Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1176/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı “fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, fərdi yaşayış evinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum atası X1 və istifadəsində olmuşdur. Belə ki, həmin fərdi yaşayış evi özbaşına tikili olsa da, ilkin hüquq müəyyənedici sənədləri olmasa da, 2000-ci illərdə X12 öz ailə üzvləri ilə birgə həmin ünvanda yaşamağa başlamışdır. 2009-cu ildə onun atası vəfat edəndən sonra o, ailəsi ilə birlikdə müvəqqəti olaraq Azərbaycan Respublikasını tərk etmişdir. Həmin dövrdə onun qohumu Şahid1 həmin fərdi yaşayış evində yaşamışdır. 2021-ci ilin yay aylarında onlar Bakı şəhərinə qayıdıb öz evlərinə daxil olmaq istəyən zaman orada onlara məlum olmayan şəxs olmuş və onları öz evlərinə buraxmamışdır. Sonradan onlar vəkil kimi onunla müqavilə bağladıqdan sonra müəyyən olmuşdur ki, həmin fərdi yaşayış evində yaşayan şəxs cavabdeh X6r. Belə ki, 3 saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən verilən ******* nömrəli xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, cavabdeh X9 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır. Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 2114 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, o, onun arvadı X23, oğlu X31 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadırlar. Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Keşlə Bələdiyyəsi tərəfindən verilən 207-K nömrəli xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, bələdiyyələr yarandığı vaxt Keşlə Bələdiyyəsi tərəfindən aparılmış inventarizasiya zamanı Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi ev 23/41 ünvanında yerləşən 12 kv.metr yaşayış evinin mərhum X5 istifadəsində olduğu aşkar olunmuşdur. Bu fakt bir daha təsdiq edir ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə dair sahiblik və istifadə hüquqları onun mərhum atasına məxsus olmuşdur. Onun atası vəfat etdikdən sonra həmin ev ona məxsus olmuşdur. Göründüyü kimi cavabdeh Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi,23/41 ünvanında yerləşən fərdi yaşayış evinə özbaşına daxil olmuş və heç bir hüquqi əsas olmadan həmin fərdi yaşayış evində yaşayır. Bu da iddiaçının qanunla qorunan mülkiyyət (sahiblik və istifadə) hüquqlarının pozulmasına səbəb olur. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə onun sahiblik və istifadə hüququnun tanınması, cavabdeh X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından aydın olur ki, onun mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüquqları olmasa da, sahiblik və istifadə hüquqları mövcud olmuşdur. Cavabdeh ondan çox sonralar, 2020-ci ildə heç bir hüquqi əsas olmadan həmin evdə məskunlaşmışdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən cavabdeh onun sahibliyində və istifadəsində olmuş ünvan 2 ünvanında yerləşən yaşayış evini tam şəkildə onun sahibliyinə və istifadəsinə verməlidir. Qeyd edilənlərə əsasən onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh X3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, aparılan araşdırmalar zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh1 (AZE №********), Cavabdeh2 (AA*******) və Cavabdeh3 (AA*******) yaşayırlar. Onlar hər üçü ünvan 4 ünvanında qeydiyyatda olsalar da, hüquqlarını təmsil etdiyi şəxsin sahibliyində və istifadəsində olmuş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. Belə ki, tərəfindən Nizami rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edilmiş, müraciəti araşdırılması üçün Nizami RPİ-nin 23-cü Polis Bölməsinə göndərilmişdir. Məhz həmin araşdırma zamanı Cavabdeh1 (AZE №********), Cavabdeh2 (AA*******) və Cavabdeh3 (AA*******) mübahisəli fərdi yaşayış evində yaşaması müəyyən edilmişdir. Hazırda həmin iddia ərizəsi üzrə cavabdeh qismində göstərilmiş X3 əsl cavabdehlər olan Cavabdeh1 (AZE №********), Cavabdeh2 (AA*******) və Cavabdeh3 (AA*******) ilə əvəz edilməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən iş üzrə cavabdeh qismində cəlb edilmiş X3 əsl cavabdehlər Cavabdeh1 (AZE №********), Cavabdeh2 (AA*******) və Cavabdeh3 (AA*******) ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi təmin edilərək, X9 əsl cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə əvəz edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 etirazla məhkəməyə müraciə edərək qeyd etmişdir ki, mübahisə predmeti olan həmin fərdi yaşayış evi özbaşına tikintidir və heç bir hüquq müəyyənedici sənədləri yoxdur. Həmin fərdi yaşayış evini orada qeydiyyatda olan X15 almışdır. İddiaçı evi satın aldığı X24 dayısıdır. Ailəsi ilə birlikdə 2001-ci ildə Azərbaycan Respublikasını tərk edərək xaricə getmiş və 2021-ci ildə Azərbaycan Respublikasına qayıdıb sonra isə yenidən xaricə getmişdir. İndi də yenə xaricdə yaşayır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlər həqiqəti əks etdirmir. İddiaçının həmin mübahisəli fərdi yaşayış evinə qeydiyyatı yoxdur. Bakı şəhəri 5 saylı Asan xidmət mərkəzinin xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışda ünvan 2 ünvanında qeydiyyatda olanların siyahısında iddiaçının adı yoxdur. İddiaçı ünvan 11 küçəsi 127 saylı ünvana Nizami rayon Polis İdarəsinin inzibati binasına qeydiyyatdadır. Bunu DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışı təsdiq edir. Bundan başqa, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli 087-23106-1219 saylı məktubunda göstərilir ki: “Hörmətli İddiaçı! Nizami RPİ-nin X8 ünvanladığınız ərizənizə cavab olaraq bildiririk ki, göstərilən ünvana yaşayış yeri üzrə qeydiyyata alınmağınız üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri QMB-nə təqdim etməlisiniz. Həmin sənədləri qeydiyyat məsələri bölməsinə təqdim etdikdən sonra Sizin inzibati bina ünvanına qeydiyyata alınması məsələsinə baxıla bilər”. Həmin məktubdan görünür ki, iddiaçı yuxarıda göstərilən ünvana qeydiyyata düşmək istəsə də, Nizami RPİ-i tərəfindən imtina edilmişdir. Beləliklə, iddiaçının onların göstərilən ünvandan çıxarılması üçün mülkiyyətçi hüququna malik olmalıdır. Köçürülməsi üçün isə həmin fərdi yaşayış evinə qeydiyyatı olmalıdır. Onların isə heç biri yoxdur. Ona görə də, İddiaçı onların göstərilən fərdi yaşayış evindən çıxarılması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Qeyd edilənlərə əsasən İddiaçı onların ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı hazırda Almaniya Federativ Respublikasındadır. Belə ki, iddiaçı 2001-ci il tarixindən Almaniya Federativ Respublikasına getmişdir. Şahid ifadələrində də təsdiq edilir ki, ev mübahisəsiz olaraq iddiaçıya məxsusdur. 2019-cu ildə iddiaçı Bakıya gəldiyi zaman mübahisəli evdə yaşamışdır. İddiaçının mübahisəli evdə sahiblik və istifadə hüququ var. Keçən məhkəmə iclasında dindirilmiş Şahid1 qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş şahidi, iddiaçının baldızını tanımır, lakin toy kaseti bunun əksini sübut edir. Bundan başqa, işin mübahisəsiz halı ilə müəyyən edildi ki, mübahisəli ev iddiaçını atasının sahibliyində olmuş və 2019-cu ildən də cavabdehlərin sahibliyindədir. Şahid1 evi cavabdehlərə satmaq hüququ yox idi. Məhkəmə iclasında Cavabdeh2 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X26 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildir ki, iddiaçı 2001-ci ildən Azərbaycanı tərk edib getmiş, 2019-cu il tarixində Azərbaycana gəlib-getmişdir. 17 iyul 2022-ci il tarixli Asan Xidmətin arayışına əsasən, iddiaçı mübahisələndirilən evdə qeydiyyatda deyil. İddiaçı mülkiyyətçi deyil. DİN-in məktubundan görünür ki, iddiaçının RPİ-nə qeydiyyata düşməsindən imtina edilmişdir. İddiaçının mübahisəli evə subyektiv hüququ yoxdur. Ümumi iddia müddəti 10 ildir. İddiaçı artıq 20 ildir ki, mübahisəli evdə yaşamır. İddiaçı 15 sentyabr 2019-cu il tarixindən inzibati binaya qeydiyyata düşmüşdür. Cavabdehin harada qeydiyyata alınmasının bu işə aidiyyatı yoxdur. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, o, mübahisəli evdə bu günə kimi yaşayır. Mübahisəli evin bir sahibi olmuşdur. Ev bölünmüşdür. Mübahisəli evə dair bələdiyyədən aldığı texniki pasportu var. O, Kərim Məmmədovu tanıyır, iddiaçını isə tanımır. Kərim Məmmədov, onun arvadı və qızı vəfat etdikdən sonra mübahisəli evin yuxarı hissəsində yanğın hadisəsi olmuşdur. O, evi 12000 manata Kərim Məmmədovun nəvəsi Şahid1 almışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun bacının həyat yoldaşıdır. Cavabdehləri isə tanımır. İddiaçı ilə münasibətləri yaxşıdır. Bacısı iddiaçı ilə 1999-cu il tarixində ailə həyatı qurmuş və Buzovna qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Həmin ev 4 otaqdan ibarət idi. Həmin ev satıldıqdan sonra iddiaçı Keşlə qəsəbəsində ev aldı. Bacısı ilə həyat yoldaşı Keşlə qəsəbəsindəki evdə illərlə yaşadılar. Keşlə qəsəbəsindəki evi iddiaçı onun atası və həyat yoldaşı ilə birlikdə 2000-ci il də gedib baxıb almışlar. Keşlə qəsəbəsindəki evdə bacısı iddiaçı ilə birlikdə 2 il yaşadıqdan sonra Almaniya Federativ Respublikasına köçdülər. Bacısının ailəsi ilə birlikdə Almaniya Federativ Respublikasına köçməsinin səbəbi ailədə tez-tez söz-söhbət olurdu, çünki bir evin içərisində baldız, onun övladı ilə birlikdə qalırdılar. Bacısı anasıgilə qonaq kimi gəlib 2-3 gün qalırdı. Sonra öz evinə qayıdırdı. Məhkəmə iclasında şahid kimi dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır, iddiaçı onun bacının həyat yoldaşıdır. Cavabdehləri isə tanımır. İddiaçı ilə münasibətləri yaxşıdır. Bacısı iddiaçı ilə 1999-cu il tarixində ailə həyatı qurmuş və Buzovna qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Həmin ev 4 otaqdan ibarət idi. İddiaçının bacısı Tamilla xanım gəlib demişdir ki, Buzovnadakı evdə onun da payı var. Buna görə də, həmin ev satılmışdır. Ev satıldıqdan sonra iddiaçı Keşlə qəsəbəsində yerləşən evi almışdır. İddiaçının bacısı övladının həmin evə qeydiyyata alınmasını xahiş etdi və onun övladı Keşlə qəsəbəsindəki evə qeydiyyata alındı. 2009-cu il tarixində mərhum Kərim dayının yas mərasimində iştirak etmişdir. Bacısının övladının bir yaşı olanda Almaniya Federativ Respublikasına köçmüşlər. İddiaçı Bakıya 2017-ci il tarixində qayıdıb gəlmişdir. Sabir Bakıya gəldiyi zaman Keşlə qəsəbəsində yerləşən evdə qalmaq istədiyini bildirsə də, bacısı oğlu ona demişdir ki, evdə qutular var. Buna görə də, Sabir ora getməsin. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, iddiaçını tanıyır, onun anasının dayısı oğludur. Cavabdehləri isə tanımır. İddiaçı ilə münasibətləri yaxşıdır. İddiaçı 2021-ci il tarixində Bakıya qayıtdığı zaman kirayə ev axtardığını bilirdi. 2019-cu il tarixində də Bakıya gəlmişdir. O, anasından eşitmişdir ki, Sabir əmi Bakıya gəlmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, cavabdehləri tanıyır, cavabdehlər onun qonşularıdır. İddiaçını isə tanımır. Cavabdehlərlə münasibətləri yaxşıdır. O, cavabdehləri 1997-ci il tarixindən tanıyır. Cavabdehlər 23/41 ünvanında yerləşən evdə yaşayırlar. Kərim dayının nəvəsinin Cavabdeh1 evi nə vaxt satdığını bilmir. Sabir adlı şəxsi tanımır. Kərim dayının nə vaxt öldüyü yadında deyil. Məhkəmə iclasında şahid kimi dindirilmiş X16 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, tərəflərlə münasibətləri yaxşıdır. Cavabdehlər onun mərhum babasıgillə qonşu olmuşlar. Babasının evinə gəlib-getmişdir. Babası Buzovnadakı evi satdıqdan sonra Keşlə qəsəbəsində yerləşən evi almışdır. Keşlə qəsəbəsində yerləşən evdə babası, xalası və xalanın oğlu yaşamışlar. Xalası oğlu evi cavabdehlərə 12000 manata satdığını demişdir. Keşlə qəsəbəsində yerləşən evdə 2001-ci il tarixindən Elman yaşayır. Elman usta işləyir. Babası dəfələrlə deyirmiş ki, ev xalası oğlu olan Elmana məxsusdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır, iddiaçı onun dayısı, cavabdeh isə qonşusudur. Tərəflərlə münasibətləri yaxşıdır. O, evi Cavabdeh1 2019-cu il tarixində 12000 manata satmışdır. O, mübahisəli evdə 2001-2019-cu il tarixinə qədər anası və babası ilə yaşamışdır. Mübahisəli mənzili əvvəlki evlərini sataraq almışlar. Babası Buzovnadan yerləşən evlərini 6500 ABŞ dollarına satmışıdır. Hazırkı mübahisəli evii isə 1800 dollara almışlar. Qalan pul məbləğini İddiaçı götürərərək Almaniya Federativ Respublikasına getmişdir. O, babasının himayəsində böyümüşdür. Mənzilin pulunu babasi özü ödəmişdir. Evdə yanğın olduqdan sonra evi özü təmir etdirmişdir. Evə damı örtmək üçün tol çəkdirmişdir. 2016-cı il tarixində iddiaçı Almaniyadan Azərbaycana qayıtmışdır. Ev satıldıqdan sonra iddiaçı ona bildirdi ki, evin pulu ona ödəməlidirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfinfən verilmiş xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadır; - ASAN 3 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışının surətindən görünür ki, İddiaçı, X9, X17, X18, X10, Şahid1 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadırlar; - ASAN 5 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* saylı arayışının surətindən görünür ki, Şahid1, X27, X9, X19, X10, X22, X14, X17, X28 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadırlar; - Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Qəyyumluq və himayəçilik üzrə komissiyanın 26 fevral 2020-ci il tarixdə keçirilmiş iclasının 05 saylı protokolundan çıxarışın surətindən görünür ki, Cavabdeh1 fəaliyyət qabiliyyəti olmayan Cavabdeh3 üzərində qəyyum təyin edilmişdir; - Nizami RPİ-nin Qeydiyyat məsələləri bölməsinin xx.xx.2019-cu il tarixli Rəyinin surətindən görünür ki, İddiaçı inzibati bina ünvanına qeydiyyata alınması ilə əlaqədar müraciəti əsasənda toplanmış material nəzərdən keçirilərkən müəyyən olundu ki, o, qeydiyyatda olduğu Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi, 23/41 ünvanından qeydiyyatdan çıxarılmışdır. Tərtib etdiyi arayışa əsasən onun hal-hazırda həmin ünvanda qeydiyyatsız yaşadığı sübuta yetirilmişdir. Yuxarıda qeyd olunanlarla və AR NK-nin 055 saylı Qərarına əsasən vətəndaş İddiaçı ünvan 11 küçəsi 127-də yerləşən inzibati bina ünvanına qeydiyyata alınması məqsədə müvafiq hesab edilmişdir; -"xxxx" MMC tərəfindən tərtib olunmuş hesabat cədvəlindən görünür ki, tikintinin sahibi Cavabdeh3 sifarişi əsasında ünvan 12 ünvanı 11 aprel 2019-cu il tarixdə inventarlaşdırılmış, əmlakın inventar dəyəri 21700 manat müəyyən edilmişdir; - Azərbaycan Respublikası Nizami rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbəsi inzibati ərazi dairsəi üzrə nümayəndəliyinin 03/132 saylı xx.xx.2021-ci il tarixli məlumatının surətindən görünür ki, Keşlə qəsəbədi, Ə.Əzimzadə küçəsi 23/41 saylı evdə vətəndaş İddiaçı və Şahid1 daimi pasport qeydiyyatındadırlar. Vətəndaş İddiaçı qeydiyyatda olduğu 23/41 saylı ev özbaşına tikilidir, həmin evin kimə məxsus olması, hər hansı başqa bir vətəndaşa satılıb-satılmaması barədə nümayəndəlikdə heç bir məlumat yoxdur; - Azərbaycan Respublikası Keşlə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 207-k saylı məlumatının surətindən görünür ki, bələdiyyələr yarandığı vaxt Keşlə bələdiyyəsi tərəfindən o dövrdə aparılmış inventarizasiya zamanı tərtib olunmuş siyahıda Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi ev 23/1 ünvanında 12 kv.m ev mərhum X5 istifadəsində olduğu aşkar edilmişdir; - ASAN 5 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ******* saylı arayışdan örünür ki, Şahid1, X22, X28, X14, X19 və X10 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında qeydiyyatdadırlar; - DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfinfən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı ünvan 11 küçəsi, 127, inzibati bina, Nizami RPİ ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hazırda ididaçı İddiaçı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Ə.Əzimzadə küçəsi 23/41 ünvanında yerləşən fərdi yaşayış evinin vaxtilə atası mərhum X2 və istifadəsində olduğundan, onun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsini məhkəmədən xahiş edir. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli ev ünvan 2 ünvanında yerləşməklə, özbaşına tikilidir, ev mülkiyyət hüququ üzrə heç kimin, o cümlədən hazırkı iş üzrə iddiaçının və cavabdehlərin adına qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1-ci maddəsi mülki hüquq subyektlərinin bərabərliyini mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi müəyyən etmişdir. Belə ki, iş materialları ilə müəyyən edimişdir ki, ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 12 kv.metr olan ev mərhum X5 istifadəsinə olmuşdur. İddiaçı mübahisələndirilən evin ona məxsus olduğuna istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda isə həmin ünvanda cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 yaşayırlar. Cavabdehlər həmin evi iddiaçının bacısı oğlu Şahid1 aldıqlarını bildirmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə qeyd edir ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib olunmuş Fiziki və Hüquqi şəxslərin mülkiyyətində və ya istifadəsində olan əmlakın qiymətləndirilməsi və torpaq sahəsinin inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, tikintinin sahibi Cavabdeh3 sifarişi əsasında ünvan 12 ünvanı 11 aprel 2019-cu il tarixdə inventarlaşdırılmış, əmlakın inventar dəyəri 21700 manat müəyyən edilmişdir. Ümumi sahəsi 48,39 kv.metr olan fərdi yaşayış evi Cavabdeh3 məxsusdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirilən ünvan 12 ünvanı əvvəllər mərhum X5 istifadəsində olsa da, həmin əmlak iddiaçıya məxsus deyil. Belə ki, iddiaçı əmlak üzərində istifadə və sahiblik hüquqlarının tanınmasını xahiş etsə də, məhkəmə tərəfindən onun mübahisəli fərdi yaşayış evinə sahiblik etməsi halı öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, iddiaçı atasının vəfatından sonra ailəsi ilə birlikdə ölkəni tərk etmiş, əmlaka faktiki olaraq sahiblik etməmiş, hazırda da xaricdə yaşamağa davam edir. Eyni zamanda, məhkəmə iclasında şahid kimi dindirilmiş şəxslərin ifadələri ilə müəyyən edildi ki, həqiqətən də mübahisələdirilən ev mərhum X5 istifadəsində olmuş, lakin onun vəfatından sonra oğlu, hazırkı iş üzrə iddiaçı öz ailəsi ilə birlikdə həmin evdə deyil, ölkəni tərk edərək Almaniya Federativ Respublikasında yaşamağa başlamışdır. Qeyd etmək lazımdır ki, iddia tələbində göstərilmişdir ki, 2000-ci illərdə X12 öz ailə üzvləri ilə birgə həmin ünvanda yaşamağa başlamış, iddiaçı atasının vəfatından sonra ailəsi ilə birlikdə müvəqqəti olaraq ölkəni tərk etmişdir. Məhkəmə iclasında izahat verən iddianın nümayəndəsi və vəkili isə qeyd etmişdir ki, iddiaçı 2001-ci ildən ölkəni tərk etmiş, lakin sonra bir neçə dəfə Azərbaycan Respublikasına gəlmiş, hazırda isə Almaniya Federativ Respublikasındadır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda, məhkəmə hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərə, mübahisələndirilən fərdi yaşayış evinə sahiblik etməsinə, əmlakdan istifadə etməsinə, ümumiyyətlə əmlakın onun sahiblik və istifadəsinə olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı mübahisələndirlən ünvan 12 ünvanında qeydiyyatda olmasına istinad edərək iddiasının dəlillərini əsaslandırsa da, müəyyən olundu ki, İddiaçı mübahisəndirilən ünvanda deyil, ünvan 11 küçəsi 127 ünvanında qeydiyyatdadır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi “iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin digər hissələrinə münasibtədə qeyd edir ki, iddiaçı cavabdehlərin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını və fərdi yaşayış evinin ona təhvil verilməsini xahiş etsə də, məhkəmənin yuxarıda gəldiyi nəticəyə əsasən həmin fərdi yaşayış evi iddiaçıya məxsus olmamaqla, o, əmlaka sahiblik etməmiş və əmlakdan istifadə etməmişdir. Həmin ev Cavabdeh3 məxsus olmaqla, onun istifadəsində və sahibliyindədir. Qeyd edilməlidir ki, Cavabdeh3 fəaliyyət qabiliyyəti olmayan şəxs olsa da, Cavabdeh1 onun üzərində qəyyum təyin edilmişdir. Həmçinin, iddiaçı tərəf mübahisəli evin 2019-cu ildən cavabdehlərin sahibliyində olmasını qeyd edərək, Şahid1 tərəfindən əmlakı cavabdehlərə satmaq hüququnun olmamasına istinad etmişdr. Məhkəmə göstərilənlərə münasibətdə qeyd edir ki, həmin evin Cavabdeh3 kim tərəfindən verilməsi, əmlakın 2009-2019-cu illər ərzində kim tərəfindən istifadə edilməsi müəyyən edilməsə də, ehtimal olunur ki, həmin müddət ərzində əmlakdan mərhum X5 nəvəsi Şahid1 istifadə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehlərin fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi” hissəsində də təmin edilməməlidir. Qeyd etmək lazımdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən, sahəsi 12 kv.m olan fərdi yaşayış evinin mərhum atasının istifadəsində olmasına istinad etərək hazırkı iddiasını əsaslandırsa da, Cavabdeh3 məxsus olan fərdi yaşayış evinin ümumi sahəsi 48,39 kv.metrdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Konkret halda İddiaçı sözügedən iddia tələbinin də əsaslılığına dair hər hansı sübutunu təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “iddiaçının ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnun tanınması, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin ona təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1176/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1176/2022
13.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver