Məhkəmə qərarları › İş №e-2(007)-1459/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1459/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1459/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Mirzəyevin sədrliyi X1 Qurbanovun katibliyi İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə vermişdir. İddia tələbi onunla əsaslandırıımışdır ki, cavabdeh Şükürov hissə-hissə ödəmək şərti ilə “Real Elektroniks” mağazasından 2164 manat dəyərində kombi alıb. Digər Cavabdeh1 isə həmin borca görə zəmindik müqaviləsi imzalayıb.Cavabdehlər tərəfindən ilk vaxtlar ödənişlər olunsa da, sonradan ödənişlər dayanmışdır.O, cavabdehlərdən borcun ödənilməsini tələb etsə də, bunun nəticəsi olmayıb. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd olunanları nəzərə alıb, iddianın təmin edilməsi,cavabdehlərdən müştərək qaydada 513 manat əsas borcun,200 manat cərimənin və 30 manat dövlət rüsumunun,cəmi 743 manat pulun onn xeyrinə rtutukması barədə qətnamə çıxarılmsını xahiş etmişdir. İddiaçı iddia ərizəsinin(əmr çıxarılması barədə ərizənin)məzmununa iyöun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul etmədi və izahat verərək göstərdi ki,qeyd olunan zaminlik müqaviləsini imzalasa da onun zaminlik müqaviləsi olmasından məlumatsız olub. Mağazada olanda ona sənəd imzalatdırmışlar,lakin həmin sənədin zaminlik müqaviləsi olduğunu demədilər. Eyni zamanda onu da, qeyd edir ki, iddiaçı tərəf əsassız olaraq onun əmək haqqından həmin borcu çıxır.Xahiş edirəm iddia tələbi təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: 15 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı(VÖEN-**********2) Cavabdeh2 dəyəri 1692 manat olan Kombi “Novastar”və onun aksesurlarını satmışdır. 15 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 həmin alqı-satqı müqaviləsinə görə üzərinə zaminlik öhdəlikləri götürmüşdür. 15 dekabr 2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 1lkin ödəniş 124 manat olmaqla,malın dəyərini hər ay 170 manat olmaqla cəmi 12 ay ərzində ödəmək öhdəliyi götürüb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında 15 dekabr 2017-ci il tarixdə nisyə(ilkin ğdənişli) alqı-satqı müqaviləsi bağlanmış,sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı(VÖEN-**********2) Cavabdeh2 dəyəri 1692 manat olan Kombi “Novastar”və onun aksesurlarını satmışdır. Lakin Cavabdeh2 həmin müqavilədən irəli gələn öhdəlikləri tam və lazımınca icra etməmişdir.Hal hazırda onun 513 manat əsas borcu,200 manat cərimə üzrə borcu qalmışdır. Digər Cavabdeh1 isə üzərinə götürdüyü zaminlik öhdəliklərinə əməl etməmişdir. Ona görə də məhkəmə hesab edir ki,əsas borc 513 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutulması hissəsində iddia əsaslı olduğundan təmin olunmalıdır. Tərəflər arasında bağlanmış müqavilə ilə cərimənin ödənilməsi nəzərdə tutulsa da, 15 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 200 manat məbləğində cərimənin tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə uyğun olaraq tənasübsüz surətdə yüksək olduğu üçün, həmin cərimənin məbləği azadılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, 200 manat məbləğində dəbbə pulu azaldılmalı və 05 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları tam və hərtərəfli araşdırıb qiymətləndirərək hesab edir ki,ilk iddia qismən təmin olunmalı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 513 manat əsas bor,5 manat cərimə və 30 manat dövlət rüsumu,cəmi 548 manat tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin olunsun. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 513 manat əsas borc, 5 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 548 manat tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar