Məhkəmə qərarları › İş №e-2(007)-1426/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1426/2024

06.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1426/2024 06.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh Əlı̇ yeva Sərı̇ yyə Yavər qızına qarşı olan “borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC cavabdeh Əlı̇ yeva Sərı̇ yyə Yavər qızına qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əlı̇ yeva Sərı̇ yyə Yavər qızından iddiaçı "xxxx" ASC-nin xeyrinə 4215,85 manat məbləğində əsas overdraft borcunun, 1949,08 manat hesablanmış cərimə borcunun, cəmi 6164,93 manat borcun və 81,65 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli ödəniş kartına xidmət göstərilməsi haqqında müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə əsasən “Bu Müqaviləyə görə Bank Müştəriyə cari hesab (bundan sonra Hesab adlanacaq) açmağı və Hesab üzrə plastik kart(lar) (bundan sonra Kart adlanacaq) vasitəsilə hesablaşma kassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsi, Müştəri isə bu Müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürür”. Kartın istifadəsi zamanı xx.xx.2021-ci il tarixində cavabdeh 4250 manat nəğdləşdirmiş, bundan sonra həmin məbləğin onun balansına 2-ci dəfə oturması ilə cavabdeh ona aid olmayan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. Tərəflər arasında bağlanmış cari hesablar üzrə xidmət müqaviləsinin 3.4.2-ci maddəsinə əsasən Müştəri tərəfindən “Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir”. Həmin overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan borclu ona məxsus hesab üzrə yol verdiyi texniki overdraft məbləğini müqavilə üzrə öhdəliklərini yerinə yetirməməklə bu günədək geri qaytarmamışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh Əlı̇ yeva Sərı̇ yyə Yavər qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 910791 nömrəli “plastik kartlarla xidmət göstərilməsi” haqqında müqaviləyə əsasən "xxxx" ASC cavabdehə cari hesab açmağı və hesab üzrə plastik kart vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, cavabdeh isə bu müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4.1-ci və 3.4.2-ci maddələrindən görünür ki, müştərinin Bankın tariflərinə uyğun olaraq sığorta depoziti məbləğinin və müəyyən edilmiş limitlərin həddinə əməl etmək və əks təqdirdə cərimələri ödəmək, müştəri tərəfindən Kart vasitəsilə bir qayda olaraq Hesabda olan pul vəsaitinin məbləği həddində əməliyyat aparmaq və Hesab üzrə texniki overdrafta yol verməmək vəzifələri vardır. X1 razılaşdırılmadan kartın balansında olan pul vəsaitindən artıq əməliyyat aparılması nəticəsində müştərinin Bank qarşısında yaranmış borcudur və Müştəri tərəfindən məcburi qaydada ödənilməlidir. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, UB-ADJ/ƏB/1517 nömrəli məktubdan və hesabdan çıxarışdan görünür ki, Əlı̇ yeva Sərı̇ yyə Yavər qızının xx.xx.2021-ci il tarixində 4215,85 manat overdraft borcu yaranmışdır. Müştərinin xx.xx.2023-cü il tarixində 4215,85 manat və qeyd olunan əsas borca hesablanmış cərimə faizləri 1949,08 manatdır. Nəticə etibarıilə müştərinin ümumi borcu 6164,93 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclunun banka 4215,85 manat əsas, 1949,08 manat cərimə borcu olmaqla, ümumilikdə 6164,93 manat borcu olması müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 462.1-ci, 467-ci, 1091-ci və 1092.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, mülki qanunvericiliyə əsasən bank hesabı müqaviləsinə müvafiq surətdə, pul vəsaitinin olmadığına baxmayaraq, bankın ödənişləri həyata keçirdiyi hallarda (hesabın kreditləşdirilməsi) bank bu cür ödənişi həyata keçirdiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixdə “plastik kartlarla xidmət göstərilməsi” haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı "xxxx" ASC cavabdeh Əlı̇ yeva Sərı̇ yyə Yavər qızına hesab açmağı və hesab üzrə plastik kart vasitəsilə hesablaşmakassa əməliyyatlarının aparılması üçün bank xidmətlərinin göstərilməsini, cavabdeh Əlı̇ yeva Sərı̇ yyə Yavər qızı isə bu müqavilənin ayrılmaz hissəsi olan Bankın müəyyən etdiyi Tarif üzrə ona göstərilən Bank xidmətlərinə görə müvafiq haqq ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh kart hesabından onda olan pul vəsaiti həcmində istifadə etməli olduğu halda həmin vəsait çərçivəsindən kənar istifadə etmişdir və nəticədə 4215,85 manat texniki overdraft yaranmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilənin 2.9-cu bəndində nəzərdə tutulmuşdur ki, müəyyən texniki səbəblərə görə hesabda mövcud olan pul vəsaitindən daha artıq istifadə oluna bilinməsi texniki overdraltın formalaşması ilə nəticələnə bilər. Hesab üzrə texniki overdraft yarandığı halda «Müştəri» «Bank» qarşısında yaranmış borcu texniki oveıdraftın yarandığı gündən ən geci 30 (otuz) iş günü ərzində ödəməlidir. Müəyyən edilmiş vaxtda «Müştəri» «Bank» qarşısında yaranmış borcunu ödəmədiyi təqdirdə, yaranmış texniki overdraft üzrə həmin tarixdən etibarən illik 30 (otuz) % məbləğində cərimə ödənişi həyata keçirilməlidir. Yaranmış borc və ona hesablanan cərimə faizləri müəyyən edilmiş müddətdə qaytarılmadıqda «Bank», «Müştəri»ni xəbərdar etmədən kartın fəaliyyətini dayandıra bilər. Hesab üzrə texniki oveıdraft yarandığı və ya «Müştəri»yə kredit xətti açıldığı təqdirdə yaranmış borc məbləği və hesablanmış cərimə faizləri, dəbbə pulu «Bank» tərəfindən «Müştəri»yə məxsus olan bank hesablarından, o cümlədən digər valyutalardakı hesablarından cari kommersiya məzənnə kursu ilə konvertasiya olunaraq, komisyon haqqları tutulmaq şərtilə akseptsiz qaydada silinə bilər. Məhkəmə qeyd edir ki, hazırda cavabdeh Əlı̇ yeva Sərı̇ yyə Yavər qızı bankın tələbi ilə müvafiq vəsaiti və texniki overdraft üzrə bankın tarifi ilə hesablanmış cəriməni banka ödəməkdən yayınmaqla, kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 295 manat olaraq müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumun tələb etdiyindən iddiaçı tərəfindən ödənilmiş 81,65 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Əlı̇ yeva Sərı̇ yyə Yavər qızından 4215,85 manat əsas borc, 295 manat cərimə borcu olmaqla, cəmi 4510,85 manat borc və ödənilmiş 81,65 manat dövlət rüsumunun əvəzi "Unibank KB” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar