Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1255/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçıİB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı dəymiz ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı İB Cavabdeh qarşı dəymiz ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia onunla əsaslandırdı ki, “Azərqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 27.11.2016-ci il tarixində ASAN 5/155 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanıb və tərəflər arasında imzalanan həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edib. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10001 nömrəli abonent kodu verilib. Qeyd olunan ünvanda mənzili təbii qazla təchiz edən qaz xəttinin üzərində 20.05.2020-ci il tarixdə ZENNER G4T Mexaniki tipli, **********0 nömrəli qaz sayğacı quraşdırılıb. 01.02.2022-ci il tarixə istehlakçı Cavabdeh İddiaçı’ İB-yə borcu 1.224.90 manat təşkil eməkdədir. Borcun yaranma əsasları bu cür olub 25.02.2020-ci il tarixdə quraşdırılan **********0 saylı mexaniki sayğacın sərfiyyat göstəriciləri üzrə 05/2020- 01/2022 tarixləri üçün 1341.44 manat Limiti keçdiyi üçün hesablanan məbləğ 78.06 manat,ödəniş 194.60 manat (1341.44 +78.06) -194.60=1224.90 manat). Cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulan maddi zərərlə bağlı və müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, cavabdeh tərəfindən az midarda ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranıb. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması, Cavabdeh İddiaçı İBnin xeyrinə 1224.90 manat qaz sərfiyyatı haqqının və ödənilmiş 33 manat dövlət rüsumunun, cəmi 1257.90 manat pulun tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153,VÖEN **********,M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X,Azəriqaz İB. VÖEN **********, İBA AZ50İBAZ********************) bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmişdir.05 aprel 2022-ci il tarixli məhkəmə iclasında cavabdeh iştirak etmiş və iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmalıdır. İş materiallarında olan: Qaz sərfiyyatı üzrə abonentin saldosundan (**********100001) görünür ki, cavabdeh X1 qaz sərfiyyatına görə 2846 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tələbin əsaslı olduğunu və cavabdehin iddianı etiraf etdiyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı, Cavabdeh İddiaçı İB-nin xeyrinə 1224.90 manat qaz sərfiyyatı haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun,cəmi 1257.90 manat pulun tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********,M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB.VÖEN **********, İBA AZ50İBAZ********************) bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin olunsun. Cavabdeh İddiaçı İB-nin xeyrinə 1224.90 manat qaz sərfiyyatı haqqının və ödənilmiş 33 manat dövlət rüsumunun,cəmi 1257.90 manat pulun tutularaq İddiaçı İBnin Azərbaycan Beynəlxalq Bankı ASC-nin İddiaçı şöbəsi üzrə (Kod 805153, VÖEN **********,M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB.VÖEN **********, İBA AZ50İBAZ********************) bank hesabına köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №e-2(007)-1255/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1255/2022
26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver