Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1295/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “keçirilmiş hərrac xərcinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, məcburi icra tədbirləri zamanı İddiaçı ASC tərəfindən ödənilmiş 510 manat məbləğində icra ödənişinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 17/71-5A-41769 saylı sifariş məktubuna əsasən borclu Cavabdeh məxsus “Chovrelet Captiva” markalı ** FR *** dövlət nömrə nişanlı avtobomil hərrac təçkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqına” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixi 388/21 saylı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 43.7-ci maddəsinə müvafiq olaraq Cavabdeh məxsus “Chovrelet Captiva” markalı ** FR *** dövlət nömrə nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təçkilatçısı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 388/21 saylı hesab fakturasından göründüyü kimi Cavabdeh məxsus “Chovrelet Captiva” markalı ** FR *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 510 (beş yüz on) manat məbləğində xidmət haqqı ümumilikdə 510 manat ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli №257201105 ödəniş tapşırığından müəyyən olunub ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2021-ci il tarixli EQ seriya EBBK nömrə işarəsi 773574 əsasən 77, 80 manat ƏDV ödənilmişdir. Qeyd olunan ödəniş tapşırığından göründüyü kimi 510 manat məbləğində hərracın keçirilməsi xərci borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmiş, buna görə də, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Nizami Rayon Məhkəməsinə həmin məbləğin onun tərəfindən ödənilməsi üçün həmin bank tərəfindən müraciət edilmişdir. Ona məxsus “Chovrelet Captiva” markalı ** FR *** dövlət nömrə nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 510 (beş yüz on) manat məbləğində xidmət haqqının ondan tutulması yol verilməzdir. Belə ki, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onunla İddiaçı ASC arasında 1181xx-xx-13243 nömrəli “İpoteka müqaviləsi (avtomobil)” xx.xx.2013-cü il tarixdə bağlanaraq tərəflər arasında təsdiq edilmişdir. Müqavilənin təsdiq edildiyi vaxtdan 8 il keçdiyinə görə, həmin müqavilə qüvvəsini itirmişdir. Bu səbəbdən qeyd edilən kredit müqaviləsinə istinad etməklə məhkəmə səviyyəsində hər hansı bir mübahisə qaldırmaq və ondan pul məbləğinin tutulması mülki qanunvericiliyə ziddir və yol verilməzdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qeyd olunan “Chovrelet Captiva” markalı ** FR *** dövlət nömrə nişanlı avtomobilin ilkin dəyəri 24127,40 (iyirmi dörd min yüz iyirmi yeddi,40) ABŞ dolları ilə qiymətləndirildiyinə görə, üzərinə düşən öhdəliyi yerinə yetirmək məqsədi ilə tərəfindən 21362.10 (iyirmi bir min üç yüz altmış iki, 10) ABŞ dollar məbləğində İddiaçı ASC-nə ödəniş təmin edilmişdir. Eyni zamanda qeyd edilən avtomobilin satışı ilə bağlı İddiaçı ASC sifarişçi olduğu üçün 510 (beş yüz on) manat məbləğində xidmət haqqı ödənilmiş və son nəticədə qeyd olunan “Chovrelet Captiva” markalı ** FR *** dövlət nömrə nişanlı avtobomil borcun əvəzi kimi ipoteka saxlayan, həmin İddiaçı ASC tərəfindən əldə edilmişdir. Belə olan halda, hesab edir ki, etirazı təmin edilərək, qüvvəsini itirmiş kredit müqaviləsi üzrə ona qarşı 2(007)- 1295/2022 saylı işə xitam verilməlidir. İddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çağırılaraq izahatlarının alınması zərurəti yarandığından 2(007)- 1295/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair 2(007)-1295/2022 saylı sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılmasını qərara almışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, etirazında göstərdikləri ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixi 2(007)-330/2020 saylı qiyabi qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) İddiaçı ASC-nin Cavabdeh qarşı “Avtomobil krediti müqaviləsi” üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiasını təmin edərək, cavabdehdən ümumilikdə 24127,40 ABŞ dolları məbləğində pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh məxsus “Chevrolet Captiva” markalı, ** FR *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Bakı Şəhəri Nizami Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli 17/71-5A41769 saylı sifariş məktubuna əsasən Cavabdeha məxsus “Chevrolet Captiva” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil hərrac təşkilatçısı "xxxx" MMC vasitəsi ilə açıq hərraca çıxarılmışdır. Lakin, təkrar hərracın baş tutmaması səbəbindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti ipoteka saxlayana təklif olunmuşdur. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixi 388/21 sayı “Hərracın yekunları barədə Protokolu”na əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq, Cavabdeh məxsus “Chevrolet Captiva” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan İddiaçı ASC tərəfindən əldə edilmişdir. Hərrac təşkilatçısı "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixi 388/21 sayı hesab-fakturasından göründüyü kimi, Cavabdeha məxsus “Chevrolet Captiva” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması ilə əlaqədar 510 manat məbləğində xidmət haqqı (432,20 manat və 77,80 manat vergi (18% ƏDV) ümumilikdə 510 manat) ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli №257201107 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC-nin hesabına xx.xx.2021-ci il tarixi № 388/21 saylı hesab-fakturaya əsasən Cavabdeh məxsus “Chevrolet Captiva” markalı, ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin hərrac xidmətinin dəyəri olan 432,20 manat ödənilmişdir. xx.xx.2021-ci il tarixi №257201105 ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı ASC tərəfindən X1 hesabına xx.xx.2021-ci il tarixi EQ seriya EBBK №773574 əsasən 77,80 ƏDV ödənilmişdir. Qeyd olunan ödəniş tapşırıqlarından göründüyü kimi, 510 manat məbləğində hərracın keçirilməsi xərci borclu Cavabdeh əvəzinə tələbkar İddiaçı ASC tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 319.5-ci maddəsinə əsasən hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090.1-ci maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. 1090.2-ci maddəsinə əsasən işlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. 1090.3-ci maddəsinə görə, işlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 25.3-cü və 25.3.3-cü maddələrinə əsasən ipoteka qoyan ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəmək vəzifələrini daşıyır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 79.2.1-ci maddəsinə əsasən borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Məhkəmə hesab edir ki, İddiaçı ASC tapşırıq və ya digər əsas olmadan Cavabdeh tərəfindən ödənilməli olan hərrac xərclərini ödəməklə vicdanlı hərəkət etmiş və məhz cavabdehin mənafeyinə uyğun davranış nümayiş etdirmişdir. Bu səbəbdən iddia əsaslıdır və təmin edilməli, iddiaçı tərəfindən çəkilmiş xərclərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh hərracın keçirilməsi üçün ödənilmiş 510 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh hərracın keçirilməsi üçün ödənilmiş 510 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1295/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1295/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver