Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1427/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.06.2021-ci il tarixli, GTKR3799959A299 saylı kredit müqaviləsinə əsasən, 2.844 manat əsas; 504.96 manat faiz, cəmi 3.348,96 manat məbləğində borcun, 25.06.2021-ci il tarixli, BBUM3810465A299 saylı kredit müqaviləsinə əsasən 500 manat əsas; 84.22 manat faiz, cəmi 584.22 manat borcun və ödənilmiş 59.33 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə cavabdeh 24.06.2021-ci il tarixli GTKR3799959A299 saylı kredit müqaviləsinə əsasən, ona 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2844 manat məbləğində kredit verilmişdir. Daha dəqiq desək, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 25.06.2021-ci il tarixli, BBUM3810465A299 saylı kredit müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Daha dəqiq desək, kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də,bu öhdəliyi lazimi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 11.03.2022-ci il tarixə İddiaçı ASC-yə 24.06.2021-ci il tarixli, GTKR3799959A299 saylı kredit müqaviləsinə əsasən, 2.844 manat əsas; 504.96 AZN faiz, cəmi 3.348,96 manat məbləğində borcu, 25.06.2021-ci il tarixli, BBUM3810465A299 saylı kredit müqaviləsinə əsasən 500 manat əsas; 84.22 manat faiz, cəmi 584.22 manat borcu yaranmışdır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 24.06.2021-ci il tarixli, GTKR3799959A299 saylı və ona əlavə edilən sənədlərdən görünür ki, ASC tərəfindən ona 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 2844 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 25.06.2021-ci il tarixli, BBUM3810465A299 saylı kredit müqaviləsinə görünür ki, ona 59 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş 16.03.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 11.03.2022-ci il tarixə İddiaçı ASC-yə 24.06.2021-ci il tarixli, GTKR3799959A299 saylı kredit müqaviləsinə əsasən, 2.844 manat əsas; 504.96 manat faiz, cəmi 3.348,96 manat məbləğində borcu, 25.06.2021-ci il tarixli, BBUM3810465A299 saylı kredit müqaviləsinə əsasən 500 manat əsas; 84.22 manat faiz, cəmi 584.22 manat borcu qalmışdır. İşə əlavə olunmuş 14.03.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ASC iddia ərizəsinin verilməsi üçün tərəfindən 59,33 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdeh iddiaçı ilə bağladığı 24.06.2021-ci il və 25.06.2021-ci il tarixli kredit kart müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti borcunu ödəməmiş, kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir, hansı ki, o, iddiaçıya qeyd edilən müqavilələr üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı hesab edildiyindən təmin edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 24.06.2021-ci il tarixli, GTKR3799959A299 saylı kredit müqaviləsinə əsasən, 2.844 manat əsas borc, 504,96 manat faiz borcu olmaqla, cəmi 3.348,96 manat məbləğində borc, 25.06.2021-ci il tarixli, BBUM3810465A299 saylı kredit müqaviləsinə əsasən 500 manat əsas borc, 84,22 manat faiz borcu olmaqla, cəmi 584,22 manat borc və ödənilmiş 59,33 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1427/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1427/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver