Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1396/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2023-cü il tarixli, FM-00360- 17/23A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 9550.86 manat əsas borc, 380.28 manat faiz borcu, 119.07 manat dəbbə borcu olmaqla, ümumilikdə 10050.21 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 120.15 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ilə Cavabdeh arasında bağlanmış 20 iyul 2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc (güzəştli aylarda faiz borcu) məbləğinin 0.5%-i məbləğində gündəlik cərimə hesablanır. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 9550.86 manat əsas borc, 380.28 manat faiz borcu, 119.07 manat dəbbə borcu vardır. Beləliklə cavabdehin xx.xx.2024-cü il tarixinə ümumi borcu 10050.21 manat təşkil edir.
İş materialları :
3. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh istehlak məqsədi üçün illik 23 % faiz dərəcəsi ilə 36 ay müddətinə, rəsmiləşdirmə komissiyası 300 manat olmaqla, 10000 manat məbləğində krediti borcalanın cari hesabına köçürülmə vasitəsi ilə verməyi, borcalan isə həmin krediti xx.xx.2026-cı il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
4. xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə uyğun olaraq 36 ay müdətinə, illik 23 % faiz dərəcəsi ilə, ayda 387.10 manat ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2026-cı il tarixinədək 10000 manat məbləğində əsas borc ödənişi və 3935.52 manat faiz ödənişi etməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı Bank "xxxx" ASC-nin Sumqayıt filialı tərəfindən təqdim edilmiş Cavabdeh adına açılmış AZ95BBTB******************** saylı hesab üzrə xx.xx.2022-xx.xx.2024-ci il tarixli dövrləri əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində hesab üzrə 1220 manat ödəniş edilmişdir.
6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəzinə məxaric orderinin surətindən müəyyən olunur ki, Cavabdeh Bank "xxxx" ASC-nin Sumqayıt filialında xx.xx.2023-cü il tarixində 9990.00 manat məbləğində pul vəsaiti qəbul etmişdir.
7. İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh ünvanlandırdığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə olan borc qalığı 8984.67 (səkkiz min doqquz yüz səksən dört manat 67 qəpik) manat əsas borc, 566.19 (beş yüz altımış altı manat 19 qəpik) manat gecikdirilmiş əsas qalıq borc, 114.80 (yüz on dört manat 80 qəpik) manat faiz borcu, 186.12 (yüz səksən altı manat 12 qəpik) manat gecikdirilmiş günlərə görə hesablanmış faiz borcu, 77.96 (yetmiş yeddi manat 96 qəpik) manat gecikdirilmiş günlərə görə hesablanmış dəbbə borcu olmaqla, cəmi 9929.74 (doqquz min doqquz yüz iyirmi doqquz manat 74 qəpik) manat borcu olmuşdur. Cavabdehə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.
8. İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh ünvanlandırdığı xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə olan borc qalığı 9550.86 (doqquz min beş yüz əlli manat 86 qəpik) manat, 380.28 (üç yüz səksən manat 28 qəpik) manat ümumi faiz borcu, 119.07 (bir yüz on doqquz manat 07 qəpik) manat gecikdirilmiş günlərə görə hesablanmış dəbbə borcu olmaqla, cəmi 10050.21 (on min əlli manat 21 qəpik) manat borcu olmuşdur. Cavabdehə müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və kreditora vurulmuş zərərin ödənilməsi üçün məhkəməyə və ya notariat qaydada müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.
9. İddiaçı Bank "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 9550.86 (doqquz min beş yüz əlli tam yüzdə səksən altı) manat əsas borc, 380.28 (üç yüz səksən tam yüzdə iyirmi səkkiz) manat ümumi faiz borcu, 119.07 (bir yüz on doqquz tam yüzdə yeddi) manat dəbbə borcu olmaqla, cəmi 10050.21 (on min əlli tam yüzdə iyirmi bir) manat borcu vardır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2023-cü il tarixdə edilmişdir.
10. İddia ərizəsinə əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi üzrə iddiaçı Bank "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 121 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqını ödənilmişdir.
11. Cavabdeh məhkəməyə ünvanalandırdığı xx.xx.2024-cü il tarixli ərizəsində borc məbləğini qəbul etdiyini bildirmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir.
İşin faktiki halı :
14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsinin bağlanması və cavabdehin kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
15. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, FM- 00360-17/23A saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
Məhkəmənin mövqeyi :
19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
20. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyinə əsasən (MM 739.2) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
22. İş materiallarına (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) əsasən müəyyən olunur ki, iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilərək Cavabdeh 36 ay müddətinə (xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2026-cı il tarixədək), illik 23 % ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. Lakin iş materiallarına (hesabdan çıxarış, maliyyə arayışı) və özünün etirafına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
23. İddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsinin 3.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borcverən borcalanın bu müqavilə üzrə öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, krediti qaytarılan günə hesablanmış faizlə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər : borcalan krediti və/və ya onun faizinin ödənilməsi dövriliyini il ərzində ardıcıl iki dəfə yaxud il ərzində ümumilikdə üç dəfə və ya daha artıq pozduqda və.d. hallarda.
24. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
25. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı Bank "BTB” Açıq Səhmdar Cəmiyyəti hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
26. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
27. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
28. İddiaçı Bank "BTB” ASC-nin Cavabdeh ünvanlandırdığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirdiyi üçün müqaviləyə həmin vatdan xitam verilmişdir.
29. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur
30. Məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli borcu etiraf etməsinə dair ərizəsinə münasibət bildirirək qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlərin iddianı etirafı qəbul olunmalıdır.
31. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
32. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
33. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyi üçün iddiaçı Bank "xxxx" ASC-nin iddia tələbi əsaslıdır cə cavabdehdən 9550.86 manat əsas borc və 380.28 manat faiz borcu tutulmalıdır.
34. Həmçinin iddiaçı Bank "BTB” ASC Cavabdeh 119.07 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.
35. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 119.07 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Məhkəmə xərcləri :
36. İddiaçı Bank "BTB” ASC ödənilmiş 120.15 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.
37. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi üzrə, iddiaçı Bank "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 121 manat dövlət rüsumu ödənilmişdir.
38. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119.42 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsi üzrə 9550.86 (doqquz min beş yüz əlli manat 86 qəpik) manat əsas borc, 380.28 (üç yüz səksən manat 28 qəpik) manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 9941.14 manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 119.42 manat ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı Bank "BTB” ASC-nin hesabına ödənilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, FM-00360-17/23A saylı kredit müqaviləsi üzrə 9550.86 (doqquz min beş yüz əlli manat 86 qəpik) manat əsas borc, 380.28 (üç yüz səksən manat 28 qəpik) manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 9941.14 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 119.42 manat və ödənilmiş bank xidmət haqqının əvəzi qismində 0.40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Bank "BTB” ASC-nin hesabına ödənilsin. İddiaçı Bank "BTB” ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir
Hakim Starə Əliyeva