Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1390/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı QSC "xxxx" KB (Ləğv prosesindədir) nümayəndəsi X5 iştirakı ilə, İddiaçı QSC "xxxx" KB (Ləğv prosesindədir)-nın cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC "xxxx" KB (Ləğv prosesindədir) cavabdeh X2 qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 4958,07 manat (dörd min doqquz yüz əlli səkkiz manat 07 qəpik) məbləğində əsas borc, 4499,40 (dörd min dörd yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində faiz borcu, 1920,90 (bir min doqquz yüz iyirmi, 90 qəpik) manat məbləğində cərimə borcu, 697,59 (altı yüz doxsan yeddi manat, 59 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 12075,96 (on iki min yetmiş beş, 96 qəpik) manat məbləğində pulun, 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsümunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 4958.07 manat (dörd min doqquz yüz əlli səkkiz manat 07 qəpik) məbləğində əsas borc, 4499.40 (dörd min dörd yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində faiz borcu, 1920.90 (bir min doqquz yüz iyirmi, 90 qəpik) manat məbləğində cərimə borcu, 697.59 (altı yüz doxsan yeddi manat, 59 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 12075.96 (on iki min yetmiş beş, 96 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh axırıncı dəfə 2016-cı il tarixdə ödəniş etmişdir. Bank tərəfindən cavabdehə 24 faizə 48 aya kredit ayrılıb. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı müqavilədən görünür ki, QSC "xxxx" KB tərəfindən borcluya illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı krеdit müqaviləsinin 1 № li Əlavəsindən görünür ki, Cavabdeh 48 ay müddətinə, hər ayın 16-dan gec olmayaraq hər ay ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - QSC "xxxx" KB-nin 02 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı krеdit müqaviləsinə əsasən əsasən onun "xxxx" ASC-yə 4958.07 manat (dörd min doqquz yüz əlli səkkiz manat 07 qəpik) məbləğində əsas borc, 4499.40 (dörd min dörd yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində faiz borcu, 1920.90 (bir min doqquz yüz iyirmi, 90 qəpik) manat məbləğində cərimə borcu, 697.59 (altı yüz doxsan yeddi manat, 59 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 12075.96 (on iki min yetmiş beş, 96 qəpik) manat borcu mövcuddur. - QSC "xxxx" KB-nin 02 fevral 2022-ci il tarixli bildirişindən görünür ki, bank tərəfindən Cavabdeh aralarında bağlanmış 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı krеdit müqaviləsinə əsasən əsasən onun QSC "xxxx" KB-yə 4958.07 manat (dörd min doqquz yüz əlli səkkiz manat 07 qəpik) məbləğində əsas borc, 4499.40 (dörd min dörd yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində faiz borcu, 1920.90 (bir min doqquz yüz iyirmi, 90 qəpik) manat məbləğində cərimə borcu, 697.59 (altı yüz doxsan yeddi manat, 59 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 12075.96 (on iki min yetmiş beş, 96 qəpik) manat borcu olduğu barədə məlumatlandırılmış, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə bu barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün QSC "xxxx" KB ASC tərəfindən 127 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı müqaviləyə əsasən, QSC "xxxx" KB tərəfindən borcluya illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 6500 (altı min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, cavabdeh isə hazırda öldüyündən, onun prosessual hüquqi varisləri yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı kredit müqaviləsi üzrə 4958,07 manat (dörd min doqquz yüz əlli səkkiz manat 07 qəpik) məbləğində əsas borc, 4499,40 (dörd min dörd yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə borcu, 697,59 (altı yüz doxsan yeddi manat, 59 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 10455,06 manat məbləğində vəsait və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsümunun əvəzi tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə 16 aprel 2015-ci il tarixli 1xx/xx/102703/15 saylı kredit müqaviləsi üzrə 4958,07 manat (dörd min doqquz yüz əlli səkkiz manat 07 qəpik) məbləğində əsas borc, 4499,40 (dörd min dörd yüz doxsan doqquz manat 40 qəpik) manat məbləğində faiz borcu, 300 (üç yüz) manat məbləğində cərimə borcu, 697,59 (altı yüz doxsan yeddi manat, 59 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 10455,06 manat məbləğində vəsait və 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsümunun əvəzi tutul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1390/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1390/2022
14.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver