Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1389/2022 26.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması, tələbin girov predmetinə yönəldilməsi və girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Nizami” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsinə əsasən illik 30% dərəcəsi olmaqla 24 ay müddətinə 3338 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4-cü bəndləri). xx.xx.2021ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2-ci bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 2421,18 manat əsas, faiz borcuna görə 238,36 manat, cərimə borcuna görə 323,22 manat, borcun cəmi məbləği 2982,76 manat təşkil edir. xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Nizami” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Qolbağ -1 ədəd, çəkisi- 41,4 qr, əyarı-750; Komplekt -1 ədəd, çəkisi- 13,8 qr, əyarı- 583; Üzük-1 ədəd, çəkisi- 4,2 qr, əyarı- 583. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsinin 4.6- cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin müqavilənin 5.4cü bəndinə əsasən (borcluya aid hissədə), müştəri bir dəfə bu müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə kreditə görə 2421,18 manat əsas, faiz borcuna görə 238,36 manat, cərimə borcuna görə 323,22 manat, cəmi 2982,76 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 49.82 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş qolbağ -1 ədəd, çəkisi- 41,4 qr, əyarı- 750; komplekt -1 ədəd, çəkisi- 13,8 qr, əyarı- 583; üzük-1 ədəd, çəkisi- 4,2 qr, əyarı- 583 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB- 06744 saylı kredit müqaviləsi üzrə 2421,18 manat əsas, faiz borcuna görə 238,36 manat, cərimə borcuna görə 323,22 manat, cəmi 2982,76 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 49.82 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə kreditə görə 316.53 manat əsas, faiz borcuna görə 309.91 manat, cərimə borcuna görə 524.2 manat, cəmi 1150.64 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 49.82 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş qolbağ -1 ədəd, çəkisi- 41,4 qr, əyarı-750; komplekt -1 ədəd, çəkisi- 13,8 qr, əyarı- 583; üzük-1 ədəd, çəkisi- 4,2 qr, əyarı- 583 olan qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə 316.53 manat əsas, faiz borcuna görə 309.91 manat, cərimə borcuna görə 524.2 manat, cəmi 1150.64 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 49.82 manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, iddiaçının nümayəndəsi elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilmədiyini, iddianı müdafiə etdiyini bildirmiş və iddianın tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edib izahatında bildirmişdir ki, o bir müddət maddi imkanı olmadığından borcunu qrafik üzrə ödəyə bilməmişdir. Lakin sonra borcunu ödəmişdir cəmi qrafik üzrə 2 ayı qalmışdır. Onu da öz vaxtında ödəyəcək. Əvvəlki borclarını ödəyib. Ödəniş qəbzlərini məhkəməyə təqdim etdi. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 mart 2021-ci il tarixli NZLMB- 06744 saylı kredit müqaviləsindən (qızıl-zinət əşyalarının təminatı ilə) və ona əlavə edilmiş ödəniş cədvəlinin surətlərindən görünür ki, bank tərəfindən Cavabdeh lombard məqsədilə 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 3338 manat məbləğində kredit verilmişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 mart 2021-ci il tarixli NZLMB- 06744 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, Cavabdeh həmin tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə götürdüyü 3338 manat kredit məbləğinin təminatı kimi özünə məxsus olan bu müqavilənin ayrılmaz hissəsi olan əlavədə sadalanan qızıl-zinət əşyalarını (qolbağ -1 ədəd, çəkisi- 41,4 qr, əyarı-750; komplekt -1 ədəd, çəkisi- 13,8 qr, əyarı- 583; üzük-1 ədəd, çəkisi- 4,2 qr, əyarı- 583) girov qoymuşdur. Girov qoyulan əşyanın həmin müqaviləyə görə tərəflərin razılaşmasına və qiymətləndiricinin təyin etməsinə əsasən dəyəri 5496.68 manat təşkil edir. - Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair 10 mart 2021-ci il tarixli aktdan görünür ki, Cavabdeh məxsus qolbağ -1 ədəd, çəkisi- 41,4 qr, əyarı-750; komplekt -1 ədəd, çəkisi- 13,8 qr, əyarı- 583; üzük-1 ədəd, çəkisi- 4,2 qr, əyarı- 583 qiymətləndirici tərəfindən qiymətləndirilmiş və tərəflərin iştirakı ilə lombard kreditinin təminatı olaraq girov qoyulmuş ümumilikdə 59.4 qram qızıl-zinət əşyaları kassaya təhviltəslim edilmiş və akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. - 10 mart 2021-ci il tarixli razılıq ərizəsindən görünür ki, Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarının lombard kreditinin təminatı olaraq girov qoyulmasına və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edilməsinə və qızıl-zinət əşyalarının bank tərəfindən satılaraq borca yönəldilməsinə razılıq vermişdir. - 10 mart 2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 10 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 3338 manat pul vəsaitini həmin tarixdə Cavabdeh bankın kassasından nağd qaydada almışdır. - 16 mart 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10 mart 2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə 14 mart 2022-ci il tarixə cavabdehin banka 2421.18 manat əsas, 238.36 manat faiz, 323.22 manat cərimə olmaqla, cəmi 2982.76 manat borcu vardır. - İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 25 fevral 2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 25 fevral 2022-ci il tarixədək hesablanmış 371.22 manat əsas, 169.68 manat məbləğində faiz və 212.59 manat məbləğində cərimə borcunu xəbərdarlıq məktubunu aldığı vaxtdan etibarən 3 iş günü müddətində İddiaçı ASC-yə tam ödəməsi tələb olunmuşdur. Əks təqdirdə müqavilənin şərtlərinə əsasən, həmin borcun ödənilməsi üçün tədbirlər görüləcəyi barədə cavabdeh xəbərdar olunmuşdur. - 16 mart 2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 49.82 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 mart 2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh lombard məqsədilə 24 ay müddətinə, illik 30 faiz ödəmək şərti ilə 3338 manat məbləğində kredit verilmişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh həmin tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə götürdüyü 3338 manat kredit məbləğinin təminatı kimi özünə məxsus olan qızıl-zinət əşyalarını (qolbağ -1 ədəd, çəkisi- 41,4 qr, əyarı-750; komplekt -1 ədəd, çəkisi- 13,8 qr, əyarı- 583; üzük-1 ədəd, çəkisi- 4,2 qr, əyarı- 583) girov qoymuşdur. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 10 mart 2021-ci il tarixli NZLMB-06744 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, ona görə də iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi 524.2 manat cərimə məbləği (dəbbə pulu) müvafiq olaraq 316.53 manat əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Bununla da, müəyyən olundu ki, borcalan Cavabdeh özünə məxsus qızıl-zinət əşyalarını girov qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayan İddiaçı ASCnin tələbləri həmin girov predmetinə yönəldilməli və iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən girov predmeti olan qızıl-zinət əşyalarının dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutulması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə girov predmetinin satışından əldə olunan pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə, qalan borcun ümumi qaydada tutulması nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli, NZLMB-06744 saylı kredit müqaviləsi üzrə 316,53 manat əsas, 309,91 manat faiz, 40 manat cərimə olmaqla, cəmi 666,44 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 38.69 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilməli, tutma bank qarşısında girov qoyulmaqla Cavabdeh məxsus olan 1 ədəd çəkisi 41.4 qram 750 əyarlı qolbaq, 1 ədəd çəkisi 13.8 qram 583 əyarlı komplekt və 1 ədəd çəkisi 4.2 qram olan 583 əyarlı üzüyə (cəmi 59.4 qram) yönəldilməli, həmin qızıl-zinyət əşyaları açıq hərrac vasitəsilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməli, hərracda ilkin satış qiyməti 5496.68 manat məbləğində müəyyən edilməli, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti Cavabdeh qaytarılmalı, ödənilmiş dövlət rüsumunun 11.13 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, NZLMB-06744 saylı kredit müqaviləsi üzrə 316,53 manat əsas, 309,91 manat faiz, 40 manat cərimə olmaqla, cəmi 666,44 manat məbləğində pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 38.69 manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ASC-yə ödənilsin. Tutma bank qarşısında girov qoyulmaqla Cavabdeh məxsus olan 1 ədəd çəkisi 41.4 qram 750 əyarlı qolbaq, 1 ədəd çəkisi 13.8 qram 583 əyarlı komplekt və 1 ədəd çəkisi 4.2 qram olan 583 əyarlı üzüyə (cəmi 59.4 qram) yönəldilsin. Həmin qızıl-zinyət əşyaları açıq hərrac vasitəsilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin, hərracda ilkin satış qiyməti 5496.68 manat məbləğində müəyyən edilsin, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti Cavabdeh qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 11.13 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1389/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1389/2022
26.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver