Məhkəmə qərarları › İş №e-2(007)-1141/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1141/2025

19.02.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1141/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Cavabdeh qarşı ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı digər tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ağacların cavabdehin hesabına götürülməsi, torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s." tələbinə dair digər iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İlkin iddia tələbi:

1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəlb edilməklə Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, 2383 cü məhəllə, Bəhruz Nuriyev küçəsində yerləşən 0.03 ha torpaq sahəsinin sərhəddində əkilmiş və tikintintisinə 5 metr məsəfədən yaxın olan ağacların cavabdeh X10 tərəfindən öz hesabına götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

İlkin iddia tələbinin əsaslandırıldığı hallar:

3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, 2383 cü məhəllə, Bəhruz Nuriyev küçəsində yerləşən 0,03 ha torpaq sahəsi DƏDRX-nin verdiyi çıxarışa əsasən onun xüsusi mülkiyyətindir. Qonşu sahəsi Nizami rayon Bələdiyyəsinin Qərarına əsasən yaşıllığın salınması üçün X7 icarəyə verilib. X10 həmin sahəyə onlarla ağac əkib. Əkdiyi ağacların bir neçəsi onun torpağının sərhəd hissəsinə, yəni demək olar ki, onun torpağına hasar çəkəcəyi sahəyə əkilib. Ağaclar həm onun hasar çəkməyinə mane olur, həm də tikintisinə o qədər yaxın əkilib ki, ağaclar böyüdüyündə tikintinin məhv olma təhlükəsi yaradacaqdır. Bununla bağlı X7 dəfələrlə xəbərdarlıq etsə də, buna məhəl qoymur və artıq ağaclar böyüyüb kökləri onun sahəsinə keçir. Bu barədə dəfələrlə dövlət qurulmarına yəni, Azərbaycan Resublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Nizami rayon İcra Hakimiyyətinə müraciət etsə də, heç kim onun müraciətlərinə məhəl qoymur.

İlkin iddia tələbinə cavabdehin etirazı və dəlilləri:

4. Cavabdeh xx.xx.2026-cı ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.metr olan torpaq sahəsi Nizami Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” əsasında 49 il müddətinə onun icarəsindədir. Həmin torpaq sahəsi abadlıq və yaşıllıq məqsədilə onun icarəsinə verilib, o da özü tərəfindən sahənin abadlaşdırılmasını və yaşıllaşdırılmasını həyata keçirir. İddiaçı xx.xx.2022-ci il tarixdə oğlu X8 ilə birgə İcarəsində olan torpaq sahəsi ilə ona məxsus olan torpaq sahəsi arasında mövcud olmuş hasarı sökərək icarəsində olan torpaq sahəsini zəbt etməyə çalışıb (şəkil 1,2,3). Həmin dövürdə sözügedən ağaclar orada mövcud olub. İddiaçı tərəfindən 2002-ci ilin mart ayında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla yəni ara məsafələri gözlənilmədən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə Təsdiq Edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalarla tənzimlənir), hətta yüksəkmərtəbəli yaşayış binasına çox yaxın məsafədə fərdi yaşayış evi inşa edilib (şəkil 4 və 5). İddiaçı tikinti işləri aparan zaman burada olan ağaclara ziyan vurub, hətta çıxarmağa cəhd göstərib (şəkil 6,7,8). Ulu öndər Heydər Əliyev “Bir ağacı kəsən sanki mənim bir qolumu kəsir" ifadəsini deyib. Azərbaycan Respubliası 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının X11 X1 Konfransının 29-cu sessiyasına sədrlik edib. Burada “X16 Həmrəylik” devizi altında ağac əkmə kompaniyaları keçirilib. İddiaçı isə bütün bu işlərə kölgə salaraq öz maraqları naminə ağacların çıxarılmasını istəyir. Nəzərə çatdırır ki, iddiaçı evinin qarşısında və digər yanında olan ağacları yerindən çıxartdığına görə bina sakinləri tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib və o cərimə olunub. Ərizəsində qeyd etdiyi ağaclar fərdi yaşayış evi inşa edilməmişdən öncə orada mövcud olub və onun evinə heç bir maneə yaratmır. Sadəcə məqsəd oradakı ağacların çıxarılaraq torpaq sahəsinin zəbt edilməsidir. O, hətta bina sakinlərinin avtomobil saxladıqları ümumi istifadə yerinidə zəbt edib. 19 dekabr 2024cü il tarixində gecə saatlarında ağacları əyərək diblərini boşaldaraq qurutmağa cəhd göstərib (şəkil 9,10). O, bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 Çağrı Mərkəzinə müraciət edib. Yuxarıda qeyd olunanları, İddiaçı həmin əraziyə heç bir hüquqi və maddi aidiyyəti olmadığını, onun bu məsələ ilə əlaqədar iddia subyekti sayılmadığını nəzərə alaraq onun tərəfindən verilmiş iddia tələbinin qanunvericiliyin tələbləri ilə ziddiyət təşkil etdiyini nəzərə alaraq verilmiş iddia tələbinin rədd edilməsi, İddiaçı və digər fiziki şəxslərin həmin əraziyə icazəsiz daxil olmasının qadağan edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

Digər iddia tələbi:

5. İddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” əsasında Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.metr təşkil edən icarəsində olan torpaq sahəsinə cavabdeh İddiaçı tərəfindən müdaxilənin, torpaq səhəsində yaranmış maneələrin aradan qaldırılması və bunula bağlı cavabehin qanunsuz hərəkətlərinə son qoyulması, qonşu sərhədində cavabdeh tərəfindən sökülmüş hasarın onun öz hesabına bərpa edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1685/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadına əsasən məhkəməyə daxil olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s." tələbinə dair e- 2(007)-1685/2025 saylı mülki işin İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı şəhəri Nizami Bələdiyyəsi cəlb edilməklə Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair e-2(007)-1141/2025 saylı mülki işlər bir icraatda birləşdirilməsi və bir icraatda birləşdirilmiş e-2(007)-1141/2025 saylı mülki iş saxlanılmaqla, e-2(007)-1685/2025 saylı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.

Digər iddia tələbinin əsaslandırıldığı hallar:

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.metr olan torpaq sahəsi Nizami Bələdiyyəsinin 14 dekabr 2006-cı il tarixli “Torpaq icarə müqaviləsi” əsasında 43 il müddətinə onun icarəsindədir. Həmin torpaq sahəsi abadlıq və yaşıllıq məqsədilə onun icarəsinə verilib, o da özü tərəfindən sahənin abadlaşdırılmasını və yaşıllaşdırılmasını həyata keçirir. Cavabdeh İddiaçı xx.xx.2022-ci ildə oğlu X8 ilə birgə icarəsində olan torpaq sahəsi ilə ona məxsus olan torpaq sahəsi arasında mövcud olmuş hasarı sökərək, icarəsində olan torpaq sahəsini zəbt etməyə çalışıb (şəkil 1,2,3). Həmin dövürdə sözügedən ağaclar orada mövcud olub. Cavabdeh tərəfindən 2002-ci ilin mart ayında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla yəni ara məsafələri gözlənilmədən (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı” müfəssəl Qaydalarla tənzimlənir), hətta yüksəkmərtəbəli yaşayış binasına çox yaxın məsafədə fərdi yaşayış evi inşa edilib (şəkil 4 və 5). Azərbaycan Respublikası 2024-cü ilin noyabr ayında Bakı şəhərində keçirilən X2 X11 X1 Konfransının 29-cu sessiyasına sədrlik edib. Burada “X16 Həmrəylik” devizi altında ağac əkmə kompaniyaları keçirilib. Cavabdeh isə bütün bu işlərə kölgə salaraq öz maraqları naminə ağacların çıxarılmasını istəyir. Cavabdeh evinin qarşısında və digər yanında olan ağacları yerindən çıxartdığına görə bina sakinləri tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib və o, cərimə olunub. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və onun istifadə hüquqlarını kobud şəkildə pozmaqla mülkiyyət hüququnu da məhdudlaşdırır. Bu səbəbdən də, cavabdehin torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, qonşu sərhədində cavabdeh tərəfindən sökülmüş hasarın öz hesabına bərba edilməsi barədə qətnamə çıxarılmalıdır. Belə ki, cavabdeh qonşu sərhədində yerləşən ara divarını, hasarı özbaşınalıq edərək söküb. Bundan sonra isə onun torpaq sahəsinə müdaxilələr etməyə başlayıb.

Cavabdehin digər iddia tələbinə etirazı və ona dəlilləri:

8. Cavabdeh İddiaçı xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh 2021-ci ilin dekabr ayının 29-31-i tarixlərində o və qonşusu X3 ümumi stifadəsində olan boş dövlət torpağına onların rayonda olmaqlarından istifadə edərək hasar çəkilib və əraziyə çıxarışı olduğunu bildirərək onları və yerli dövlət qurumlarını aldadıb. Məlum olub ki, Cavabdeh əldə etdiyi sənəd ötən dövrdə yaşıllaşdırma məqsədilə bələdiyyə tərəfindən verilmiş icarə müqaviləsidir və o bu sənədlə hər hansı hasar və ya tikinti aparmaq hüququna malik deyil. Bununla saqədar, o və qonşusu Gülbəniz xanım onun qanunsuz hərəkətlərinə dair onun işlədiyi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət ediblər. Arxitektura Komitəsində şikayətlərinə baxılaraq, onun qanunsuz olaraq ərazidə tikinti işləri aparması cəhdlərinə görə Cavabdeh işdən azad edilib əlavə olunur). Bununla yanaşı, Nizami Rayon Prokurorluğu araşdırma aparıb və 09 fevral 1022-ci il tarixli 106c-22 nömrəli qərarında Cavabdeh iddia etdiyi sənədin torpağa hasar çəkməyə hüququ olmadığından xəbərsiz olduğunu qeyd edərək, əməlinin ictimai təhlükəliliyi barədə məlumatlı olmadığını, məqsədinin həmin ərazinin özbaşına hasarlamaq niyyətində olmadığını, habelə hasarlama əməlinin yalnış olduğunu etiraf edib (əlavə olunur qərarın 3-cü səhifəsi 1-ci abzası). Qeyd olunanlarla yanaşı, Cavabdeh əldə etdiyi Bələdiyyə icarə müqaviləsinin scnuncu səhifəsində çəkilmiş sxemdən aydın görünür ki, onun torpaq sahəsi ilə Cavabdeh torpaq sahəsi arasında yol mövcuddur. Cavabdeh həmin yolu öz ərazisi hesab edərək, ona məxsus torpaq sahəsinin koordinat nöqtələrinin üzərinə hasar çəkməklə zəbt etməyə cəhd edir. Bununla əlaqədar, Cavabdeh torpaq sahəsi üzrə icarə rüququnun qeydə alınmamasına görə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini əvvəlcə Bakı İnzibati Məhkəməsinə versə də iddiası rədd edilib, həmin qərardan şikayət edərək həmin qurumu Bakı Apellyasiya Məhkəməsinə versə də, iddiası “bələdiyyənin müvafiq qərarının onda mövcud olmadığına görə” rədd olunub (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 15(103)-54/2025 nömrəli Qərardadı, 2-ci səhifə sonuncu abzası). Həmin Qərardadda Cavabdeh onun barəsində də iddialar qaldırsa da, onun torpağa dair icarə müqaviləsinin dövlət qeydiyyatına alınmadığı üçün və sahiblik hüququnun təsbit edilmədiyi üçün rədd edilib. Əlavə olaraq qeyd etmək istəyir ki, sözügedən torpaq sahənin Nizami Rayon icra Hakimiyyəti tərəfindən boş dövlət torpaq sahəsi olması qeyd olunub. Sadalanan məqamları nəzərə alaraq, Cavabdeh iddiasının subyektiv olduğunu diqqətə çatdırır, onun ötən dövrdə bu kimi şikayət və iddialarının dövlət qurumları tərəfindən nəzərə alınmadığı və bundan nəticə çıxarmayaraq dövlət qurumlarını əsassız iddialarla məşğul edir. Cavabdeh ötən dövrdə müxtəlif media subyektlərində də bu barədə məqalələr dərc etdirib, media nümayəndələrini əraziyə çağırış edərək çəkiliş edib. Onun iddiasına Nizami Rayon İcra Hakimiyyəti tərəfindən rəsmi cavablar verilərək bildirilib ki, onun tikdiyim fərdi yaşayış evinin sənədləri mövcuddur və Cavabdeh iddia etdiyi ərazi isə dövlət torpağıdır və Nizami Rayon İcra Hakimiyyətinin balansındadır. Təəssüf ki, Cavabdeh bu əməllərindən əl çəkmir, hələ də qanunsuz olaraq onun fotoşəkillərini çəkərək, onun iradəsinə zidd olaraq müxtəlif şəxslərə göndərir (əlavə olunur). Cavabdeh ona qarşı sürdüyü iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları:

9. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, digər iddianın təmin edilməməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, həyətyanı torpaq sahəsinin digər tərəfində qəsdən ağaclar əkiblər ki, o, torpaq sahəsinə yol aça bilməsin. O. bilirdi ki, cavabdeh torpaq sahəsini qanunsuz olaraq bələdiyyədən alıb. Torpaq sahəsini alanda bilirdi ki, torpağın yan hissəsi boş yoldur, sahibi yoxdur. Bu işi araşdırmaq üçün Bakı şəhəri Nizami rayon Prokurorluğuna müraciət edib. Bakı şəhəri Nizami rayon Prokurorluğu işi araşdıranda həmin sənədi arxiv sənədlərindən tapa bilməyib. Arxiv sənədlərində cavabdehə məxsus sənədin əsli tapılmayıb, cavabdeh də həmin sənədin əslini göstərə bilməyib. Daha sonra o, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib, cavabdeh qanunsuz olaraq torpaq sahəsini zəbt etdiyinə görə işdən çıxarılıb. Cavabdeh ağacları ərazini zəbt etmək üçün əkib. Cavabdeh daş hasar çəkdiyi, ağaclar əkdiyi həmin ərazi bələdiyyənin sənədlərində neytraldır. Əgər cavabdeh 2006-cı ildə torpaq sahəsini yaşıllaşdırma məqsədi ilə icarəyə götürübdüsə, bu vaxta qədər orada ağaclar böyük olardı. Cavabdeh torpaq sahəsini boş saxladığına görə bələdiyyə ondan torpaq sahəsini almalı idi. Ağaclar yerindədir, ona mane olur. Cavabdeh bələdiyyə ilə birləşərək dövlət torpağını zəbt ediblər. İnzibati Məhkəmə Nizami bələdiyyəsinin torpaq sahəsini qanunsuz zəbt etməsi ilə bağlı iddiasını rədd edib. İnzibati Məhkəmə Ədliyyə Nazirliyinin Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət idarəsinə sorğu verib və bu torpaq sahəsinin bələdiyyənin uçotunda olmaması barədə cavab əldə edib. Cavabdeh qanunsuz olaraq sənəd əldə edərək, 4 metr torpaq sahəsini qeydiyyata alıb. Cavabdeh əkdiyi ağaclar böyüyür, evinin işıqlanmasının qarşısını alır. Həmin ağaclar evindən 1 metr kənardadır. Ağaclar yerindədir və ona mane olur. Onlar 2016-cı ildə torpaq sahəsini alıblar. Torpaq sahəsini alanda həmin yer bağlı idi. Ağacların yerində hasar var idi. Hasarı çəkib ağacları əkiblər. Həmin hasar sökülüb. O, hasarı sökməyib. Digər tərəf də bağlanmışdı, o, həmin yolu da bağlayıb, 4 metr söhbəti var idi. Cavabdeh birdən-birə bu işi etdiyinə görə onlar cavabdehdən Bakı şəhəri Nizami rayon Prokurorluğuna şikayət ediblər. Onlar cavabdehin sənəd əsasında iş gördüklərini, torpaq sahəsini aldıqlarını bilmirdilər. Onlar saxta sənəd göstərərək oranı aldıqlarını bildiriblər. Sonra müəyyən olunub ki, onlar hasar çəkməməli, işlər görməməlidir. Onlar İcra Hakimiyyətinə o sənədləri veriblər. İcra Hakimiyyəti qərar qəbul edib və adamlarını göndərdi, onlar oraya nə qədər daş tökmüşdülərsə, hasar qarışıq söküblər və kamaza yığaraq aparıblar. Burada söhbət 4 metr yoldan gedir. Onların birinci verdikləri müqavilədə guya Nizami Bələdiyyəsindən torpaq sahəsini icarə götürdükləri bildiriblər. Amma Bakı şəhəri Nizami rayon Prokurorluğunda o sənədin əsli də tapılmayıb. Düzdür, həmin 4 metr torpaq sahəsinə o, ağaclar da əkib, onlar ağacları çıxarıb, bu kameraya da düşüb. Lakin polis təsdiq edə bilməyib ki, onlar ağacları çıxarıb. 4 metr torpaq sahəsinə onlara aidiyyəti yoxdur. Onlar Bakı İnzibati Məhkəmədə iddia qaldırıblar, torpaq sahəsində ağaclar əkdiklərini, zəbt etdiklərini bildiriblər. İnzibati Məhkəmə araşdırıb, bütün bələdiyyələrin Binəqədi rayonunda yerləşən yeri var, oraya sorğu verilib, onlarda belə bir şeyin qeydiyyatdan keçmədiyi barədə cavab verilib. Ona görə də, cavabdehin xeyrinə qərar qəbul olunmayıb. Cavabdeh yenə də İnzibati Məhkəməyə müraciət edib, İnzibati Məhkəmə qərar qəbul edib. Ev tikilən vaxtdan, 2021-ci ilin dekabr ayının 30, 31-dan ağacları əkməyə, ərazini zəbt etməyə başlayıblar.

10. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın təmin edilməsini, digər iddianın təmin edilməməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, ağaclar iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin çıxışının qarşısında əkilib və iddiaçıya torpaq sahəsinə daxil olmasına maneə yaradıb. İddiaçı dəfələrlə müxtəlif dövlət orqanlarına müraciət edib, heç bir dövlət orqanından cavab verilməyib. İddiaçı yolu açmaq üçün ağacları çıxararaq bir az başqa istiqamətə keçirib. Bununla bağlı iddiaçıdan şikayət olunub. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddiaçını cərimə edib və iddiaçıya bələdiyyə müraciət etməli olduğunu, sonra bələdiyyənin Nazirliyə müraciət etməli olduğunu bildirib. Qanunvericilikdə ağacların çıxarılması, kəsilməsi üçün bələdiyyəyə müraciət olunmalı, bələdiyyə sənədləri hazırlamalı, bələdiyyə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Cavabdehin əkdiyi ağacların kökləri iddiaçıya məxsus evə təsir edəcək. Qanunvericilikdə fərdi yaşayış evinə 5 metrdən yaxın məsafədə ağac əkilməsinə icazə verilmir. Ağaclar böyüdükdən sonra fərdi yaşayış evinin bünövrəsinə təsir göstərməsə belə, ağacların böyüməsi evin havalanmasına və işıq düşməsinə maneə olacaq. Ağaclar iddiaçıya məxsus evin altındadır. İddiaçıya məxsus fərdi yaşayış evinin layihəsi Bakı Şəhər İcra Hakimiyyətində təsdiq olunub, yəni özbaşına tikili deyil. Çəpər məhkəmə qətnaməsinə əsasən sökülməyib. Orada qanunsuz olaraq hasarçəkmə olub. İcra Hakimiyyəti də çəpəri söküb. Ekspert rəyindən də görünür ki, orada cavabdehə məxsus torpaq sahəsi yoxdur, dövlət torpağıdır. Bələdiyyənin qərarı qanunsuzdur, çünki həmin torpaq sahəsi dövlətə məxsusdur. Qərarda yaşıllaşdırma yazıldığına görə, Cavabdeh izah olunub ki, yaşıllaşdırma üçün ayrılan torpaq sahəsinə hasar çəkilə bilməz. Ddövlət torpaqların balansı məsələsi Dövlət Reyestri Xidmətinə deyil, Əmlak Komitəsinin özünə aiddir. Reyestri Xidməti mülkiyyətə çıxarışı verən orqandır, buraya aidiyyəti yoxdur. Sərhəd oradan deyil. Hasarın biri İcra Hakimiyyəti tərəfindən sökülüb. O biri tərəf şəxsin öz hasarıdır, o torpaq sahəsinin oraya aidiyyəti yoxdur. Onların subyektiv hüququ yoxdur ki, qonşuya hasarı tikməməyi bildirsinlər. Düzdür, Cavabdeh istifadə hüququ təmin edilib, amma göstərilir ki, bələdiyyə verdiyi müqavilənin heç bir yerdə kökü yoxdur. Həmin torpaq sahəsində ağaclar əkilib, oraya aidiyyəti yoxdur. Mütəxəssis rəyinə əsasən müəyyən olunub ki, o torpaq sahəsi dövlət torpağıdır. Onlar dövlət torpağında ağacları əkdiklərinə görə hesab edir ki, bu qanunsuzdur. Ona görə də, həmin ağacların çıxarılmasını istəyirlər. Bu zəbt etmədir. Zəbt etmə qanunvericilikdə cinayət məsuliyyəti yaradır.

11. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, digər iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 digər iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, digər iddianın təmin edilməsini, ilkin iddianın təmin edilməməsi xahiş etdi. Əlavə olaraq bildirdi ki, bütün evlərin, idarə binaları ağaclarla əhatə olunur. Ağacların binalara heç bir maneəçiliyi yoxdur. Cavabdeh torpaq sahəsini bələdiyyədən icarəyə götürüb, icarə hüququ var. Cavabdeh Bakı İnzibati Məhkəməsində iddiası təmin olunub, icarə hüququ qeydə alınıb və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə çıxarışın verilməsi öhdəliyi qoyulub. Cavabdeh özü bildirir ki, 352 kv.metr sahə ilə 328 kv.metr sərhəd deyil, qonşuya hasar tikməyə imkan verib. Ağacların əkildiyi torpaq sahəsinin dövlət torpağı olmasına bir şey demir. Bakı İnzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti verilməyib. tərəf özü də yerli baxışda iştirak etmişdi. Hasar haradan sökülüb, məlumdur, yerindədir, bunu müəyyən etmək üçün ekspertə ehtiyac yoxdur. İddiaçı evinin tinindən, ağaclardan iki metr o tərəfdə hasar gedir. İddiaçı özü yerində izahat verib ki, o, hasarı söküb, daşları da evinin arxa tərəfinə yığıb. Bakı İnzibati Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh icarə hüququ qeydə alınıb, çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulub. Bakı Apellyasiya Məhkəməsində Bakı İnzibati Məhkəməsinin həmin qətnaməsi qüvvədə saxlanılıb. Maneə ondan ibarətdir ki, təqdimata baxanda da müəyyən olundu ki, İddiaçı ağaclara cığır açır, özü ağacları çıxarır, həmin torpaq sahəsində özbaşına nar ağacı əkir, ağaclara maneə yaradır. İddiaçı məqsədi oranı zəbt etməkdir. İddiaçı qaldırdığı iddia boş cəfəngiyatdır. Tikinti və Şəhərsalma Məcəlləsinə əsasən qonşu arasında ortaq divar olmalıdır. 158.4-cü maddədə mülkiyyətçi olmayan şəxlərin hüquqları istənilən şəxs tərəfindən müdafiə edilir. İddiaçı ağacları sökmədiyini bildirsə də, ağaclarla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin cəriməsi var, sistemə yerləşdirilib, sübut olunub. Torpağın icarə müqaviləsi mövcuddur və yəqin ki, reyestrə salınıb. Müvafiq sorğu verərərək, bu barədə məlumatı almaq olar.

12. İlkin iddia üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

13. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı Cavabdeh digər iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, digər iddianın təmin edilməsini, ilkin iddianın təmin edilməməsi xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının məqsədi ağacların çıxarılması deyil, torpağın zəbt edilməsidir. İddiaçının əsassız şikayətlərinə görə işdən çıxarılıb. İddiaçı hasarını sökdürüb. O, torpaq sahəsində 5 ağacın əyildiyini, diblərinin boşaldığını görüb, iddiaçıdan şikayət edib. Ona görə də, iddiaçı cərimə olunub. O, ağacları 2022-ci ildə əkib. İcarəsində olan torpaq sahəsi dövlət mülkiyyəti olsaydı, qonşu torpaq sahəsinin bələdiyyə sənədinə çıxarış əldə edə bilməzdi. Torpaq sahəsini yaşıllıq salmaq üçün icarəyə götürüb, həmin torpaq sahəsindən də təyinatı üzrə istifadə edərək, şam ağacları əkib.

14. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, 2000-ci ildə bələdiyyələrin yaranmasına baxmayaraq onların əraziləri konkret olaraq müəyyənləşdirilməyib. Azərbaycan Respublikasının Prezidenti Fərmanında Nazirlər Kabinetinə tapşırıq verib ki, bələdiyyələrin ərazisi müəyyənləşdirilsin, 2 ay müddətinə xəritə hazırlanıb verilsin, amma bu günki günə qədər bələdiyyələrin konkret ərazisi müəyyənləşdirilməyib. 2006-cı ilə qədər bələdiyyələrin yaranması ilə əlaqədar olaraq onlar rayonun ərazisində bəzi torpaqları icarəyə verirdilər. 2007-ci ildən isə bu ümumiyyətlə dayandırılıb və bələdiyyələrin də hər hansı torpaq sahəsi icarəyə vermək hüququ yoxdur. Ona görə də, hazırda həmin xəritədə həmin torpaq sahələrinin bələdiyyəyə məxsus olması göstərilməyib. Bu gün bələdiyyələrin konkret ərazisi müəyyənləşmədiyindən fiziki və ya hüquqi şəxslərin mülkiyyətində olmayan torpaq sahələrinin hamısı dövlət torpaq fonduna aiddir. Bələdiyyə mülkiyyətinə verilməli olan torpaq sahələri müəyyənləşdikdən sonra hansı torpaqların bələdiyyə torpaqları olduğu bilinəcək. Bələdiyyənin ağac çıxarmaq səlahiyyəti yoxdur. Cavabdeh ağac əkib, yaşıllaşdırma işləri edib. İddiaçı ona məxsus fərdi yaşayış evinin təhlükəsizliyini təmin etmək üçün evin tikintisi zamanı əkilmiş ağacları nəzərə almalı idi. Ağacların torpaq sahəsində qanuni əkilib-əkilməməsindən asılı olmayaraq rayon ərazisində dövlət və ya bələdiyyələrin torpaq fonduna aid olan torpaq sahələrində bütün yaşıllıqların qorunması Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərinə aiddir. Hesab edir ki, ağacların qanunsuz əkilib-əkilməməsindən, torpaq sahəsinin icarəyə düzgün verilib-verilməməsindən asılı olmayaraq bu gün yaşıllıqların pozulması qətiyyən yolverilməzdir, bütün ağaclar, kollar götürüldükdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmalıdır. Hesab edir ki, həmin torpaq sahələrinə mütəxəssisin iştirakı ilə baxış keçirilməli, ağacların fərdi yaşayış evinə müəyyən müddət keçdikdən sonra doğurdan da təsir göstərib-göstərməməsi müəyyən edilməlidir. Orada ağaclar bir neçə dəfə əkilib və iddiaçı tərəfindən bir neçə dəfə çıxarılıb. Bələdiyyənin düzgün qərar verib-verməməsinin müəyyənləşdirilməsi üçün qərar mübahisələndirilməlidir.

5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin 2007-ci ilin dekabr ayında qəbul etdiyi Fərmanında həmin vaxt bələdiyyələrin verdiyi sərəncamlar qüvvədə olub, ondan sonra bələdiyyələrin torpaq sahələrini kiminsə icarəsinə və ya mülkiyyətinə vermək səlahiyyətləri yoxdur. Ona görə ki, bələdiyyələrin torpaq sahələri müəyyənləşməyib. Bələdiyyə torpaq sahəsini şəxsin icarəsinə verəndən sonra həmin şəxsin orada ağac əkib-əkməməsi, ağacların yerinin dəyişdirilib-dəyişdirilməməsi bələdiyyənin səlahiyyətinə aid olmayan məsələdir. İddiaçı tərəf ehtimal edir ki, nə vaxtsa ağacların kökləri evin bünövrəsinə zədə vuracaq. Nizami Bələdiyyəsi 2006-cı ildə torpaq sahəsini cavabdehin icarəsinə verib. O, hesab edir ki, Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi torpaq sahəsinin dövlət torpaq fonduna aid olduğunu bildirdiyinə görə, işə inzibati məhkəmədə baxılmalıdır.

İş materialları:

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli, **********9 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 torpaq sahəsi İddiaçı mülkiyyətindədir.

17. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, fiziki şəxslər yaşıllıqların götürülməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-ci il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşıllıqların götürülməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllığın götürülməsinə dair rəyin alınması üçün aidiyyəti qurum (yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə) tərəfindən sözügedən qaydanın 2.5-ci bəndində göstərilən bütün sənədlər (yaşıllıqların ərizəçinin mülkiyyətində, istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd, ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti və s.) əlavə olunmaqla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanlanmalıdır.

18. Azərbaycan Respublikasının Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 57 saylı kooperativ binanın qarşısında yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olduğu məlum olub. Bildirirlər ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icazə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.

19. Azərbaycan Respublikasının Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Nizami rayonu, B.Nuriyev küçəsi 2383-cü məhəllədə yerləşən torpaq sahəsinin qarşısında naməlum şəxslər tərəfindən əkilmiş ağacların köçürülməsinə köməklik göstərilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə ilə bağlı qeyd olunan məsələnin həlli ilə əlaqədar aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyinə müraciət edilməsi məqsədəuyğun hesab olunur.

20. İcarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinin surətindən görünür ki, icarəyəverən icarə əsasında Nizami rayon E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.m olan, gələcəkdə sahə adlanan ərazini abadlıq və yaşıllıq məqsədi ilə icarəçiyə uzunmüddətli 49 il istifadəyə verir.

21. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15 saylı iclasının protokolundan xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda həyətində yerləşən ümumi sahəsi 353 kv.m torpaq sahəsi 49 illiyə Cavabdeh icarəsinə verilmişdir.

22. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 306.3 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində kürsülü ikimərtəbəli yaşayış evi mövcuddur. Sözügedən mübahisəli torpaq sahəsi isə faktiki olaraq 350.6 kv.m təşkil edir. İddiaçı tərəfindən göstərilən torpaq sahəsinin koordinatları əlavə olunur. 1. 411821.006, 4473292.352; 2.411841.773, 4473293.597; 3. 411843.299, 4473291.830; 4. 411844.096, 4473279.784; 5. 411822.133, 4473278.494. Mübahisəli olan torpaq sahəsinin koordinatları əlavə olunur. 1. 411844.096, 4473279.784; 2. 411848.676, 4473259.104; 3. 411829.981, 4473258.619; 4. 411828.732 4473278.882. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 300.0 kv.m olmaqla **********59 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunan mübahisəli torpaq sahəsi isə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur).

23. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1711/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iddia qismən təmin edilərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 328 kv.metr olan torpaq sahəsinə dair iddiaçı Cavabdeh icarə hüququnun qeydə alınması və bu barədə ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır.

24. Məhkəməyə iddiaçı və cavabdeh tərəfindən fotoşəkillər təqdim edilmişdir.

Məhkəmə baxışının hədləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasının: 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. 2.2.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda yaşıllıqların götürülməsinə yol verilir. 2.4. Fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. 2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 3.1. Bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir.

28. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda yaşıllıqların götürülməsinə yol verilir. 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. 13.5. Qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır. 18.2. Yaşıllıqların mühafizəsinə nəzarət dövlət və ictimai nəzarət formalarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

29. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin:

57.2.8. tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatlar tam və dürüst əks edilməli, yaşıllıqların salınması mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmalıdır. 68.1. Tikinti işləri ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və sanitariyagigiyena, habelə yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarına uyğun olaraq həyata keçirilməlidir. 68.2. Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.

30. Azərbaycan Respublikası Konstitusiyasının:

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

İşin faktiki halı:

32. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 torpaq sahəsi xx.xx.2017-ci ildən İddiaçı mülkiyyətindədir və o, həmin ünvanda fərdi yaşayış evi inşa edib. Həmçinin, xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.m olan, gələcəkdə sahə adlanan ərazini abadlıq və yaşıllıq məqsədi ilə icarəçi Cavabdeh uzunmüddətli 49 il istifadəyə verib. Hazırda İddiaçı onun torpaq sahəsinə qonşu yerləşən və Cavabdeh istifadəsində olan ərazidə əkilən ağacların onun torpaq sahəsinə hasar çəkəcəyi sahəyə əkildiyini, onun hasar çəkməyinə mane olduğunu, ağacların tikintisinə yaxın məsafədə əkildiyindən onlar böyüdükcə tikintisinin məhv olma təhlükəsi olduğunu qeyd edib, Cavabdeh isə həmin ağacların İddiaçı tərəfindən tikinti işləri aparılmağa başlanmazdan əvvəl əkildiyini, İddiaçı tərəfindən ona məxsus hasarın söküldüyünü, İddiaçı ara məsafəsi gözləmədən fərdi yaşayış evinin inşa etdiyini qeyd edərək, hər biri öz iddiasını irəli sürüb.

Məhkəmənin mövqeyi:

33. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, hər iki iddia tələbi təmin edilməməlidir.

34. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir.

35. Belə ki, qeyd edildiyi kimi, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,03 torpaq sahəsi və xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinə Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən Cavabdeh icarə əsasında verilən Nizami rayonu, E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.m olan, ərazi qonşu sahələrdir. Hazırda İddiaçı mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi, Cavabdeh ona verilən ərazidə isə ağaclar əkib. Məhkəmə tərəfindən həmin ünvana yerində baxış keçirilib və mübahisə predmeti olan ağacların iddiaçının mülkiyyətində olan olan torpaq sahəsindəki fərdi yaşayış evinin yaxınlığında yerləşdiyi müəyyən edilib.

36. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş hər iki iddia üzrə verilən fotoşəkillər tətqiq edilən zaman müəyyən edilib ki, ilk əvvəl hər iki ərazi boş sahələr olub, həmin sahələr hasarla ayrılıb, cavabdehə məxsus ərazidə hasar boyunca kiçik ağaclar mövcud olub, daha sonra isə hasar aradan qaldırılıb və iddiaçı ona məxsus olan ərazidə tikinti işləri aparmaqla fərdi yaşayış evini tikib, ağaclar isə bü müddət ərzində nisbətən inkişaf edib.

37. “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən ağac və kolların əkilməsi zamanı bina, qurğu, infrastruktur, mühəndis və başqa obyektlərdən minimal yerləşdirilməsi məsafəsi bina və qurğunun xarici divarından ağac gövdəsinə məsafə 5 metr olmalıdır. Göründüyü kimi, iddiaçı həmin məsafəyə əməl etmədən tikinti işlərini icra edib.

38. Bundan başqa, məhkəmə tərəfindən ağacların əkildiyi sahəsinin kimin mülkiyyətində olması məsələsi araşdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən məlum olub ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi sənəd üzrə 300.0 kv.m olsa da, faktiki olaraq 306.3 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində kürsülü ikimərtəbəli yaşayış evi mövcuddur. Sözügedən mübahisəli torpaq sahəsi isə faktiki olaraq 350.6 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi 300.0 kv.m olmaqla **********59 reyestr nömrəsi ilə İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunan mübahisəli torpaq sahəsi isə Dövlət mülkiyyəti torpağıdır (hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur).

39. Göründüyü kimi, ağacların əkildiyi sahənin Dövlət mülkiyyəti torpağı olması müəyyən edilib. Ümumiyyətlə cavabdehin həmin ərazidə olan ağacları çıxarmaq səlahiyyəti yoxdur və qanunvericilikdə yaşıllıqların götürülməsi üçün xüsusi qaydalar müəyyən edilib.

40. Qanunvericiliyə əsasən yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda yaşıllıqların götürülməsinə yol verilir. Fiziki və hüquqi şəxslər yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Bundan sonra isə digər proseslər həyata keçirilir, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və onun yerli qurumları tərəfindən əraziyə baxış keçirilir, rəy təqdim edilir, bundan sonra isə müvafiq qərar qəbul edilir.

41. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia üzrə Cavabdehlik daşımır və yaşıllıqların götürülməsi üçün qanunvericilikdə xüsusi qaydalar müəyyən edilib, iddiaçı isə həmin qaydalara əməl etməməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilə bilməz.

42. Məhkəmə digər iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh onun istifadəsində olan ərazidə inşa edilən hasarın cavabdeh İddiaçı tərəfindən söküldüyünü və onun tərəfindən həmin əraziyə müdaxilələr edildiyini, cavabdeh İddiaçı həmin iddia tələbini qəbul etməyərək, həmin ərazinin yaşıllaşdırma üçün iddiaçıya verildiyini, həmin ərazidə hasarlama aparmaq səlahiyyətinin olmadığını, şikayətləri əsasında Cavabdeh qanunsuz olaraq ərazidə tikinti işləri aparması cəhdlərinə görə işdən azad edildiyini, qanunsuz inşa edildiyindən İcra Hakimiyyətinin çəpəri sökdüyünü qeyd edib.

43. İş materiallarına əlavə edilən Bakı şəhəri Nizami Rayon Prpkurorluğunun xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Gülbəniz İmanova və İddiaçı Cavabdeh saxta torpaq icarə müqaviləsi əsasında torpaq sahəsinin ayrılması barədə Nizami Rayon Prpkurorluğuna müraciət ediblər. Araşdırma zamanı Cavabdeh ona icarəyə verilən torpaq sahəsində İddiaçı məxsus torpaq sahəsinə bitişik sahədə hasar inşa etdiyini, hasarın tikilməsi üçün heç bir orqana müraciət edilmədiyini, hasarı sərhədlərin müəyyən edilməsi və ərazidə əkdiyi ağacların təhlükəsizliyi məqsədi ilə tikdiyini, torpaqların özbaşına hazarlanmasının torpaqdan qanuni istifadə, torpaqların təyinatının dəyişməsinə səbəb olmasından xəbərsiz olduğuu, əməlinin ictimai təhlükəliliyi barədə məlumatlı olmadığını, torpaq sahəsi onun istifadəsinə verdildiyindən yaşıllaşdırma işləri apardıqdan sonra hasarlama işləri apara biləcəyini düşündüyünü qeyd edib.

44. Belə ki, xx.xx.2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən icarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon E.Süleymanov küçəsi, 57 saylı binanın yaxınlığında yerləşən, ümumi sahəsi 352 kv.m olan, gələcəkdə sahə adlanan ərazini abadlıq və yaşıllıq məqsədi ilə icarəçi Cavabdeh uzunmüddətli 49 il istifadəyə verib. Həmin hüquq dövlət qeydiyyatına alınıb. Göründüyü kimi həmin ərazi iddiaçıya abadlıq və yaşıllıq məqsədi ilə verilib. İddiaçı isə heç bir icazə sənədi olmadan həmin ərazidə hasar tikintisi aparıb. Hazırda isə həmin hasar mövcud deyil, iddiaçı hasarın məhz cavabdeh İddiaçı tərəfindən söküldüyünü, cavadeh tərəfindən onun sahəsinə müdaxilələr edildiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı həmin hallar öz təsdiqini tapmamışdır.

45. Halbuki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

47. Məhkəmə araşdırması zamanı iddiaçı iddia tələbini sübut edə bilməmiş, iddia tələbini əsaslandıra biləcəyi hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iddia ərizəsində göstərilən faktlar öz təsdiqini tapmamışdır.

48. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir.

49. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddia tələbi təmin edilməməlidir. Nəticə:

50. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s." tələbinə dair digər iddia tələbləri təmin edilməməlidir.

Məhkəmə xərcləri:

51. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırkı halda hər iki iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir.

52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhəri Nizami Bələdiyyəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb edilməklə Cavabdeh qarşı “ağacların cavabdehin hesabına götürülməsi” tələbinə dair ilkin iddia tələbi təmin edilməsin, İlkin iddia üzrə məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı "torpaq sahəsinə müdaxilənin, torpaq sahəsində yaranmış maneələrin aradan qaldırılması və bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması və s." tələbinə dair digər iddia tələbi təmin edilməsin. Digər iddia üzrə məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar