Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1200/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh oğluna qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 07.03.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A515” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 665,4 manat, 12.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A515” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 41 manat olmaqla cəmi 720,9 manat, ümumilikdə iki müqavilə üzrə 1386,3 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh oğlu müqavilənin şərtlərini pozaraq, 07.03.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 01.10.2021-ci il tarixdə 37 manat və 12.03.2021ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 01.10.2021-ci il tarixdə 41 manat ödəniş etmiş və qalıq qalmış 1080,8 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1620 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1620 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 162 manat "xxxx" MMCyə ödənilməlidir. Beləliklə, cavabdeh 07.03.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.02.2022-ci il tarixinə "xxxx" MMC-yə 480.4 manat əsas, 72 manat cərimə, cəmi 552,4 manat, 12.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 600,4 manat əsas, 90 manat cərimə, cəmi 690.4 manat, ümumilikdə 1242,8 manat borcu "xxxx" MMC-yə önədilməlidir. Qeyd olunanlara əsasən 07.03.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.02.2022-ci il tarixinə "xxxx" MMC-yə 480.4 manat əsas, 72 manat cərimə, cəmi 552,4 manat, 12.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 600,4 manat əsas, 90 manat cərimə, cəmi 690.4 manat, ümumilikdə 1242,8 manat borcun və 32,43 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh oğlundan tutularaq "xxxx" MMCyə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh oğlu arasında bağlanmış 07.03.2021-ci il tarixli ********* nömrəli və 12.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh oğlunun sahibliyinə və istifadəsinə “Samsung A515” və “Samsung A515” markalı mobil telefonlar verilmişdir. Cavabdeh oğlu müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 07.03.2021-ci il tarixli ********* saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 07-dən gec olmayaraq 18 ay müddətinə hər ay 37 manat ödəniş etməlidir. İşə əlavə olunmuş 12.03.2021-ci il tarixli ********* saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 12-dən gec olmayaraq 18 ay müddətinə hər ay 41 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 07.03.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 480,4 manat əsas, 72 manat cərimə, cəmi 552.4 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC-nin 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 12.03.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 600,4 manat əsas, 90 manat cərimə, cəmi 690,4 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh oğluna göndərilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh 07.03.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 480,4 manat əsas, 72 manat cərimə, cəmi 552.4 manat borcu olması barədə və 12.03.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 600,4 manat əsas, 90 manat cərimə, cəmi 690,4 manat borcu olması barədə xəbərdar olunmuş, müqavilə üzrə borcun ödənilməsi tələb olunur. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 22.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 32.43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, 07.03.2021-ci il tarixli ********* saylı və 12.03.2021-ci il tarixli ********* saylı kredit müqavilələrinin şərtlərinə görə borc alan Cavabdeh oğlunun kredit üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər araında bağlanmış 07.03.2021-ci il tarixli ********* saylı və 12.03.2021-ci il tarixli ********* saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında hər ayın 07-dən gec olmayaraq 18 ay müddətinə hər ay 37 manat və hər ayın 12-dən gec olmayaraq 18 ay müddətinə hər ay 41 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, Cavabdeh oğlundan 07.03.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.02.2022-ci il tarixinə "xxxx" MMCyə 480.4 manat əsas, 72 manat cərimə, cəmi 552,4 manat, 12.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 600,4 manat əsas, 90 manat cərimə, cəmi 690.4 manat, ümumilikdə 1242,8 manat borcun və 32,43 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 07.03.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 01.02.2022-ci il tarixinə yaranmış 480,4 manat əsas, 72 manat cərimə, cəmi 552,4 manat, 12.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 600,4 manat əsas, 90 manat cərimə, cəmi 690.4 manat borc olmaqla, ümumilikdə 1242,8 manat borc və 32,43 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1200/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1200/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver