Məhkəmə qərarları › İş №e-2(007)-1177/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1177/2022

05.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1177/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı idida üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçınə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin və iddiaçı Cavabdeh "Azəriqaz " İstehsalat Birliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsi imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə məxsus mənzili təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00004 nömrəli abonent kodu verilmiş, mənzili təbii qazla təchizedən qaz xəttinin üzərində isə qaz sayğacı quraşdırılmışdır. Cavabdeh məxsus mənzildə fasiləsiz olaraq İddiaçı İB tərəfindən fasiləsiz təbii qazla təmin edilməsinə baxmayaraq istifadə edilmiş təbii qazın dəyəri tam ödənilməmişdir. Belə ki, Cavabdeh “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilələrinin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh təbii qazdan istifadəyə görə 3981,70 (üç min doqquz yüz səksən bir 70) manat debitor borcu qalmışdır. (Abonentin saldosu iddia ərizəsinə əlavə edilir). Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməlidir. Bildirmək istəyirlər ki, istehlakçı barəsində İddiaçı İB tərəfindən heç bir “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilməmişdir. Mübahisə olunan borc məbləği yalnız istehlakçı tərəfindən qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə olunması və ödənişin həyata keçirilməməsi nəticəsində yaranmış borc məbləğidir. Buda özlüyündə borclunun barəsində mübahisə edilməyən vəzifəsini qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə əsasənyerinə yetirmədiyini göstərir. Müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. Qeyd edilənlərə əsasən Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3981,70 (üç min doqquz yüz səksən bir 70) manat məbləğində əsas borcun, 60 manat ödənilmiş dövlət rüsumunun, 400 (dörd yüz) manat vəkil xidmətlərinin əvəzinin ümumilikdə 4441,70 (dörd min dörd yüz qırx bir manat 12 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN**********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı Cavabdeh qarşlıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, mülki iş üzrə materiallardan göründüyü kimi, ilkin iddia üzrə İddiaçı ona qarşı “3981,70 manat məbləğində debitor borcun ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. Lakin iddia ərizəsində borcun hansı tarixdə və ya nə əsasla yaranması qeyd olunmamışdır. Həmin borc vəsaiti məhkəmə qətnamələri və qərarı ilə silindiyi halda İddiaçı İB vicdansızca iddia qaldıraraq həmin vəsaiti ondan yenidən tələb edir. İşin əsli ondan ibarətdir ki, 05.03.2018ci il tarixdə onunla İddiaçı İB arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. O, 2019-cu il oktyabr ayınadək qazdan normal istifadə etmişdir. Həmin dövrədək qış aylarında onun qaz sərfiyyatı 1500-2000 kub metr ətrafında olmuşdur. O, özü sayğacın nasaz işləməsi ilə bağlı Azəriqaz” İB-yə müraciət etmiş və sayğac sökülərək dövlət yoxlamasına göndərilmişdir. Sayğacın olmadığı dövrdə qazın verilməsi davam etdirilmişdir. Sayğacın nazas işlədiyi və olmadığı dövrdə ona əsassız olaraq əlavə 3981,80 (üç min doqquz yüz səksən bir manat səksən qəpik) manat borc hesablanmışdır. Həmin borc onun abunə saldosuna daxil edilmiş, ona borc barədə müvafiq bildirişlər göndərilərək borc ondan tələb edilmişdir. Əsassız hesablanmış borca görə dəfələrlə onun qazı kəsilmiş və karantində olduğu müddətdə soyuq qış aylarında qazdan normal istifadə edə bilməmişdir. Bu da onun mənəvi əzab çəkməsinə, əsəbləşməsinə, pisixologiyasının pozulmasına səbəb olmuşdur. Mart-aprel aylarında əsassız hesablanmış borca görə o təxminən 1950 manat vəsait ödəmişdir. Hər dəfə qazın verilməsi dayandırıldığı və əsassız hesablanmış borc ondan tələb edildiyi üçün o, əsassız hesablanmış borcun silinməsi tələbinə dair Bakı şəhəri Xətai rayon Məhkəməsində müvafiq iddia qaldırmışdır. İşin Bakı şəhəri Xətai rayon Məhkəməsinin icraatında olduğu dövrdə 2(011)-1084/2021 saylı 23.02.2021-ci il tarixli qərardad qəbul edilərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1989 saylı bağ evinə (abunə kodu: **********00004) təbii qazın verilişinin dayandırılması İddiaçı İB-yə qadağan olunmuşdur. Yalnız bundan sonra o, qazdan normal istifadə edə bilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 1084/2021 saylı 09.04.2021-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, əsassız hesablanmış 3981,80 (üç min doqquz yüz səksən bir manat səksən qəpik) manat borc silinmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6513/2021 saylı 10.08.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı İB-nin apellyasiya şikayəti təmin olunmamış birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-68/21 saylı 24.01.2022-ci il tarixli qərarı ilə İddiaçı İB-nin kassasiya şikayəti təmin olunmamış apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin hallarından göründüyü kimi ilkin iddia üzrə İddiaçı İBnin ondan tələb etdiyi borc məbləğinin əsassız olmağı məhkəmə qətnaməsi ilə müəyən edilmiş və silinmişdir. Lakin İddiaçı İB-i qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını icra etmir. İlkin iddia üzrə İddiaçı İB-nin ona qarşı “borc” tələbinə dair iddiası əsassız olduğundan rədd olunmalıdır. Eyni zamanda ona vurulmuş mənəvi zərərin və çəkilmiş maddi xərcərin əvəzi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-dən tutularaq ona ödənilməlidir. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-nin əsassız hesablayaraq ona abunə saldosuna daxil etdiyi borca görə, dəfələrlə onun qazı kəsilmiş və onun qazdan normal istifadəsinə manelər yaradılmışdır. Əsassız hesablanmış borca görə mübahisənin 2 ilə yaxın davam etdirilməsi (qazın kəsilməsi, təzyiq olunaraq ödəniş tələb edilməsi) ona mənəvi zərər vurulmasına səbəb olmuşdur. Göründüyü kimi cavabdehin qeyd olunan hərəkətləri onun qanunla müdafiə olunan hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı İB ilk öncə heç bir əsas olmadan ona borc hesablamış, iki il müddətində həmin borcu ondan tələb edilmişdir. Həmin borca görə dəfələrlə onun qazı kəsilmişdir. Hələ bu azmış kimi o, problemlər bitdi, borc məhkəmə qərarı ilə silindi deyə düşünərkən İddiaçı İB hazırki iddia ilə məhkəməyə müraciət edərək, həmin borcu yenidən ondan tələb edilir. Ona görə də hesab edir ki, dəymiş mənəvi ziyana görə cavabdehdən 2000 (iki min) manat alınaraq ona ödənilməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Onunla “Kredo” Vəkil Bürosu arasında 170 saylı hüquqi xidmət müqaviləsi bağlanmış və onun tərəfindən 500 (beş yüz) manat xidmət haqqı ödənilmişdir. Həm qarşılıqlı iddia verilərkən ödənilən dövlət rüsumu, həm də hüquqi xidmətin göstərilməsinə görə ödənilmiş vəsait İddiaçı İB-dən tutularaq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən ilkin iddia üzrə İddiaçı İB-nin ona qarşı “debitor borcun ödənilməsi”nə dair iddia tələbinin rədd olunması, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat, vəkilə ödənilmiş xidmət haqqının əvəzi olaraq 500 (beş yüz) və qarşılıqlı iddia verilərkən ödənilmiş 46 manat dövlət rusumunun, ümumilikdə 2546 manat vəsaitin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin 05.05.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin iddiası üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idida üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı idida üzrə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (011)-1084/2021 saylı 09.04.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1989 saylı bağ evi üzrə (abonent kodu **********00004) Cavabdeh Fəxərddin oğluna hesablanmış 3981,80 manat məbləğində borcun silinməsi, iddiaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 210 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6513/2021 saylı 10.08.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (011)-1084/2021 saylı 09.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-68/2022 saylı 24.01.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6513/2021 saylı 10.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - 28.03.2022-ci il tarixli qəbzin surətindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Fəxərddin oğlu hüquqi yardım göstərilməsi üçün “Kredo” Vəkil Bürosunun hesabına 500 manat ödəniş etmişdir. - Dövlət rüsumunun ödənilməsinə dair mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün Cavabdeh Fəxərddin oğlu tərəfindən 28.03.2022-ci il tarixdə 46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ilkin iddia üzrə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edəərk, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3981,70 (üç min doqquz yüz səksən bir 70) manat məbləğində əsas borcun, 60 manat ödənilmiş dövlət rüsumunun, 400 (dörd yüz) manat vəkil xidmətlərinin əvəzinin ümumilikdə 4441,70 (dörd min dörd yüz qırx bir manat 12 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN**********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi xahiş etmişdir. Cavabdeh isə daha əvvəl qeyd edilən iddia ilə bağlı məhkəmə araşdırması aparıldığını və məhkəmə tərəfindən qərar qəbul edildiyini, lakin buna baxmayaraq İddiaçı tərəfindən ona qarşı əsassız iddia qaldırdığını, cavabdeh tərəfindən əsassız hesablanmış borca görə mübahisənin 2 ilə yaxın davam etdirilməsinin ona mənəvi zərər vurduğunu bildirirək qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, daha əvvəl qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 3981,70 manat məbləğində borcunun olmamasını məhkəmə qaydasında mübahisələndirmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.04.2021-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 1989 saylı bağ evi üzrə Cavabdeh Fəxərddin oğluna hesablanmış 3981,80 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamə İddiaçı tərəfindən mübahisələndirilsə də, qətnamə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. Qeyd edilənlərə əsasən məhkəmənin 05.05.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin iddiası üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəlləin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi-törədilmiş əməlin hüquqazidd olmalıdır; ikincisi-törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü-mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə-hüquqpozan şəxsin təqsiri olmalıdır. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iş materiallarından da görünür ki, tərəflər arasında təbii qazdan istifadəyə görə yaranmış borcun silinməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və iş üzrə yekun məhkəmə qərarı qəbul edilmişdir. Bundan başqa, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Qarşılıqlı iddia üzrə iddiaçı cavabdehlə aralarında iki il müddətində cavabdehin ondan əsas olaraq hesablanmış borcun tələb etməsi nəticəsində ona mənəvi ziyan dəydiyini bildirsə də, qeyd edildiyi kimi, hər kəsin öz hüquq və azadlıqlarını məhkəmə qaydasında müdafiə etməsi təmin edilir və ididaçının borcun silinməsinə dair iddia qaldırdıqdan sonra cavabdehin məhkəmə qətnaməsindən apellyasiya və kassasiya şikayətləri verməsi nəticəsində məhkəmə qətnaməsini icrasının müəyyən vaxt aparması qanunvericiliklə müəyyən edilmiş prosessual qaydalar nəticəsində baş vermişdir. Bundan başqa, yuxarıda da qeyd edildiyi kimi, hazırda İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin iddiası üzrə icraata xitam verilmiş və iddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə ki, iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, cavabdeh tərəfindən hüquqla və ya qanunla müdafiə edilən şəxsə ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməllərə dair, özünə mənəvi ziyan vurmaya dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi “mənəvi ziyanın ödənilməsi” hissəsində təmin edilməməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, qarşılıqlı iddia üzr iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsinə münasibtədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Fəxərddin oğlu hüquqi yardım göstərilməsi üçün “Kredo” Vəkil Bürosunun hesabına 500 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Fəxərddin oğlu ilkin iddia üzrə İddiaçı tərəfindən yuxarıda qeyd edilən iddianın qaldırılması səbəbindən məhkəmədə vəkillə müdafiə olunmaq üçün və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün müəyyən xərclər çəkmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan vəkilə ödənilmiş 500 manat xidmət haqqı və ödənilmiş 46 manat dövlət rüsumu cavabdeh İddiaçınə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı Cavabdeh "Azəriqaz " İstehsalat Birliyinə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Vəkilə ödənilmiş 500 manat məbləğində xidmət haqqının və ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun əvəzi İddiaçındən tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar