Məhkəmə qərarları › İş №e-2(007)-1399/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1399/2025

08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1399/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin tələb edilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı- "xxxx" ASC. Cavabdeh- Cavabdeh. Tələb olunan məbləğ- 1060 manat sığorta ödənişi və 30,40 manat dövlət rüsumu. Sübutlar: İcbari Sığorta müqaviləsi, “Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları” barədə Arayış, ödəniş tapşırığı, “AutoBox” avtomobil servisinin qiymətləndirmə aktı, inzibati tənbeh vermə haqqında qərar, pretenziya, dövlət rüsumunun ödənilməsi barədə qəbz. Tətbiq olunmalı maddi və prosessual hüquq normaları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci, 936.2-ci, 936.5-ci, 1108.1-ci, 1114.1-ci maddələri, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsi. Məhkəmə iddianı əsaslı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, PME********** saylı sığorta müqaviləsinə əsasən “QAZ yük” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil 1 il müddətinədək, yəni xx.xx.2023-cü il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh tərəfindən “QAZ yük” minik markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Mitsubishi Pajero” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh hadisə zamanı hadisə yerini tərk etmiş və İXM-nin 327.6-cı maddəsinə əsasən 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. “AutoBox” avtomobil servisinin qiymətləndirmə aktından müəyyən olunur ki, yolnəqliyyat hadisəsi nəticəsində “Mitsubishi Pajero” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1060 manat məbləğində zərər dəymiş, ödəniş aktı və hesabdan çıxarış ilə həmin avtomobilə dəymiş zərərə görə 1060 manat məbləğində sığorta ödənişinin "xxxx" ASC tərəfindən ödənilməsi müəyyən edilmişdir. Beləliklə, Cavabdeh İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da Mitsubishi Pajero” minik markalı, **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirmişdir. "xxxx" ASC tərəfindən zərərlə bağlı maddi ziyanın məbləği 1060 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh iddiaçı tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazının və ona əlavə olunmuş sənədlərin məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1060 (bir min altmış) manat məbləğində sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar