Məhkəmə qərarları › İş №e-2(007)-1258/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1258/2022

01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1258/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı "İRŞAD ELECTRONİCS” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı-"İRŞAD ELECTRONİCS” MMC . Cavabdeh-Cavabdeh. Tərəflər arasında bağlanmış müqavilələr: 1.03.09.2020-ci il tarixli müqavilə( İndesit markalı soyuducu) 2.17.11.2020-ci il tarixli müqavilə( Panasonic markalı ətçəkən ) 3.20.12. 2020-ci il tarixli müqavilə( 3 ədəd mətbəx əşyası)

4. 20.12. 2020-ci tarixli müqavilə (Samsung markalı tozsoran və Philips markalı hava feni) 5.26.12.2020-ci il tarixli müqavilə (mətbəx əşyası)

6. 26.12.2020-ci il tarixli müqavilə (Kenwood markalı ətçəkən)

7. 26.12.2020-ci il tarixli müqavilə (Fiver markalı elektrik plitəsi) 8.05.03.2021-ci il tarixli müqavilə (Samsung markalı tozsoran)

9. 05.03.2021-ci il tarixli müqavilə (BOSH markalı su qızdırıcısı və mətbəx əşyası)

10. 05.03.2021-ci il tarixli müqavilə (Kenwood markalı qarışdırıcı) 11.12.04.2021-ci il tarixli müqavilə (Samsung markalı tozsoran)

12. 12.04.2021-ci il tarixli müqavilə (mətbəx əşyası) Müqavilənin predmet-nisyə alqı-satqı Tələb olunan məbləğ:

1. 03.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 14.02.2022-ci il tarixinə yaranmış üzrə 388,7 manat əsas borc, 58,3 manat cərimə, cəmi 447 manat.

2. 17.11.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 202,2 manat əsas borc, 30,3 manat cərimə, cəmi 232,5 manat

3. 20.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 403 manat əsas borc, 60,4 manat cərimə, cəmi 463,4 manat

4. 20.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 238 manat əsas borc, 35,7 manat cərimə, cəmi 273,7 manat

5. 26.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 137 manat əsas borc, 20,5 manat cərimə, cəmi 157,5 manat

6. 26.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 193 manat əsas borc, 28,9 manat cərimə, cəmi 221,9 manat

7. 26.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 137 manat əsas borc, 20,5 manat cərimə, cəmi 157,5 manat

8. 05.03.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 231 manat əsas borc, 34,6 manat cərimə, cəmi 265,6 manat

9. 05.03.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 332 manat əsas borc, 49,8 manat cərimə, cəmi 381,8 manat

10. 05.03.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 155 manat əsas borc, 23,2 manat cərimə, cəmi 178,2 manat

11. 12.04.2021 il tarixli ********* saylı müqavilə üzrə 211 manat əsas borc, 31,6 manat cərimə, cəmi 242,6 manat

12. 12.04.2021 il tarixli ********* saylı müqavilə üzrə 253 manat əsas borc, 37,9 manat cərimə, cəmi 290,9 manat Ümumilikdə tələb olunan məbləğ: 3312 manat borc və 73,20 manat dövlət rüsumu. Sübutlar: Alq-satqı müqavilələri,ödəniş cədvəllərii,əşyalarınn təhvil-təslim aktı,maliyyə arayışları, dövlət rüsumunun ödənilməsi barədə qəbz,pretenziya qaydasına əməl olunmasına dəlalət edən xəbərdarlıq məktubu.

Tətbiq olunmalı maddi və prosessual hüquq normaları.

Mülkü Prosessual Məcəlləsi: 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianı əsaslı hesab edir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini,cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİM:

İddia təmin edilsin. Cavabdeh "İRŞAD ELECTRONİCS” MMC-nin xeyrinə 03.09.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 14.02.2022-ci il tarixinə yaranmış üzrə 388,7 manat əsas borc, 58,3 manat cərimə, cəmi 447 manat, 17.11.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 202,2 manat əsas borc, 30,3 manat cərimə, cəmi 232,5 manat, 20.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 403 manat əsas borc, 60,4 manat cərimə, cəmi 463,4 manat, 20.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 238 manat əsas borc, 35,7 manat cərimə, cəmi 273,7 manat, 26.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 137 manat əsas borc, 20,5 manat cərimə, cəmi 157,5 manat, 26.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 193 manat əsas borc, 28,9 manat cərimə, cəmi 221,9 manat, 26.12.2020-ci il tarixli ********* saylı müqavilə üzrə 137 manat əsas borc, 20,5 manat cərimə, cəmi 157,5 manat, 05.03.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 231 manat əsas borc, 34,6 manat cərimə, cəmi 265,6 manat, 05.03.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 332 manat əsas borc, 49,8 manat cərimə, cəmi 381,8 manat, 05.03.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 155 manat əsas borc, 23,2 manat cərimə, cəmi 178,2 manat, 12.04.2021 il tarixli ********* saylı müqavilə üzrə 211 manat əsas borc, 31,6 manat cərimə, cəmi 242,6 manat, 12.04.2021 il tarixli ********* saylı müqavilə üzrə 253 manat əsas borc, 37,9 manat cərimə, cəmi 290,9 manat, ümumilikdə 3312,6 manat borc və 73,20 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Fikrət Mirzəyev Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar