Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1339/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı X1-Bank Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 və Cavabdeh1 Zöhrab oğlunun iştirakları ilə, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı X1-Bank Kredit Təşkilatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 3622,00 manat, faiz borcuna görə 1072,10 manat, cərimə borcuna görə 155,84 manat, cəmi 4849,94 (dörd min səkkiz yüz qırx doqquz manat doxsan dörd qəpik) manat məbləğində borcun və 68,50 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub iddiaçı “FİNCA Azerbaijan" MM Qeyri-Bank Kredı̇ t Təşkı̇ latının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0401 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 30,00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 (dörd min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 225 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 Zöhrab oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 cəmi 4849,94 dröd) min səkkiz yüz qırx doqquz manat doxsan dörd qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehlərə borclarını ödəməsi ilə bağlı xəbərdarlığı əks etdirən bildirişlər göndərilməmiş, onlarla şifahi şəkildə danışıqlar aparılmışdır. Müqavilənin məsuliyyət hissəsi ilə bağlı olan 6-cı maddəsində qeyd edilmişdir ki, ödəniş cədvəlinə əsasən faizlərin və cərimə sanksiyalarının ödənilməsin 3 iş günündən artıq yubandıqda məhkəməyə müraciət etmək zərurəti yaranır. Artıq neçə aydır ki, 15 fevral 2024-cü il tarixində tərtib edilən maliyyə arayışından bəri borc üzrə ödənişlər edilmir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, borcu birdəfəlik ödəyə bilmədiyini, gündəlik 10 manat, ayda 300 manat olmaqla gecikmə olmadan ödəyə biləcəyini, daha artıq məbləğ ödəməyə gücü çatmayacağını bildirərək iddianın təmin olunmamasını xahiş etdi və əlavə olaraq bildirdi ki, müqavilə üzrə əsas borcludur. O, 400 manatlıq krediti götürmüş, kredit üzrə 3 ay ödəniş etmişdir. Onun müqavilə üzrə aylıq ödənişi 225 manat olmuşdur. Hal-hazırda da taksi fəaliyyəti ilə məşğul olur. Digər cavabdehlər iş üzrə zaminlərdir. Zaminlərdən Kövsər xanım qonşusu, Araz da əsgər yoldaşıdır. Onların məhkəmə proseslərindən məlumatları var. O, zaminlərlə aralarında nifaq olmasını istəmir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0401 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 ailə-kənd təsərrüfatının yaradılması və/və ya genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 30,00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 4000 (dörd min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 225 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 ilə Bank arasında bağlanılmış **********0***-******* saylı və **********0***- ******* saylı xx.xx.2023-cü il tarixli zaminlik müqavilələrinə əsasən onlar zamin qismində sözügedən kredit müqavilələrinin tərəfləri olmuş, razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. İddiaçı X1-Bank Kredit Təşkilatının xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 3622,00 manat əsas, 1072,10 manat faiz borcu, 155,84 manat cərimə borcu olmaqla, ümumilikdə 4849,94 manat borcu vardır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərn izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci, 470.1-ci, 472.1 və 472.2-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatı ilə bağladığı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da müəyyən olundu ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı X1-Bank Kredit Təşkilatı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdürlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onun risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə 3622,00 manat əsas borcu, 1072,10 manat faiz borcu, 155,84 manat cərimə borcu olmaqla, ümumilikdə 4849,94 manat məbləğində kredit borcu tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu tələb edildiyindən 68,50 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3622,00 manat əsas borc, 1072,10 manat faiz borcu, 155,84 manat cərimə borcu olmaqla, ümumilikdə 4849,94 manat borc və ödənilmiş 68,50 manat dövlət rüsumunun əvəzi İddiaçı X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1339/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1339/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver