Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1433/2024 23.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh Qərı̇ b oğluna qarşı "pul" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qərı̇ b oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh xx.xx.2023-cü il tarixində 9000 (doqquz min) manat məbləğində pulu borc verib. Yazdığı ərizədə həmin borcu xx.xx.2023-cü il tarixində qaytaracağını bildirib. Lakin bu günə kimi cavabdeh ona olan 9000 (doqquz min) manat borcunu ödəməyib. Cavabdeh borcunu ödəməsi barədə ona dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq borcunu ödəməkdən yayınır. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşüb. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Qeyd edilənlərə əsasən Cavabdeh cəmi 9000 (doqquz min) manat məbləğində pulun və ödənilmiş 110 manat dövlət rüsumu cəmi 9110 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddianın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı qızı üçün cavabdehdən ev alıb. Evin pulu iddiaçıya məxsus olsa da, Nail adlı şəxs pulu aparıb cavabdehə özü verirdi. Nail adlı şəxs Cavabdeh polisə şikayət edib. Cavabdeh Şahid3 Nail adlı şəxsin ondan şikayət etdiyini, ona problem yarandığını, ona görə də ona köməklik göstərməsini, borcu öz aralarında həll edəcəyəni bildirib və aralarında razılaşma əldə edilib. Ona görə də, polisdə olan izahatlarla hazırki izahatlar arasında fərq yaranır. İddiaçının ev üçün Cavabdeh borcu olub, borcu ödəyə bilməyib. Cavabdeh evi satması deyib və iddiaçının qızı Şahid3 cavabdehə evlə bağlı etibarnamə verib. Cavabdeh evi ucuz və ya baha satacağının öz işi olduğunu bildirib. Cavabdeh qarşı tərəfdən evə nə qədər xərc çəkdiklərini soruşub və həmin məbləği qaytaracağını bildirib. Cavabdeh evi satandan sonra qarşı tərəfə 28000 manat pul qaytarıb, 9000 manat borclu qalıb, həmin məbləği ödəyəcəyini bildirib və bu barədə qəbz yazıb. Əgər Cavabdeh pul borclu deyildisə, niyə 9000 manat borclu olması barədə qəbz yazıb. 9000 manat pul evin təmirinə çəkilən xərclərdir. Cavabdeh polisə Nail adlı şəxs şikayət edib. Şahid3 Nail adlı şəxsdən ayrılandan sonra həmin şəxs Şahid3 təyziq etmək üçün Cavabdeh polisə şikayət edib. İddiaçıya sonradan edilmiş 500 manat ödəniş, evdən əşyaların çıxarılması üçün idi. Məhkəməyə cavabdeh tərəfindən təqdim edilmiş videogörüntülər natamamdır. Videogörüntülərdə iddiaçıya qaytarılan pulun dəqiq məbləği müəyyən edilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, cavabdeh tərəfindən iddiaçıya 36000 manat pul qaytarılıb. Bundan 32000 manat kamera çəkilişi ilə, 2000 manat kart vasitəsi ilə, 800 və 1000 manat isə şahidin iştirakı ilə qaytarılıb. Cavabdeh ona bildirib ki, İddiaçı qızı ailəsi və uşaqları ilə gələrək ondan ev alıb, sonradan bilib ki, İddiaçı qızının Nail adlı şəxslə qeyrirəsmi münasibətləri olub. Cavabdeh bildirir ki, ona 32000 manat pul ödənilib, artıq pul yoxdur, varsa, sübut olunsun. Həm Nail adlı şəxs, həm də İddiaçı qızı pulun özünə məxsus olduğunu deyirdi. Cavabdeh bildirib ki, müqavilə İddiaçı qızı ilə bağlanılıb, xanımı tanıdığını, pulu da xanıma qaytarıb. Cavabdeh bildirir ki, nə qədər pul verilibsə, bütün pullar qaytarılıb, İddiaçı qızı ev tapa bilməyəcəklərini bildirib, onlara köməklik göstərməsini xahiş edib, amma ondan sonra cavabdeh ödəniş edib, onlara borcu qalmayıb. Nail adlı şəxs Cavabdeh polisə şikayət edəndə, İddiaçı qızı Cavabdeh ona borclu olmadığını bildirib. Cavabdehla müqavilə bağlayan, Cavabdeh etibarnamə verən Sevil xanımdır, hüquq münasibətləri Cavabdehla Şahid3 arasındadır. İddiaçının məqsədi cavabdehdən artıq pul almaqdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilən X2 ifadəsində göstərildi ki, o, iddiaçını tanımır, Şahid3 isə tanıyır. Şahid3 cavabdehdən ev alınıb, sonra ev üçün ödənişləri edə bilmədiyini və evi qaytardığını deyib. Ev üçün pulları kimin ödədiyini bilmir. Şahid3 tərəfindən ev alınarkən o iştirak etməyib. Ev üçün Şahid3 35800 manat pul qaytarılıb, 32000 manatın qaytarılmasını cavabdeh videoyazıya alıb, 2000 manat karta mədaxil edilməklə, 800 və 1000 manatı o, özü qaytarıb. Videoçəkiliş aparılarkən o, tərəflər və Şahid3 iştirak edib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilən Şahid3 ifadəsində göstərilmişdir ki, o, tərəfləri tanıyır, iddiaçı onun atasıdır. O, evin ödənişlərini həmişə pulu Şahid2 verirdi. 73000 manat evin qiyməti idi, ev üçün 18000 manat ilkin ödəniş ediblər. İlkin ödənişi əri aparıb verib. Hər ay ev üçün 1500 manat ödəniş edirdilər. O, evi alan Murad adlı şəxsin yanına gedib, ev üçün hər ay Cavabdeh ödədiyi məbləği onun kartına göndərməyini xahiş edib, o da həmin ödənişləri Cavabdeh bildirəcəyini deyib. Murad adlı şəxs ona belə etsə, Cavabdeh 9000 manat əvəzində 19000 manat alacağını bildirdi. Şahid2 Cavabdeh pul verəndə onu avtomobildə əyləşdirib, kişilər olduğu üçün onu qısqandığını, avtomobildən enməməyini, səsi yazacağını bildirib. O, Şahid2 ayrılıb, Şahid2 onla barışmaq istəyirdi, onunla barışmayıb, o da başına oyun açacağını deyib. Bəlkə də, Şahid2 ilə Cavabdeh biriləşib iş görüblər. Şahid2 ev üçün heç bir ödəniş etməyib. Cavabdeh evin aşağısında 28000 manat pulu sayıb verib, özü videoya çəkib, Məhəmməd də orada olub. Murad adlı şəxs evini 40000 manat ödəməklə Cavabdeh alıb, hər ay Cavabdeh 1000 manat pul ödəyirdi. Cavabdeh pulu ödəyə bilmədiyini, ona Murad adlı şəxsdən pulu istəməyini bildirib. O, Murad adlı şəxsdən Cavabdeh hər ay ödədiyi 1000 manatı onun kartına göndərməsini xahiş edib və beləliklə də Cavabdeh borcu Murad adlı şəxsin vasitəsi ilə ödənmiş olacaqdı. Son 8 rəqəmi 65090405 olan "xxxx" ASC-yə məxsus kartı yoxdur. Onun belə bir kartı olmayıb. 18000 manat pulu əlbəəl, 37000 manat hissəhissə verib, qızıllarını lombarda girov qoyub, kredit götürüb və evi təmir edib. Hər ay Cavabdeh 1500 manat pul ödəyib. Ayrılandan sonra evin pulunu ödəyə bilməyib, evi qaytarıb və evin pulunu tələb edib. Onlar polisdə verdiyi izahatdan sonrakı pulu tələb edir. Cavabdeh atasına olan ümumi borcdan onun kartına 500 manat pul göndərdi, evi Leyla adlı xanıma satdığını dedi, Leyla adlı xanımın ərinin adı Muraddır. Cavabdeh onun kartına 800 və 1000 manat pul göndərməyib. Ümumilikdə ödədikləri pul onların dəftərində 57000 manat idi, Cavabdeh isə 37000 manat olduğunu bildirdi. Cavabdeh 37000 manat puldan atasına 28000 manat verdi, 9000 manat borcu qaldı. O, Xırdalan şəhərində xadimə işləyirdi, Cavabdeh ona Qara Qarayevə gəlməyini, Şahid2 səs yazısı ilə ondan polisə şikayət etdiyini və 18000 manat pulu tələb etdiyini bildirdi. O, Şahid2 bunu soruşanda, belə olmadığını deyib. Cavabdeh onu Sabunçu rayonunda polisə aparıb, polis ondan ərinin Cavabdeh pul tələb etdiyini soruşduqda, Cavabdeh onu çölə çıxarıb, ondan ərizədə onun 37000 manat məbləği qaytardığını yazmağını xahiş edib. O, Cavabdeh bu formada ərizə yazsa, pulunu qaytaracağını soruşub, Cavabdeh ona bildirib ki, “ərizəni yaz, sizin pulu qaytarmasam, nakişiyəm”. O, savadsız olduğundan cavabdehə inanıb. Bu hadisə avqust ayının 3-4-ü olub. Avqust ayının 3-dən fevral ayının 8-ə qədər Cavabdeh ona zəng edərək deyib ki, “xahiş edirəm, mən qısnama, məni sıxma”. Cavabdeh bir dəfə kartına 500 manat pul göndərib. Cavabdeh ona bildirib ki, qalan məbləği göndərməsə, nakişidir. 2023-cü ilin sentyabr ayının sonlarında Cavabdeh 9000 manat puldan 500 manat pulu kartına göndərib, onlara 8500 manat pulu qalıb. Ev üçün ödənilən pullar atasının pulu olub, pulu atası ona verib, o, özü xadimə olduğu üçün ev üçün ödənişləri özü edə bilməzdi. Şahid2 cavabdehə evin ilkin ödənişi olan 18000 manatı özü versə də, pul onun ailəsinə məxsus pul idi. Şahid2 polis orqanında verdiyi izahatında ev üçün edilən ödənişlərin onun olduğunu desə də, həmin pullar atasının olub. O, Şahid2 həqiqətən pulların ona məxsus olduğu iddia edirsə, onu məhkəməyə verməyini deyib, lakin məhkəməyə müraciət olunmayıb. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, tərəfləri tanıyır və İddiaçılə 1983-cü ildən dostluqları var. Tərəflərlə birlikdə Qara Qarayevdə çayxanada oturublar. Cavabdeh öz xətti ilə iddiaçıya pul verəcəyini və dəqiq tarixini bilmədiyi müddətdə qaytaracağını yazıb. Cavabdeh həmin yazını yazarkən üçü, yəni İddiaçı, Cavabdeh və o var idi, başqa heç kim yox idi. Cavabdeh ev üzrə qalan borcu iddiaçıya qaytarmalı idi. O, da həmin razılıqda iştirak edib. Cavabdeh iddiaçıya 9000 manat pul qaytarmalı idi, özü də yazıb. Cavabdeh həmin yazını 2023-cü ilin payız aylarında yazıb. 2023-cü ilin payız aylarından sonra cavabdeh iddiaçıya pul qaytarmayıb. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “Mən Cavabdeh Qərı̇ b oğlu (AA*******) İddiaçı 9000 AZN borcluyam və bu (doqquz min) manat borcu 20 iyul ayında qaytaracağam, qaytarmasam İddiaçı heç bir söhbətsiz onu şikayət də bilər və mən söz verdiyim müddətə bu borcu qaytaracağam. xx.xx.2024. Qəbz Cavabdeh Qərı̇ b oğlu tərəfindən imzalanmışdır. - Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, vətəndaş Şahid2 şikayət ərizəsi əsasında topanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. - Məhkəməyə bir ədəd disk təqdim edilmişdir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 110 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iş materiallarının və tərəflərin izahatları ilə müəyyən olundu ki, İddiaçı qızı Şahid3 ev almaq üçün Cavabdeh Qərı̇ b oğluna birdəfəlik 18000 manat, qalan ödənişləri isə hissə-hissə edib, sonradan evin dəyərinin ödənişlərini edə bilmədiyindən cavabdehdən edilmiş ödənişlərin qaytarılmasını tələb edib. Cavabdeh tərəfindən ev üçün edilmiş ödənişlərin bir hissəsi qaytarıldıqdan sonra 9000 manat borc qalmış və cavabdeh həmin pulu xx.xx.2023-cü ildə qaytaracağına dair öhdəlik götürüb. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh pulu qaytarmamış və pulu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh Qərı̇ b oğlu İddiaçı 9000 manat pul borclu olmasına dair iltizam tərtib etmişdir, lakin hazırkı vaxtadək pulu tam qaytarmamışdır. Məhkəmə iclasında iddiaçı tərəf həmin iltizamın tərtibindən sonra cavabdeh tərəfdən cəmi 500 manat ödəniş edildiyini qeyd etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 həmin iltizamın onun iştirakı ilə tərtib edildiyini, digər Şahid3 isə atası tərəfindən ona ev alınması cavabdehə ödəniş edildiyini, lakin sonradan evin ödənişlərini edə bilmədikləri üçün evdən çıxdığını və cavabdeh tərəfindən ev üçün edilmiş ödənişlərinin hamısının qaytarılmadığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsaslıdır. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iddiaçı evin dəyəri kimi, təmir pulu daxil olmaqla, cavabdeh tərəfindən ona 37000 manat pul ödənilməli olmasına baxmayaraq, cəmi 28000 manatın qaytarıldığını və 9000 manatın borc qaldığını, buna dair qəbz tərtib edildiyini qeyd edib. Cavabdehin nümayədəsi və vəkili isə iddiaçı tərəfə ümumilikdə 35800 manat pulun ödənildiyini, bundan 32000 manatın qaytarılmasının məhkəməyə təqdim edilmiş videogörüntülərlə, 2000 manatın iddiaçı tərəfə məxsus karta köçürmə etməklə, 8000 manat və 1000 manatın isə məhkəmədə dindirilmiş şahid Məmməd Bağırov vasitəsi ilə qaytarıldığını qeyd etmişdir. Məhkəmədə dindirilmiş şahid Məmməd Bağırov qeyd edilənləri təsdiq etmişdir. Məhkəməyə təqdim edimiş bir ədəd diskdə bir ədəd səs yazısı və bir ədəd video yazı qeydə alınmışdır. Səs yazısında bir nəfər şəxsin Mətləbə ümumilikdə 32000 manat pul verildiyi qeyd edilmiş, lakin məhkəmə iclasında həmin səs yazısının iddiaçıya məxsus olduğu öz təsdiqini tapmamışdır. Videogörüntüdə isə iddiaçının, iddiaçının qızı Şahid3 və cavabdehin görüntüləri əks olunub, onlar söhbət edən zaman iddiaçı stul üzərində yerləşdirilmiş pulları saymışdır. Məhkəmədə cavabdehin nümayəndəsi və vəkili videogörüntüdə əks olunan pulların miqdarının 32000 manat olduğunu qeyd etsə də, həmin hal məhkəmədə öz təsdiqini tapmamış, pulların dəqiq miqdarı müəyyən edilməmişdir. İddiaçı tərəf isə cavabdeh tərəfindən 28000 manat məbləğində pulun qaytarıldığı və video görüntülərin natamam şəkildə məhkəməyə təqdim edildiyini qeyd etmişdir. Məhkəmə həmçinin, qeyd edir ki, cavabdeh iddiaçıya 35800 manat pulun qaytarıldığını deməklə, ev üçün iddiaçıya həmin məbləğdə borcu olduğunu etiraf etmişdir, lakin həmin pulların hamısının iddiaçıya qaytarılması təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bundan başqa, Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində Şahid2 müraciəti əsasında araşdırma aparılmış və onun şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Şahid2 müraciətində cavabdehə ev üçün 41500 manat ödənildiyini, sonradan cavabdehin həmin evi satmasında baxayaraq ev üçün edilmiş ödənişləri qaytarmadığını, cavabdeh isə ev üçün edilmiş ödənişlər üçün İddiaçı və qızı Şahid3 34000 manat pul qaytardığını, Şahid3 isə cavabdehin izahatında göstərdiyi hallarla razılalaşaraq, atasının pulundan onlara 34000 manat pulun qaytarıldığını qeyd etmişdir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı ev üçün cavabdehə verilmiş ödənişlərin iddiaçıya məxsus olması öz təsdiqni tapmışdır, həmçinin cavabdeh Bakı şəhəri Sabunçu rayonu RPİ-nin İstintaq Şöbəsində araşdırma aparıldıqdan sonra iddiaçıya 9000 manat borcunun olmasına dair iltizam tərtib etmiş və məhkəməyə təqdim edilmiş videogörüntlülərdə cavabdeh tərəfindən qaytarılmış pul vəsaitinin məhz iddiaçı tərəfindən təhvil alındığı müşahidə edilmişdir (lakin qeyd edildiyi kimi videogörüntülərdə qaytarılmış pulun miqdarını dəqiq müəyyən etmək mümkün olmamışdır). Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh həmin öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, aldığı pulu iddiaçıya qaytarmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdeh tərəfindən edilmiş ödənişləri nəzərə alaraq, hesab edir ki, iddia tələbi 8500 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Qərı̇ b oğlundan 8500 (səkkiz min beş yüz) manat məbləğində pul alınıb, İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı tərəfindən 110 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun 6 manatı iddiaçıya, 104 manatı cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qərı̇ b oğlundan 8500 (səkkiz min beş yüz) manat məbləğində pul və ödənilmiş 104 manat dövlət rüsumu alınıb, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 6 manatı İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1433/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1433/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver