn öhdəliklər cavabdeh tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyi üçün həmin öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan Cavabdeh məxsus “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, avtomobilin ilkin satış qiyməti 46000 ABŞ dolları müəyyən edilməli, ipoteka predmeti hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan cəmi 9939,13 ABŞ dolları məbləğində borc ödənilməli, həmin məbləğ ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalıdır. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddiaçı tərəfindən 30 (otuz) manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. Bundan əlavə, işdə olan xx.xx.2021-ci il tarixli 9/5672 saylı və xx.xx.2022-ci il tarixli 9/36 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri uyğun olaraq 50 manat və 200 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə ekspertizalarının dəyəri olan ümumilikdə 250 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 7126,53 ABŞ dolları əsas borc, müqavilə müddəti bitən tarixə 1906,75 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 ABŞ dolları faiz borcu, cəmi 9939,13 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh məxsus “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili- 2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməli, ipoteka predmeti 46000 ABŞ dolları ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilməli, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılmalı, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 7126,53 ABŞ dolları əsas borc, müqavilə müddəti bitən tarixə 1906,75 ABŞ dolları faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 905,85 ABŞ dolları faiz borcu, cəmi 9939,13 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh məxsus “Toyota Land-Cruiser” minik markalı (Tip:sedan, Buraxılış ili-2014, BanJTMHV05JX********), ** TL *** dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilsin, ipoteka predmeti 46000 ABŞ dolları ilkin satış qiyməti ilə açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu ödənilsin. İpoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 250 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: X1, Kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, Hesab № AZ34CTRE********************, Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar