Məhkəmə qərarları › İş №e-2(007)-1367/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1367/2023

25.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1367/2023 25.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə və cavabdeh Möhlətova Çı̇ mnaz Qələm qızının iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Möhlətova Çı̇ mnaz Qələm qızına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Möhlətova Çı̇ mnaz Qələm qızına qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 196 manat 02 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 376 manat 42 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİnin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəhəri, M.X.Şərifli küç YAT/NA, ev 1B ünvanda qeydiyyatdadır. Azərbaycan Karlar Cəmiyyəti İB-nin yataqxanasının komendantı tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, xx.xx.2013-cü il tarixdə həmin ünvanda yaşayan Möhlətov Elnur ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “K@TV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2018-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2018-ci il tarixində 19 manat 60 qəpik borcla şəbəkədən ayrılmışdır. xx.xx.2020-ci il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları və Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8191 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixədək 9 (doqquz) manat, xx.xx.2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2020-ci il tarixə qədər olan müddət 594 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 196 manat 02 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC "xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş CD disk ilə də cavabdehin mənzilinə kabel şəbəkəsinə qanunsuz qoşulma olması və həmin vaxt cavabdehin də mənzildə olması müəyyən olunur. Məhkəmə iclasında cavabdeh Möhlətova Çı̇ mnaz Qələm qızı iddiaya münasibətdə bildirdi ki, ödəmə qabiliyyəti yoxdur, xadimə işləyir, kabeli kəsmişlər, borcdan 100 manatı ödəməmişdir. Müqavilə yoldaşının adına bağlanmış, yoldaşı da rəhmətə getmişdir. Oğlu həbsdədir. Kabel qoşulan evdə hamı qeydiyyatdadır və orada da yaşayırlar. Orada ənənəvi antena qoşmuşlar və 3-4 kanal göstərir. Ona qanunsuz qoşulma ilə bağlı akt verilməmişdir. O, eyni zamanda CD diskə baxış keçirilən zaman mənzilin və mənzil sahibinə məxsus səsinin onun olmasına etiraz etmədiyini bildirdi və iddia tələbindəki məbləğdən 100 manat vəsaitini ödəyə biləcəyini, iddianın qalan məbləğinin təmin olunmamasını xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - xx.xx.2020-ci il tarixli, 8191 N saylı aktın təsdiqlənmiş surətlərindən görünür ki, İddiaçı MMC-yə müqavilə əsasında hüquqi xidmət göstərən "xxxx" MMC-nin və İddiaçı MMC-nin əməkdaşlarının iştirakları ilə həmin tarixlərdə ünvan 2 ünvanında yerləşən mənzil kabel şəbəkəsinə baxış keçirilən zaman həmin binanın 503 saylı mənzilinin sahibi tərəfindən qanunsuz şəbəkəyə qoşulması müəyyən edilmişdir. - İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi xidmət və nəzarət edilməsindən ötrü “Ədalət“ MMC-yə 150 manat məbləğində vəsait ödənilmişdir. - İddiaçı MMC-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, MMC ilə Möhlətov Elnur arasında bağlsnmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2013-cü il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub, xx.xx.2018-ci il tarixinədək isə son ödəməsini edib. xx.xx.2018-ci il 19,60 manat borc ilə şəbəkədən ayrılıb. - CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən mənzilə qanunsuz kabel qoşulması aşkar edilmiş, mənzildə yaşayan şəxsə qanunsuz qoşulma olduğu, onların quraşdırdıqları kabelə müdaxilə olduğu, ödənişlərin edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096-cı maddəsinin mahiyyətindən görünür ki, hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa vurulan ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl mülki hüquq pozuntusu adlanır və belə pozuntu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.2. maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, ünvan 2, 503 saylı mənzildə İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində cavabdeh Möhlətova Çı̇ mnaz Qələm qızı tərəfindən iddiaçıya ziyan vurulması aşkar edilərək, bu barədə akt tərtib olunmuşdur. Həmçinin, iş materiallarına iddia tələbində qeyd edilən qanunsuz olaraq KATV1 kabel şəbəkəsinə qoşulmanı təsdiq edən video görüntü və fotoşəkil də əlavə edilmişdir. Möhlətova Çı̇ mnaz Qələm qızı həmin diskdə mübahisəli mənzildə qapını açan şəxs olmasına etiraz etməmişdir. İddiaçı iddia tələbində 196 manat 02 qəpik məbləğində zərər məbləğin tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, akt hər hansı hərəkət və faktı təsdiq edən sənəddir və tərtib edilmiş hər akt bir faktı təsdiq edir və iş üzrə də xx.xx.2020-ci il tarixdə 1 dəfə akt qəbul edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, KATV1 kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı 10 manat olduğundan, 1 dəfə akt tərtib edildiyindən cavabdehdən 10 manat abunə haqqı qismində vurulmuş zərər tutulmaqla iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı tərəfindən hüquqi xidmət haqqı kimi tələb olunan 150 manat məbləğində pul vəsaiti üzrə iddia tələbi qismən təmin edildiyindən həmin məbləğdən 90 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla bərabər, iş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, obyektiv, qərəzsiz hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Möhlətova Çı̇ mnaz Qələm qızından "xxxx" MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 10 manat, hüquqi xidmət göstərilməsinə görə 90 manat və dövlət rüsununa görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 130,40 manat məbləğində vəsait tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Möhlətova Çı̇ mnaz Qələm qızından "xxxx" MMC-nin xeyrinə vurulmuş maddi ziyana görə 10 manat, hüquqi xidmət göstərilməsinə görə 90 manat və dövlət rüsununa görə ödənilmiş 30,40 manat vəsaitin əvəzi olmaqla, ümumilikdə 130,40 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar