Məhkəmə qərarları › İş №e-2(007)-1380/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1380/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1380/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçı QSC “Bank Standard” KB (ləğv prosesindədir) nümayəndəsi X6, Cavabdeh Rəhı̇ mova Zeynəb Əlı̇ qızının iştirakları ilə, İddiaçı QSC “Bank Standard” KB-nın (ləğv prosesindədir) cavabdeh Rəhı̇ mova Zeynəb Əlı̇ qızına qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun vərəsədən tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC “Bank Standard” KB (ləğv prosesindədir) cavabdeh Rəhı̇ mova Zeynəb Əlı̇ qızına qarşı “kredit müqaviləsi üzrə borcun, hesablanmış faizlərin, dəbbə pulunun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/127817/15 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisi Cavabdeh 2012,79 (iki min on iki manat, 79 qəpik) manat məbləğində əsas borc, 1991 (bir min doqquz yüz doxsan bir) manat məbləğində faiz borcu, 2238,34 (iki min iki yüz otuz səkkiz manat, 34 qəpik) manat məbləğində cərimə borcu, 298,20 (iki yüz doxsan səkkiz manat, 20 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6540,33 (altı min beş yüz qırx manat, 33 qəpik) manat məbləğində pulun, 85,41 (səksən beş manat, 41 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə X5 arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/127817/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2021-ci il tarixinə Banka 2012,79 (iki min on iki manat, 79 qəpik) manat məbləğində əsas borc, 1991 (bir min doqquz yüz doxsan bir) manat məbləğində faiz borcu, 2238.34 (iki min iki yüz otuz səkkiz manat, 34 qəpik) manat məbləğində cərimə borcu, 298,20 (iki yüz doxsan səkkiz manat, 20 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6540,33 (altı min beş yüz qırx manat, 33 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı LPO QSC “Bank Standard” KB yaranmış borc tələbinə dair cavabdeh X4 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, cavabdeh xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(010)-3353/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam vermişdir. Tərəflərindən Bakı şəhəri 10 saylı Notariat ofisinə müraciət edilmişdir. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2019-cu il tarixdə 2V-152 saylı reystrlə rəsmiləşdirilmiş Vərəsəlik Hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi arvadı Cavabdehdır. Bununla bağlı vəfat etmiş X3 vərəsəsi (arvadı) Cavabdeh xx.xx.2022-ci il tarixdə **********819 saylı bildiriş məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh banka olan borcu ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. O əlavə olaraq bildirdi ki, kredit müqaviləsi restrukturizasiya edilməmiş, çünki qarşı tərəfə kompensasiya ödənilmişdir. Məhkəmə iclasında cavabdeh Rəhı̇ mova Zeynəb Əlı̇ qızı iddianı qəbul etmədiyini, kredit borcunu nə ilə ödəyəcəyini bilmədiyini, 1-2 ay ərzində müailəcə alsa iş tapıb borcu ödəyəcəyini, xəstəliyinə görə müalicə alacağını, 2005-ci ildən bronxit-astma xəstəsi olduğunu, yoldaşı vəfat etdikdən 1 ay sonra 1450 manat kompensansiyanı aldığını, həmin vəsaiti yoldaşının yasından qalan borc üçün istifadə etdiyini bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, QSC “Bank Standard” KB ilə X5 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/127817/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 28 faiz ödənilmək şərti ilə 3000 manat məbləğində kredit verilmişdir. X2 bu müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürülməsinə baxmayaraq kredit müqaviləsindən irəli gələn öhdəliklər pozulmuş iddiaçının bununla bağlı xəbərdarlıqları yerinə yetirilməmişdir. Daha sonra borclu X5 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. ünvan ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən X4 məxsus miras qalmış əmlaka dair Bakı şəhəri 10 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 2V-152 reyestrlə rəsmiləşdirilmişdir. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilmişdir ki, X3 vərəsəsi arvadı- Rəhı̇ mova Zeynəb Əlı̇ qızıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "xxxx" QSC-nin X7 Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 12/2677 saylı məktuba əsasən əmək haqqı üzrə axırıncı haqq-hesab olan 1458,26 manat məbləğində pul vəsaitindən ibarətdir. QSC “Bank Standard” KB-nın xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsinə əsasən Banka 2012,79 manat əsas, 1991 manat faiz borcu, 2238,34 manat məbləğində cərimə borcu, 298,20 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 6540,33 manat məbləğində borc vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X5 iddiaçı QSC “Bank Standard” KB ilə bağladığı xx.xx.2015-ci il tariхli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və X5 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. X1 vəfat etdiyindən və onun vərəsəsi Rəhı̇ mova Zeynəb Əlı̇ qızı olduğundan, ona 1458,26 manat pul vəsaitinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verildiyindən, cavabdeh borc üzrə həmin pay qədər məsuliyyət daşıdığından borc məbləği üzrə 1458,26 manat borcun ödənilməsinə Rəhı̇ mova Zeynəb Əlı̇ qızı cavabdehdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, 85,41 manat dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 45,41 manat rüsum hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Rəhı̇ mova Zeynəb Əlı̇ qızından QSC "Bank Standard" KB-nin xeyrinə 1458 manat və dövlət rüsumuna görə 30 manat vəsaitin əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Rəhı̇ mova Zeynəb Əlı̇ qızından QSC "Bank Standard" KB-nin xeyrinə 1458 manat və dövlət rüsumuna görə 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı QSC "Bank Standard" KB tərəfindən ödənilmiş 45,41 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar