Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1425/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin ona vurduğu maddi ziyanın, yəni 4139 AZN (dörd min yüz otuz doqquz) məbləğində pul vəsaitinin Cavabdeh MMC tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ona vurduğu maddi ziyanın, yəni 4139 AZN (dörd min bir yüz otuz doqquz) məbləğində pul vəsaitinin və ödənilmiş 62 AZN dövlət rüsumunun, ümumilikdə 4201 AZN (dörd min iki yüz bir) məbləğində pul vəsaitinin Cavabdeh MMC tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə bağladığı xx.xx.2024cü il tarixli, AUT-472 saylı X3 ilə (satıcı "xxxx" MMC) “X6” markalı (Ban: NVA212140R2527908, **-YL-*** dövlət qeydiyyat nişanlı) minik maşını alıb. "xxxx" MMC tərəfindən ona verilmiş Zəmanət Talonuna əsasən aldığı minik maşınını 2000 km sürdükdən sonra ilkin yağ dəyişmə məqsədilə xx.xx.2024-cü il tarixdə Azərmaş Avtoservisə yaxınlaşıb, maşının yağını zəmanətlə dəyişdirib. Cəmi 600 km sürdükdən sonra 2600 km yürüşlə xx.xx.2024-cü il tarixdə maşının matorunda kəskin yağ azalma problemi ilə (maşının matorunda demək olar ki, yağ yox idi) Zəmanət Talonuna əsasasən Azərmaş Avtoservisə yaxınlaşıb. Servisdə ona 600 km üçün maşının motorunda yağın bu qədər azalmasının maşının motorunda olan detalın (porşenlərin qapağı) qüsurlu olduğuna görə baş verdiyini və yağın kəskin şəkildə normadan aşağı olmasını bildiriblər. Qeyd ediblər ki, “olur ki, “X6” markalı maşınların bəziləri zavoddan belə motorun yağ yeməsi qüsuru ilə gəlir, ola bilsin ki, sizə də həmən maşınlardan biri düşüb”. Adıçəkilən qüsurun mövcudluğundan əmin olmaq üçün heç nəyə müdaxilə etmədən maşına əlavə (0.5 lt) yağ töküblər və bir müddət sürdükdən sonra təkrar müraciət etməyini deyiblər və əgər yenidən yağ azalması olarsa motoru sökməli olacaqlarını bildiriblər. Əlavə olaraq da 0.5 lt yağ veriblər ki, kəskin azalma müşahidə etsə, özü əlavə etsin. Cəmi 400 km sürdükdən sonra maşında yağın kəskin azaldığını müşahidə edərək, təkrar ona verilən 0.5 lt yağı da maşına əlavə edib bir qədər sürdükdən sonra yenidən Azərmaş Avtoservisə yaxınlaşıb. Bu dəfə servisdə maşının qaldırıcıda altına baxış keçirərkən müəyyən olunub ki, maşının digər detalı da (Razdatka) yağ buraxır. Maşının alt tərəfdən motor hissəsində isə heç bir yağ izi aşkar olunmadığından maşının motorunda olan qüsuru təsdiqləyiblər (maşının altına baxışın fotoşəkilləri və video görüntüləri var). Zəmanətə əsasən maşının motorunu söküb müəyyən dəyişikliklər edərək və maşının altında yağ buraxan digər detalını isə dəyişərək yaranmış problemi aradan qaldıracaqlarını bildiriblər. Lakin motor sökülərək təzədən təmir olunduqdan sonra artıq həmən motorun zavod buraxılışı olmayacağını, cəmi 3400 km sürülən maşında bu qədər yağ azalmasının normal olmadığını, bu qüsurun servisdə aradan qaldırıldıqdan sonra maşında təkrar yağ azalmasının olmayacağına qarantiya verilmədiyini, zavoddan qüsurlu olaraq buraxılan maşında növbəti dəfə başqa digər problemlərin ortaya çıxaraq ona həm maddi, həm də vaxt, əsəb, stress baxımından mənəvi ziyan vuracağını bildirərək, maşının dəyişdirilməsini və yenisi ilə əvəz olunmasını xahiş edib. Azərmaş Avtoservis isə maşını dəyişməklə bağlı müraciətini "xxxx" MMC-yə yönəldib. "xxxx" MMC-dən ona maşının yenisi ilə dəyişdiriləcəyi, lakin bu günə qədər ödənilmiş aylıq ödənişlərin (2302 AZN (iki min iki yüz iki) qəbzlər əlavə olunub) və X5 İdarəsində maşının rəsmiləşdirilməsi və Maşının İcbari Sığortası xərclərinin (cəmi maşın alınan zaman qəbz təqdim olunmadan ödədiyi 700 AZN (yeddi yüz)) geri qayıtmayacağı bildirilib. Bunun düzgün olmadığını, onun təqsiri olmadan ona satılmış qüsurlu maşına görə əlavə xərcinin olmamalı olduğunu bildirsə də, ona qüsurlu maşını dəyişib yenisi ilə əvəz etmənin başqa yolu olmadığı bildirilib. Bundan sonra ona daha çox maddi və mənəvi ziyan dəyməsinin qarşısını almaq və Azərbaycan Respublikasının aidiyyati məhkəməsinə müraciət edib müvafiq qaydada ona vurulmuş ziyanı geri tələb etmək məqsədilə yeni maşının sənədləşdirilməsi üçün Cavabdeh MMC-yə yaxınlaşıb. Beləliklə, Cavabdeh MMCdə ona imzalamağı üçün hazır formada Ərizə və Razılaşma təqdim olunub. Təqdim olunan həmin ərizənin “Cavabdeh MMC-yə qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də heç bir iddiam olmayacaqdır” şəklində sonuncu cümləsinə və AUT-472 saylı X2n ləğv edilməsi və yeni müqavilə bağlanması haqqında 1 saylı Razılaşmanın “Bu Razılaşmaya əsasən AUT-472 saylı müqaviləyə görə tərəflərin bir-birinə qarşı heç bir şikayət və tələblərinin olmadığını və gələcəkdə olmayacağını bəyan edirlər” şəklində 5-ci bəndinə öz etirazını bildirib. Cavabdeh MMC-nin əməkdaşları etirazını müvafiq qaydada Cavabdeh MMC-nin hüquqşünasına yönəldiblər. Hüquqşünasla telefon danışığı zamanı etirazını təkrar olaraq bildirib, həmən cümlə və bəndin müvafiq olaraq adı çəkilən Ərizə və Razılaşmadan çıxarılmasını xahiş edərək ona dəymiş maddi zərəri sonradan müvafiq qaydada geri tələb edəcəyini bildirib. Cavabdeh MMC-nin hüquqşünası bunun mümkün olmadığını, əgər məhkəməyə müraciət etmək istəyirsə, maşını dəyişməyəcəklərini və onun birbaşa məhkəməyə müraciət etməli olacağını bildirib. Pensiyada olduğu müddəti layiqincə keçirmək, uzun müddət məhkəmə çəkişməsində maşınsız qalmamaq və mənafelərinin kobud şəkildə pozulmasının qarşısını almaq məqsədilə məcbur olaraq Ərizə və Razılaşmanı imzalayıb Cavabdeh MMC ilə xx.xx.2024-cü il tarixdə AUT-1172 saylı Yeni X3 bağlayıb. Cavabdeh MMC isə "xxxx" MMC-ninona vurduğu ziyanla kifayətlənməyib, yuxarıda qeyd etdiyi məbləğlərdən (2302 AZN və 700 AZN) savayı, yeni X3 ilə illik faiz dərəcəsini əvvəlkinə münasibətdə 17 faizdən 21 faizə qaldıraraq daha da artıq ziyan vurub. Belə ki, əvvəlki X3 ilə yeni X3nə əsasən yekun ödənilməli məbləğlər arasındakı fərq 1137 AZN (bir min bir yüz otuz yeddi) olub. Halbuki, satış talonunda maşının qiyməti dəyişməyib. Ərizə və Razılaşmaya etdiyi etirazının nəticə vermədiyinə görə yeni X2 də müvafiq qaydada imzalamalı olub. Bununla da, ona yekun olaraq ümumilikdə 4139 AZN (dörd min yüz otuz doqquz) məbləğində maddi ziyan dəyib. Ona dəymiş maddi zərər Azərbaycan Dövlətinin ona verdiyi pensiyadan ayıraraq yığdığı maddi vəsaiti idi. Halbuki, Əfqanıstan müharibəsi veteranı və 2-ci qrup Çernobil əlili olaraq günlərlə keçirdiyi əsəb, stress və haqsızlığa qarşı məcbur qalıb razılaşmağın ona kifayət qədər böyük mənəvi zərər də vurub. Cavabdeh MMC və "xxxx" MMC tərəfindən daxili lizinq yolu ilə faktiki olaraq ona satılan qüsurlu minik maşınına görə dəymiş maddi ziyanın ödənilməsi və baş vermiş hüquq pozuntularının aradan qaldırılmasında ona köməklik göstərilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi qaydada etdiyim müraciəti bir nəticə verməyib.
İş materialları:
4. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli, AUT-472 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, Bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq atanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 20310 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 4500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 17% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsı hesab olunur.
5. AUT-472 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavədən görünür ki, müqavilə üzrə yekun ödəniləcək məbləğ 24806 manat təşkil edir.
6. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış “AUT-472 saylı X2n ləvğ edilməsi və yeni müqavilə bağlanması haqqında” xx.xx.2024-cü il tarixli 1 saylı razılaşmadan görünür ki, 02 avqust 2024-ci il tarixli AUT-472 saylı X3 qarşılıqlı razılaşmaya əsasən bu Saziş imzalandığı andan ləğv olunur. Razılaşma imzalandığı tarixdə lizinq alan, lizinq obyekti olan X6 markalı. 77YL353 dövlət qeydiyyat nişanlı, ******* ban nömrəli avtomobil lizinq verənə geri qaytarır. Tərəflər razılaşır ki, lizinq alan tərəfindən AUT-472 saylı “Daxili Lizinq” müqaviləsi üzrə ödənilmiş 4500 (Dörd min beş yüz) manat lizinq ödənişi yeni bağlanacaq AUT-1172 saylı “Daxili lizinq” müqaviləsinə yönəlir. Bu “Razılaşma” 02 Avqust 2024-ci il tarixli AUT-472 saylı X2n ayrılmaz tərkib hissəsidir. Bu Razılaşmaya əsasən AUT-472 saylı müqaviləyə görə tərəflərin bir-birinə qarşı heç bir şikayət və tələblərinin olmadığını və gələcəkdə olmayacağını bəyan edirlər.
7. Lizinq verən Cavabdeh MMC ilə lizinq alan İddiaçı arasında bağlanmış xx.xx.2024cü il tarixli, AUT-1172 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, Bu Müqavilənin şərtlərinə uyğun olaraq lizinq verən lizinq alanın sifariş etdiyi və bu Lizinq Müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı (bundan sonra Lizinq obyekti adlandırılacaq) muzdla lizinq atanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan tərəfindən isə bu Müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. Bu lizinq müqaviləsinin əsas məbləğini 20310 manat təşkil edir. Lizinq Alan, bu müqavilə imzalandığı gün 4500 manat məbləğində lizinq ödənişini Lizinq Verənə ödəməyi öz öhdəsinə götürür. Ödənilmiş 4500 manat lizinq ödənişi lizinq müqaviləsinin əsas məbləğindən çıxıldıqdan sonra yerdə qalan məbləğə 36 ay müddətində illik 21% həcmində mükafat məbləği hesablanır. Lizinq ödənişlərinin ödənilməsi tarixi və ardıcıllığı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə əsasən aparılır. Ödəniş günü qeyri-iş gününə təsadiif etdikdə, ödəniş qeyri-iş günündən qabaq olan son iş günündə edilməlidir. Lizinq ödənişləri cədvəlində göstərilən tarixdə ödənişlərin həyata keçirilməməsi lizinq ödənişlərinin gecikdirilməsı hesab olunur.
8. AUT-1172 saylı “Daxili lizinq” müqaviləsinə 3 saylı əlavədən görünür ki, müqavilə üzrə yekun ödəniləcək məbləğ 25943 manat təşkil edir.
9. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh MMC ilə onun arasında xx.xx.2024-cü il tarixində AUT- 472 saylı X3 bağlanılmış və X6 markalı 77YL353 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Hal-hazırda həmin nəqliyyat vasitəsində qüsurlar aşkar edildiyinə görə, 77YL353 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ondan geri qəbul edib, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli AUT-472 saylı X2 ləğv edilməsini xahiş etmişdir. Bununla bağlı olaraq Cavabdeh MMC-yə qarşı heçbir şikayət və tələbi yoxdur və gələcəkdə də heç bir iddiası olmayacaqdır.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 21-1/2-İ-3xx-xx/2024 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müraciətinə (daxilolma qeydiyyatı: 3-21-1/1- İ-3xx-xx/2024, xx.xx.2024-cü il) aidiyyəti üzrə baxılmışdır. Dövlət Xidmətinə təqdim etdiyi X1 Şəhadətnaməsində NVA212140S2550512 ban nömrəli, **-YJ-*** qeydiyyat nişanlı, “LADA” markalı “Niva Urban' modellı avtomobilin mülkiyyətçisinin Cavabdeh MMC olduğu qeyd edilmişdir. Yaranmış mübahisə ilə bağlı cavabdehə qarşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən məhkəmədə iddia qaldıra bilər. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
11. Azərmaş Auto” MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli 24/1 saylı məktubun surətindən görünür ki, Cavabdeh MMC ilə aranızda bağlanmış 02 avqust 2024-cü il tarixli AUT-472 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “X6” markalı, **- YL-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobildə qüsur aşkar edilməsi səbəbindən 14 dekabr 2024-cü il tarixdə ərizə ilə Cavabdeh MMC-nə müraciət edərək lizinq obyektinin geri qəbul edilməsi və tərəflər arasında bağlanmış AUT-472 saylı “Daxili lizinq” müqaviləsinin ləgv edilməsi tərəflərindən xahiş olunmuşdur. Həmçinin, ərizədə qeyd edilənlərlə bağlı heç bir şikayət, tələbinin olmadığı və gələcəkdə heç bir iddasının olmayacağı bildirilmişdir. Müraciətinə uyğun olaraq, 14 dekabr 2024-cü il tarixdə AUT-472 saylı “Daxili lizinq” müqaviləsinin ləgv edilməsi və yeni müqavilənin bağlanmasına dair tərəflər arasında Razılaşma № 1 imzalanmışdır. Həmin razılaşmanın şərtlərinə əsasən lizinq obyekti olan “X6” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin lizinq verənə geri qaytarılması, AUT-472 saylı “Daxili lizinq” müqaviləsinin tərəflərin qarşılıqlı razılaşması əsasında Razılaşma imzalandığı andan ləğv edilməsi, AUT-472 saylı müqavilə imzalanarkən tərəfinizdən ödənilmiş 4500 manat məbləğində lizinq ödənişinin yeni bağlanacaq AUT-1172 saylı “Daxili lizinq” müqaviləsinə yönəldilməsi və AUT-472 saylı müqavilə üzrə tərəflərin bir birlərinə qarşı heç bir tələblərinin olmayacağına dair öhdəlik götürülmüşdür. Yuxarıda qeyd edilən 14 dekabr 2024-cü il tarixli Razılaşmanın şərtlərinə uyğun olaraq AUT-472 saylı “Daxili lizinq” Müqavilsəi ləğv edilmiş və sizinlə yeni AUT-1172 saylı müqavilə imzalanaraq müvəqqəti istifadə və sahibliyinə “X6” markalı, **- YJ-*** dövlət qeydiyyat nişanlı, qəhvəyi metallik rəngli avtomobil verilmişdir. Ərizədə qeyd edilən məsələlərlə bağlı diqqətə çatdırmaq istəyirlər ki, tərəflərindən ümumilkdə 2302 manat məbləğində aparılmış lizinq ödənişləri “X6” markalı, **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsində olan 02 avqust 2024-cü il tarixdən 14 dekabr 2024-cü il tarixədək olan müddət ərzində AUT-472 saylı müqavilə üzrə aparılmış aylıq lizinq ödənişlərinin cəmi məbləğidir. Bundan başqa bildirlər ki, tərəflər arasında yeni AUT-1172 saylı “Daxili lizinq” müqaviləsi imzlanmadan öncə müqavilənin bütün şərtləri, habelə lizinq obyektinin qəhvəyi metallik rəngdə olmasına görə illik faiz dərəcəsinin dəyişəcəyi və s. barədə məlumatlar sizə məlum olmuş, tərəflər arasında bütün şərtlər əvvəlcədən razılaşdırılmiş, heç bir etiraz bildirmədən müqavilə şərtlər tərəflərindən bəyənilərək imzlanmışdır.
Tərəflərin izahatları:
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçının artıq istehlakçı hüquqları pozulub, müqaviləyə əsasən iddiaçı lizinq obyektini müvəqqəti istifadəyə qəbul edib. İş materiallarına olan ərizənin və razılaşmanın müvafiq bəndinin ləğv edilməsi üçün dərhal cəmiyyətə müraciət edib. İkinci müqavilə məcbur olaraq imzalanıb, çünki avtomobil qüsurlu idi. Cəmiyyətə müraciət edəndə ona iddiaçının istehlakçı olmadığını, avtombilin müvəqqəti istifadəyə verildiyi qeyd edilib. Cavabdeh cəmiyyətinin hüquqşünası məhkəmə iclasında deyib ki, müqavilə ilə iddiaçıya əmlak satılıb. İddiaçının da cəmiyyətə müraciət etməkdə məqsədi avtomobil almaq olub. Avtomobil iddiaçıya satıldığından Mülki Məcəllənin konkret tələbləri tətbiq edilir. 3 ədəd hal nəzərdə tutulur, qüsurlu mallarla bağlı istehlakçının hüquqları var. İddiaçı əmlakdakı qüsurlarla bağlı cəmiyyətə müraciət edib, onlar isə qüsurun olduğu, avtomobilin qüsurla gəldiyi deyiblər. Lakin yaranmış qüsura görə iddiaçının avtomobilə marağı itib, bu səbəbdən avtomobilin dəyişdirilməsi tələb edilib. Onlar müqavilədəki şərtlərlə bağlı cəmiyyətə dərhal müraciət etsə də, onlara başqa şanslarının olmadığını deyiblər. İddiaçı atasıdır, ikinci qrup əlildir. İddiaçıya qüsurlu avtomobil satmalarına baxmayaraq, yeni müqavilədə də artıq faiz nəzərdə tutulub.
13. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı ilə X3 imzalanıb və istifadəsinə Niva markalı avtomobil verilib. İddiaçı avtomobili istifadə etdikdən bir neçə ay sonra cavabdeh şirkətə yaxınlaşıb və avtomobildə nasazlıq olduğunu bildirib. Onlar da iddiaçını servis mərkəzinə yönəldiblər. Servis mərkəzindən iddiaçıya avtomobilin motorunda problem olduğunu və həmin nasazlığın aradan qaldırıla bildiyini bildiriblər. Sonra iddiaçı şirkətə yaxınlaşaraq avtomobildən narazı olduğunu bildirib və ona yeni avtomobil verilməsini tələb edib. Daha sonra onlar daxili razılaşma edərək iddiaçıdan birinci aldığı avtomobili geri qaytaracağı, gələcəkdə həmin avtomobilə heç bir iddia və tələbinin olmayacağı, birinci avtomobilə verdiyi 4500 manat lizinq ödənişinin yeni veriləcək avtomobilin lizinq ödənişinə əlavə olunacağı barədə razılığa gəliblər. İddiaçı tərəfindən edilmiş 4 aylıq 1200 manat məbləğində ödəniş X3nə əsasən heç bir halda geri qaytarılmır, çünki iddiaçı həmin müddət ərzində avtomobildən istifadə edib. İddiaçı birinci avtomobilə ilkin olaraq 4500 manat ödəniş edib. Sonra həmin 4500 manat ikinci avtomobilin ilkin ödənişinə əlavə olunub. Sadəcə iddiaçı ödənilmiş faizləri tələb edir. Həmin müddət ərzində avtomobildə qüsur birdən yaranmayıb, avtomobil tədricən istifadə olunduqdan sonra qüsur yaranıb. İddiaçı birinci avtomobili 4 ay istifadə edib və dörd ayın aylıq ödənişini edib. Birinci avtomobili 17 faizlə, ikinci avtomobili 21 faizlə satılıb. Müqavilələr üzrə faizlərin müxtəlif olmasının səbəbi odur ki, birinci avtomobil ağ rəndə olub, ikinci avtomobil isə iddiaçının sifarişi əsasında qəhvəyi rəngdə başqa bir avtomobil satılıb. İddiaçının bildirdiyi qüsur zəmanət talonuna əsasən aradan qaldırıla bilirdi. Sadəcə iddiaçı bunu özü istəmədi. İddiaçı hər iki müqavilənin şərtləri ilə tanış olaraq müqavilələri özü imzalayıb. İddiaçının ödədiyi məbləği təsdiq edir. İddiaçı 4139 manatı fərqlərdən hesablayıb.
14. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasında seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını qeyd etmək olar. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər. Beləliklə, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu hüquqa yalnız qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir.
İşin faktiki halı:
19. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, AUT-472 saylı “X3”nə əsasən “X6” minik markalı, NVA212140R2527908 ban nömrəli, ağ rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X3”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan 4450 manat ilkin ödəniş etməklə, illik 17% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 565,45 manat (sonuncu ay 565,73), ümumilikdə isə 24806 manat məbləğində pulu "xxxx" MMCnin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24806 manatın 20310 manatı əsas məbləğ təşkil edir. Daha sonra iddiaçı avtomobili bir müddət idarə etdikdən sonra avtomobildə qüsurlar olduğunu görmüş, həmin qüsurlar zəmanət talonuna əsasən cavabdeh tərəfindən aradan qaldırılması mümkün olan qüsur olsa da, tərəflər arasında olan razılığa əsasən iddiaçı xx.xx.2024-cü il tarixli, AUT-472 saylı “X3”nə əsasən “X6” minik markalı, NVA212140R2527908 ban nömrəli, ağ rəngli avtomobili cavabdehə qaytarmış və tərəflər arasında yeni xx.xx.2024-cü il tarixli, AUT-1172 saylı “Daxili lizinq” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən “X6” minik markalı, NVA212140S2550512 ban nömrəli, qəhvəyi metal rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “X3”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3) əsasən lizinq alan 4450 manat ilkin ödəniş etməklə, illik 21% hesablanmaqla 36 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 595,64 manat (sonuncu ay 595,77), ümumilikdə isə 25943 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 25943 manatın 20310 manatı əsas məbləğ təşkil edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən lizinq alan tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş lizinq ödənişləri tam ödənildikdən sonra lizinq obyektinə mükiyyət hüququ lizinq alana keçir. Tərəflər arasında olan razılığa əsasən ilkin müqavilə üzrə ödənilmiş 4450 manat ilkin ödəniş xx.xx.2024-cü il tarixli, AUT-1172 saylı “Daxili lizinq” müqaviləsi üzrə ödənilməli olan ilkin ödəniş kimi nəzərə alınmışdır. Hazırda iddiaçı cavabdehdən avtomobilin rəsmiləşdirilməsi və icbari sığortası üçün ödədiyi 700 manat, avtomonilin aylıq ödənişləri üzrə ödədiyi 2302 manat və xx.xx.2024-cü il tarixli, AUT-1172 saylı “Daxili lizinq” müqaviləsi illik 21 faizlə bağlandığından əlavə ödəyəcəyi 1137 (25943-24806) manat məbləğində pulun, cəmi 4139 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
21. Qeyd olunanlarla müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında mülki hüquq və vəzifələri müəyyənləşdirən xx.xx.2024-cü il tarixli, AUT-472 saylı “X3” bağlanmış, müqavilənin şərtləri müəyyən edilmiş, tərəflər bununla üzərilərinə müvafiq öhdəliklər götürmüşlər.
22. Lakin bundan sonra tərəflər aralarında xx.xx.2024-cü il tarixdə razılağa gələrək, 02 avqust 2024-ci il tarixli AUT-472 saylı X3 qarşılıqlı razılaşmaya əsasən ləğv olunmuş, iddiaçı lizinq obyekti olan X6 markalı. 77YL353 dövlət qeydiyyat nişanlı, ******* ban nömrəli avtomobil iddiaçıya geri qaytarmış, lizinq alan tərəfindən AUT-472 saylı “Daxili Lizinq” müqaviləsi üzrə ödənilmiş 4500 (Dörd min beş yüz) manat lizinq ödənişi yeni bağlanacaq AUT-1172 saylı “Daxili lizinq” müqaviləsinə yönəlir. Bu “Razılaşma” 02 Avqust 2024-ci il tarixli AUT-472 saylı X2n ayrılmaz tərkib hissəsi olması barədə razılıq əldə olunmuş, razılaşmaya əsasən AUT-472 saylı müqaviləyə görə tərəflərin bir-birinə qarşı heç bir şikayət və tələblərinin olmadığını və gələcəkdə olmayacağını bəyan etmişlər. Göründüyü kimi, 02 avqust 2024-ci il tarixli AUT-472 saylı X3 Mülki Məcəllənin 421.1-ci maddəsinə uyğun olaraq, tərəflərin qarşılıqlı razılaşması ilə ləğv edilmişdir.
23. Bundan sonra tərəflər arasında xx.xx.2024-cü il tarixli, AUT-1172 saylı “Daxili lizinq” müqaviləsi bağlanmış və həmin müqavilə üzrə lizinq obyekti olan “X6” minik markalı, NVA212140S2550512 ban nömrəli, qəhvəyi metal rəngli avtomobil iddiaçının istifadə və sahibliyinə verilmişdir. İddiaçı yeni lizinq müqaviləsinin şərtlərini qəbul etmiş və tərəflər arasında əvvəlki, yəni 02 avqust 2024-ci il tarixli AUT-472 saylı X3 üzrə bir-birinə qarşı heç bir şikayət və tələblərinin olmadığını və gələcəkdə olmayacağını barədə razılıq əldə olunmuşdur. İddiaçı həmçinin, xx.xx.2024-cü il tarixdə cavabdeh cəmiyyətə özü müraciət edərək, ilkin X2n ləğv edilməsini xahiş etmiş və cəmiyyətə qarşı heç bir şikayət və tələbinin olmadığın qeyd etmişdir.
24. Məhkəmə qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir.
25. Bu səbəbdən məhkəmə hər iki müqavilə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlandığını, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 1 saylı razılışmanın 5-ci bəndini, iddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ərizəni, həmin razılaşmanın və xx.xx.2024-cü il tarixli, AUT-1172 saylı “Daxili lizinq” müqaviləsinin qüvvədə olmasını nəzərə alaraq, iddia tələbini “ilkin müqavilə üzrə aylıq ödənişlər üzrə ödənilmiş 2302 manatın və ilkin müqavilədən fərqli olaraq xx.xx.2024-cü il tarixli, AUT- 1172 saylı “Daxili lizinq” müqaviləsi üzrə artıq ödənilməli olan 1137 manat məbləğində pulun ödənilməsi” hissəsində əsassız hesab edir.
26. Məhkəmə iddia tələbənin “X5 İdarəsində maşının rəsmiləşdirilməsi və Maşının İcbari Sığortası xərclərinin əvəzi kimi 700 manat məbləğində pulun ödənilməsi” hissəsində iddia tələbini əsassız hesab edir. Belə ki, qeyd edilən tələbə münasibətdə məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
Nəticə:
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Məhkəmə xərcləri:
28. Məhkəmə, iddianın təmin edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edilməklə Cavabdehnə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva