Məhkəmə qərarları › İş №e-2(007)-1180/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1180/2022

25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1180/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini onunla əsaslandırdı ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 04 sentyabr 2015-ci il tarixli BAK**********3720001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə illik 20% hesablanmaqla 6.000 ABŞ dolları məbləğində kredit verilib. Cavabdeh müəyyən edilən müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam yerinə yetirməyib. Bank tərəfindən cavabdehə 04 sentyabr 2015-ci il tarixli BAK**********3720001 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilib. Cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranan borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunub. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilib. 23.11.2021-ci il tarixə Cavabdeh BAK**********3720001 saylı kredit üzrə cəmi borcu 9.778,18 ABŞ dolları təşkil edir. Bundan 4.838,34 ABŞ dolları əsas, 3.830,37 ABŞ dolları faiz, 443,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 666,65 ABŞ dolları faiz borcu təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********18 saylı 25.11.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməyib və kredit borcunun Banka qaytarılmasını təmin etməyib. Bundan başqa "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanan 04 sentyabr 2015ci il tarixli BAK**********3720001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 42 ay müddətinə illik 20% hesablanmaqla 10.000 ABŞ dolları Cavabdeh müəyyən edilən müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam yerinə yetirməyib. İddiaçı tərəfindən cavabdehə 04 sentyabr 2015-ci il tarixli BAK**********3720002 saylı kredit müqaviləsi üzrə yaranan borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilib. Cavabdeh təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranan borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunub. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilib. 23.11.2021-ci il tarixə Cavabdeh BAK**********3720002 sayı kredit üzrə cəmi borcu 15.817,97 ABŞ dolları təşkil edir. Bundan 7.515,17 ABŞ dolları əsas, 6.579,12 ABŞ dolları faiz, 688,88 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1.034,80 ABŞ dolları faiz borcu təşkil edir. Borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********15 saylı 25.11.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməyib və kredit borcunun Banka qaytarılmasını təmin etməyib. Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş qaydasının pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Odur ki, qeyd olunanları nəzər alıb xahiş edir ki, Cavabdeh BAK**********3720001 saylı kredit üzrə cəmi 9.778,18 ABŞ dolları borcun - bundan 4.838,34 ABŞ dolları əsas, 3.830,37 ABŞ dolları faiz, 443,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 666,65 ABŞ dolları faiz borcunun, BAK**********3720002 saylı kredit üzrə 15.817,97 ABŞ dolları borcun - bundan 7.515,17 ABŞ dolları əsas, 6.579,12 ABŞ dolları faiz, 688,88 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1.034,80 ABŞ dolları faiz borcunun və iş üzrə ödənilmiş 221 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarasınız Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, tərəflər arasında kredit müqaviləsi bağlanmayıb, onlar arasında girov-ipoteka müqaviləsi bağlanıb. Həmin müqavilə üzrə “Rang Rover” markalı avtomobil ipoteka ilə yüklü edilib. Həmin avtomobilin isə kimdə olduğu onlara məlum deyil. Həmin avtomobil cavabdehə təqdim olunarsa qalan məsələləri danışıq yolu ilə həll etmək mümkün olar.Halhazırda o, belə düşünür ki, Baş Dövlət yol Polisi İdarsinə sorğu verilməlidir və həmin avtomobilin ipoteka ilə yüklü olunub-olunmaması müəyyən olunmalıdır.Qeyd olunanlara əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 04.09.2015-ci il tarixli kassa məxaric orderinin əsli ilə müəyyən edilir ki,həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 60000 ABŞ dolları verilmişdir. 04.09.2015-ci il tarixli kassa məxaric orderinin əsli ilə müəyyən edilir ki,həmin tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 100000 ABŞ dolları verilmişdir. Hər iki qəbzdə krediti müqaviləsinin nömrəsi **********37200001 göstərilmişdir. 30 noyabr 2021-ci il tarixli maliyyə arayışlarında qeyd olunur ki, BAK**********3720001 saylı kredit üzrə 23 noyabr 2021-ci il tarixinə olan borcu cəmi 9.778,18 ABŞ dollarıbundan 4.838,34 ABŞ dolları əsas, 3.830,37 ABŞ dolları faiz, 443,52 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 666,65 ABŞ dolları faiz borcu; BAK**********3720001 saylı kredit üzrə 15.817,97 ABŞ dolları borc - bundan 7.515,17 ABŞ dolları əsas, 6.579,12 ABŞ dolları faiz, 688,88 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 1.034,80 ABŞ dolları faiz borcu vardır. İddiaçı qeyd olunan kredit müqavilələrini məhkəməyə təqdim etməmişdir və iddiaçının nümayəndəsi bunu onunla izah etmişdir ki,müqavilələrin əslini və ya təsdiq olan surətlərini əldə etmək mümkün olmamışdır. Kredit müqavilələri cavabdeh tərəfindən də təqdim olunmamışdır. Cavabdehin nümayəndəsi-vəkili isə bildirmişdir ki, tərəflər arasında ümumiyyətlə kredit müqaviləsi bağlanmayıb, onlar arasında girov-ipoteka müqaviləsi bağlanıb. Həmin müqavilə üzrə “Rang Rover” markalı avtomobil ipoteka ilə yüklü edilib. Həmin avtomobilin isə kimdə olduğu onlara məlum deyil.Bununla yanaşı cavabdehin nümayəndəsi-vəkili kassa məxaric orderlərindəki imzaların təmsil etdiyi şəxsə məxsus olmasını və pulun onun tərəfindən alınmasını etiraf etmiş, girov-ipoteka müqaviləsinin əslini və ya təsdiq olunmuş surətini məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə eyni gündə 2 məxaric orderi ilə 6000 ABŞ dolları və 15000 ABŞ məbləğində pul verilməsi sübuta yetirilir. Lakin tərəflər arasında bağlanmış kredit və ya girov-ipoteka müqavilələri iş materiallarında olmadığından kredit üzrə faiz və cərimə məbləğlərini müəyyən etmək mümkün deyil. Belə olan halda iddia qismən təmin olunmalı Cavabdeh 6000 ABŞ dolları və 10000 ABŞ dolları,cəmi 16000 ABŞ dolları ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla Ləğv prosesində olan İddiaçı ASC tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Ödəniş qəbzindən görünür ki,bank məhkəməyə müraciət etmək üçün 221 manat dövlət rüsumu ödənmişdir. Cavabdehə ünvanlanmış 25.11.2021-ci il tarixli bildiriş məktubunun surətindən görünür ki,iddiaçı pretenziya qaydasına əməl etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Cavabdeh 6000 ABŞ dolları və 10000 ABŞ dolları,cəmi 16000 ABŞ dolları ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla,eləcə də 221 manat ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı,qalan hissədə iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh 6000 ABŞ dolları və 10000 ABŞ dolları, cəmi 16000 ABŞ dolları ödəniş günü ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla manatla, eləcə də 221 manat ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar