Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1473/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ REDMİ NOTE 9” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər 41 manat olmaqla, cəmi 483 manat, 08.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “CASİO” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər 9 manat olmaqla, cəmi 101,8 manat, 16.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “CASİO” markalı qol saatına görə 7 ay ödəniş cədvəli üzrə hər 10 manat olmaqla, cəmi 68,5 manat, 14.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “XİAOMİ” markalı qol saatına görə 12 ay ödəniş cədvəli üzrə hər 14 manat olmaqla, cəmi 167,5 manat, 26.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı hər iki (2) ədəd aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər 8 manat olmaqla, cəmi 98 manat, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “LG” markalı televizora və “FAKİR” markalı doğrayıcıya görə 18 ay ödəniş cədvəli üzrə hər 36 manat olmaqla, cəmi 638 manat, 02.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Hİ-Fİ” markalı qulaqcığa görə 12 ay ödəniş cədvəli üzrə hər 13 manat olmaqla, cəmi 149 manat, ümumilikdə yeddi müqavilə üzrə 1705,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 19.12.2020-ci il tarixli müqavilə üzrə 03.08.2021-ci il tarixində 41 manat, 08.07.2021-ci il tarixli müqavilə üzrə 03.08.2021-ci il tarixində 31 manat, 16.04.2021-ci il tarixli müqavilə üzrə 03.08.2021-ci il tarixində 10 manat, 14.06.2021-ci il tarixli müqavilə üzrə 13.07.2021-ci il tarixində 14 manat, 26.04.2021-ci il tarixli müqavilələr üzrə 03.08.2021-ci il tarixində 8 manat, 13.04.2021-ci il tarixli müqavilələr üzrə 13.07.2021-ci il tarixində 36 manat, 02.01.2021-ci il tarixli müqavilələr üzrə 03.08.2021-ci il tarixində 13 manat ödəniş etmiş və yeddi müqavilə üzrə qalıq qalmış 1132,3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin № 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirirlər ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu yeddi müqavilə üzrə 1698 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər altı müqavilə üzrə 1698 manat təşkiletdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 169,8 manat İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 11.03.2022-ci il tarixədək İddiaçı MMC-yə olan borcu 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 196 manat əsas, 29,4 manat cərimə, cəmi 225,4 manat, 08.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 92,8 manat əsas, 13,9 manat cərimə, cəmi 106,7 manat, 16.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 28 manat əsas, 4,2 manat cərimə, cəmi 32,2 manat, 14.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 153,5 manat əsas, 23 manat cərimə, cəmi 176,5 manat, 26.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 74 manat əsas, 11,1 manat cərimə, cəmi 85,1 manat, 13.04.2021-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 530 manat əsas, 79,5 manat cərimə, cəmi 609,5 manat, 02.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 58 manat əsas, 8,7 manat cərimə, cəmi 66,7 manat, yeddi müqavilə üzrə 1302,1 manat təşkil etmişdir. Ona görə də, yeddi müqavilə üzrə 1843,1 manat məbləğində borc Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Ona görə də, 19.12.2020-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 11.03.2022-ci il tarixinə yaranmış borcu 196 manat əsas, 29,4 manat cərimə, cəmi 225,4 manat, 08.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 92,8 manat əsas 13,9 manat cərimə, cəmi 106,7 manat, 16.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 28 manat əsas, 4,2 manat cərimə, cəmi 32,2 manat, 14.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 153,5 manat əsas, 23 manat cərimə, cəmi 176,5 manat, 26.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 74 manat əsas, 11,1 manat cərimə, cəmi 85,1 manat, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 530 manat əsas, 79,5 manat cərimə, cəmi 609,5 manat, 02.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 58 manat əsas, 8,7 manat cərimə, cəmi 66,7 manat, ümumilikdə 1302,1 manat borcun və 33,02 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2020-ci il tarixli ********* saylı müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 41 (sonuncu ay 32 manat) manat olmaqla, cəmi 483 manat ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 02.01.2021-ci il tarixli ********* saylı müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 13 (sonuncu ay 6 manat) manat olmaqla, cəmi 149 manat ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13.04.2021-ci il tarixli ********* saylı müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə ilkin ödənişsiz, 18 ay müddətinə hər ay 36 (sonuncu ay 26 manat) manat olmaqla, cəmi 638 manat ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.04.2021-ci il tarixli ********* saylı müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə 0,50 manat ilkin ödənişlə, 7 ay müddətinə hər ay 10 (sonuncu ay 8,5 manat) manat olmaqla, cəmi 68,5 manat ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.04.2021-ci il tarixli ********* saylı müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə ilkin ödənişsiz, 12 ay müddətinə hər ay 8 (sonuncu ay 10 manat) manat olmaqla, cəmi 98 manat ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14.06.2021-ci il tarixli ********* saylı müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə 1,50 manat ilkin ödənişlə, 12 ay müddətinə hər ay 14 (sonuncu ay 13,5 manat) manat olmaqla, cəmi 167,5 manat ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. - İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 08.07.2021-ci il tarixli ********* saylı müqavilədən və ona əlavə edilmiş 1 saylı əlavədən görünür ki, MMC tərəfindən cavabdehə 0,50 manat ilkin ödənişlə, 12 ay müddətinə hər ay 9 (sonuncu ay 2,8 manat) manat olmaqla, cəmi 101,8 manat ödəməyi öhdəsinə götürməklə, əşya satılmışdır. Cavabdeh müqavilədə müəyyən olunmuş müddətdə malın dəyərini ödəməyi öhdəsinə götürmüş və əşyanı təhvil almışdır. - 11.03.2022-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 196 manat əsas, 29,4 manat cərimə borcu, 08.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 92,8 manat əsas, 13,9 manat cərimə borcu, 16.04.2021-ci il tarixli ********* saylı (nisyə) alqı-satqı müqaviləsi üzrə 28 manat əsas, 4,2 manat cərimə borcu, 14.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 153,5 manat əsas, 23 manat cərimə borcu, 26.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 74 manat əsas, 11,1 manat cərimə borcu, 13.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 530 manat əsas, 79,5 manat cərimə borcu, 02.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 58 manat əsas, 8,7 manat cərimə borcu olmaqla, ümumilikdə hər (yeddi ədəd) müqavilə üzrə 1302,1 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 19.12.2020-ci il, 02.01.2021-ci il, 13.04.2021-ci il, 16.04.2021-ci il, 26.04.2021-ci il, 14.06.2021-ci il və 08.07.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqavilələri əsasında İddiaçı MMC-dən əşyalar (mallar) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 19.12.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 196 manat əsas, 29,4 manat cərimə olmaqla, cəmi 225,4 manat borc, 02.01.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 58 manat əsas, 8,7 manat cərimə olmaq, cəmi 66,7 manat borc, 13.04.2021-ci il tarixli ********* saylı saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 530 manat əsas, 79,5 manat cərimə olmaqla, cəmi 609,5 manat borc, 16.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 28 manat əsas, 4,2 manat cərimə olmaqla, cəmi 32,2 manat borc, 26.04.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 74 manat əsas, 11,1 manat cərimə olmaqla, cəmi 85,1 manat borc, 14.06.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 153,5 manat əsas, 23 manat cərimə olmaqla, cəmi 176,5 manat borc və 08.07.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 92,8 manat əsas 13,9 manat cərimə olmaqla, cəmi 106,7 manat borc, ümumilikdə isə 1302,1 manat borcun və iddianın verilməsi üçün ödənilmiş 33,02 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1473/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1473/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver