Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1428/2024 30.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən LPO QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi üzrə cavabdehdən 340.70 (üç yüz qırx manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 46.70 (qırx altı manat, yetmiş qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, cəmi 387.40 (üç yüz səksən yeddi manat, qırx qəpik) manat məbləğində pulun, 30 (otuz) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır. xx.xx.2014-cü il tarixli 1xx/xx/126941/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 557.58 (beş yüz əlli yeddi manat, əlli səkkiz qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restruktrizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% (1.1.9-cu bənd) olmaqla hesablanır. Restruktrizasiya müqaviləsi 18 ay müddətinə (3.8-ci bənd) bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən olunmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.2024-cü il tarixinə banka 340.70 (üç yüz qırx manat, yetmiş qəpik) manat məbləğində əsas borc, 46.70 (qırx altı manat, yetmiş qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış illik 5 faiz məbləği, cəmi 387.40 (üç yüz səksən yeddi manat, qırx qəpik) manat məbləğində borcu qalmışdır. İş materialları :
3. İddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900821 saylı Restrukturizasiya müqaviləsinə əsasən müəyyən olunur ki, həmin müqavilə ilə Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/126941/14 saylı kredit müqaviləsinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 557.58 (beş yüz əlli yeddi manat əlli səkkiz qəpik) manat qalıq borc məbləği illik 1% dərəcəsi ilə 18 ay müddətinə restrukturizasiya olunmuşdur.
4. LM121900821 saylı xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh restrukturizasiya müqaviləsinə uyğun olaraq 18 ay müdətinə, illik 1% dərəcəsi ilə, ayda 31.22 manat ödəmək şərti ilə, xx.xx.2020-ci tarixindən başlayaraq xx.xx.2021-ci il tarixədək 557.58 manat əsas borc, 4.42 manat faiz borcu olmaqla, cəmi 562 manat məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı LPO "xxxx" KB QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli xx.xx.2019-xx.xx.2023-cü il dövri əhatə edən hesabdan çıxarışdan görünür ki, cavabdeh cəmi 305 manat ödəniş etmişdir.
6. İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh ünvanlandırdığı xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən restrukturizasiya müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə olan ümumi borc qalığı 390.7 manat əsas borc, 44.35 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 435.05 manat borcu yaranmışdır. Cavabdeh 435.05 manat məbləğində borcu 3 gün müddətində tam şəkildə ödəməyəcəyi halda müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
7. İddiaçı LPO "xxxx" KB QSC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli, **********389 nömrəli maliyyə arayışından görünür ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900821 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 340.7 manat əsas borc, 46.7 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 387.4 manat borcu vardır.
8. xx.xx.2024-cü il tarixli, **********59 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı LPO "xxxx" KB QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları :
9. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır.
10. Məhkəmə iddia ərizəsini iş materialları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək qeyd edir ki, işdə olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur.
11. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/126941/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 557.58 manat borc məbləği restrukturizasiya olunmuş və tərəflər arasında iddiaçı LPO "xxxx" KB QSC ilə X1 arasında xx.xx.2019-cu il tarixində LM111900692 saylı Restrukturizasiya müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Tətbiq edilən hüquq :
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi :
14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
15. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
16. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
17. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi bağlanmışdır.
18. Belə ki, iş materiallarına əlavə edilmiş LPO "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900821 saylı Restrukturizasiya müqaviləsinə əsasən müəyyən edilmişdir ki, müqavilənin predmeti tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/126941/14 saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 557.58 manat borc məbləği restrukturizasiya olunmasıdır. Həmçinin Restrukturizasiya müqaviləsi və LM121900821 saylı xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək illik 1 % dərəcəsi ilə, hər ayın 18-dən gec olmayaraq ayda 31.22 manat ödəmək şərtilə 557.58 manat əsas borc və 4.42 manat faiz borcu olmaqla, cəmi 562 manat məbləğində ödəniş etməlidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
20. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
21. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, LM121900821 saylı Restrukturizasiya müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
22. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı LPO "xxxx" KB QSC Cavabdeh qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
23. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. İddiaçı LPO "xxxx" KB QSC hazırki iddia ərizəsi ilə məhkəmədən cavabdehdən 340.7 manat əsas borcun və Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği qismində 46.70 manat pul vəsaitinin tutulmasını tələb edir.
25. Məhkəmə tərəfindən tədqiq edilən iş materiallarına (ödəniş cədvəli, restrukturizasiya müqaviləsi) əsasən müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi üzrə 557.58 manat əsas borc və kreditdən istifadəyə görə 4.42 manat faiz borcu ödəməlidir.
26. Məhkəmə tərəfindən tədqiq edilən xx.xx.2019-xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışa əsasən müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi üzrə 305 manat ödəniş etmişdir.
27. Belə olan halda məhkəmə qeyd edir ki, ki, məhkəmə Cavabdeh xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi üzrə borcu 257 (562-305) manat təşkil etdiyindən həmin hissədə iddia tələbi qismən təmin edilməldir.
28. İddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanmış illik 5% məbləği qismində 46.70 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir.
29. Belə ki, işin faktiki hallarından görünür tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmişdir.
30. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtaranadək yol verilmiş pozulmasına məsuliyyətdən azad etmir. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
32. Belə olan halda məhkəmə qeyd edir ki, işin faktiki hallarına əsasən gecikdirilmiş vaxt üçün Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə əsasən hesablanan faiz məbləği 33.33 manat (257x5/100/360-934) təşkil edir.
33. Belə ki, iddiaçı tərəfindən təqdim edilən maliyyə arayışına əsasən müəyyən edilmişdir ki, kredit müqaviləsinin müddəti qurtardığı xx.xx.2021-ci il tarixdən maliyyə arayışının təqdim edildiyi tarixədək gecikdirilmiş günlərin sayı 934 gün təşkil edir.
34. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı LPO "xxxx" KB QSC məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir.
35. Buna görə də məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
36. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi üzrə 257 manat əsas, 33.33 manat faiz olmaqla, cəmi 290.33 (iki yüz doxsan manat otuz üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı LPO "xxxx" KB QSC-nin hesabına ödənilməlidir.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, LM121900821 saylı restrukturizasiya müqaviləsi üzrə 257 manat əsas, 33.33 manat faiz olmaqla, cəmi 290.33 (iki yüz doxsan manat otuz üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO "xxxx" KB QSC-nin hesabına ödənilsin. İddiaçı LPO "xxxx" KB QSC-nin tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva