Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-147/2022 02.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01 fevral 2020-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 40 ay müddətinə, illik 21% olmaqla 12800 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Göstərilənləri nəzərə alaraq, Cavabdeh ilə bağlanmış 01 fevral 2020-ci il tarixli müqavilənin ləğv edilməsi və Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11874,9 manat məbləğində əsas borcun, 2674,97 manat məbləğində faiz borcunun, cəmi 14549,87 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddiaçı ilə 01 fevral 2020-ci il tarixdə CP/66828/73/4 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit məbləği Cavabdeh istehlak yönümlü aldığı əmək haqqı əsasında təqdim edilmişdir, hər hansı sahibkarlıq fəaliyyəti və biznes əlaqəsi olmamışdır. 2020-ci ildə COVİD-19 pandemiya şəraitinin yaranması ilə bütün, bir çox iş yerlərində ixtisar və iş yerlərinin bağlanması ilə təsadüf etdiyi kimi Cavabdeh çalışdığı iş yerindən də cavabdeh işsiz qalmışdır. İşlədiyi dövrdə müqavilə imzalandıqdan sonra dörd ay ərzində vaxtlı-vaxtında kredit ödənişlərini etmişdir. İşdən ayrıldığı iyun ayında isə ödənişləri edə bilməmişdir. Amma bu Cavabdeh ödəniş qabiliyyətinin olmaması anlamına gəlir. Kredit öhdəliyinin müddəti bitməmişdir. Kreditor bir tək borclunun ödəniş qabiliyyətini halda vaxtından əvvəl borcun ödənilməsini tələb edə bilər. Halbuki, 02 avqust 2021-ci il tarixindən etibarən Cavabdeh yeni işə düzəlmişdir, ödəniş qabiliyyəti tam vardır və kredit ödənişlərinə növbəti aydan etibarən hər ay 500 (beş yüz) manat olmaqla ödəniş etməyə başlamışdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdeh məhkəmə prosesinin gedişində 26 fevral 2022-ci il tarixdə kredit borcundan 1000 manat məbləğində ödəniş etmiş, həmin məbləğ müvafiq olaraq gecikdirilmiş cari günədək hesablanmış faiz borcundan silinmişdir. Hazırda isə 01 mart 2022-ci il tarixə olan maliyyə arayışını təqdim edir, həmin arayışa əsasən cavabdehin əsas borcu 11874,90 manat, faiz borcu isə 2889,36 manat təşkil edir. Bununla belə, bank humanistlik göstərərək, iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməmişdir. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qismən qəbul edib izahatında bildirdi ki, Cavabdeh əvvəllər banka borclu olduğu kreditdən ödənişlər etsə də, pandemiya səbəbindən bir müddət ödənişləri edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edildikdən sonra isə 1000 manat məbləğində ödəniş edilmişdir. Bank isə qeyd olunan ödənişi əsas borcdan deyil, faiz borcundan silmişdir. Ümumiyyətlə, bank tərəfindən ödənişlərin silinməsi düzgün həyata keçirilmir. Qeyd etdiklərinin nəzərə alınaraq, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2020-ci il tarixli CP/66828/73/4 saylı kredit sazişindən görünür ki, bank tərəfindən Cavabdeh 40 ay müddətinə, illik 21 faiz ödəmək şərti ilə 12800 manat məbləğində kredit verilmişdir. Cavabdeh 40 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 01 fevral 2020-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh oğlu hər ayın 01-dən gec olmayaraq 40 ay müddətinə 447.64 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. - İddiaçı ASC tərəfindən təsdiq edilmiş 26 aprel 2014-cü ildə təsdiq edilmiş İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtlərinin 7.1.1 bəndinin a) yarımbəndinə əsasən müştəri ödənişlərini müqavilədə və onun əlavələrində göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. - 01 fevral 2020-ci il tarixli kassa məxaric orderindən görünür ki, həmin tarixli kredit müqaviləsi üzrə Cavabdeh 12800 manat məbləğində pul vəsaitini nağd şəkildə İddiaçı ASC-dən qəbul etmişdir. - İddiaçı ASC ilə bağlanmış - 01 fevral 2020-ci il tarixli Kredit sazişinə əsasən 40 ay müddətinə, illik 21% olmaqla 12800 manat məbləğində kredit götürülmüşdür. Hal-hazırda borclu tərəfindən borcun ödənilməsi gecikdirilir. İddiaçı ASC ilə bağlanmış 01 fevral 2020ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 11874.90 manat əsas, 2169.08 manat faiz və 0 manat məbləğində cərimə borcu təşkil edir. Ödəniş gününə olan borcun 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. Əks halda müvafiq borc məbləği tələbi ilə bağlı məhkəməyə müraciət olunacaq və “Bank”ın tələbləri, habelə məhkəmə xərcləri və icra hərəkətlərinə çəkilən xərclər borcludan tutulacağı qeyd olunmuşdur. - 28 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 fevral 2020-ci il tarixli müqavilə üzrə İddiaçı ASC-yə 11874,9 manat əsas, 2674,97 manat faiz borcu vardır. - 30 iyun 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. - 01 mart 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 01 fevral 2020-ci il tarixli CP/66828/73/4 müqavilə üzrə 01 mart 2022-ci il tarixə İddiaçı ASC-yə 11874,9 manat əsas, 2889,36 manat faiz borcu vardır. - Məhkəmənin 16 sentyabr 2021-ci il tarixli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 dekabr 2021-ci il tarixli, 9/7497 saylı rəyindən görünür ki, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 01.02.2020-ci il tarixli, CP/66828/73/4 saylı kredit sazişinin şərtləri nəzərə alınmaqla, Cavabdeh 28.06.2021-ci il tarixə (məhkəmədə iddia qaldırılan tarix) banka olan əsas və faiz borcu 14.548,24 manat məbləğində, 27.12.2021-ci il tarixə (ekspert rəyinin tarixi) banka olan əsas və faiz borcu 15.318,53 manat məbləğində və 01.06.2023-cü il tarixə (sazişin son tarixi) banka olan əsas və faiz borcu 18.878,90 manat məbləğində müəyyən edilir, o cümlədən: 28.06.2021-ci il tarixə əsas borc üzrə 11874,50 manat, faiz borcu üzrə 2673,74 manat, 27.12.2021-ci il tarixə əsas borc üzrə 11874,50 manat, faiz borcu üzrə 3444,04 manat və 01.06.2023-cü il tarixə əsas borc üzrə 11874,50 manat, faiz borcu üzrə 7004,41 manat müəyyən edilir. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01.02.2020-ci il tarixli, CP/66828/73/4 saylı kredit sazişi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən müqavilə üzrə bank tərəfindən cərimə hesablanmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.02.2020-ci il tarixli, CP/66828/73/4 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənilmiş pul məbləğlərinin əsas və faiz borclarına yönəldilməsi zamanı İddiaçı ASC tərəfindən müqavilənin şərtlərinə əməl edilmiş və ödənişlərin əsas və faiz borclarına silinməsi düzgün həyata keçirilmişdir. Bundan başqa kredit ödənişlərindən hesablanmış faiz borcuna artıq silinmələr həyata keçirilməmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01.02.2020-ci il tarixli, CP/66828/73/4 saylı kredit müqaviləsinin əlavəsi üzrə hesablanmış faizlər əsas kredit borcuna nisbətdə düzgün hesablanmışdır. Hesablanmış faiz borcunun əsas məbləğə nisbətdə ödəniş ardıcıllığı, yəni aylıq kredit ödəniş məbləği əsas borc məbləğinə annuitet cədvəl üzrə mütənasibdir. - 27 dekabr 2021-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, 27 dekabr 2021-ci il tarixli, 9/7497 saylı məhkəmə-mühasibatlıq ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2020-ci il tarixli CP/66828/73/4 saylı kredit sazişinə əsasən bank tərəfindən Cavabdeh illik 21% olmaqla, 40 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12800 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdehnın hesabına köçürülmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 01 fevral 2020-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Cavabdehin kredit müqaviləsi üzrə borc məbləğlərinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01 fevral 2020-ci il tarixli, CP/66828/73/4 saylı kredit sazişinin şərtləri nəzərə alınaraq Cavabdeh İddiaçı ASC-yə 28.06.2021-ci il tarixə əsas borcu 11874,50 manat, faiz borcu 2673,74 manat müəyyən edilir. İddiaçı tərəfindən isə, cavabdehdən 11874,90 manat əsas borc, 2674,97 manat faiz borcu tələb edilmişdir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğlərinin azaldılması ilə bağlı ərizə təqdim edilməməsinə baxmayaraq, cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ekspertizanın rəyi həmin hissədə mötəbər sübut növü qismində qəbul edilərək əsas və faiz borca dair hissələrdə iddia qismən təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazında, o cümlədən məhkəmə iclasında göstərdikləri ilə bağlı isə qeyd edir ki, etirazda irəli sürülən dəlillərin əsası olmamaqla sübut qismində qəbul edilə bilməz və iddianın yuxarıda qeyd olunan qaydada təmin edilməsinə maneə deyil. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01 fevral 2020-ci il tarixli, CP/66828/73/4 saylı müqavilə ləğv edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11874,50 manat əsas borc və 2673,74 manat faiz borcu olmaqla, cəmi 14548,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 manat məbləğində pul Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01 fevral 2020-ci il tarixli, CP/66828/73/4 saylı müqavilə ləğv edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 11874,50 manat əsas borc və 2673,74 manat faiz borcu olmaqla, cəmi 14548,24 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-147/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-147/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver