Məhkəmə qərarları › İş №e-2(007)-1392/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1392/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1392/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Hp” markalı komputerə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 41 manat olmaqla, cəmi 730,42 manat, 27.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı “İndesit” markalı soyuducuya görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599 manat və 20.10.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “BELORAD” markalı kombiyə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 57 manat olmaqla, cəmi 1009 manat, ümumilikdə üç müqavilə üzrə 2338,42 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq 01.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 06.11.2021-ci il tarixində 40 manat, 27.07.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 30.11.2021-ci il tarixində 50 manat və 20.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə 03.11.2021-ci il tarixdə 160,4 manat ödəniş etmiş və üç müqavilə üzrə cəmi qalıq qalmış 1587,2 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylıəlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktikicərimə borcu hər üç müqavilə üzrə 2380 manat təşkiledir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər üç müqavilə üzrə 2380 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 238 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə,cavabdeh 21.02.2022-ci iltarixədək İddiaçı MMC-yə olan borcu 01.06.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 521 manat əsas, 78,2 manat cərimə, cəmi 599,6 manat, 27.07.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 399 manat əsas, 59,8 manat cərimə, cəmi 458,8 manat, 20.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı satqımüqaviləsinə əsasən, 666,8 manat əsas, 100 manat cərimə, cəmi 766,8 manat, üç müqavilə üzrə 1587,2 manat əsas, 238 manat cərimə, cəmi 1825,2 manat təşkil etmişdir. Buna görə də, 01.06.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 21.02.2022-ci il tarixinə yaranmış borcu 521 manatəsas, 78,2 manat cərimə, cəmi 599,6 manat, 27.07.2020-ci il tarixli ********* saylımüddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 399 manat əsas, 59,8 manat cərimə, cəmi 458,8 manat, 20.10.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 666,8 manat əsas, 100 manat cərimə, cəmi 766,8 manat, ümumilikdə 1825,2 manat borcun və 38,30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbule edilməsini xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 iyun 2020-ci il tarixli müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə ilkin ödənişsiz, 18 ay ödəniş cədvəli üzrə hər ay 41 (sonuncu ay 33,42) manat olmaqla cəmi 730,42 manat ödəməyi öhdəsinə götürməklə, “Hp” markalı komputer satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2020-ci il tarixli müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə ilkin ödənişsiz, 12 ay ödəniş cədvəli üzrə hər ay 50 (sonuncu ay 49) manat olmaqla cəmi 599 manat ödəməyi öhdəsinə götürməklə, “İndesit” markalı soyuducu satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. İşə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2020-ci il tarixli müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə ilkin ödənişsiz, 18 ay ödəniş cədvəli üzrə hər ay 57 (sonuncu ay 40) manat olmaqla cəmi 1009 manat ödəməyi öhdəsinə götürməklə, “BELORAD” markalı kombi satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. İşə əlavə olunmuş 21 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 iyun 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 521,4 manat əsas, 78,2 manat cərimə olmaqla, cəmi 599,6 manat borcu, 27 iyul 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 399 manat əsas, 59,8 manat cərimə olmaqla, cəmi 458,8 manat borcu, 20 oktyabr 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 666,8 manat əsas, 100 manat cərimə olmaqla, cəmi 766,8 manat borcu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 1825,2 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 01 iyun 2020-ci il tarixli, 27 iyul 2020ci il tarixli 20 oktyabr 2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 01 iyun 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 521 manat əsas, 78,2 manat cərimə olmaqla, cəmi 599,6 manat borc, 27 iyul 2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 399 manat əsas, 59,8 manat cərimə olmaqla, cəmi 458,8 manat borc və 20 oktyabr 2020-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 666,8 manat əsas, 100 manat cərimə olmaqla, cəmi 766,8 manat borc olmaqla, ümumilikdə 1825,2 manat borcun və iddianın verilməsi üçün ödənilmiş 38,30 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar