Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1160/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 Xeybər oğlunun, Cavabdeh iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Xeybər oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh arasında bağlanan 02.03.2016-ci il tarixli 12-2664 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə məişət avadanlığının alınması məqsədilə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 3265 ABŞ dolları məbləğində kredit verilib. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulan cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********340 saylı 26.01.2022 tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməyib. Bank, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilən borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh 18.01.2022-ci il tarixə kredit müqaviləsi üzrə cəmi borcu 3301.76 ABŞ dolları təşkil edir. Bundan 1812.97 ABŞ dolları əsas, 641.78 ABŞ dolları faiz, 588.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 259 ABŞ dolları faiz borcudur. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməyib. Cavabdeh sonuncu dəfə 05.02.2019 tarixində 75 ABŞ dolları məbləğində ödəniş edib.Qeyd olunanları nəzərə alıb 18.01.2022-ci il tarixə olan 1812.97 ABŞ dolları əsas, 641.78 ABŞ dolları faiz, 588.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 259 ABŞ dolları faiz borcu olmaqla 3301.76 ABŞ dolları kredit borcunun və 76.13 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarmağınızı sizdən xahiş edir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə onun arasında bağlanan 17 fevral 2015-ci il tarixli, 12-2390 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3820 ABŞ dolları məbləğində kredit ayrılıb. Həmin müqavilə 02 mart 2016-cı il tarixdə restrukturizasiya olaraq 12-2664 saylı kredit müqaviləsi bağlanmış 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 3265 ABŞ dolları məbləğində kredit verilmişdir. O, həmin kredit müqaviləsinə əsasən tərtib olunan qrafik üzrə göstərilən məbləği hər ay vaxtında ödəmişdir.Onun banka heç bir borcu qalmayıb. İddiaçı ASC Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən onu kompensasiya alacaq şəxslərin siyahısına daxil etməyib və buna görə də ona kompensasiya hesablanıb ödənilməyib. Buna görə də o, kompensasiya tələbinə dair Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Onun Azərbaycan Resupblikası Mərkəzi Bankına və 3-cü şəxs Amrahbank ASC-yə qarşı iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2756/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək adının Azərbaycan Respublikasıda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və Amrahbank ASC ilə bağlanan 02 mart 2016-cı il tarixli, 12-2664 saylı kredit müqaviləsi üzrə hesablanan 2700 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması qərarına alınıb. Həmçinin məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həmin qərarın 3-cü səhifəsinin axırıncı abzasında məhkəmə iş materiallarını, cavabdehin imtina məktubunu nəzərə alaraq bildirib ki, onun Amrahbank ASC-dən götürdüyü kredit məbləğini 2017-ci ildə tam ödəməsi mübahisələndirilməyən haldır. Məhkəmənin həmin qərarı qanuni qüvvəsini alıb və icra olunması üçün cavabdeh Mərkəzi Banka göndərilib, cavabdeh isə kompensasiya ödənişlərinin icrasını təmin etmək məqsədilə Maliyyət Nazirliyinə göndərib. Odur ki, qeyd olunanları nəzərə alıb xahiş edir ki iddia təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh arasında bağlanan 02.03.2016-ci il tarixli 12-2664 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə məişət avadanlığının alınması məqsədilə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 3265 ABŞ dolları məbləğində kredit verilib. Həmin müqaviləyə 15.03.2017-ci il tarixdə edilmiş əlavə razılaşmadan görünür ki, 12- 2390 saylı kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə 3820 ABŞ dolları məbləğində kredit ayrılması razılaşdırılıb. Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2756/2020 saylı qərarından görünür ki,iddiaçı Cavabdeh Maliyyə Bazrlarına Nəzarət Palatasına qarşı cavabdeh təşkilatın üzərinə götürülən kredit vəsaitinə görə kompensasiya məbləğinin hesablanması və ödənilməsi barədə öhdəliyin qoyulması barədə iddiası təmin edilmiş, Cavabdeh adının “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli 551 nömrəli fərmanına əsasən kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsi və İddiaçı ASC ilə Cavabdeh Tağı oğlu arasında bağlanan 02 mart 2016-cı il tarixli, 12-2664 saylı kredit müqaviləsi üzrə hesablanan 2700 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarın əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Məhkəmə işin materiallarını,cavabdehin imtina məktubunu nəzərə alaraq bildirir ki,iddiaçının İddiaçı ASC-dən götürdüyü kredit məbləğini 2017-ci ildə tam ödəməsi işin mübahisələndirilməyən halıdır” İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hesabdan çıxarışdan görünür ki,18.02.2022-cil tarixinə olan məlumata görə 02 mart 2016-cı il tarixli, 12-2664 saylı kredit müqaviləsi üzrə Cavabdeh qalıq borcu yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə,məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb,sübutları qiymətləndirərək hesab edir ki,iddiaçı öz tələblərinin əsası kimi istinad halları sübuta yetirə bilməmişdir. Borcun ödənilməsini təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qərarı və iddiaçının özünün məhkəməyə təqdim etdiyi hesabdan çıxarış cavabdehin borc öhdəliyinin olmasını təkzib edir. Qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. İddia təmin olunmadğından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1160/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1160/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver