Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1422/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə Ziyadxan oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 39000 manat pulun, 11000 manat maddi ziyanın əvəzinin, 5850 manat gecikdirilmiş icra üçün faiz və 258 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 46 kv.m sahəsi olan 2 otaqlı mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. 2020-ci ilin əvvəllərində həmin evi satmaq üçün müxtəlif şəxslərə, maklerlərə müraciət etmişdir. 21 aprel 2020-ci il tarixdə Cavabdeh adlı şəxsə Bakı şəhəri 21 saylı Notariat Ofisində etibarnamə verdi. Vüsaləni həmin günə qədər tanımamışdır, ilk dəfə idi görürdü, lakin onun əri Mamedin (Məmməd Cəfərov) makler fəaliyyəti ilə məşğul olduğunu demişdilər. Ona etibar etməyinə səbəb isə Nizami RİH-in MİİS rəisi Natiq Məmmədov adlı şəxsin təkidi olmuşdur. Cavabdeh etibarnaməni 21 aprel 2020-ci il tarixdə, saat 12:56-da vermiş, həmin şəxs isə mənzili təxminən 3-4 saatdan sonra, saat 16:28-də Bakı şəhəri 51 saylı Notariat Ofisində öz dəyərində 2 dəfə aşağı qiymətə qardaşı Seyfəddin Qasımovun adına 39000 manata satmışdır. Mənzilə görə ödənilmiş pul depozitə qoyulsa da cavabdeh tərəfindən etibarnamədən istifadə edilərək götürülmüş və ona verilməmişdir. Bundan sonra aldadıldığını görüb məhkəmədə əqdin etibarsız hesab edilməsinə dair iddia qaldırdı. Məhkəmə prosesi zamanı məlum oldu ki, həmin mənzil 1 ay sonra 50000 manata başqa şəxsə satılmışdır. Uzun sürən məhkəmə çəkişmələrindən sonra iddia təmin edilməmiş, ona vurulmuş ziyanla (pul tələbi) bağlı cavabdehə qarşı yenidən məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirdi ki, iddia tələbini qəbul etmir. Lidiya ilə Natiq sahibsiz evi Lidiyanın adına keçiriblər. Sonra Lidiya pandemiya dövrü olduğundan 2 saatdan artıq çıxa bilmədiyi üçün Vüsaləyə etibarnamə verir ki, evi qardaşına satsın. Çünki 2 saata alqı-satqı etmək mümkün deyildi. Evin satışından əldə olunan 39000 manatı Vüsalə Lidiyaya verib. Vüsalə pulu verəndə Natiq, oğlu, Lidiya Vüsalə, Vüsalənin qardaşı Seyfəddin orda olublar. Sonra Seyfəddin kosmetik təmir edib mənzili 50000 manata Talehə satıblar. Cavabdeh vəkili və nümayəndəsi Vəkil elektron kabinet vasitəsilə ərizə verərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh (İddiaçı əvəzinə) Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 39000 manata X1. - xx.xx.2020-ci il tarixli mədaxil orderindən görünür ki, X7 39000 manat məbləğində pulu təhvil vermişdir. - xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 50000 manata X3. - Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarının surətindən görünür ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-260/2021 nömrəli, 15 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilmiş, İddiaçı ilə X7 arasında Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış mübahisəli mənzilin alğısatqısına dair 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi və X7 ilə X12 arasında həmin mənzillə əlaqədar Bakı şəhərindəki 50 saylı Notariat Ofisində bağlanmış 4Ə-531-reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2020-ci il tarixli, AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab olunmuş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsindəki 41 saylı evin 63 saylı mənzilinə dair daşınmaz əmlakın dövlət reyestrindən X6 və X9 adına verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5535/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Vahid Sadıqov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı alğı-satqıdan əldə olunan pulun ona verilmədiyini bildirir. Cavabdeh nümayəndəsi pulun iddiaçıya verildiyini israrla bildirsə də, məhkəməyə bunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin mövcud prinsiplərinə görə, Cavabdeh 39000 manatı alması mübahisə predmeti olmadığından onun iddiaçıya verilməsini sübutetmə yükü məhz Cavabdeh üzərinə düşür. Həmçinin, 10 il müddətinə verdiyi etibarnaməni bir ay keçməmiş ləğv etməsi iddiaçının əqd bağlarkən aldanıldığına dəlalət edir. xx.xx.2020-ci il tarixdə bağlanmış əqd etibarsız əqd olduğundan, X6 verilmiş çıxarış, xx.xx.2020-ci il tarixdə bağlanmış əqd və son olaraq X10 verilmiş çıxarış da əhəmiyyətsiz əqdlərdir. İddiaçının sözügedən alğı-satqı müqaviləsi bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması, yəni onun iddia etdiyi kimi dəyəri 65.000 manat olan mənzilin 39.000 manata satılması, habelə təmsilçi Cavabdeh həmin pulu ona ödəməməsi halları, əqdin etibarsızlığı üçün deyil, ləğvi üçün əsas ola bilər. Buna görə də iddiaçı, təmsilçi Cavabdeh qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sözügedən alğı-satqı müqavilələri bağlanarkən notariusun Bankda olan depozit hesabına Seyfəddin Qasımov tərəfindən 39.000 manat, Taleh Ağayev tərəfindən isə 50.000 manat pul köçürülüb və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. - Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev, Emin Mehdiyev) apellyasiya şikayətləri rədd olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin olunmuş, mübahisəli mənzilə dair İddiaçı ilə X7nun arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 51 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-401 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində X7nun mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, mübahisəli mənzilə dair X7 ilə X9 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış, Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-531 reyestr nömrəsi ilə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində X9 mülkiyyət hüququna dair aparılmış qeydiyyat və onun adına verilmiş reyestr çıxarışının ləğv edilməsi, X7 ilə X9 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğısatqı müqaviləsi üzrə ödənilmiş 50.000 (əlli min) manatın X4 alınaraq X10 qaytarılması qət edilmişdir. - Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-4444/2022 saylı qərarının surətindən görünür ki, cavabdehlər X12, Cavabdeh, X7nun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3398/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. - Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-815/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. - Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarının surətindən görünür ki, hüquq müdafiə vasitəsi kimi iddiaçı etibarnamə üzrə təmsilçisi olmuş Cavabdeh qarşı iddia qaldırmaqla mənzilin dəyərini və yaxud düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər. - Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarının surətindən görünür ki, kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqısatqısına dair İddiaçı ilə X7 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə X7 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 21 aprel 2020-ci il tarixdə Cavabdeh adlı şəxsə Bakı şəhəri 21 saylı Notariat Ofisində etibarnamə vermişdir. Cavabdeh (İddiaçı əvəzinə) Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 39000 manata qardaşı X1. X7 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvani küçəsi, 41 saylı evin, 63 saylı mənzilini 50000 manata X3. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)- 2377/2023 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-815/2023 nömrəli, 21 fevral 2023cü il tarixli qətnaməsi Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə X7 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilənin etibarsız sayılmasının rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə X7 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Hazırda iddiaçı X5 evin satışından əldə olunmuş 39000 manat pulu, 11000 manat maddi ziyanın əvəzini və 5850 manat gecikdirilmiş icra üçün faizi tələb edir. Məhkəmə iddia tələbinin “X5 39000 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2(102)-2377/2023 saylı qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev № 41-də yerləşən 63 №-li mənzilin alqı-satqısına dair İddiaçı ilə X7 arasında bağlanmış 21 aprel 2020-ci il tarixli müqavilə etibarsız sayılmışdır. Göründüyü kimi 21 aprel 2020-ci il tarixli müqavilə etibarsız hesab edildiyi üçün İddiaçı Cavabdeh qarşı iddia qaldırmaqla mənzilin dəyərini və düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edir. Cavabdeh mənzilin dəyərini iddiaçıya ödədiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Lakin sözügedən alğı-satqı müqavilələri bağlanarkən notariusun Bankda olan depozit hesabına Seyfəddin Qasımov tərəfindən 39000 manat, Taleh Ağayev tərəfindən isə 50000 manat pul köçürülüb və işdə, bunun əksini təsdiq edən heç bir yazılı sübut yoxdur. Odur ki, iddiaçı mənzilin satışından əldə olunan 39000 manat məbləğində pulu tələb etməkdə haqlıdır. Bu səbəbdən iddia bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddia tələbinin “X5 11000 manat maddi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Göründüyü kimi ünvan 2 ünvanında yerləşən mənzilə dair ikinci dəfə bağlanan alqı-satqı müqaviləsinə əsasən mənzil 50000 manata satılmışdır. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, İddiaçı ünvan 2 ünvanında yerləşən mənzili satmaq üçün Cavabdeh etibarnamə vermiş, o da öz növbəsində mənzili qardaşı X6 mənzilin real dəyərindən aşağı qiymətə 39000 manata satmışdır. İşin hallarından göründüyü kimi qısa müddət ərzində (xx.xx.2020-xx.xx.202 yəni 39 gün) X2 Taleh Əmir oğluna 50000 manata satmışdır. Odur ki, iddiaçıya dəymiş 11000 manat (50000-39000=11000) manat məbləğində maddi zərər cavabdehdən tutulmalıdır. Məhkəmə iddia tələbinin “X5 5850 manat gecikdirilmiş icra üçün faiz tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Odur ki, mənzilin satışından əldə olunan 39000 manat pul məbləğinin ödənilməsini gecikdirdiyi xx.xx.2020-ci il tarixdən (mənzilin satıldığı) xx.xx.2023-cü il tarixədək (məhkəməyə müraciət etdiyi) müddət üçün illik 5% (39000x5%=1950x3=5850) olan 5850 manat X5 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “AsanPay” vasitəsi ilə ödənilmiş ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 285 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X5 mənzilin satışından əldə edilmiş 39000 manat, maddi ziyanın əvəzi 11000 manat, gecikdirilmiş icra üçün 5850 manat faiz və ödənilmiş dövlət rüsumu 258 manat tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X5 mənzilin satışından əldə edilmiş 39000 manat, maddi ziyanın əvəzi 11000 manat, gecikdirilmiş icra üçün 5850 manat faiz və ödənilmiş dövlət rüsumu 258 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1422/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1422/2023
01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver