Məhkəmə qərarları › İş №e-2(007)-1341/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1341/2023

03.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1341/2023 03.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş sığorta ödənişin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** UZ *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6525,41 manat (altı min beş yüziyirmi beş manat, 41 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 6325,41 manat (altı min üç yüz iyirmi beş manat, 41 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 2100,01 (iki min bir yüz manat bir qəpik) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2021-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 4225,40 (dörd min iki yüz iyirmi beş manat qırx qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir. Göründüyü kimi "xxxx" ASC tərəfindən ödənilmiş 4225,40 (dörd min iki yüz iyirmi beş manat qırx qəpik) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən geri qaytarılmalıdır. Qeyd edilənənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 4225,40 (dörd min iki yüz iyirmi beş manat qırx qəpik) manat məbləğində vəsaitin, 62,25 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, hadisəni Cavabdeh2 törətmişdir və ona qanuvericiliklə nəzərdə tutulmuş qaydada etibarnamə verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsinin (kasko) sığorta şəhadətnaməsinin surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2019-cu il saat 00:00-dan xx.xx.2022-ci il saat 23:59-dək sığortalanmışdır. Sığorta predmetinin dəyəri 20700 manat, sığorta məbləği 20700 manat, sığorta haqqı 877,68 manat, azadolma məbləği 200 manat nəzərdə tutulmuşdur; - AD 588358 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən aydın olur ki, ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” minik markalı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. - İdeal Motors” MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” minik markalı avtomobilin idarə edilməsi X3 etibar edilmişdir. Etibarnamə verildiyi tarixdən xx.xx.2021-ci il, saat 23:59:59 qədər etibarlıdır. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, sığortalı ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtomobilə xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində xəsarət yetirmişdir. Zərərçəkən şəxsə dəymiş zərərin və sığorta ödənişinin yekun məbləği 6525,41 manat müəyyən edilmişdir və "xxxx" MMC-nin hesabına köçürülmüşdür. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2021ci il tarixli bildirişdən görünür ki, onlar həyata keçirilən 4225,40 manat sığorta ödənişinin 15 təqvim günü ərzində ödəməli olmaları, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar. - Abşeron RPİ-nin tətqiqat şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, X1 xəsarət alması əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X2 xx.xx.2021-ci il tarixdə, saat 02:30-da xx.xx.2017-ci il tarixində ** UZ *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC-nin Elektron qaimənin surətindən görünür ki, ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 6525,41 manatdır. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 62,26 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 məxsus Cavabdeh2 tərəfindən idarə olunan ** UZ *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Sığortalı ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 6525,41 manat (altı min beş yüziyirmi beş manat, 41 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən azadolma çıxılmaqla 6325,41 manat (altı min üç yüz iyirmi beş manat, 41 qəpik) məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmiri ilə bağlı təmir mərkəzinin hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 2100,01 (iki min bir yüz manat bir qəpik) manat məbləğində vəsait ödənilmişdir. xx.xx.2021-ci il tarixində sığorta ödənişi və azadolma çıxılmaqla qalıq məbləğ olan 4225,40 (dörd min iki yüz iyirmi beş manat qırx qəpik) manat subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin cavabdehlər həmin məbləği ödəməmişdir. zərərçəkən şəxsə ödənilməsi qərara alınmışdır və köçürmə həyata keçirilmişdir. Həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş, iddiaçının həmin pulu cavabdehlərdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdehlər pulu ödəmədiklərindən iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə iclasında müəyyən olundu ki, ** UZ *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** PB *** dövlət qeydiyyat nişanlı “Ravon R4 LTZ” markalı avtomobilə maddi zərər dəymişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 6325,41 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Təqsirli tərəfin icbari sığortası "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 2100,01 (iki min bir yüz manat bir qəpik) manat məbləğində vəsait ödənilmişdir. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh2 təqsirli bilinmişdir. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "PAŞA Sığorta” ASC ilə Cavabdeh2 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Məhkəmə iddia tələbinin digər cavabdeh olan Cavabdeh1 münasibətdə aşağıdakıları qeyd edir. Yol nəqliyyat hadisəsi baş verən an Cavabdeh1 mülkiyyətində olan ** UZ *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi Cavabdeh2 tərəfindən idarə edilmişdir. “Azərbaycan Respublikası Nəqliyyat Vasitəsi Sahiblərinin Mülki Məsuliyyətinin İcbari Sığortası haqqında” Təlimatın 9-cu maddəsinə əsasən Yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahibinin yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi sayılır. Məhkəmə belə hesab edir ki, Cavabdeh2 ** UZ *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törədərək cərimələnmişdir. Bu səbəbdən də yol nəqliyyat hadisəsi zamanı yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti Cavabdeh2 daşıyır və Cavabdeh1 törədilmiş yol-nəqliyyat hadisəsinə görə məsuliyyətinin olmaması müəyyən edilir. Belə ki, Cavabdeh1 ** UZ *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtomobilin mülkiyyətçisi olsa da, həmin avtomobilin verilmiş etibarnamə əsasında istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyəti Cavabdeh2 daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 4225,40 manat ödənişin, 62,25 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 4225,40 manat ödənişin, 62,25 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar