Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1211/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı kredit müqaviləsinə əsasən 3860,08 manat əsas, 720,72 manat faiz, cəmi 4580,80 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli BBUM5105372A299 saylı kartına dair müqaviləyə əsasən 285,02 manat əsas, 84,06 manat faiz, cəmi 369,08 manat borcun və ödənilmiş 69,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4100 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli BBUM5105372A299 saylı Kredit müqaviləsinə əsasən ona illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit verilmişdir. Bu zaman da kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı kredit müqaviləsinə əsasən 3860,08 manat əsas, 720,72 manat faiz, cəmi 4580,80 manat borcu, xx.xx.2022-ci il tarixli BBUM5105372A299 saylı kredit kartına dair müqaviləyə əsasən 285,02 manat əsas, 84,06 AZN faiz, cəmi 369,08 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş, İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edildiyini, iddia ərizələri tam aslı və qanuni olduğunu hesab etdiklərini bildirmiş və iddia ərizəsində qeyd edilənlərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı saylı elektron qaydada bağlanmış krеdit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh 35 ay müddətinə, illik 27% dərəcəsi ilə 4100 manat məbləğində krеdit vеrilmişdir. Eyni zamanda elektron qaydada bağlanmış hesab, kart kredit üzrə xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı Birkart Umico kredit müqaviləsinə əsasən xx.xx.2025-ci il tarixədək 25 faiz dərəcəsi ilə 300 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqavilələrinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı kredit müqaviləsi üzrə 3860,08 manat əsas, 720,72 manat faiz borcu olmaqla, cəmi 4580,80 manat, xx.xx.2022-ci il tarixli BBUM5105372A299 saylı kredit kartına dair müqavilə üzrə 285,02 manat əsas, 84,06 manat faiz borcu olmaqla, cəmi 369,08 manat məbləğində borcu vardır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı və xx.xx.2022-ci il tarixli BBUM5105372A299 saylı müqavilələr üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh müqavilələr üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı kredit müqaviləsi üzrə 3860,08 manat əsas borc, 720,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 4580,80 manat, xx.xx.2022-ci il tarixli BBUM5105372A299 saylı kredit kartına dair müqavilə üzrə 285,02 manat əsas borc, 84,06 manat məbləğində faiz borcu olmaqla, cəmi 369,08 manat borc olmaqla ümumilikdə 4949,88 manat və ödənilmiş 69,50 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli GTKR5105371A299 saylı kredit müqaviləsi üzrə 3860,08 manat əsas borc, 720,72 manat məbləğində faiz borcu olmaqla, cəmi 4580,80 manat, xx.xx.2022-ci il tarixli BBUM5105372A299 saylı kredit kartına dair müqavilə üzrə 285,02 manat əsas borc, 84,06 manat məbləğində faiz borcu olmaqla, cəmi 369,08 manat borc olmaqla ümumilikdə 4949,88 manat və ödənilmiş 69,50 manat dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1211/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1211/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver