Məhkəmə qərarları › İş №e-2(007)-147/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-147/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-147/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçının Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddia,iddiaçı Cavabdeh İddiaçı qarşı icra qeydinin ləğv olunmasına dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Cavabdeh xeyli müddətdir ki,tanıyır.Onunla yaxşı münasibətləri olmuşdur.2021-ci ilin yay aylarında cavabdeh iş qurmaq adı ilə 15000 manat borc pul almış,cəmi 2 aya borcu qaytaracağını bildirmişdir. Onun səmimiliyinə inanaraq,eləcə də aralarında yaxşı münasibət olduğunu nəzərə alaraq cavabdehə etibar etmiş və 15000 manat borc vermişdir.Bu barədə cavabdehlə 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi bağlamışdır.Həmin vaxt maddi vəziyyəti yaxşı normal olduğuna görə,eləcə də onunla olan səmimi münasibətinə görə borcu cavabdehə faizsiz vermişdir. Aralarında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borc 2021-ci ilin sentyabr ayının 22-də qaytarılmalı olsa da cavabdeh qeyd olunan vaxtda borcu qaytarmamışdır.Borcun qaytarılmasını ondan tələb etdikdə hər dəfə tez bir zamanda qaytaracağını bildirsə də, borcu qaytarmamış, daha sonra isə onun telefon zənglərinə ümumiyyətlə cavab verməmişdir. Qeyd olunanlara əsasən Cavabdeh onun xeyrinə 15000 manat borcun və 135 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı qarşı icra qeydinin ləğv olunması tələbinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, “BakuTransport MMC”-nin prezidenti İddiaçı maşın kirayəsi verilməsi ilə məşğul olan bir şəxs kimi tanıyır. 2020-ci ildə ondan “Hyundai Sonata” markalı maşını kirayə müqaviləsi ilə götürmüşdür.Həmin vaxtlar maşın kirayə haqqını nağd pul və çeklər vasitəsilə davamlı surətdə ödəyirdi.Müəyyən səbəblərə görə ödənilməyən vaxtlar da olurdu. Həmin vaxtlarda o öz şərikləri ilə münaqişə yarandığını bəhanə edib,ondan qəbz yazıb verməyi və müəyyən digər şərtləri deyirdi. O da bunların hamısını yerinə yetirirdi. Bir müddətdən sonra hamı üçün məlum olan dünya miqyaslı pandemiya peyda oldu. Bu ərəfədə bütün gediş-gəliş dayandığı kimi həmin maşını da istifadə etmək mümkün olmadı. Bu müddətdə cavabdeh pandemiyanı nəzərə almadan öz istədiyi məbləği, istədiyi günlərə vurub, istifadə olunmayan həmin günləri nəzərə almadan bu məbləğləri alırdı. Daha sonra 22 iyul 2021-ci il tarixində ona zəng edib notariat ofisində olduğunu və onunla görüşmək istədiyini bildirdi. O, həmin notariat ofisinə gəldi. Görüşəndə Nizami ona təlaşla bildirdi ki, “İş şəriklərimlə aramızda pul münaqişəsi yaranıb. Mən onları sakitləşdirmək üçün demişəm ki, Elnurun mənə verəcəyi var. O, bəhanəni kəsmək üçün burada müqavilə yazdırmışam, ona imza at, mən də onlara göstərim və 2 aydan sonra bundan əvvəlki qəbzlər kimi bunu da cırıb atacağam” deyərək bu işdə ona kömək etməyi ondan xahiş etdi.Cavabdehə inandığı üçün, tərəddüt etmədən göstərdiyi yerə imza atıb, heç bir sənəd almadan, başqa işləri olduğu üçün tez də çıxıb getdi. Bundan sonra şərikləri və özü ona tez-tez zəng edib narahatlıq yaradırdılar.20 sentyabr 2021-ci il tarixində o, bezmiş halda müəyyən yerlərdən çətinliklə əldə edib, 15000 manat ona vermək üçün, cavabdehin ofisinə gəldi.Notariat ofisindən ona yalandan imza etdirdiyi on beş mini gətirdi. “gedək orda həmin sənədi ləğv etdir, pulu verim “ dedi. Nizami dedi ki, “Mən burada öz imzam, möhürümlə təsdiq edərək, akt yazıb qanuni sənədləşmə ilə pulu səndən alaram və notariatın sənədini də sənin yanında cırıb atıram.” Onun dediyi kimi etdi, həmin pulu cavabdehə verdi.Nizami yazdığı aktın bir surətini ona verdi. Bundan bir neçə müddət sonra ona Nizami Rayon İcra şöbəsinin məmuru zəng edib, İddiaçı ondan şikayət etdiyini, həmin notariat sənədini də bəhanə edib, ondan yalandan təkrar pul tələb etdiyini bildirdi. O,Nizami ilə əlaqə saxlayıb, bu nə hərəkətdir etdiyini deyəndə Nizami ona bildirdi ki, “Bunu mənim şəriklərim edib. Sən narahat olma mən özüm bunu yoluna qoyacağam.” Bu barədə heç kimə heç bir söz deməməyi bərk-bərk tapşırdı. Bir müddətdən sonra da həmin şikayət işinin Xətai Rayon İcra şöbəsinə yönəldiyini ona bildirdilər. Həmin vaxt o, Nizami ilə əlaqə saxlayanda Nizami ona həmin sözü təkrarladı ki, “Narahat olma. Bizim bunlarla münaqişəmiz bitən kimi bu işi həll edəcəm”.O, hüquqşünas olduğu üçün bu işləri yaxşı bilir. Dövlətin tətbiq etdiyi qanuna görə borc pul alan adama verilən pul notariatda nağd yolla yox, bank vasitəsilə depozit yolu ilə bir neçə gün bankda qalandan sonra ödənilir. Lakin onların bu saxta əməliyyatda o, nə İddiaçı,nə notariatdan, nə də bankdan pul almayıb. Onların borc pul adlandırdıqları yalnız müəyyən miqdarda maşın kirayəsi olubdur ki,o da onların yalandan dedikləri ən yüksək məbləği tam ödəyib. Həmin vaxtdan çox keçdiyi üçün,tapdığı, müəyyən kirayə haqqı verdiyi pul ödənişi qəbzlərinin bir neçəsini sübut üçün və cavabdehin öz möhürü və imzası ilə təsdiq edərək yazdığı akt və digər sənədləri bu işdə nağd pul borcu olmadığını sübut kimi qoşma ilə ərizəyə əlavə edir. Əvvəldən o da Nizamideən rəsmi qaydada şikayət edə bilərdi. Ancaq onunla dost olmasa da, çox yaxın yoldaşlıq edib dəfələrlə çörək kəsdiyi üçün, ona inanıb.Lakin o, dəfələrlə uzun müddətdən sonra bu iş tam yadından çıxdığı bir vaxt, Nizami rayon İcra şöbəsinə şikayət edib, bundan sonra Xətai rayon İcra şöbəsinə şikayət edib, bir müddətdən sonra ərizə verib həmin işin dayandırılmasını tələb edib, bundan sonra Nizami rayon Məhkəməsinə müraciət edib və daha sonra işin baxılmamış saxlanılması üçün ərizə verib. Qarşılıqlı iddia tələbini isə onunla əsaslandırır ki,icra qeydinin verilməsinə səbəb olan,Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini tam olaraq icra edib və İddiaçı kredit müqaviləsində nəzərdə tutulan 15000 manat pulu 20 sentyabr 2021ci ildə təhvil verib.Bu barədə həmin tarixdə akt tərtib olunub,həmin aktın “pulu verən”qrafasında o- Cavabdeh, “pulu alan”qrafasında İddiaçı imza edib.Bundan başqa,həmin akt İddiaçı “prezident” olduğu "xxxx" MMC-nin dairəvi möhürü ilə möhürlənib.Qeyd olunanlara əsasən ilk idida üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh X3 ona qarşı borc tələbinə dair iddiasının rədd olunması,qarşılıqlı iddia təmin olunmaqla Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X1 təsdiq etdiyi 17 dekabr 2021 -ci il tarixli icra qeydinin ləğv olunması,ödənilmiş 135 manat dövlət rüsumunun X2 onun xeyrimə tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğluun (və ya nümayəndəsinin) iştirakı omadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə ilk iddianı qəbul etmədi qarşılıqlı iddia ərizəsini müdafiə etdi. Qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ilk iddia üzrə işin icraatına xitam verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: “Borc verən” İddiaçı ilə “Borc alan” Cavabdeh arasında bağlanmış və Bakı şəhərindəki 6 saylı notariat ofisində notarial qaydada rəsmiləşdirilmiş 22 iyul 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki,Cavabdeh İddiaçı iki ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc pul almışdır. "xxxx" MMC ilə(prezident İddiaçı şəxsində)Cavabdeh arasında 26 mart 2020-ci bağlanmış “Nəqliyyat vasitəsinin icarə müqaviləsin”dən görünür ki, Cavabdeh həmin müəssisədən “Hyundai Sonata” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Cavabdeh tərəfindən imzalanmış tarixsiz qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh həmin qəbzi ondan ötəri verirəm ki,mənim "xxxx" MMC-yə “Hyundai Sonata” markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsinə görə 8400 manat borcum yaranmışdır. 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli icra qeydindən görünür ki, 22 iyul 2021-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh 15000 manat krediti qaytarmadığı üçün icra qeydi verilmişdir. Tələbkar İddiaçı Xətai rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə qeyd olunur ki, “Yazıb Sizə bildirirəm ki,xx.xx.2021 ci il tarixli 13612 nömrəli icra qeydinə əsasən borclu Cavabdeh 15000 manat pul vəsaiti alınaraq onun xeyrinə ödənilməlidir.Məlumat üçün bildirirəm ki,borclu Cavabdeh hal-hazırda borcu 15000 manat təşkil edir. Sözügedən icra qeydini “İcra haqqında”Qanunun 17.1.10-cu maddəsi ilə dayandırılmasını xahiş edir” “İcra sənədi üzrə icraatın dayandırılması barədə” Xətai rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhərindəki 6 saylı notariat ofisinin 13612 nömrəli,xx.xx.2021-ci il tarixli icra sənədinin icrası tələbkar İddiaçı ərizəsinə əsasən dayandırılmışdır. "xxxx" MMC ilə(prezident İddiaçı şəxsində)Cavabdeh arasında bağlanmış 20 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh icarəyə götürdüyi avtomobillə əlaqədar yaranmış 8400 manat icarə haqqını və 6 saylı Notariat Ofisində bağlanmış 22 iyun 2021-ci il tarixli kredit müqaviləsinə əsasən borc aldığı 15000 manatı tam olaraq qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki,ilk iddia üzrə Cavabdeh,ilk iddia üzrə İddiaçı 22 iyul 2021ci il tarixli kredit müqaviləsi üzrə iki ay müddətinə qaytarmaq şərti ilə 15000 manat borc pul almışdır. Həmin müqavilə notarial qaydada təsdiq olunmuş və borcalan müqavilə öhdəliklərinə əməl etmədiyi üçün 6 saylı Notariat Ofisindən 17 dekabr 2021-ci il tarixli icra qeydi verilmişdir. İcra qeydi Xətai rayonu İcra Şöbəsində icra edilərkən tələbkar İddiaçı ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə icra sənədinin icrası dayandırılmışdır. İlk iddia üzrə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunan 20 sentyabr 2021-ci il tarixli təhvil-təslim aktının məzmunundan görünür ki, Cavabdeh 15000 manat kredit borcunu İddiaçı tam olaraq qaytarmışdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədinin icraatına xitam verilir. Məhkəmə borclu Cavabdeh tərəfindən icra sənədinin tam olaraq icra edildiyini nəzərə alaraq hesab edir ki, 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli 13612 nömrəli icra qeydi ləğv olunmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki,qarşılıqlı iddia üzrə iddiaçı işə məhkəmədə baxılması üçün 135 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qarşılıqlı iddia təmin olunduğundan qarşılıqlı iddiaçının ödədiyi 135 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən onun xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərk hesab edir ki, qarşılıqlı iddia təmin olunmalı, 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli 13612 nömrəli icra qeydi ləğv olunmalı, İddiaçı ödənilmiş 135 manat dövlət rüsumu Cavabdeh xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Qarşılıqlı iddia təmin olunsun. Cavabdeh İddiaçı xeyrinə 15000 manat tutulması barədə 6 saylı Notariat Ofisindən verilmiş 17 dekabr 2021-ci il tarixli 13612 nömrəli icra qeydi ləğv olunsun. İddiaçı ödənilmiş 135 manat dövlət rüsumu Cavabdeh xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar