Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1378/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı MMC-nin cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızına qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızına qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.09.2020-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.02.2022-ci il tarixinə yaranmış 33 manat əsas borc, 4,9 manat cərimə borcu, 23.09.2020-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.02.2022-ci il tarixinə yaranmış 182,9 manat əsas borc, 27,4 manat cərimə borcu, 11.04.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.02.2022-ci il tarixinə yaranmış 79 manat əsas borc, 11,8 manat cərimə borcu, 11.04.2021-ci il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.02.2022-ci il tarixinə yaranmış 221 manat əsas borc, 33,1 manat cərimə borcu olmaqla, ümumilikdə 593,1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızıdan tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızı arasında bağlanmış 23.09.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Xiaomi" markalı qol saatına görə 18 ay ödəniş cədvəli üzrə hər ay 4 manat olmaqla, cəmi 69 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 17.02.2022-ci il tarixində 36 manat ödəniş etmiş və qalıq qalmış 33 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 49 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 49 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 4,9 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 02.02.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 33 əsas, 4,9 manat cərimə, cəmi 37,9 manat təşkil etmişdir. Bundan əlavə İddiaçı MMC ilə cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızı arasında bağlanmış 23.09.2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "xxxx" markalı planşetə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 21 manat olmaqla, cəmi 371,9 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 17.02.2022-ci il tarixində 189 manat ödəniş etmiş və qalıq qalmış 182,9 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 274 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 274 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 27,4 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 17.02.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 182,9 əsas, 27,4 manat cərimə, cəmi 210,3 manat təşkil etmişdir. Bundan başqa İddiaçı MMC ilə cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızı arasında bağlanmış 11.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "BRAUN" markalı doğrayıcıya görə 6 ay ödəniş cədvəli üzrə hər ay 20 manat olmaqla, cəmi 119 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 17.02.2022-ci il tarixində 40 manat ödəniş etmiş və qalıq qalmış 79 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 118 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 118 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 11,8 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 17.02.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 79 əsas, 11,8 manat cərimə, cəmi 90,8 manat təşkil etmişdir. Bundan başqa İddiaçı MMC ilə cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızı arasında bağlanmış 11.04.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "FİVER" markalı elektirik sobaya görə 6 ay ödəniş cədvəli üzrə hər ay 68 manat olmaqla, cəmi 407 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 17.02.2022-ci il tarixində 186 manat ödəniş etmiş və qalıq qalmış 221 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 331 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 331 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 33,1 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin 17.02.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 221 əsas, 33,1 manat cərimə, cəmi 254,1 manat təşkil etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara əsasən hesab edir ki iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızı arasında bağlanmış 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, MMC tərəfindən Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızına "Xiaomi" markalı qol saatı, 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, MMC tərəfindən Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızına "xxxx" markalı planşet, 11.04.2021-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, MMC tərəfindən Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızına "BRAUN" markalı doğrayıcı və 11.04.2021-ci il tarixli nisyə satış müqaviləsindən görünür ki, MMC tərəfindən Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızına "FİVER” markalı elektirik soba satılmışdır. Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızı isə aldığı əşyanın dəyərini müqavilədə müəyyən olunmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 17.02.2022-ci il tarixli maliyyə arayışdan görünür ki, Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızının İddiaçı MMC ilə bağladığı 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsi üzrə əsas borc üzrə 33 manat əsas, cərimə borcu üzrə 49 manat, 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsi üzrə əsas borc üzrə 182,9 manat əsas, cərimə borcu üzrə 274 manat, 11.04.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə əsas borc üzrə 79 manat əsas, cərimə borcu üzrə 118 manat və 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsi üzrə əsas borc üzrə 221 manat əsas, cərimə borcu üzrə 331 manat olmaqla, ümumilikdə 1287,9 manat borcu vardır. İşə əlavə olunmuş 07.03.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızı 23.09.2020-ci il və 11.04.2021-ci il tarixli nisyə satış müqavilələri əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə 23.09.20210-ci il tarixli nisyə satış müqaviləsi üzrə 33 manat əsas borc, 4,9 manat cərimə borcu, 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsi üzrə 182,9 manat əsas borc, 327,4 manat cərimə borcu, 11.04.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 79 manat əsas borc, 11,8 manat cərimə borcu və 11.04.2021ci il tarixli nisyə satış müqaviləsi üzrə 221 manat əsas borc, 33,1 manat cərimə borcu olmaqla, ümumilikdə 593,1 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızıdan İddiaçı MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsi üzrə 33 manat əsas borc, 4,9 manat cərimə borc, 23.09.2020-ci il tarixli nisyə satış müqaviləsi üzrə 182,9 manat əsas borc, 27,4 manat cərimə borc, 11.04.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 79 manat əsas borc, 11,8 manat cərimə borc və 11.04.2021-ci il tarixli nisyə satış müqaviləsi üzrə 221 manat əsas borc, 33,1 manat cərimə borcu olmaqla, ümumilikdə 593,1 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Yaqubova (Hüseynova) Nərgiz Xudabaxış qızıdan İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1378/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1378/2022
04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver